Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   49   50   51   52   53   54   55   56   ...   90

 
182 
Məktəb  öyrədən  olmalıdır.  Məktəb  öyrətmirsə,  deməli  o 
məktəb  deyil.  Yüzlərlə  məktəbimiz  ali  məktəbə  tələbə  verə 
bilmir. Deməli, onlar düz işləmir.  
 
 
 
Şəkil 15 (q)  
Şəkil 15 (q) -də pis, yaxşı və əla təhsil müəssisələri üçün 
proqramın  mənimsənilməsinin,  məqbul  hədd  ilə  qeyri-məqbul 
hədd arasında, 5 ballı  şkala ilə 700 ballı  qiymətləndirmə şkalası 
arasında münasibətlər və qadağa hədləri  göstərilmişdir. Şəkildən 
göründüyü kimi biz qadağa həddini sağa və yuxarı sürüşdürməklə 
 


 
183 
(qaraldılmış  sahəni  artırmaqla)  pis  məktəbi  əla  məktəbə  çevirə 
bilərik və təsinə.  
 
Bir  məsələdən  də  yan  keçmək  mümkün  deyildir.  Beləki, 
Təhsil Nazirliyinin verdiyi  attestat qiymətləri ilə  iki-üç ay sonra 
digər  dövlət  qurumu  -  TQDK-nın  keçirdiyi  test  imtahanlarının 
nəticələri  arasında  böyük  ziddiyyətlər  vardır.  Bu  ziddiyyəti 
görmək  üçün  “Abituriyent“  jurnalının  2002-ci  il  tarixli  12-ci 
sayındakı  cədvəl      baxmaq  kifayətdir.  O  cədvəlin  bir  hissəsi 
cədvəl  15.4-də  yenidən  verilmişdir.  Bu  cədvəli  təhlil  etdikdə 
anormal  nəticələr  əldə  olur.  Belə  ki,  2002-ci  ilin  2136  əlaçı 
məzunlarından  test  imtahanlarında  yalnız  276  nəfəri  (12,92%-i) 
biliyini  doğrulda  bilmişdir.  Bu  qüsur  da  məktəb  direktorlarının 
ayağına yazılmalıdır. 
 
Orta  attestat  balı  “3”“  olan  1100  nəfər  məzun-
abituriyentdən isə 2 nəfəri möcüzə göstərərək, çox yüksək - 500-
700 intervalında bal toplamışdır. Bu faktlar çox təəccüb doğurur, 
araşdırmağa və düşünməyə əsas verir. 
 
Bilikli  abituriyentin  biliksizlik  nümayiş  etdirməsini  izah 
etmək mümkündür. Bu fiziki-psixoloji durumdan asılı olaraq baş 
verə  bilər.  Lakin  biliksizin  500-700  intervalında  bal  toplamasını 
izah etmək qeyri-mümkün işdir. Bu “möcüzənin“ yalnız bir izahı 
ola  bilər:  ya  məktəb,  ya  da  TQDK  obyektiv  imtahan 
aparmayıbdır.  Yəni  imtahan  prosesində  təhsilin  baza 
prinsiplərindən  olan  obyektivlik  prinsipi  ciddi  şəkildə 
pozulubdur. 
 
İki  ali  dövləti  qurumun  nəticələri  arasında  olan  belə 
ziddiyyətli  faktlar  düşündürməli  və  məsələnin  səbəblərini 
dərindən araşdırılıb tədbir görülməlidir. 
 Paraqraf  7-də  göstərildiyi  kimi  dövlət  öz  büdcəsinin  çox 
böyük  hissəsini  təhsilə  ayırır.  2002-ci  il  üçün  bu  rəqəm  1.082 
milyard  manat  olmuşdur.  2003-cü  ildə  isə  bu  məbləğ  daha 
çoxdur. Belə nəticə çıxarmaq olar ki, bu pulun buraxılış siniflərə 
düşən payının 5,73%-dən az bir hissəsi biliyə çevirilibdir. Çünki 
attestat alanların çoxu test imtahanlarında iştirak etmirlər. 


 
184 
 
 
 
 
Cədvəl 15.4 
 
        S e ç m ə l ə r 
C ə m i          B a l     i n t e r v a l l a r ı 
 
 
0-100 
100-300  300-500  500-700 
2002-ci ilin əlaçı  
məzunları 
2136 
327 
879 
654 
276 
2002-ci ilin orta attestat 
 balı “3”“ olan 
məzunları 
1100 
820 
261 
17 

 
Vəsaitin  yerdə  qalan  hissəsi  isə  yanıb  yox  olur.  Təhsil 
gözlərimiz  qarşısında  deqradasiya  olur.  Təhsil  tək  təhsil 
nazirliyinin işi deyil. Təhsilə cəmiyyət kömək etməlidir. Təhsillə 
bağlı  QHT  –  lər  təhsilin  qüsurlarını  araşdırmalı,  cəmiyyətin 
gücündən  istifadə  edib  bu  qüsurları  aradan  qaldırmağa  cəhd 
etməlidir. 
Təhsildəki  xəstəhal  vəziyyətin  (Dünya  Bankının 
ekspertləri    bu  vəziyyəti    «gizli  böhran»  adlandırırlar)  həm 
subyektiv,  həm  obyektiv,  həm  keçmişdən  gələn,  həm  də  keçid 
dövrünün  yaratdığı  səbəblər  var.  Ən  köklü  səbəb  də  bundan 
ibarətdir  ki,  çağdaş  dövr  üçün  təhsilin  hamı  tərəfindən  qəbul 
olunan  müasir  ictimai-siyasi  quruluşa  uyğun  gələn,  özündə 
liberal-demokratik  dəyərləri  əks  etdirən  müasir  konsepsiyası 
yoxdur.  Həyatımızın  hər  sahəsinə  daxil  olan    liberallaşma, 
demokratikləşmə  hələ  təhsil  sisteminə  daxil  olmayıbdır. 
Konseptual  baxımdan  təhsilin  məzmununda  da  problemlər  var. 
Köhnə  təhsil  sisteminin  nəzəri  əsasları  çağdaş  cəmiyyətin-
dövlətin  nəzəri  əsaslarından  çox  fərqlidir.  Yeni  quruluş  üçün 
köhnə təhsil sistemi yeniləşməlidir. 
 
Təhsil  müəssisələrinə  münasibət  yanlışdır.  Bəzi  iş 
adamları,  bəzən  dövlət  məmurları  təhsil  müəssisələrinə 
kommersiya  müəssisəsi  kimi  baxırlar.  Orta  təhsil  müəssisəsinə 
“məktəb”“  yox,  “obyekt“  kimi  baxan  bəzi  məmurlarımız  da  az 
deyildir.  Təhsilə  gəlir  gətirən  sahə  kimi  baxılmamalıdır.  Təhsil 


 
185 
müəssisələrinə,  (xüsusi  ilə  də  özəl  təhsil  müəssisəsinə)  
münasibət  kommersiya  müəssisəsinə  olan  münasibət  kimidir. 
Özəl  təhsil  müəssisələri  yaratmaqla  gəlir  əldə  etmək  fikirinə 
düşənlər  də  var.  Bu  tamamilə  səhv  münasibət,  səhv  fikirdir. 
Təhsilə  verilən  pul  biliyə  çevrilməlidir.  Əgər  qazanc  varsa, 
deməli,  qazanc  qədər  də    pul  biliyə  çevrilmir.  Əgər  təhsilə 
ayrılmış pul  yeyilirsə, deməli  yeyilən  qədər pul  biliyə çevrilmir. 
Bu  sadə  həqiqətdir.  Təhsilə  ayrılmış  pulu  yeməklə,  milləti 
savadsız  qoyarıq.  Torpaqlarımızın  əldən  getməsinin  əsas  və 
başlıca  səbəbi  təhsilsizlikdir.  Millət  canından  kəsib  təhsilə 
xərcləmək əvəzinə, təhsil büdcəsindən kəsib canına xərcləyən «ər 
kişilərimiz» də vardır. 
 
Molla  Nəsrədinin  bir  lətifəsini  söyləməklə  təhsil 
sisteminin strukturunda duran vacib bir qüsuru diqqət mərkəzinə 
çəkmək istəyirəm. 
 
Bir  gün  molla  papaqçıya  bir  qoyun  dərisi  verir  və  bir 
papaq  tikməsini  sifariş  edir.  Papaqçı  “baş  üstə”  deyib  dərini 
götürür.  Molla  çölə  çıxır  və  fikirləşir  ki,  papaqçı  sifarişi  çox 
sevinclə  qarşıladı,  yəqin  bu  dəridən  o,  iki  papaq  da  tikə  bilər. 
Yenidən geri qayıdır və ustaya deyir ki, dəridən mənə iki papaq 
tik.  Usta  yenə  əvvəlki  kimi  baş  üstə  deyir.  Bu  münvalla  molla 
papaqların sayını beşə qaldırır.  
Vədə  vaxtı  molla  ustanın  yanına  gəlir  və  papaqçı  beş 
balaca  papağı  onun  qarşısına  qoyur.  Molla  papaqları  görüb 
hiddətlənir və ustaya irad tutur ki, bunlar nə papaqdır tikmisən, 
başa qoyulası deyil. Usta cavab verir ki, bir dəridən ancaq belə 
beş papaq tikmək olar.  
Kəmiyyət  keyfiyyəti  korlayır.  Təhsildə  də  belədir.  Bizə 
çoxlu məktəblər yox, gərəkli məktəblər lazımdır. 
Bir  rayonun  iki  qonşu  kəndinin  hər  birində 
komplekləşməmiş  bir  məktəb  saxlamaqdansa,  bu  məktəblərin 
əsasında  bir  normal  məktəb  saxlamaq    daha  düzgün  və 
məqsədəuyğundur.  Necəki,  hər  kəndə  bir  təkəri  çatmayan  iki 
avtomaşından birini düzəltmək , işlək vəziyyətinə gətirmək daha 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə