ŞAHİN ƏHMƏdov fuad hacizadə


Kənd  və  meşə  təsərrüfatı  sahəsində,  yerşünaslıqda



Yüklə 5,41 Mb.
Pdf görüntüsü
səhifə16/102
tarix13.01.2022
ölçüsü5,41 Mb.
#82834
1   ...   12   13   14   15   16   17   18   19   ...   102
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ

Kənd  və  meşə  təsərrüfatı  sahəsində,  yerşünaslıqda 
bitkilərin  yetişmə  dərəcəsinin,  inkişaf  mərhələsinin  və 
məhsuldarlığının  qiymətləndirilməsi;  tarlaların  və  meşələrin 
ayrı-ayrı  sahələrinin  məhv  edilməsinin  aşkar  edilməsi, 
bitkilərin  saxlanılması  üçün  səmərəli  tədbirlərin  müəyyən 
edilməsi;  meşə  sahələrinin  vəziyyətinin  qiymətləndirilməsi  və 
ağac  ehtiyatlarının  hesabatı,  meşələrin  doğranmasının  və 
əkilməsinin  planlaşdırılması;  meşə  yanğınlarının  aşkarlanması 
və  onların  inkişafına  nəzarət,  səmərəli  əks  tədbirlərin 
hazırlanması;  müəyyən  rayonlarda  bataqlıqlaşmanın  aşkar 
edilməsi,  meliorasiya  işlərinin  planlaşdırılması,  konkret 
regionlarda  torpaqlardan  istifadə,  suvarılan  torpaqlara  nəzarət, 
otlaqların qiymətləndirilməsi. 
 
Sadalananlardan  başqa,  kosmik  texnikadan  istifadə 
etməklə  səhralaşmanın,  nəqliyyat  magistrallarının  tikintisinin 


 
18 
və  istismarının  bəzi  məsələlərinin  həllində  səmərəlik  əldə 
etmək mümkündür. 
 
Kosmik  ölçü  sistemlərindən  alınan  informasiyanın 
istehlakçılara  çatdırılması  üçün,  o  bir  neçə  ilkin  emal 
mərhələlərindən  keçir.  İlkin  emal  mərhələsində  ən  vacib 
sayılan proseslərdən biri informasiyanı rəqəmlə ifadə etmək və 
coğrafi koordinatlarını müəyyən etməkdir. 
 
İlkin  informasiyanın  universal  şəkildə  ifadə  edilməsi 
üçün müxtəlif emal mərhələlərin keçilməsi nəzərdə tutulur. 
 
- ilkin peyk informasiyası; 
 
-  məkana  bağlılıq  (coğrafi  koordinatların  təsvir 
informasiyasına yazılması); 
 
-  spektral  parlaqlıqlara  görə  paylanma  faylı  (uçan  bort 
sistemlərindən alınır); 
 
- radiozond ölçü verilənləri; 
 
- aprior informasiyanın hazırlanması; 
 
- iqlim şəraitinin verilənləri; 
 
- aprior informasiya faylı (poliqonlardan alınır); 
 
-  ikinci  emal  mərhələsi  (spektral  fayl  və  aprior  fayl 
tutuşdurulur); 
 
- kodlaşdırma prosesi; 
 
- verilənlər bazasının təşkili; 
 
- arxiv materiallar. 
 
Bu üsulların  müsbət cəhəti ondan  ibarətdir ki, çəkilmiş 
təsvir bir başa topoqrafiya koordinatları ilə qeyd olunur və eyni 
zamanda, alınmış ilkin təsvir universal üsulda, rəqəmlərlə ifadə 
olunaraq, sonrakı tematik emal proseslərini qat-qat asanlaşdırır. 
Rəqəmlə  ifadə  olunmuş  informasiyada  hər  bir  pikseli  təyin 
etmək  imkanı  var,  bu  isə  ümumiyyətlə  təshih  (korreksiya) 
proseslərini  asanlaşdırır.  Bundan  əlavə,  ilkin  emal  zamanı 
atmosferin, günəşin və əks olunan şüaların təsvirlərdə yaratdığı 
təhrifləri aradan qaldırmaq üçün ilkin təsvir “yaxşılaşdırılır”: 
 
-  Günəş  şüalanmasından  bərq  vuran,  böyük  parlaqlıqlı 
piksellərin qiyməti təshih olunaraq “hamarlanır”; 


 
19 
 
-  bort  çəkiliş  sistemlərinə  uyğun  təhriflər  aradan 
qaldırılır; 
 
- təsvirlər radiometrik təshihdən keçir; 
 
- emal olunmuş  ilkin  informasiya rəqəmlə  ifadə olunur 
və böyük həcmli maqnit lentlərinə yazılır, arxiv yaradılır. 
 
İkinci  emal  mərhələsində  qoyulmuş  məsələlərin 
tələbatından  asılı  olaraq,  hər  mütəxəssis  ilkin  emal  olunmuş 
təsvir informasiyasından özünə aid parametrləri çıxarır. 
 
Məsələn, 

Yüklə 5,41 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə