ŞAHİN ƏHMƏdov


İqlim  torpaqəmələgətirən  amil  kimi



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə35/64
tarix03.05.2018
ölçüsü3,59 Kb.
#41195
1   ...   31   32   33   34   35   36   37   38   ...   64

 
117 
 
İqlim  torpaqəmələgətirən  amil  kimi.  Atmosfer 
yağıntılarının  miqdarı  torpaqda  nəmlik,  yəni  bitki  və 
mikroorqonizimlərin həyatı üçün şərait yaradır. Yağıntıların bir 
hissəsi buxarlanır, bir hissəsi yamac boyu axır, bir hissəsini isə 
torpaq  özündə  saxlayır.  Torpağın  rütubəti  onun  səthi  ilə  axan 
və  buxarlanan  su  torpaqəmələgəlmə  prosesində  iştirak  edir. 
Torpaqdakı  su  mineral  maddələri  həll  edərək  torpaq  profili 
boyu  paylayır  (qarışdırır):  səth  su  axınları  mineral  və  üzvi 
hissəcikləri  yamac  boyu  paylayaraq,  ya  hissəcikləri  aparır, 
yaxud  da  toplayır,  buxarlanan  su  isə  ətraf  havanı 
rütubətləndirərək torpağı sərinlədir. 
 
Qar  torpağı  bərkidərək  mikroorqanzimlərin  fəaliyyət 
dövrünü uzadır. 
 
Qrunt suları duzlu olduqda torpağı şoranlaşdıra bilər. O 
səthə yaxın yerləşdikdə bataqlaşmaya səbəb olur. 
 
Havanın  və  torpağın  temperatur  şəraiti  torpaqdakı 
kimyəvi  və  biokimyəvi  reaksiyanın  sürətinə  təsir  göstərir. 
Temperatur  rütubətin  buxarlanma  intensivliyinə  və  torpağın 
nəmliyinə  təsir  göstərir.  Temperatur  20…350  oldurda 
mikroorqonizm  və  bitkilərin  fəaliyyəti  artır.  Torpağın 
temperaturu 400- dən yüksək olduqda isə mikroorqonizimlərin 
fəaliyyəti zəifləyir və yaxud dayanır. Temperatur sıfra endikdə 
də orqanizmlər fəaliyyətdə olmurlar. 
 
Səhra,  step  (çöl,  bozqır)  və  tundrada  küləyin  rolu 
xüsusilə  böyükdür.  Külək  torpağın  səthində  toz  və  qum 
hissəciklərini  sovurub  apararaq  torpağın  profilini  dəyişir, 
torpaq ilkin genetik xassələrini itirir. 
 
Relyef torpaqəmələgətirən amil kimi 
 
Yer səthində istiliyin və rütubətin paylanması relyefdən 
çox  asılıdır.  Relyef  küləyin  istiqamətinə  və  gücünə,  günəşin 
torpaq 
səthini 
işıqlandırılmasına 
və 
bitki 
örtüyünün 
formalaşmasına təsir göstərir. 
 
Torpaqəmələgəlmə  prosesinə  nəinki  makrorelyef,  hətta 
mikro və nano relyef də öz təsirini göstərir. Səthin çökəklik və 


 
118 
hündürlük  hissəsində  torpaq  ətrafındakı  torpaqdan  müəyyən 
dərəcədə  fərqlənir.  Nanorelyef  torpaqda  olan  heyvanat 
aləminin  təsirilə  də  yaranır.  (siçan,  köstəbək,  sünbülqıran  və 
s.). 
 
Torpaqəmələgəlmə  prosesində  relyefin  forması  və 
cəhəti  xüsusi  rol  oynayır,  torpağın  temperaturu  və  nəmliyi 
yamacın dikliyi və istiqamətindən asılıdır. Cənub yamaclar isti, 
quru,  şimal  yamaclar  isə  soyuq  və  rütubətli  olur.  Dik  cənub 
yamaclarda  eroziya  prosesi  daha  çox  müşahidə  olunur.  Şimal 
yamaclar çox vaxt az meyilli olur: orada qar daha uzun müddət 
qalır ki, bu da torpaqəmələgəlməyə öz təsirini göstərir. 
 
Ana süxur torpaqəmələgətirən amil kimi. Səthə çıxan 
dağ süxurları torpağın əmələgəlməsində əsas mineral materialı 
hesab 
olunur. 
Süxurun 
tərkibində 
kalsium-karbonatın 
mövcudluğu  torpaqda  zəif  qələvi  reaksiyanın  olmasına  şərait 
yaradır.  Karbonatsız  gillicəli  və  qumlu  torpaqda  isə  turş 
reaksiya  yarana  bilər.  Qum  üzərində  əmələ  gələn  torpaqlar 
gillicəli 
süxurlar 
üzərindəki 
torpaqlara 
nisbətən 
qida 
maddələrilə az zəngin olur. 
 
Ana  süxurun  fiziki  xassələri,  yəni  onun  bərk  və  ya 
yumşaq  olması,  məsaməliyi,  suyu  və  havanı  keçirmə 
qabiliyyəti  torpaqəmələgəlmə  prosesində  böyük  rol  oynayır. 
Belə  ki,  hava  və  suyu  özündən  pis  keçirən  gilli  süxurda 
kimyəvi  və  bioloji  proseslər,  üzvi  qalıqların  parçalanması  zəif 
gedir. 
 
Torpaqəmələgəlmə prosesində qrunt sularının da rolu az 
deyildir. Bu prosesə suyun minerallıq dərəcəsi, kimyəvi tərkibi, 
dərinliyi  böyük  təsir  göstərir.  Qrunt  suyu  yer  səthindən  çox 
dərində yerləşmirsə torpağı kimyəvi maddələrlə zənginləşdirir, 
onun  su  və  hava  rejimini  dəyişdirir.  Qrunt  suları  səthə  yaxın 
yerləşərsə torpağı  hədsiz rütubətləndirir, onun  şorlaşmasına  və 
bataqlaşmasına səbəb olur. 
 
Ölkənin  (ərazinin)  yaşı  (vaxt)  torpaqəmələgətirən 
amil  kimi.  Hər  hansı  torpaq tipinin  yaranması  üçün  müəyyən 


 
119 
vaxt  lazımdır.  Burada  torpağın  mütləq  və  nisbi  yaşını 
ayırmalıdır. Məlum olduğu kimi keçmiş SSRİnin şimal hissəsi 
yaxın vaxtlarda buzlaqlardan azad olmuşdur. Cənubi Rusiya və 
Qazaxıstan  çölləri  (stepləri),  Türkmənistan  və  Özbəkistan 
səhraları,  Sibirin  və  Uzaq  Şərqin  bir  hissəsində  buzlaq 
olmamışdır. 
 
Tundra  torpaqlarını  şərti  olaraq  ən  cavan,  podzol 
torpaqları  orta  yaşlı,  qaratorpaq  və  şabalıdı  torpaqları  isə 
yetişmiş  yaşlı  torpaqlar  hesab  etmək  olar.  Ən  cavan  torpaqlar 
çayların  gətirmə  konuslarında,  müasir  alluvial  çöküntülər 
üzərində inkişaf edən torpaq hesab olunur. 
 
Beləliklə,  torpağın  mütləq  yaşının  başlanğıcı  qurunun 
buzlaqdan,  dəniz,  göl,  okean  altından  azad  olması  vaxtı  hesab 
olunur.  Torpağın  nisbi  yaşı  dedikdə  isə  onun  vaxta  görə 
formalaşması sürəti (müddəti) nəzərdə tutulur. H. Bennetə görə 
ana süxurdan 2-3 sm torpağın yaranması üçün 200-1000 il vaxt 
lazımdır. 
 
Orqanizimlər və torpaqəmələgəlmə. 
 
Torpaq 
orqanizmləri
Torpağın 
münbitliyinin 
yaranmasında  canlı  orqanizmlər  və  torpağın  üzvi  maddələri 
əsəs amil sayılır. 
 
Torpaqda  və  onun  səthində  bakteriyalar,  göbələklər, 
aktinomisetlər,  yosunlar,  şibyələr,  ali  bitkilər  (mamırlar, 
ayıdöşəyilər,  otlar,  ağac  bitkiləri),  ibtidailər,  soxulcanlar, 
həşəratlar və məməlilər yaşayır. 
 
Əgər 
edofonu 
torpaqəmələgəlmə 
prosesində 
əhəmiyyətinə  görə  cərgələrə  bölüşdürəsi  olsaq,  onda  birinci 
cərgədə  bakterialar,  ikincidə  –aktinomisetlər,  üçüncüdə  isə 
göbələklər durur. İbtidailərə, amyöblərə və yosunlara torpaqda 
az rast gəlinir. 
 
Y.H.Mişustinə  görə  kasıb  torpağın  (məsələn  podzolun)  
1qramında 0,3-0,6 milyard, münbit qaratorpaqda –2- 3 milyard 
mikrob  vardır.  Suvarılan  səhra  boz  torpağının  1  qramında  da 
mikroorqanizimlərin miqdarı 3milyarda çatır. 


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə