Sahibkarlıq fəaliyyəti təkrar istehsalın bütün mərhələlərində istehsal, bölgü, tədavül (müvadilə) və istehlak yaradıla bilər



Yüklə 35,36 Kb.
tarix29.11.2023
ölçüsü35,36 Kb.
#143400
referat 3399


Sahibkarlıq fəaliyyəti təkrar istehsalın bütün mərhələlərində – istehsal, bölgü, tədavül (müvadilə) və istehlak – yaradıla bilər. Sahibkarlığın müxtəlifliyi – növləri və formaları – həm bununla və həm də bu fəaliyyətin təsnifləşdirilməsi meyarlarının fərqli olmasından irəli gəlir. Həmin meyarlar isə sahibkar fəaliyyətinin təyinatı (istehsal, qeyri-istehsal), mülkiyyətin forması (dövlət, xüsusi, kollektiv, bələdiy- yə və s.) və mülkiyyətçilərin sayı (firmanın ölçüsü, miqyası), sahib- karlığın təşkilati-hüquqi və təşkilati-iqtisadi formalarından ibarətdir. Sahibkarlıq fəaliyyəti təyinatına və ya növünə görə 4 qrupa bölünür – istehsal, kommersiya, maliyyə və məsləhət (konsaltinq). Sahibkarlığın istehsal təyinatlı növü əsasdır; kommersiya, maliy- yə və məsləhət növləri isə onun törəmələridir və ona xidmət edirlər. Elmi mücərrədçiliyə yol verməklə göstərmək olar ki, sahibkarlığın istehsal təyinatlı növü olmasaydı, digərləri də nəinki olmazdı, onlara heç ehtiyac da qalmazdı. Məqsəd istehsal sahibkarlığı və ya istehsal firmalarının iqtisadiy- yatı məsələlərini şərh etmək olduğundan, ilk öncə, sahibkarlığın «tö- rəmə» növlərinin qısa bundan sonra isə istehsal sahibkarlığının şər- hini vermək metodiki baxımdan daha düzgün olardı. Beləliklə, kom- mersiya sahibkarlığı haqqında. Kommersiya sahibkarlığı. Bu növ sahibkarlıqdan məqsəd əmək məhsullarının istehsalı və istehlakı ilə məşğul olan firmalar arasında- kı ticarət vasitəsi ilə mənfəət əldə etməkdir. Kommersiya sahibkarlığı əmtəə birjaları və ticarət təşkilatları vasitəsilə həyata keçirilir. Firmaların istehsal vasitələri əldə etmələri üçün əlaqəyə girdikləri vasitəçilərdən biri olan əmtəə birjası bazar iqtisadiyyatı sisteminə xas olan infrastrukturun tərkib hissələrindən biridir. O, alıcı və satıcının müvafiq razılaşmaları əsasında formalaşan əmtəələrin real qiymətləri ilə realizə olunan bazarıdır – kommersiya firmasıdır, hüquqi şəxsdir. Əmtəə birjasının məqsədi əmək məhsullarının istehsalçısı və istehlakçısı arasında, müəyyən qaydalar əsasında, kommersiya sövdələşmələrinə nail olmaqdır. Əmtəə birjası kommersiya sahibkarlığının, başqa sözlə, əmək məhsullarının inkişaf etmiş topdansatış ticarəti növlərin- dən biridir. Kommersiya sahibkarlığının bir növü də hazır məhsulun alqı-satqısı üzrə vasitəçilik etməkdir – istehsalçıdan alıb istehlakçıya satmaqdır. Bunu isə həyata keçirən ticarət təşkilatlarıdır. Maliyyə sahibkarlığı. Maliyyə sahibkarlığının əsas qurumları kommersiya bankları və fond birjalarıdır. Maliyyə (maliyyə-kredit) sahibkarlığının fəaliyyət sferası təda- vüldür, dəyərlərin mübadiləsidir. Sahibkarlığın bu formasının özünə- məxsusluğu onun digər sahibkarlıq növlərinə – istehsal, komersiya və s. – müdaxilə etməklə yanaşı, müstəqil şəkildə bank, sığorta işi kimi fəaliyyət növləri ilə məşğul olmaqdır. Əvvəlcə kommersiya bankları haqqında. Kommersiya bankı səhmdar cəmiyyəti tipli maliyyə-kredit təşki- latıdır. O, ödənişli əsasla kommersiya təşkilatlarını kreditləşdirmək- lə müştərilərin tapşırığı ilə pul əmanətləri (depozitlər) qəbul etmək və başqa hesablaşma əməliyyatları həyata keçirməklə məşğul olurlar. Kommersiya banklarının gəlir mənbəyi cəlb olunmuş (depozit) və ssuda verilmiş vəsaitin faiz dərəcələri arasındakı fərqdən ibarət olur. Kommersiya sahibkarlığının başqa bir qurumu isə fond birjaları- dır. Bu birjalar, yeni təsərrüfatçılıq şəraitində, mütəmadi fəaliyyət göstərən qiymətli kağızların alqı-satqı bazarıdır. Fond birjasının əsas fəaliyyəti istiqamətləri qiymətli kağızların məzənnəsini (kursunu) müəyyən etmək və kapitalın səfərbərlik səviyyəsinin yüksəlməsinə şərait yaratmaqdır. Fond birjalarında qiymətli kağızların məzənnəsi isə onun faiz və ya dividend şəklində gətirdiyi gəlir və ssudanın faiz dərəcəsi vasitəsilə müəyyən olunur. Fond birjasına xarici valyutanın alqı və satqısı da aid edilir. Məsləhət (konsaltinq) sahibkarlığı. Konsaltinq – əmək məhsu lunun istehsalçısı, istehlakçısı və onların vasitəçilərinə iqtisadi və idarəetmə məsələləri üzrə müxtəlif məsləhətlər, tövsiyyələr vermək və onların reallaşdırılması yollarını göstərməyə yönəldilmiş sahib- karlıq fəaliyyətidir. Bir çox inkişaf etmiş ölkələrdə məsləhət xidmətinə çəkilən xərc- lər yeni maşın və avadanlıqların alınmasına çəkilən xərclərlə müqa- yisədə daha səmərəli hesab olunur. Çünki bəzi firma və müəssisələr özlərinin istehsal potensialını – idarəetmə işində yol verdikləri nöq- sanlar ucbatından – reallaşdıra bilmirlər. Artıq çoxdandır ki, konsaltinq tipli sahibkarlıq ölkələrarası əmək- daşlağa çevrilmiş, beynəlxalq əhəmiyyət kəsb etmişdir – bir ölkənin məsləhətçi-menecerləri digər ölkənin firma və müəssisələrinə öz tövsiyələrini verməyə başlamışlar. İstehsal sahibkarlığı. Sahibkar fəaliyyəti növləri içərisində isteh- sal sahibkarlığı aparıcı rola malikdir. Bu sahibkarlıqdan məqsəd – mənfəət əldə etmək üçün – məhsul hazırlamaq, istehsal xarakterli işlər görmək və xidmətlər göstərməkdir. Sahibkarlığın bu növü istehsal etmək və xidmətlər göstərməklə yanaşı, həmdə digər fəaliyyət növləri ilə – istehsal istehlakı, investi- siya və innovasiya, elmi-texniki fəaliyyətlə – məşğul olurlar. Sahibkarlığın bu növü ilə məşğul olan hər kəs nəyi nə qədər və necə istehsal edəcəyini, kimə satacağını əvvəlcədən müəyyənləşdir- məlidir. İstehsal sahibkarlığının ən ümumi şəkildə verilən bu funksiya və vəzifələri sonrakı bölmə və fəsillərdə tədricən və ardıcıllıqla konkretləşdirilib izah ediləcəkdir. Sahibkarlığın əvvəllər haqqında bəhs edilən təşkilati-hüquqi for- maları ilə yanaşı, inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində təşkilati- iqtisadi formaları da olur. Bunlar konsern, assosiasiya, konsorsium, kartel, sindikat və maliyyə-sənaye qruplarıdır (MSQ). Sahibkarlığın təşkilati-iqtisadi formalarında prioritet məsələ iqti- sadi məsələdir, istehsal münasibətləridir. Konsern – kapitalın və istehsalın yüksək səviyyədə təmərküz- ləşməsi və mərkəzləşməsi əsasında yaradılmış səhmdar cəmiyyətidir. Konsern özünün müxtəlif törəmə şirkətlərin səhmlərə nəzarət pake- tini əldə edir. Eyni zamanda, onun (konsernin) törəmə müəssisələri digər, bəzi hallarda hətta əcnəbi ölkələrin səhmdar cəmiyyətlərinin səhmlərinə nəzarət paketini ala bilərlər. Konsernin tərkibinə yalnız müxtəlif sənaye və nəqliyyat sahələri- nin müəssisələri deyil, həm də bank, sığorta və digər firmalar da daxil ola bilər. Konsernə daxil olan müəssisə formal olaraq müstəqilli- yini saxlayır. Faktiki olaraq onlar konsernin tam nəzarətində olurlar. Müasir konsernlər üçün müxtəlif ölkələrin firmalarının birliyi, bey- nəlxalq əmək bölgüsünə əsaslanan istehsalın təşkili formalarından olan ixtisaslaşma və kooperativləşmə də səciyyəvidir. Konsernin təlimatına görə, bir müəssisə eyni zamanda iki konsernin tərkibinə daxil ola bilməz. Sahibkarlığın təşkilati-iqtisadi formalarından biri də assosiasiya- dır. Assosiasiya – müəyyən məqsədə çatmaq üçün iqtisadi cəhətdən müstəqil müəssisə, təşkilat və fiziki şəxslərin birliyi, ittifaqıdır. Assosiasiya konsernlə müqayisədə «demokratik» bir birlikdir. Belə ki, assosiasiyaya daxil olan bir müəssisə digər, başqa analoji qurumun da üzvü ola bilər. Bir qayda olaraq assosasiya öz hərəkətinə görə, eyni ərazidə yerləşən ixtisaslaşmış müəssisələrdən ibarət olur. Bu qəbil- dən olan birliklər birgə səy əsasında elmi-texniki, istehsal, iqtisadi, sosial və digər məsələlərin həlli ilə məşğul olurlar. Konsorsium – konkret və həm də, miqyasına görə nəhəng bir iq- tisadi layihəni reallaşdırmaq üçün müəssisə və təşkilatların müqavilə- yə əsaslanan müvəqqəti birliyidir; banklar və sənaye müəssisələri arasındakı razılaşmadır. Fərdlərin çoxluğu riskin dərəcəsini azaldır, çünki, nəticə üçün məsuliyyət daşıyanların sayı çox olur. Birliyin öz qarşısında qoyduğu məqsədə nail olunduqdan sonra o öz fəaliyyətini dayandırır. Kartel – iqtisadi-təyinati,konstruksiyası və hazırlanma texnologi- yasına görə həmcins məhsul istehsal edən müəssisələrin ittifaqıdır. Kartelin müəssisələri istehsal və kommersiya müstəqilliklərini və hü- quqi şəxs statuslarını saxlayır, tərəfdaş sahibkarlar isə istehsal və sa- tışda öz payları, satışın şərtləri, qiyməti və bazar barədə razılığa gə- lirlər. Hazırda kartelə daxil olan iri trestlər bazarda inhisar yaratmaq əsasında maksimum mənfəət əldə etmək uğrunda mübarizə aparırlar. Sindikat – kartel tipli inhisar birliyinin formalarından olub məqsə- di iştirakçılar (tərəflər) arasında satış və xammal tədarükü sahələrində- ki rəqabəti azaltmaq və bazarlara nəzarət yolu ilə inhisar mənfəəti əldə etməkdir. Karteldən fərqli olaraq sindikatın (əsas) xüsusiyyəti məhsul satışının təmərküzləşdirilməsidir. Əgər karteldə onun iştirakçılarının hər biri öz məhsullarını müstəqil satırlarsa və xammalı özləri sərbəst tədarük edirlərsə sindikatda bu işi vahid orqan – kontora həyata keçi- rir. Sonuncu sifarişləri təmərküzləşdirməklə, onları iştirakçılar arasın- da – əvvəlcədən razılaşdırılmış kvota əsasında – bölüşdürür. Sindikat adətən səhmdar cəmiyyət formasında yaradılır. O, məh- sul istehsalının öz əlində cəmləşdirməklə bazar şərtlərini və qiyməti diktə edir. Sindikatın üzvləri ayrı-ayrı müəssisələrlə yanaşı, konsern, trest və s.-də ola bilər. Müasir dövr üçün yeni olan sahibkarlığın təşkilati-iqtisadi formala- rından biri maliyyə-sənaye qruplarıdır (MSQ). Hələ 23 aprel 1996-cı ildə qəbul olunmuş «Maliyyə-sənaye qrupları haqqında Azərbaycan Respublikasının Qanunu»nun ikinci maddəsində deyilir: «Maliyyə- sənaye qrupu istehsalın rəqabət qabiliyyətini və səmərəliliyini yük- səltmək…, elmi-texniki tərəqqini sürətləndirmək, investisiya layihə- ləri və proqramlarını birgə həyata keçirmək məqsədi ilə qrup iştirak- çılarının maddi və maliyyə ehtiyatlarını müqavilə əsasında birləşdir- mək və investisiyalar cəlb etmək üçün yaradılır». MSQ-lər sənaye, bank, sığorta və ticarət kapitalı və habelə, müəs- sisə və təşkilatların intelektual imkanlarının birliyidir. Bütövlükdə cəmiyyətin, o cümlədən, sahibkarın özünün ehtiyac- larının təminatı sahibkarlıq üçün yaranmış mühitin, şəraitin necəli- yindən bilavasitə asılı olur. Sahibkarlıq mühitinə aşağıdakı ünsürlər aid edilir: 1. İqtisadi azadlıq. Bu – azad sahibkarlığın həlledici şərtləri, ba- zar iqtisadiyatının təməl prinsipidir. Bunsuz heç bir növ sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qeyri-mümkündür; onsuz bazara çıxmaq, istehsal resursları əldə etmək, müəyyən mülkiyyətə sahib olmaq im- kanı qeyri-real bir istəkdir. İqtisadi azadlıq olmayan bir mühitdə sa- hibkarlığın əxlaqı, mənəvi və etik cəhətlərinin mövcudluğundan da söhbət belə gedə bilməz. 2. Şəxsi maraq. Bu – sahibkarlıq üçün «lokomotiv», sahibkarın isə varlanmağa, öz mülkiyyətini çoxaltmağa sövqedici qüvvədir. 3. Bazarın miqyası. Bu – sahibkarlıq fəaliyyətinin nəticələrinin realizə olunma imkanlarının ölçüsüdür. Bazar nə qədər geniş və sivil olarsa, sahibkarlığın inkişafı üçün o qədər şərait yaranmış olar. 4. Rəqabət mübarizəsi. Bu – bazarın birbaşa, sahibkarlığın do- layısı ilə nizamlanması, iqtisadi azadlıqla şəxsi marağın sərhədlərinin müəyyən edilməsidir. 5. Dövlətin məhdudlaşdırılmış rolu. Bu – dövlətin sahibkarlığa müdaxiləsinin optimal, yol verilməsi mümkün olan maksimum həddidir. Bu həddin düzgün müəyyən edilməməsi – həm çoxluğu və həm də azlığı sahibkarlığa yalnız ziyan gətirə bilər. Sahibkarlığın xarici və daxili mühiti onun özünə təsir edən bir sı- ra amillər doğurur. Öz-özlüyündə aydındır ki, müəssisədən kənar amillər firmaların fəaliyyəti üçün xarici, müəssisənin özündən asılı olan amillər isə onun daxili mühitindən irəli gələn amillərdir. Firmadan asılı olmayan, onlara təsir etmə imkanı yox dərəcəsində olan xarici amillər firmanın iqtisadi inkişafını ləngidə və ya sürətlən- dirə bilər. Sahibkarın səriştəsi həmin amilləri nəzərə almaq bacarığı və onlardan mümkün səviyyədə faydalana bilmək qabiliyyəti ilə müəyyən edilir. Firmanın fəaliyyətinə təsir edən xarici mühitin doğurduğu amillər aşağıdakılardır: a) təbii-demoqrafik amillər. Firmanın yerləşdiyi regionun iqlim şəraiti, əmək qabiliyətli əhalinin sayı, onların cins-yaş tərkibi və s; b) sosial-mədəni amillər. Əhalinin əxlaqi-mənəvi səviyyəsi, dinə münasibəti, təhsil senzi (səviyyəsi); c) texnoloji amillər. Ölkə sənayesinin, elm və texnikasının inki- şaf səviyyəsi, tətbiq olunan texnoloci istehsal üsulunun mükəmməllik dərəcəsi; d) iqtisadi amillər. Bazarların inkişaf səviyyəsi, ölkənin maliyyə, pul-kredit və vergi siyasəti, rəqabətin dərəcəsi, gəlirlərin bölgüsünün xarakteri və s. e) hüquqi amillər. Təsərrüfat hüququnun inkişaf səviyyəsi, döv- lətin sahibkarlığa münasibəti, sahibkarlığın müdafiəsi üçün qanun- vericilik aktların mövjudluğu və s; f) siyasi amillər. Ölkədaxili siyasi sabitlik, dövlətlə cəmiyyətin qarşılıqlı münasibətləri. Yuxarıda sadalanan amillərin əksəriyyətini dövlətin tənzimləmə tədbirləri və müəyyən qanunvericilik aktları vasitsilə dəyişmək, tək- milləşdirmək və hətta ləğv etmək də olar. Burada istisnalıq təşkil edən təbiətlə bağlı amillərin bir qismidir –məsələn, iqlim şəraitidir, regionun seysmiklik dərəcəsidir və s. Bundan əlavə yuxarıda göstəri- lən xarici mühitin doğurduğu bir çox amillər hələ firmanın –məh- suldar qüvvənin ünsürü kimi – tikilməsindən (yaradılmasından) əvvəl də sahibkara məlum olur, onun tərəfindən nəzərə alınır və elə buna görə də o, sonradan sökülmək zərurəti yarana biləcək tikintiyə yol verə bilməz. Müəssisə özünün texniki–texnoloji və iqtisadi inkişafının ən va- cib və strateji məqsədlərini işləyib hazırlayarkən, bü məqsədlərin xa- rici mühitin doğurduğu hansı amillərin təsirinə məruz qalacağını əvvəlcədən müəyyən etməlidir; Firmanın səmərəli fəaliyətinə təsir edən amillər içərisində daxili mühitin – yaratdığı amillərin də özünəməxsus rolu və yeri vardır. Firmadaxili amilərin – xarici amillərlə müqaisədə – idarə edilməsi, nəzarətdə saxlanması sahibkar üçün ciddi çətinliklər yaratmır. Firmanın daxili mühitini, hər şeydən öncə, onun istehsal poten- sialı (gücü) müəyyən edir. İstehsal potensialı yaradıcı xüsüsiyyətə malik fəaliyyətlə məşğul olmaq üçün – məhsul istehsal etmək, isteh- sal xarakterli işlər görmək və xidmətlər göstərmək – müəssisənin sə- rəncamında olan istehsal resurslarının məcmusudur. Bu resursların kəmiyyət və keyfiyyət parametrləri, həmçinin, onların müvafiq nis- bətdə qarşılıqlı təsiretmə əsasında baş verən inteqrasiyası müəssisə- nin istehsal imkanını müəyyən edir. Müəssisənin istehsal potensialının keyfiyyəti, mükəmməlliyi yeni məhsulların yaradılması ilə müəyyən olunur, onun elementləri isə ha- zırlanan məhsulun tələblərinə, texniki-iqtisadi baxımdan, uyğunlaşdı- rılmalıdır. İstehsal potensialı özünün bu təyinatını o vaxt yerinə ye- tirə bilər ki, onun elementlərinin tərkibi və xarakteristikası hazırlanan məhsulun texniki parametrlərinə uyğun gəlsin və bununla müəyyən edilsin. Yalnız bu halda istehsal potensialının bütün elementləri müəssisə qarşısında duran ümumi məqsədə xidmət edə bilər. Hər bir elementin yeri və funksiyası bütövlükdə elementlərin məcmusu qar- şısında qoyulan tələblərlə müəyyən olunur və onun səfərbərlik səviy- yəsini xarakterizə edir. Müəssisənin daxili mühitini kadrlar, istehsal vasitələri (əmək vasitələri və əmək cismləri), informasiya və maliyyə vəsaitləri təşkil edir. Müəssisənin kadrları, əmək vasitələri (istehsal əsas fondları), əmək cismləri (dövriyyə fondları) haqqında kitabın dördüncü bölmə- sində ətraflı məlumat veriləcəkdir. Daxili mühitin doğurduğu amillərdən biri kimi informasiyaya gə- lincə, göstərmək lazımdır ki, müəssisədə informasiya öz tərkibinə görə, kommersiya, texniki və operativ informasiyalardan ibarət olur. Kommersiya informasiyası məhsulun reallaşdırılması və istehsal xərclərinə aid olan məlumatları əks etdirirsə, texniki informasiya məhsulun xarakteristikası və onun istehsalı texnologiyası haqqında məlumatlar toplusudur. Operativ informasiya əsasında istehsal hey- yətinə tapşırıqlar verilir, onları iş yerləri üzrə bölüşdürür, istehsal prosesinin gedişinə nəzarət edir, uçot və tənzimləmə kimi funksiya- ları həyata keçirirlər. Məlum olduğu kimi, firmanın istehsal etdiyi məhsulun rəqabət qabiliyyəti, nəticə etibarilə bütövlükdə firmanın özünün qərabət qabi- liyyətini müəyyən edir. Lakin məhsulun rəqabət qabiliyyəti və, uy- ğun olaraq, rentabelliyi səviyyələrinin aşağı düşməsi və nəticə etiba- rilə firmanın da analoji prosesə məruz qalması sahibkar üçün eyni tə- sir gücünə malik hadisələr deyil. Belə ki, birincisi, əgər firmanın rə- qabətə davamlığı müddəti nisbətən uzun bir dövrü əhatə edə bilirsə, məhsulun rentabellik səviyyəsi uzun müddət davam edə bilməz, məhsulun «talei» həftə, ay və ya il ərzində həll olunur – istehsalından imtina edilir. İkincisi, məhsuldan fərqli olaraq, firmanın rəqabət qabi- liyyətini tək istehlakçı deyil, sahibkar özü də qiymətləndirir; mövcud olan bazar konyunkturasında bu və ya digər məhsulun istehsalı zəru- riliyini (faydalılıq baxımından) məhs o özü müəyyən edir. Üçüncüsü, bir məhsulun rəqabət qabiliyyətinin aşağı düşməsi firmanın uyğun göstəricisinə təsir edə bilər, lakin firmanın «istehsaldan çıxarılması» məsələsini həll edə bilməz. Firmanın rəqabət qabiliyyətinin necəliyi nisbi göstəricidir, başqa sözlə, onun rəqib firma ilə müqaisədə istehsalının səmərəliliyi və məh- sulunun istehlakçıları qane etməsi – keyfiyyəti və qiymətinə görə – səviyyəsini səciyələndirir. Bütün bunlardan əlavə, adətən firma müəssisə ilə müqaisədə, ge- niş nomenklaturada məhsul istehsal edir, sənaye xarakterli müxtəlif işlər görür və geniş çeşiddə xidmətlər göstərir. Firma ilə müqaisədə əgər müəssisə – iqtisadi təyinatı baxımından – monoprofilli, monoməhsullu istehsal subyektidirsə, firma çox hal- larda bir neçə müəssisəni özündə birləşdirən geniş nomenklatura və həm də, müxtəlif iqtisadi təyinatlı məhsullar istehsalı ilə məşğul olur. İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində bir sıra firmalar «üfüqi», «şaquli» və habelə «konqlomerat» (mexaniki, qaydasız qarışıq) tipli birliklər kimi fəaliyyət göstərirlər. Məsələn, ABŞ-in iri poladəri- dən firmaları olan «Betlexm Stil», «Ripablik Stil» və s. həmin isteh- salın bütün mərhələlərinin müəssisələrinə (filiz mədəni, kömür şaxta- sı, əhəng karxanası, domna və marten sobaları, yayma stanları və s.) malik şaquli tipli kombinələşmiş birliklərdir. Yaxud, «Kroqer», «Seyfuey» və s. bu kimi firmalar geniş şəbə- kəli pərakəndə satış mağazalarına malik üfüqi tipli birliklərdir. Konqlomerat firmalara misal olaraq ABŞ-ın «İnterneşnl telefoun end teleqraf» firmasını göstərmk olar. O, adına uyğun gələn məhsul- ların istehsalından əlavə otellərin istismarı, çörək-bulka və tədris lə- vazimatları istehsalı və habelə sığorta xidməti təklif etməklə öz iqti- sadiyyatının tarazlı inkişafına nail ola bilir. Firmanın çoxprofilli istehsal olması və müxtəlif xidmətlər gös-tərməsi onun müvazinətli (tarazlı), rəqabətə dözümlü fəaliyyətinin təminatçısı kimi çıxış edir. Belə ki, əgər onun məhsullarından birinin ömrü sona yaxınlaşdığından rentabellik səviyyəsi tədricən aşağı dü- şürsə, başqa iqtisadi təyinatdan olan digərinin həyat tsikli yeni baş- landığından onun rentabellik səviyyəsi yüksək olur və bu səbəbdən də firmanın iqtisadi inkişafı və sosial tərəqqisində sarsıntılar olmur. Müxtəlif məhsulların həyat tsiklərinin ayrı-ayrı dövrləri üçün firma müxtəlif qiymət növlərindən istifadə etməklə, onların rentabelliyinin səviyyəsinin sabit qalması dövrünü az və ya çox dərəcədə uzada bilir.
Yüklə 35,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə