ŞAHİN ƏHMƏdov fuad hacizadə


Buludların yerdəyişməsinin müşahidəsi



Yüklə 5,41 Mb.
Pdf görüntüsü
səhifə97/102
tarix13.01.2022
ölçüsü5,41 Mb.
#82834
1   ...   94   95   96   97   98   99   100   101   102
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ

Buludların yerdəyişməsinin müşahidəsi 
əsas etibarı 
ilə  küləyin  sürətini  və  istiqamətini  təyin  etmək  üçün  həyata 
keçirilir.  Bu  halda  MZ  məlumatlarına  olan  tələblər 
aşağıdakılardır: 

Ölçmə  şəbəkəsinin  addımı  50  –  100  km  (quru  – 
dəniz); 

Küləyin istiqamətini təyin etmə dəqiqliyi ± 5 %; 

Küləyin sürətini təyin etmə dəqiqliyi ± 5 % və ya ± 1 
m/san;  


 
126 

Buludların  hündürlüyünü  təyin  etmə  dəqiqliyi  ±  150 
m; 

Çəkilişin dövriliyin 12 saat. 
Bulud  örtüyünün  müşahidəsi 
və  onun  atmosferin 
enerji  proseslərinə  təsiri  iqlimşünaslığın  əsas  problemlərindən 
biridir:  aşağı  bulud  qatları  kiçik  dalğalı  günəş  şüalarını  əks 
etdirirsə, yuxarı bulud qatları Yerin uzun dalğalı şüalarını tutub 
saxlayır ki, bu da “parnik” effektinin yaranmasına səbəb olur. 
Buludların  növünün  təyin  edilməsi,  bulud  örtüyünün 
bütövlüyünün 
və 
yuxarı 
hissəsinin 
temperaturunun 
müəyyənləşdirilməsi  MZ  –  nin  müasir  ölçü  sistemlərinin 
vasitəsilə  həyata  keçirilir.  Bu  növ  cihazlar  əsasən  “Okean”, 
“Meteor – 3”, modul “Priroda” və digər YSP – də quraşdırılmış 
radiometrlərdir. 
Əksər  hallarda  məkan  ayırdetməsi  1  km  (qlobal 
təhlili) və 150 m (lokal təhlil), temperaturun ölçülmə dəqiqliyi 
±  1  K  (T  >  230  K  olduqda)  və  ±  0,5  K  (T  >  273  K  olduqda) 
təşkil edir. 
Buludların  stereoskopik  təsvirləri  regional  və  lokal 
miqyasda  havanın  əvvəlcədən  söylənməsi  ilə  əlaqədar  olan 
məsələlərin  həllində,  havanın  hərəkətinin  öyrənilməsində, 
buludların Yerin radiasiya balansına təsirinin tədqiqində zəruri 
hesab  edilir.  Belə  halda  məkan  ayırdetməsi  150  m  (lokal 
çəkiliş),  3  km  (qlobal  çəkiliş),  hündürlüyün  təyin  edilməsi 
dəqiqliyi ± 150 m çəkiliş dövriliyi 12 saat olmalıdır. 
Alınan 
məlumatlar 
buludların 
optik 
xarakteristikalarının  və  albedosunun  təyini  üçün  əsas  kimi 
qəbul edilir. 

Yüklə 5,41 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə