Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   53   54   55   56   57   58   59   60   ...   90

 
196 
fakt  Rusiya  TV  kanallarında  göstərilibdir).  Bir  gün  qabaqcadan 
sifariş verirsən, o biri gün pulunu verib diplomunu alırsan. 
 
Şübhəsiz,  bu  diplomları  alıb  Qərb  ölkələrinə  aparmırlar. 
Bu bazarın müştəriləri Cənubi Qafqaz və Orta Asiya dövlətlərinin 
vətəndaşlarıdır.  İlk  baxışda  qəbahətli  görünməyən  bu  alver  çox 
qorxuludur.  Diqqətlə  təhlil  etsək  bu  müstəqil  dövlətlər  üçün 
mənəvi  terror  planının  tərkib  hissəsidir.    Bu  dövlətlərin  mədəni, 
təhsil,  sosial  sferalarının  çürüməsinə  yönəlmiş  düşünülmüş 
təxribatdır.  Təxribat  da bundan  ibarətdir  ki,  250  ABŞ  dolları  ilə 
alınmış diplom çox vaxt  milli dövlətlərdə ikinci ali təhsil almaqla 
“yuyulur“  və  bir  neçə  ildən  sonra  saxta  diplom  yuyularaq 
“normal“  diploma  çevrilir.  Bu  diplomlar  sonralar  biliksiz 
“mütəxəssisləri  “  məmur  kürsüsünə  gətirir.  Bu  məmur  təbii 
olaraq  şəxsi  mənafeyini  milli  mənafedən  üstün  tutaraq,  həm 
Moskvada,  həm  Bakıda  xərclədiyi  pulları  artıqlaması  ilə  geri 
qaytarmaqla  məşğul  olur.  Dövlət  işi  isə  başlayır  “axsamağa“. 
Mənəvi  terrorun  nəticəsində  mənəviyyatda  çürümə  başlayır. 
Təxribatın  qısa  mahiyyəti  bundan  ibarətdir.  Bu  təxribatın, 
terrorun  qabağını  Ali  Attestasiya  Komissiyasının      alması  və  bu 
prosesləri nəzarətə götürməsi milli mənafeyə uyğundur. 
 
Qafqaz  Universitetinin  10  illik  yubiley  şənliklərindən 
(may  2003)  sonra  Türkiyəli  professor  Əli  Gülümsərlə  (19  may 
Universiteti) təhsil haqqında fikir mübadiləsi etdik. Əli bəy dedi 
ki,  Avropa  universitetlərində  çoxlu  sayda  türk  gəncləri  təhsil 
alırlar.  Bəla  burasındadır  ki,  bu  universitetlərin  müəllimləri  öz 
millətlərindən  olan  tələbələrə  qarşı  çox,  ancaq  türk  tələbələrinə 
qarşı  isə  az  tələbkarlıq  edirlər.  Bu  münasibət  də  geosiyasətin  
tərkib hissəsidir. 
Digər  bir  misal  da  çəkmək  istəyirəm.  Rusiya 
Federasiyasının vilayətlərinin birində  yüksək məqam  sahibi olan 
həmyerlilərimizin  birinin  dediyinə  görə  RF-nın  vətəndaşı  üçün 
pul ilə saxta diplom, elmi dərəcə almaq qeyri-mümkündür. Ancaq 
qonşu  MDB  dövlətlərinin  vətəndaşları  üçün  bu  işi  həll  etmək 
üçün  bir  ay  vaxt,  bir  də  lazımi  miqdarda  pul  lazımdır.  Bu 


 
197 
addımlar  milli  dövlətləri  içərisindən  çürüdür  və  geosiyasi 
mahiyyət  daşıyır.  Məncə  bizim  milli  təhlükəsizliyimizə  nəzarət 
edən strukturlar, belə faktlara qarşı amansız mübarizə  
 
aparmalıdır. 
Bu 
cür 
çürütmələr 
dövlətimizin 
müstəqilliyinin əksinə yönəldilmişdir. 
 
Ölkəmizin  bir  çox    xarici  dövlətlərin  (və  ya  ayrı-ayrı 
siyasi  qurumların)  maraq  dairəsində  olduğunu  möhtərəm 
prezidentimiz  YAP-ın  10  illik  yubiley  mərasimində  də 
vurğulamışdır: 
 
“Azərbaycan  elə  bir  ölkədir  ki,  indi  bir  çox  xarici 
dövlətlərin  həm  maraq  dairəsinə  çevrilibdir,  həm  də  öz 
coğrafi-strateji vəziyyətinə, təbii sərvətlərlə zənginliyinə görə 
müxtəlif  ölkələrin  öz  məqsədlərini  həyata  keçirməsi  üçün 
onların diqqətini cəlb edir. Yaxud da ölkələrin yox, ayrı-ayrı 
siyasi  qrupların,  təşkilatların  diqqətini  cəlb  edir.  Ona  görə, 
biz mürəkkəb bir şəraitdə yaşayırıq. Siz bunu bilin”.  
Bunu bilməyin yolunu 100 il öncə M.Hadi göstəribdir:     
 
  Məktəblə qılar növibəşər dəfi bəlaya, 
 
 
Məktəblə çıxar zahirə-əsrari-xəfaya, 
 
 
Məktəblə yaşar rahətü məsud rəaya,  
 
 
Eylər qələmin şu sözü təkrar vəsaya. 
 
 
 
Darülədəbin bilməyimiz qədrini, millət, 
 
 
Göstərməli ikmalına olduqca həmiyyət. 
 
 
 
Həqiqətən,  biz çox mürəkkəb zamanda və  geosiyasi 
məkanda yaşayırıq.  Bu çətin şəraitdə yaşamağa ancaq məktəb 
bizə kömək ola bilər.  Rəhmətlik M.Hadi deməli     bəlaları dəf 
etmək üçün, gizli sirləri üzə çıxarmaq üçün, rahat yaşamaq üçün  
bizə məktəb lazımdır. Məktəb bu cür funksiyaları yerinə 
yetirməlidir. Əgər yetirmirsə deməli o məktəb deyil, məktəbə 
bənzər bir şeydir.  


 
198 
 
Bir  Şərq  misalında  deyilir:    Biri  dəvəitirir,  biri  isə  dəvə 
tapır.  Dəvəsi  itmiş  dəvə  tapanın  yanına  gəlir  və  deyir  ki,  mən 
dəvəmi  itirmişəm.  Dəvə  tapan  soruşur:  Sənin  dəvən  erkəkdir, 
yoxsa  dişi?    Dəvəsi  itən:  mənim  dəvəm  erkək  idi-  deyir.    Dəvə 
tapan:  mən  tapdığım  dəvə  dişidir-cavabını  verir.    Onda  dəvəsi 
itən: mənim dəvəm bir o qədər də erkək deyildir - deyərək istəyir 
ki, dəvəni ələ keçirsin. 
Məktəb bilik öyrətməlidir, məktəb yarımçıq olmamalıdır, 
necə ki, dəvənin erkəkliyi yarımçıq olmur.
 
 


 
199 
17. Ali məktəb 
 
«Ariflərə həmvarə bu söz virdi-zəbandır: 
Əlməktəbü, əlməktəbü, ey millət amandır. 
Övladı-vətən etmək üçün bizdə təali 
Məktəblər açıb kəsb edəlim elmü kəmali! 
 
M.Hadi 
 
 Əvvəlki  paraqrafı M.Hadinın məktəblə bağlı fikirləri ilə 
yekunlaşdırdıq.  Bu  paraqrafı  da  M.Hadinın  dörd  sətir  şeri  ilə 
açırıq.    Şerdə      məktəb,  məktəb  deyərək  haray    qoparılır.  Sanki 
rəhmətlik  Hadı  XX  əsrin  sonunda  milləti  başına    gələcək  bəlanı 
əvvəlcədən  görürmüş.  Ona  görə  məktəb  açıb  elmi-kamalı 
öyrənməyi məsləhət  bilirmüş. 
 Orta  məktəb  bir  çox  fənləri  bizlərə  orta  səviyyədə 
öyrədir.  M.Hadinin  emosional  harayında  şübhəsiz  söhbət  həm 
orta,  həm  də  ali    təhsildən  gedir.  Bir  sahəni,  ixtisası  mükəmməl 
bilmənin  hikmətini  Nitşe  belə  ifadə  etmişdi:  «Bir  çox  şeyi 
yarımçıq bilməkdənsə, bir şeyi mükəmməl bil».  
Arxilox  əlaməti  kimi  tanınan  başqa  bir  fikirdə  deyilir: 
«tülkü çox şeyi,  kirpi isə ancaq bir şeyi  bilir».  Bu misalların 
məğzi bundadır ki, bir sahəni mükəmməl öyrənib yaxşı dolanmaq 
mümkündür. 
Bir fənni, bir ixtisası mükəmməl səviyyədə öyrənməkdən 
ötəri gənc ali təhsil almalıdır. 
Ali  məktəbin  varlığı  son  bir  neçə  yüzillik  tarixində 
cəmiyyət  və  dövlətin  inkişafında  müstəsna  rol  oynamışdır. 
Cəmiyyətdə  ali  məktəbin  müstəsna  yeri  onunla  bağlıdır  ki,    bir 
tərəfdən  o  orta  məktəb  sisteminin  səviyyəsinə  təsir  edir  və  onu 
nizam  saxlayır,  digər  tərəfdən  inkişafın,  texniki  tərəqqinin 
daşıyıcı  qüvvəsi  olan  elmi  inkişaf  etdirir,  cəmiyyətin  yüksək 
səviyyəli ixtisasçılara artan təlabatını ödəyir.  
Ali  təhsilli  mütəxəssislər  universitetlərdə  və  digər  ali 
məktəblərdə    hazırlanır.  19-cu  əsrin  sonuna  qədər  Rusiyada  9 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə