Rayon partiya komitəsi bizim qarşıda duran vəzifələri
yerinə yetirmək üçün Naftalan sanatoriyasında işləyən
kommunistlərin məsuliyyətini artıracaq və bundan sonra
lazım olan bütün tədbirləri görəcəkdir. Partiya təşkilatı
mərkəzi Komitənin yoxlamasından sonra bu məsələni bütün
idarə, müəssisə rəhbərlərinin və partiya təşkilatlarının iştirakı
ilə 16 fevral 1973-cü il tarixdə geniş müzakirə etmiş, mövcud
nöqsanların aradan qaldırılması üçün əməli tədbirlər görmüş
və partiya rəhbərliyini möhkəmləndirmişdir. Mən, Azərbay -
can Kommunist Partiyası Mərkəzi Komitəsinin bürosunu
əmin edirəm ki, Naftalan sanatoriyasında lazım olan
tədbirlərin həyata keçirilməsi üçün Mərkəzi Komitənin bu
günkü bürosunda qəbul edilən qərarı əldə rəhbər tutacaq, re-
spublika təşkilatlarının yaxından köməyi ilə lazım olan bütün
tədbirləri həyata keçirəcəkdir.
Zəkanın gücü
179
ƏMƏLDƏN DOĞAN ARZU
1
Sovet xalqının zəngin tarixinə yubiley ili kimi daxil olan
1972-ci il respublikamızın kənd zəhmətkeşləri şərəflə başa
vurdular. Keçən il ölkəmizin bütün millət və xalqlarının tarixi
birliyinin 50 ili tamam oldu. Sov. İKP XXIV qurultayının
qərarlarını müvəffəqiyyətlə həyata keçirən vətənimizin bütün
zəhmətkeşləri kimi, rayonu-muzun əmək adamları da SSRi-
nin təşkil edilməsinin 50 illiyi şərəfinə sosializm yarışını daha
da genişləndirərək yubiley ilini müvəffəqiyyətlə başa çatdır -
maq üçün səylə işləmiş, təsərrüfatın müxtəlif sahələrində yeni
nailiyyətlər əldə etmişlər. Onların gərgin əməyi yüksək
qiymətləndirilmiş, respublikamızın kənd təsərrüfatı qabaqcıl -
ları sırasında rayonumuzun tarla bahadırlarının böyük bir
qrupu SSRİ-nin orden və medalları ilə təltif edilmişdir. Ray-
onun ən qabaqcıl təsərrüfatlarından biri olan "Azərbaycan"
kolxozu Sov. İKP MK-nın, SSRİ Ali Soveti Rəyasət
Heyətinin, SSRİ Nazirlər Sovetinin və ÜİHİMŞ-in Yubi-
ley Fəxri nişanına layiq görülmüşdür.
"Azərbaycan" kolxozu doqquzuncu beşilliyi dörd ildə
yerinə yetirmək uğrunda rayonumuzda genişlənən yarışın
önündə gedir. Bu təsərrüfat son illərdə plan və öhdəliklərini
qısa müddətdə yerinə yetirmək sahəsində bir növ rekord
müəyyən etmişdir. Kolxozun üzvləri yubiley ilində xüsusilə
fərqlənmişlər. Onlar dövlətə pambıq satışı planını 161 faiz
yerinə yetirərək hər hektardan orta hesabla 40 sentnerə yaxın
məhsul götürmüşlər. Yusif Həmidov, Rza Əliyev və Cəmil
Sahib Sailov
180
1 "Kənd həyatı"jurnalı.Бakı, 1973-cü il, № 2,S.9-11.
Namazovun başçılıq etdikləri briqadalar daha yüksək göstə -
ricilərə nail olmuş, hər hektardan 42-48 sentner pambıq
toplamışlar. Kolxoz yuibley ilini təsərrüfatın digər sahələri
üzrə də yüksək nəticələrlə başa vurmuşdur. Taxıl, üzüm, süd,
yun, yumurta istehsalı və satışı planları da vaxtından qabaq
və artıqlaması ilə yerinə yetirilmişdir. Burada hər inəkdən
2100 kiloqram süd sağılmış, hər 100 baş inəkdən 99 bala
alınmış, hər qoyundan 2,5 kiloqramdan çox yun qırxılmışdır.
Keçən il kolxozun 700 min manatdan çox ümumi gəliri
olmuşdur. Təsərrüfatın rentabelliyi nəzərdə tutulan 20 faiz
əvəzinə 54,2 faizə çatmış, hər adamgünün dəyəri natura ilə
birlikdə 5 manatadək yüksəlmişdir.
İctimai gəlirin artması kolxozçuların həyat səviyyəsini
yüksəltməyə, təsərrüfatın əhatə etdiyi kəndlərdə tikinti-
abadlıq işlərini xeyli genişləndirməyə imkan yaratmışdır. Son
illər ərzində kolxozun mərkəzi malikanəsi Sarov kəndinə su
kəməri çəkilmiş, mədəniyyət evi, uşaq bağçası inşa olunmuş,
yeni tipli heyvandarlıq binaları, tarla düşərgələri tikilib
istifadəyə verilmişdir. Yubiley ilində Dəliməmmədli qəsəbə -
sindən kolxozun mərkəzinə asfalt yol çəkilmişdir.
Bütün bu nailiyyətlər heç də təsadüfi olmayıb, kolxoz
idarə heyətinin, partiya, komsomol və həmkarlar ittifaqı
təşkilatlarının uzun illərdən bəri apardığı səmərəli təsərrüfat-
təşkilatı fəaliyyətinin nəticəsidir.
Kolxoz partiya təşkilatı kadrların seçilib yerləşdirilməsi
məsələsinə xüsusilə böyük fikir verir. Kolxozda ən çətin, ən
əsas sahələr kommunistlərə etibar edilmişdir. Onların hamısı
təsərrüfat işlərindən yaxşı baş çıxaran, işgüzar, təşkilatçı, hər
Zəkanın gücü
181
şeydən əvvəl nüfuzlu adamlardır. Məsələn, briqadirlərdən
R.Əliyev, Z.Namazov, S.Məmmədov, ferma müdirləri Q.
Hüseynov, S. Əliyev, baş mühasib F.Rüstəmov 10-12 ildir
ki, həmin vəzifələrdə çalışırlar. Kolxoz sədri Ə. İsayevin
zəngin iş təcrübəsi vardır. Kolxoz idarə heyəti üzvləri
arasında vəzifə bölgüsü aparılmış, onların hər biri müəyyən
bir sahəyə təhkim olunmuşdur.
Rayon partiya komitəsi "Azərbaycan" kolxozu idarə
heyətinin və ilk partiya təşkilatının təsərrüfata rəhbərlik
sahəsində əldə etdiyi müsbət təcrübəni ümumiləşdirib
yaymağı məsləhət bilmişdir.
"Azərbaycan" kolxozunun ardıcılları sırasında K.Marks
adına təsərrüfatın üzvlərini xüsusilə qeyd etmək lazımdır. Bu-
rada istehsalın Sov. İKP XXIV və Azərbaycan KP XXVIII
qurultaylarının tələbləri səviyyəsində qurulması, kommu -
nistlərin təsərrüfatda avanqard rolunun təmin edilməsi kolx-
ozun yüksək nailiyyətlər qazanmasında çox böyük təsir
göstərmişdir. Beşilliyin ikinci ilində burada dövlətə 1250
ton əvəzinə 1656 tondan çox pambıq satılmışdır. Sosialist
Əməyi qəhrəmanı Mansur Kərimovun başçılıq etdiyi
kompleks tarlaçılıq briqadasının üzvləri bu il 70 hektar
sahənin hər hektarından 37 sentnerdən çox məhsul
götürmüşlər.
Yubiley ilində kolxoz partiya təşkilatının böyük siyasi və
təşkilatçılıq fəaliyyəti yüksək qiymətləndirilmiş, ilk partiya
təşkilatı katibi Allahyar İmamquliyev Qırmızı Əmək Bayrağı
ordeni ilə təltif edilmişdir. İndi S.Vurğun adına kolxoz ilk
partiya təşkilatının katibi Jenya Qriqoryanın da sinəsini
Sahib Sailov
182
Dostları ilə paylaş: |