ŞAHİN ƏHMƏdov fuad hacizadə


 Fövqəladə hadisələrin aerokosmik monitorinq



Yüklə 5,41 Mb.
Pdf görüntüsü
səhifə101/102
tarix13.01.2022
ölçüsü5,41 Mb.
#82834
1   ...   94   95   96   97   98   99   100   101   102
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ

 
8.7 Fövqəladə hadisələrin aerokosmik monitorinq 
məsələləri 
 
 
Fövqəladə  hadisələr  geniş  əraziləri  əhatə  etdiyindən  və 
müəyyən  səbəblər  üzündən  başqa  vasitələrlə  məlumatları 
toplamaq  mümkün  olmadığından  MZ  üsulları  ən  əlverişli 
vasitə hesab edilir. Belə hallarda kosmik sistemlərin üstünlüyü 
bunlardır:  operativlik,  meteoroloji  şəraitdən  az  asılı  olma, 
böyük əraziləri əhatə etmə və s. 


 
129 
 
Fövqəladə  hadisələrin  monitorinqinin  əsas  məsələləri 
bunlardır: 
 

  Subasmaların  xəbərdarlığı,  onlara  nəzarət  və 
nəticələrin qiymətləndirilməsi; 
 
 

  Zəlzələlərə,  yanğınlara,  subasmalara  vaxtında 
reaksiya verilməsinin informasiya təminatının təşkili. 
 
Mütəmadi  toplanan  kosmik  məlumatlar  böyük  qəza 
hadisələrini  və  prosesləri  qeyd  etməyə  imkan  verir  ki,  bu  da 
onların  nəticələri  və  xüsusiyyətləri  haqqında  qərar  qəbul 
etməyə kömək göstərir. 
 
İQ  istilik  şəkillərində  termal  geoloji  obyektlər,  vulkan 
sahələri,  fəaliyyətdə  olan  aktiv  vulkanlar  yaxşı  əks  edilirlər. 
Kosmik 
şəkillər  əsasında  İslandiyada 
və  Yan-Mayen 
adasındakı  əvvəlcədən  məlum  olan  vulkanların  püsgürməsi 
aşkar  edilmişdir.  Tropik  siklonlar,  tufanlar  kiçik  miqyaslı 
kosmik şəkillərdə dəqiq əks edilirlər. 
 
Kosmik üsullar toz burulğanlarının öyrənilməsində yeni 
səhifə  açmışdır.  Belə  məlumatlar  əsasında,  artıq  toz  selinin 
yaranma  mənbələrini,  yayılmasını  və  quruluşunu  onların 
kəmiyyət  xarakteristikaları  ilə  birlikdə  öyrənmək  mümkün 
olmuşdur.  Tozlu  qum  selinin  meteoroloji  peyklərdən  çəkilmiş 
şəkillər  əsasında  aşkarlanması,  bir  neçə  sutka  ərzində  onların 
dinamikasını izləməyə imkan verir. 
 
Landşaft  şəkilləri  əsasında  Missisipi  daşqınlarına 
nəzarət  etmək  və  subasma  ərazilərinin  xəritələşdirilməsini 
həyata keçirmək mümkün olmuşdur. 
 
Meşələrin  yanğından  qorunması  məsələlərinin  həllində 
də 
kosmik 
şəkillərdən 
geniş 
istifadə 
edilir. 
Meteor 
peyklərindən  alınmış  şəkillər  vasitəsilə  meşə  yanğınları 
tüstülənmə əlamətlərinə görə asanlıqla deşifrə olunur. 

Yüklə 5,41 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə