45
DUST üzrə qaz və ya buxar hallında olan (CO, SO
2
, N,
Ci və s.) maye halında olan (turşular, qələvilər, duzların
məhlulları, maye metalların və s.) və bərk halda (konserogen
maddələr, qurğuşun birləşmələri, üzvi və qeyri üzvü tozlar, his
və s.) atmosfer çirkləndiriciləri qeyd olunur.
Müasir sənaye müəssisənin ətraf mühitlə enerji və
maddələr mübadiləsinin sxemi
Bundan əlavə tullantıların miqdarına görə (t/gün) onlar
qruplara ayrılır:
1. < 0,01 t/gün
2. 0,01 – 0,1 t/gün
3. 0,1 – 1,0 t/gün
4. 1,0 – 10 t/gün
5. 10 – 100 t/gün
Çirkab suları
Atmosfer
tullantıları
Məhsul
Bərk tullantılar
Enerji
tullantıları
Aerozollar
Qazlar, buxarlar
Istilik
Səs, küy,
vibrasiya
Günəş
radiasiyası
Su çöküntüsü
Sənaye müəssisəsi
Xammal, material,
avadanlıq
Yanacaq, elektrik
enerjisi
Oksigen
Elektromaqnit
sahələri
işıq,
infraqırmızı
şualar
İonlaşdırıc
ı
şüalar
46
6. > 100 t/gün
Maye tullantıları hissəciklərin ölçülərinə görə də qruplara
bölünür
- çox narın duman < 0,5 (d < 0,5 mкm)
- narın dispers duman
- iri dispers duman
Bərk tullantılar dа hissəciklərin ölçülərinə görə qruplara
bölünür.
2.7. Maşınqayırma müəssisələrinin tullantıları ilə
atmosferin çirklənməsi
Müasir maşınqayırma birlikləri əsas istehsalat sahələri
hazırlıq dəmirin presləmə, metalların mexaniki və emalı sexi
və iri tökmə sexləridir.
Müəssisələrin tərkibinə sınaq stansiya istilik enerji
mərkəzləri (ТЭЦ) və köməkçi sexlər də daxildir.
Maşın və avadanlıq istehsalında metalların mexaniki
emalı qeyri materialların emalı, rəngləmə əməliyyatları geniş
istifadə olunur.
Tökmə sexi – elektrik qövsü və induksion peçlərdən və
çuqun əridən peçlərdən ibarətdir. Bunlar ən çox qaz və toz
ayrılan avadanlıqlardır. 1 ton çuqun istehsalında 150-330 kq
CO; 1,5 CO
2
, 25-60 kq toz, azot oksidi, ammoniyak, fenol və s.
Ayrılır. Ayrılan tozların tərkibi belədir: Fe
2
O
3
– 56,8%, MnO
2
– 10%, Al
2
O
3
– 5%, SiO
2
– 6,9%, CaO – 6,9%, MgO – 0-5,8%
qalanlar isə xloridlər, xrom oksidləri, fosfor və s. hissəciklərin
ölçüləri d ≥ 10 mkm.
İnduksiya tipli peçlərdə polad əridildikdə daha çox toz
ayrılır, qazlar isə az olur. Ən çox toz vaqrankalarda metal
əridildikdə ayrılır. Beləki 1 t metal vaqrankada əridildikdə 15-
20 kq toz və 150-200 kq CO ayrılır. Maye halında salınmış
metalı tökmə prosesində benzol, fenol, metanol, formaldegid
və digər zərərli maddələr ayrılır. Koksda kükürd birləşmələri
47
olduqda SO
2
ayrılır. Şıxta və qəlibləmə materiallarının
çoxlu toz , CO, SO
2
, NO və s. ayrılır.
Termiki sex. Sexin ventilyasiya sistemi havanın
tərkibində yağ buxarları, ammiak, sianidli hidrogen və s. olur.
Əsas çirklənmə mənbələri: qızdırıcı peçlər (maye və ya qazla
işləyən). Yanma məhsulları təmizlənmədən, peçdən boru
vasitəsilə atmosferə atılır. Metal termiki emaldan sonra
axınlara ayrıca kameralarda təmizləndikdən sonra havada tozun
miqdarı 2-7 q/m
3
olur.
Yayma və dəmirçi-presləmə sexində çox toz, turşu və
sürtkü yağ dumanları ayrılır. Hər 1 ton prokatdan 200q toz
ayrılır. Əgər odla təmizləmə tətbiq edilirsə ayrılan tozun
miqdarı 500-2000 q/t-a çatır. Bu prosesdə prokatın səthinin
yandırılması zamanı 3-12 q/m
3
narın toz ayrılır ki, bu tozun
tərkibində 75-90% dəmir oksidləri olur.
Bu sexdə həmçinin prokat səthinin təmizlənməsi üçün
kükürdlü və öloridli turşulardan da istifadə edilir. Əgər havanın
turşulardan təmizlənməsi üçün köpük aparatı tətbiq olunur sa,
təmizləmənin effekti 0,95-0,99-a çatır. Bu halda 0,05 q/m
3
turşu qalır.
Qaynaq sexində qaynaq işləri zamanı atmosferə zəhərli
qaz və toz ayrılır. Elektrik qövsü ilə elektrodla qaynaq
apardıqda narın toz ayrılır. Tozun tərkibi ən çox elektrodun
tərkibindən və daha az qaynaq edilən metalların kimyəvi
tərkibindən asılıdır.
Qaz və plazma qaynağı üsullsrında tozla birlikdə zərərli
qazlar (CO, NO
x
) ayrılır.
Qalvanizasiya sexində hər hansı metal hissəsinin üzərində
örtük çəkmədən əvvəl onun səthi turşularla təmizlənir (kükürd,
azot, xlorid, flyuorit, turşular). Bu proses aparılan vanna
üzərində ventilyasiya ilə vurulan havada 30-500 mq/m
3
qatılıqda turşu dumanı əmələ gəlir.
Fosfatlaşdırma və s. əməllyatlardas müxtəlif zərərli
maddələr ayrılır. Xüsusilə sianit duzları, xrom və azot turşuları
48
zərərli xassələrə malikdir. Odur ki, atmosferə vurulan hava
mütləq onlardan təmizlənməlidir.
Mexaniki emal sexlərində dəzgəhlarda emal zamanı toz,
yonqarlar sütkü yağları və emulsiyaların buxarları ventilyasiya
ilə otağdan xarici atmosferə atılır.
Cilallama vaxtı ayrılan tozun 30-40%-ı cilalayıcı emal
zamanı, cilallayıcı diskdən, 60-70% isə emal edilən metal
materialından ayrılır. Taxta emal edildikdə taxta tozları
yonqarlar və taxta kəpəyi ayrılır.
Lak-rəngləmə sexində əşyalara həm rəng və lak çekmə
prosesində, həm də quruma prosesində zərərli maddələr ayrılır.
Mexaniki üsulla rəng çəkildikdə otağa 8-18% həlledici
mayelərin və lak rəng buxarları təmizlənmədən hündür boca
borularından xaricə atılır.
2.8. Atmosferin energetik qurğuların tullantıları ilə
çirklənməsi
Energetik qurğularda və maşınlarda müxtəlif növlü
yanacağın yanması zamanı atmosferə karbon oksidi (CO
2
), su
buxarı (H
2
O) ayrılmaqla bərabər yanacağın tam yanmağı
nəticəsində karbon qazı (CO) his, karbohidrogenlər (C
n
H
m
) və
benzаpиren (C
20
H
12
) ayrılır. Bundan başqa yanacağın
yanmayan hissəcikləri, kül (зола) və digər mexaniki qarışıqlar
da ayrılır (kükürd anhidridi SO
2
və SO
3
, azot və qurğuşun
PbO). Daş kömür yandıqda 2,5-6% kükürd və 30-50% kül
alınınr.
Maye yanacaqlar isitfadə edildikdə (mazut) tüstü
qazlarında azot oksidləri, vonadium və natrium birləşmələri,
qaz və bərk yanma məhsulları olur. Qaz yanacağa keçdikdə kül
azalırsa da SO
2
azalmır, çünki qazın tərkibində kükürd
birləşmələri vardır.
Təbii qazlar yandığda kükürd və azot oksidləri alınır.
İstilik elektrik stansiyaları (gücü 2,4 mln kvt) sutkada 20
min ton daş kömür işlədir, bu zaman atmosferə sutkada 680
Dostları ilə paylaş: |