ŞAHİN ƏHMƏdov fuad hacizadə


Kənd təsərrüfatı  mütəxəssisləri



Yüklə 5,41 Mb.
Pdf görüntüsü
səhifə18/102
tarix13.01.2022
ölçüsü5,41 Mb.
#82834
1   ...   14   15   16   17   18   19   20   21   ...   102
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ

Kənd təsərrüfatı  mütəxəssisləri 
təsvirlətdə zəmilərdə, 
tarlalarda  olan  məhsulların  vəziyyətinə  nəzarət  edir,  əkilmiş 
bitkilərə  lazım  olan  gübrə,  suvarma,  kimyəvi  herbesidlərlə 
emal 
müddətlərini 
təyin 
edirlər. 
Kənd 
təsərrüfatı 
ziyanvericilərinə  qarşı  mübarizə  üsullarını  seçir,  əkin  üçün 
faydalı sahələrin xəritələrini təşkil edirlər. 


 
20 
 
Meşə  təsərrüfatı  işçiləri 
alınmış  təsvirlərə  görə  meşə, 
dağ  və  göl  zonalarında  ağac  ehtiyatlarının  miqdarını,  onların 
sağlamlıq vəziyyətini təyin edir və yeni ağac əkilmə ərazilərini 
müəyyənləşdirirlər. 
 
Gətirilmiş  misallardan  aydın  olur  ki,  kosmik  peyklərin 
və  təyyarələrin  ölçü  sistemlərindən  alınan  məlumatlar  çox 
güclü  olub,  elm  və  texnikanın  müxtəlif  sahələrində  geniş 
istifadə olunur. 
 
Qeyd  etməliyik  ki,  informasiyanın  ikinci  emal 
mərhələsində də ümumiləşmiş, yəni bütün ixtisas sahələrinə aid 
olan  emal  prosesləri  aparılır.  Bu  proseslərə  konturların 
çıxarılması, təsvirin təzadlığının dəyişdirilməsi, monoxromatik 
təsvirlərin  yaradılması  və  sair  əməliyyatları  misal  göstərmək 
olar. 
 
Peyk  və  təyyarələrdən  alınan  məlumatların  iqtisadi 
səmərəliliyi  ondan  ibarətdir  ki,  neft,  qaz  və  başqa  faydalı 
qazıntıların  axtarışlarına  sərf  olunan  müddəti  nəzərə  almadan 
ümumi xərclərin dəyəri 10% azalır. Amerika mütəxəssislərinin 
“Landsat”  süni  peyk  proqramının  nəticələrinə  görə  kənd 
təsərrüfatı  sahələrinin  tanınma  faizi  95%  təşkil  edir.  Bu 
məsələyə  sərf  edilən  əmək  və  iqtisadi  xərclər  isə  8  –  10% 
azalır.  Kosmik  informasiya  sistemləri  vasitəsiylə  Yerin  təbii 
sərvətlərinin  öyrənilməsi,  ətraf  mühitin  mühafizəsi  çox  sahəli 
elm olduğundan böyük xərclər tələb edir. Bununla belə, kosmik 
peyk  informasiyasının  elm  və  texnikanın,  rabitə  sistemlərinin, 
hidrometeorologiyanın, kənd təsərrüfatının müxtəlif sahələrinin 
tələbatını ödəməsi,  bir daha onun  iqtisadi  səmərəliliyini təsdiq 
edir.  Amerika  və  Rusiya  iqtisadçılarının  apardığı  texniki-
iqtisadi təhlilə görə müxtəlif ölkələr, kosmik tədqiqatlara hər il 
140  –  200  mlrd.  dollar  sərf  edirlər.  İqtisadi  ekspertlərin 
təhlilinə görə kosmik tədqiqatlara sərf edilən xərclər, tamamilə 
8 – 10 il ərzində artıqlamasıyla ödənilir.        
 
 


 
21 

Yüklə 5,41 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə