Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   56   57   58   59   60   61   62   63   ...   90

 
206 
nümayəndələrinə  iş yeri aça bilirlər.   Fəlsəfi dillə desək, birinci 
təbəqənin nümayəndələri, adətən, içərisindən keçdiyi proseslərdə, 
hadisələrdə subyekt, üçüncü təbəqənin nümayəndələr isə obyekt 
kimi  çıxış  edirlər.  Cəmiyyət  birinci  təbəqəyə  aid  insanların 
sayının  çoxluğunda  maraqlı  olmalıdır.  Təsadüfi  deyildir  ki, 
inkişaf etmiş ölkələrdə əhalinin hər 10 min nəfərinə düşən tələbə 
sayını artırmaq həmişə dövlətin diqqət mərkəzində saxlanılır. Biz 
orta  təbəqənin  nümayəndələrinə  yüksək  təhsil  verib  onların  bir 
qismini  1-ci  təbəqəyə  qoşmalıyıq.  İnsan  potensialını  inkişaf 
etdirməyin fəlsəfəsi bundan ibarətdir. İdarəetməyə 1-ci təbəqədən 
olanları  cəlb  etməklə  rüşvətin  qarşısını  nisbətən  almaq  olar. 
Avropada  rüşvətin  nisbi  səviyyəsinin  az  olmasını  bunla  izah 
etmək  olar.  Çünki  orta  təbəqə  nala-mıxa  vuran  təbəqədir. 
Şəraitdən asılı olaraq cəmiyyət üçün həm xeyirli, həm də zərərli 
rol oynaya bilər. Atalar düz deyib: “Dad yarımçıq əlindən». Bu 
təbəqədən  orta  məmur  kütləsi  törəyir.  Rüşvətxorluq  bu  kütlənin 
içərisində  geniş  yayılır.  Bu  yarımçıq  insanları,  yarımçıq 
məktəblər  yetirir.  Məktəb  tam  komplektləşməlidir,  yarımçıq 
olmamalıdır.  
 
Əla  bilikli  1-ci  təbəqənin  nümayəndələrinin    halal  pul 
qazanmaq  imkanı  olduğundan  daim  dövlətin  qüdrətli  olmasını 
üstün tuturlar. Bu təbəqə  arasında mənfi hallar az yayılan olur. 
Çünki bu insanlar milli mənafeni şəxsi mənafedən qəlbi tutmağı 
bacarırlar. Orta təbəqə    nümayəndələri rüşvətdən istifadə  edərək 
özlərinə layiq yox, daha yüksək məqam sahibi olmağa çalışırlar. 
Qüdrətli  insanların  quruculuq,  zəiflərin  isə  dağıdıcılıq  potensialı 
böyükdür.  Azərbaycan  Prezidenti    Heydər  Əliyevin    belə 
insanlara ünvanladığı  fikir maraqlıdır:  
“Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz 
yerini,  özünə  məxsus  olan  yeri  tapmalıdır.  Kim  ki,  öz 
biliyindən, bacarığından artıq iddialar edir o, həmişə  məğlub 
olur”.  
Bu fikirin hikməti böyükdür və geniş əhatə dairəsi vardı. 
Çünki hər bir vəzifə sahibi qarşılaşdığı problem, məsələ, iş və s. 


 
207 
ilə  bağlı  qərar  qəbul  etməlidir.  Əgər  onun  bilik  və  bacarığı 
tutduğu  vəzifəyə  uyğun  deyilsə,  səhv  qərarlar  qəbul  edəcək  və  
sonda    möhtərəm  Prezidentimiz  dediyi  kimi    məğlub  olacaqdır, 
həm də cəmiyyətin inkişafını ləngidəcəkdir. 
Sovetlər  zamanı  ali  məktəblərdə  zəif  bilənlərin,  orta 
bilənlərin  sayını  azaltmaq  niyyəti  ilə  iqtisadi  bir  faktordan  
«tələbə  təqaüdü»  deyilən  üsuldan  istifadə  edilirdi.  Əslində,  bu 
üsul təhsilin keyfiyyətinə kifayət qədər müsbət təsir edən iqtisadi 
faktor  idi.  Digər  tərəfdən  tələbənin  vaxt  resursundan  səmərəli 
istifadə etmək üçün həm də sövqedici bir mexanizm idi. Çünki üç 
alan  tələbəyə  təqaüd  verilmirdi.  Deməli,  təqaüd  almaq  üçün 
tələbə  4  və  ya  5  qiymət  almalı  idi.  Bu  səbəbdən  də    zəif  təhsil 
alanlar  gecəni  gündüzə  qatıb  3  yox,  məhz  4  və  5  qiymət  almaq 
üçün çalışardılar və vaxtlarını boş keçirməzdilər. 4 və 5 qiymətlə 
təhsil  alanların  daha  da  əzmlə  çalışmaları  üçün  adlı  təqaüdlər 
sistemindən  istifadə  edilirdi.  Bu  təcrübəyə  müraciət  etmək 
hökmən lazımdır. 
Tələbənin, öyrəncinin əlində olan ən qiymətli sərvət, vaxt 
qaynağıdır,  vaxt  ehtiyatıdır.  Təhsil  sistemi  tələbənin  vaxt 
ehtiyatını  nəzarətə  götürməlidir.  Milli  təhsil  sistemi  elə 
qurulmalıdır  ki,  bu  qaynaqdan  maksimum  istifadə  edilsin. 
Subyektiv  fikirimə  görə  vaxta,  zamana  baxışımız  dəyişməlidir. 
Tərbiyə  məhfumu  vaxtdan  istifadə  mədəniyyətini  özündə  ehtiva 
etməlidir.  Belə  bir  formula  qəbul  etsək  ki,  tərbiyə  –  vaxta 
hörmət  və  qənaətdir,  xeyli  irəli  gedə  bilərik.  Bir  çox  inkişaf 
etmiş  ölkələrdə  təhsilalanların  vaxtı,  günlərlə,  həftələrlə,  aylarla 
yox, saatlarla ölçülür. 
Əla  bilikliləri,  orta  və  zəif  biliklilərdən  ayırmaq  üçün  ali 
təhsil sistemində struktur islahatları aparılmışdır. Bu addımın bir 
üstünlüyü də bundan ibarətdir ki, orta biliklilərin yüksək struktur 
səviyyələrə buraxılmasının qarşısını nisbətən alır. Zəifləri orta və 
ali  məktəblərin  yuxarı  pillələrinə  buraxmamaq  lazımdır. 
Zəiflərdən elmlər namizədi «düzəltmək» milli mənafeə ziddir. 


 
208 
Avropa  dövlətlərinin  əksəriyyətində  ali  təhsil  4+2 
strukturu  əsasında  qurulmuşdur.  1992-ci  ildə  qəbul  olunmuş 
«Azərbaycan  Respublikasının  Təhsil  Qanunu»nda  da  bu  sistem 
təsbit  olunmuşdur.  Bu  sistemin  hikməti  böyükdür  və  tarixin 
sınağından çıxmışdır.. 
Hal-hazırda  bizim  «bakalavr»  (4  il)  və  «magistr»  (2  il) 
ixtisas dərəcəsi almış gənclərimiz var və onlar müxtəlif sahələrdə 
işləyirlər.  
Bizdə  əvvəllər  ali  təhsil  5  illik  olubdur.  İndi  ali  təhsil 
sistemi  4+2  sxemi  üzrə  qurulubdur.  Təzə  sistemin  köhnə 
sistemdən  üstünlüyü  nədir?-sualına  cavab  verməyə  çalışaq.  Bu 
məsələ  ilə  bağlı  fikirlərimi  8.02.2002-ci  ildə  «Azərbaycan» 
qəzetində  çap  olunmuş  «Magistratura,  yoxsa  aspirantura» 
məqaləsində  söyləmişəm.  Həmin  məqalədən  bəzi  məqamlara 
təkrar toxunmaq istəyirəm. 
Fərz  edək  ki,  bir  universitetin  fizika  fakültəsində  100 
tələbə yaxşı (4) qiymətlə, başqa bir universitetin belə fakültəsində 
75 tələbə  yaxşı (4), 5 tələbə isə əla (5) qiymətlə təhsil alır. Sual 
olunur: Bu universitetlərin  hansının işi cəmiyyət  üçün faydalıdır 
və milli mənafeyə daha uyğundur?  
Aydındır  ki,  100  nəfər  dörd  qiymətlə  təhsil  alan  tələbə 
toplumu  ilə  müqayisədə  cəmiyyət  üçün  (75+5)  tələbə  toplum 
daha  qiymətlidir.  Çünki  ikinci  toplum  80  nəfər  olmasına 
baxmayaraq,  fizika  sahəsində  cəmiyyətin  qarşısına  çıxa  biləcək 
istənilən  problemləri    həll  etməyə  qadirdir.  Çünki  bu  toplumun 
içərisində  fənnini  əla  bilən  beş  nəfər  var.  Birinci  toplum  belə  
fiziki problemləri həll edə bilməyəcəkdir, çünki onların içərisində 
əla  qiymətlə  təhsil  alan  bir  nəfər  belə  yoxdur.  Biliyin  maddi 
sərvətdən fərqi bundadır ki, o, toplanmır, cəmiyyətdə hər kəs az 
bilirsə, hamı az bilir.  
Beləliklə,  əlavə  xərc  çəkmədən  100  nəfərlik  tələbə 
toplumunu  daha  sərfəli  vəziyyətdə  təhsilləndirmək  üçün  4+2 
sxemi çox əlverişlidir. 100 nəfərə 4 il təhsil verilir və onlardan 80 
nəfəri bakalavr diplomu alaraq istehsalata göndərilir, 100 nəfərin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə