Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   58   59   60   61   62   63   64   65   ...   90

 
213 
xaricə  beyin  axını  təqribən  70-90  min  nəfərdir.  ABŞ-ın  Silikən 
vadisində  bəzi  seminarlar  rus  dilində  aparılır,  çünki  seminar 
iştirakçılarının  çoxu  Rusiyadan  getmiş  mütəxəssislərdir.  1970-ci 
illərdə  SSRİ-də  işləyən  əhalinin  hər  30  nəfərindən  biri  elm 
sahəsində  çalışırdı.  İndi  RF-də  bu  göstərici  66  nəfərdən  biridir. 
Azərbaycanda da vəziyyət təqribən belədir. 
 
F.E.Şereqi,  V.Q.Xarçeva,  V.V.Serikov  (Sosioloqiə 
obrazovaniə:  Prikladnoy  aspekt.  M.,  Örist,1997)  kitabının 
verdiyi  məlumata  görə  RF-də  müəllimlərin  81,2%-i  kasıblıq  və 
yoxsulluq şəraitində yaşayırlar. 
 
Cənubi  Qafqaz  ölkələrində  ali  məktəblərin  sayı  ilə  bağlı 
məlumat  maraq  kəsb  edir.  ””””””””Statistiçeskiy  Ejeqodnik 
Öjno-Kavkazskix  stran”  (İz-vo  “Sada”,  2002)  toplumdan 
götürülmüş  məlumatlar  cədvəl  17.2-də  göstərilmişdir.  Keçid 
dövrünün  iqtisadi  çətinliyi  və  bu  ölkələrin  də  təhsil  sisteminə 
böyük mürəkkəblik yaratmışdır. 
 
 
 
 
 
 
  
 Ъядвял 17.2 
 
 
Али 
мяктяблярин 
сайы 
Юлкя
ляр 
1997/
98 
1998/
99 
1999/
00 
2000/
01 
 
Али 
мяктяблярин 
 
Ерм. 
103 
100 
98 
90 
 
вя 
 
Азяр. 
41 
42 
42 
43 
1  тялябялярин 
сайы (мин 
Эцр. 
182 
178  186 
171 
 
няфярля) 
Ерм. 
56,2  59,7  61,7  60,7 


 
214 
Dövlət  Statistika  Komitəsinin  son  məlumatına  görə 
hazırda ölkəmizdə  26 dövlət və  15 (bunlardan 4-nə 2002-ci  ildə 
tələbə  qəbulu  inzibati  yolla  dayandırılmışdır)  özəl  ali  təhsil 
müəssisəsi təhsil fəaliyyəti ilə məşğul olur. 
 
Bundan  başqa,  Ali  Hərbi  Ümumqoşun  Komandirlər 
məktəbi,  Ali  Hərbi  Dənizçilik  məktəbi,  Bakı  Ali  Polis 
Akademiyası,  Milli  Təhlükəsizlik  Akademiyası  ali  təhsilli 
mütəxəssislər hazırlayırlar. 
 
Azərbaycanda  həm  ali  məktəblərin  sayının,  həm  də  özəl 
ali məktəblərin tələbələrinin sayının dinamikası qonşu dövlətlərin 
analoji  göstəricilərindən  xeyli  fərqlənir.  Qonşu  dövlətlərlə 
müqayisədə  bunu  təhsil  sahəsində  inzibatçılığın  çox  olması  ilə 
izah etmək olar. 
 
Son illər ali məktəblərin sayı xeyli artdığından ilk baxışda 
elə  təsəvvür  yaranır  ki,  tələbələrin  də  sayı  proporsional  olaraq 
artmışdır.  Cədvəl  17.2-dən  göründüyü  kimi  2000/2001-ci  dərs 
ilinin əvvəlinə özəl ali təhsil müəssisələrində 28,7 min, dövlət ali 
təhsil  müəssisələrində  isə  (119.7-28.7=91)  91  min  tələbə  təhsilə 
cəlb edilmişdir.  
Bu sahədə aydın təsəvvür yaratmaq üçün SSRİ dövründə 
və müstəqillik illərindəki Azərbaycanda vəziyyət cədvəl  17.3-də 
göstərilmişdir.  Cədvəldə  əhalinin  hər  10  000  nəfərinə  düşən 
tələbə sayı da göstərilmişdir. 
Cədvəldən  göründüyü  kimi  ali  məktəblərin  sayının 
artmasına baxmayaraq, əhalinin 10000 nəfərinə düşən tələbə sayı 
artmamış, əksinə azalaraq 172-dən (1980) xeyli aşağı düşmüşdür. 
SSRİ-də  bu  göstərici  1980/81-ci  illərdə  197  olmuşdur. 
Azərbaycanda  bu  göstərici  ən  yüksək  səviyyəyə  1980/81-ci  ildə 
Heydər  Əliyevin  ölkəyə  rəhbərlik  etdiyi  zaman  çatmış,  və  o 
zaman bu göstərici 172 nəfər, tələbələrin ümumi sayı isə 107 000 
nəfər olmuşdur Əgər nəzərə alsaq ki, o zamanlar Heydər Əliyevin 
təşəbbüsü  və  səyi  ilə  minlərlə  azərbaycanlı  gənclər  SSRİ-nin 
qabaqcıl  ali  məktəblərinə    təhsil    almağa  göndərilirdi,  onda 
Azərbaycan üçün bu göstərici  daha yüksək idi və demək olar ki, 


 
215 
SSRİ-də  3-4-cü  yerlərdə  dururdu.  Qeyd  etmək  kifayətdir  ki, 
1999/2000-ci  ildə  bu  göstəricilər  Rusiya  Federasiyasında  246, 
Azərbaycanda isə xeyli aşağı  146 nəfər olmuşdur. İnkişaf etmiş 
ölkələr  üçün  bu  göstərici  300-dən  çoxdur.  Göründüyü  kimi  bu 
göstərici  RF-də  yüksələn,  Azərbaycanda  isə  azalan  istiqamətdə 
davam edir. 
 
 
 
 
Cədvəl 17.3 
Dərs  ilinin 
əvvəlinə 
Ali 
məktəblə-
rin sayı: 
Dövlət + 
özəl (ö) 
Tələbələrin 
sayı (min nəf.) 
Əhalinin 10000 
nəfərinə düşən 
tələbənin sayı 
Azərbaycan 
üzrə 
SSRİ 
üzrə 
1980/81 
17 
107,0 
172 
197 
1985/86 
18 
105,9 
158 
185 
1989/90 
16 
99.7 
140 
179 
1990/91 
17 
105.1 
147 
178 
1993/94 
17 
99.3 
127 
 
1995/96 
23+20 (ö) 
98.8 
129 
 
1997/98 
25+16 (ö) 
100.2 
128 
 
1999/2000  25+17 (ö) 
116,1 
146 
246 (RF) 
2000/01 
25+15 (ö) 
119.7 
149 
 
2001/02 
26+11 (ö) 
120,5 
149 
 
 
 
“Abituriyent”  jurnalının  2002-ci  ilin  12-ci  sayında 
ölkəmizdə təhsilin vəziyyəti ilə bağlı (səh.17-də) oxuyuruq: 
 
“Qəbulolma  göstəricilərinin  ayrı-ayrı  təhsil  formaları 
üzrə  təhlili  göstərir  ki,  dövlət  ali  təhsil  müəssisələrinə  17  847, 
özəl ali təhsil müəssisələrinə isə 793 tələbə qəbul olunmuş, dövlət 
ali məktəblərinin qəbul  planı 72,97%, özəl  ali məktəblərin  planı 
isə  25,42%  dolmuşdur.  Dövlət  ali  məktəblərinin  ödənişsiz 
ixtisasları  üzrə  qəbulolma  faizi  74,62%  ödənişli  ixtisaslar  üzrə 
isə 71,56% olmuşdur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə