Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   48   49   50   51   52   53   54   55   ...   90

 
179 
sətrin  kəsişdiyi  yerə:  100-94,74=5,26).  Bu  göstərici  2453 
abituriyenti  əhatə  edir.  Nəzərə  alsaq  ki,  Azərbaycanda    təqribən 
3169  orta  məktəb  fəaliyyət  göstərir,  onda  hər  bir  məktəb 
beynəlxalq  standartlara  uyğun  1  tələbə  belə  hazırlaya  bilmədiyi 
qənaətinə  gəlirik.  Sovetlər  zamanında  ölkə  gənclərinin  hər  üç 
nəfərindən biri, yəni 30%-i ali və orta ixtisas məktəblərində təhsil 
alırdı.  Yuxarıda  qeyd  etdiyimiz  kimi  keçmişdə  hər  buraxılışdan 
10-larla  məzun  məktəbi  medalla  bitirərdi.  Əgər  nəzərə  alsaq  ki, 
bizim  3000-dən  çox  orta  məktəbimiz  var  və  xalqımızın  15  000 
mindən  çox  medalist  potensialı  vardır,  onda  bu  potensialın 
çürüməsinə  imkan  verməməliyik.  Yuxarıda  qeyd  edildiyi  kimi, 
yaxşı  ki,  bu  potensialın  10%-dən  “ÇAĞ“  Öyrətim  İşlətmələri 
Şirkəti  istifadə  edir.  Yerdə  qalan  90%-dən  də  biz  istifadə 
etməliyik. Talantlı gənclərin biliksiz qalmasına yol verməməliyik. 
XXI əsrdə qloballaşan və informasiyalaşan dünyanın intellektual 
mübarizələrindən,  “müharibələrindən“  Azərbaycan  xalqını  bu 
talantlı gənclər keçirə bilərlər.  
 
Azərbaycan  prezidenti  Heydər  Əliyevin  başqa  bir 
kəlamında deyilir:  
«Təhsili  olmayan  gənc,  şübhəsiz  həyatda  lazımi  yer 
tuta  bilməz.  İndi  dünya  mədəniyyət  dünyasıdır,  intellektual 
dünyadır,  elmi-texniki  tərəqqi  dünyasıdır.  Azərbaycanın 
elmi-texniki səviyyəsini inkişaf etdirmək üçün yüksək təhsilə, 
elmə nail olmalıyıq”
 
Ali  məktəblərin  qəbul  planı  dünyada  qəbul  olunmuş 
qaydalara, standartlara uyğun yox, inzibati metodlarla doldurulur. 
Başqa  sözlə,  ali  məktəblərə  girməyə  hüquqi-haqqı  olmayanlar 
inzibati  üsullarla  ali  məktəblərə  qəbul  edilir.  Bu  bir  tərəfdən  
təhsil  sisteminin  mövcud  qüsurunu  ekranlayır,  digər  tərəfdən 
təhsil  sisteminin  tədricən  deqradasiya  etməsinə,  çürüməsinə, 
çökməsinə  səbəb  olur.  Çünki  100  balla  da  ali  məktəbə  qəbul 
olmaq mümkündür. 


 
180 
 
Nəticədə  dərin  bilik  öyrənmə  həvəsi  və  təhsil  səviyyəsi 
aşağı düşür. Arzuolunmaz hal isə bundan ibarətdir ki, gənclər 100 
balla məhz pedaqoji ixtisaslara qəbul edilmişlər. 
 
Cədvəl 15.3 
 
 
Sıra 
Sayı 
 
Təhsilin göstəriciləri 
     
 2000 
     
 2001 
    
 2002 
    
1. 
2. 
 
 
 3. 
 
 
4. 
 
 
Məzunların sayı 
Abituriyentlərin ümumi sayı  
o  cümlədən  məzun-  abituriyentlərin 
sayı 
Ali məktəblərə qəbul olunanların sayı 
o  cümlədən  məzun-  abituriyentlərdən 
qəbul olunanların sayı 
Məzunlardan qəbul olma %-lə 
 
 
102 236 
75 243 
 
47 825 
24 372 
 
16 675 
16,29 
 
98 255 
81 198 
 
48 752 
24 499 
 
16 501 
16,79 
 
57 258 
50 621 
 
20 322 
18 640 
 
8145 
14,23 
 
 
Misal  üçün,  Azərbaycan  Dövlət  Pedaqoji  Universitetinin 
«Riyaziyyat  və  informatika»  itxtisası  üzrə  keçid  balı  100, 
Azərbaycan  Müəllimlər    İnstitutunun  (Gəncə  filialı)  «İbtidai 
təhsilin  pedaqogikası  və  metodikası»  ixtisası  üzrə  keçid  balı 
100.375    olmuşdur  (Bax:  “Abituriyent  “,  2002,  №12,  səh.  58). 
100  bal  -  orta  məktəb  proqramının  15%-ni  mənimsəmək 
deməkdir. Bu qədər bilik əldə etmək üçün isə 6-7 sinifi bitirmək 
kifayətdir.  11-ci  sinifi  bitirməyə  ehtiyac  qalmır.  Belə  biliksiz 
gənclərin  inzibatı  yolla  ali  pedaqoji  ixtisaslara  qəbul  etmək, 
ölkəmizin  gələcəyini  təhlükə  altına  ala  bilər.  Əslində  Arximed 
spiralı öz işini görür və tərsinə fırlanır. 
 
Beləliklə,  2002-ci  ildə  Azərbaycan  bölməsi  üzrə  23159 
nəfər    plan  yerinə  qəbul  olmuş  15112  nəfər  abituriyentin  ancaq 
1986  nəfərinin  biliyi  beynəlxalq  standartların  tələblərinə    cavab 
veribdir  (bax  şəkil  15.a).  Qeyd  etmək  lazımdır  ki,  bu 
abituriyentlərin  təqribən  200  nəfərindən  çoxu  türk  liseylərinin 
məzunlarıdır.  Repetitorluq  fəaliyyətini  də  nəzərə  alsaq  dövlət 


 
181 
məktəblərinin  vəziyyətini  obyektiv  qiymətləndirmək  olar.  Yerdə 
qalan  12  921  nəfərin  test  balı  200-420  intervalında,  205  nəfərin 
topladığı  bal  isə 100-200 intervalında olmuşdur. Bu vəziyyət  ali 
təhsil  məktəblərinə  qəbulu,  ali  təhsilin  keyfiyyətini  və  testin  
əhəmiyyətini  və  millətin  gələcəyini,  möhtərəm  prezidentimiz 
Heydər  Əliyevin  “Azərbaycanın  dövlət  müstəqilliyi  dönməzdir, 
sarsılmazdır  və  əbədidir“  inamını  təhlükə  altına  alır.  Rus 
bölməsində də vəziyyət buna oxşardır. 
 
Hər  hansı  bir  inkişaf  etmiş  ölkədə  “0“”  bilik  səviyyəli 
bircə  nəfərə  attestat  verilmiş  olsaydı,  bu  ölkə  üçün  fövqəladə 
hadisə hesab edilərdi. Həmin şagirdin, onun valideyninin məktəb 
direktorunun  və  bu  işə  məsul  digər  yetgililərin  şəkilləri  aylarla, 
illərlə  qara  fonda  KİV  səhifələrindən,  TV  ekranlarından 
düşməzdi.  Ziddiyyətli  vəziyyət  yaranır. Bir tərəfdən Azərbaycan 
prezidenti  millətin  istedadının  yüksək  olduğunu  hər  məqamda 
vurğulayır,  digər  tərəfdən  biz  11  ilə  şagirdə  5  sual  öyrədə 
bilmirik. Bizdə bu hadisəyə ona görə reaksiya yoxdur ki, bunların 
sayı  çoxdur.  Artıq  vərdiş  etmişik.  Yaxşı  deyiblər:  “Bir  nəfərin 
ölümü  faciədir.  1000-lərlə  insanın  ölümü    statistikadır”“.  Bir 
abituriyentin  “0”“  bal  toplaması  faciədir.  Yüzlərlə  belə 
abituriyent  varsa,  bu  statistikadır.  İctimai  şüurumuza  düşmənlər 
tərəfindən yeridilmiş bir deyimdə deyilir: “Elnən gələn qara gün 
toy-bayramdır“.  Attestat    dövlət  sənədidir  və  dövlətin  adından 
verilir.  Dövlət  nəzarət  (Prokurorluq)  orqanlarının  tədbir 
görməməsi də təəssüf doğurur.  
Bu səbəbdən də buraxılış imtahanlarının məsuliyyəti digər 
imtahanlardan  çox  olmalıdır.  İmkan  vermək  olmaz  ki,  attestat 
nəzarətsiz  bir  məktəbin,  məsuliyyətsiz  təhsil  idarəsinin  sənədinə 
çevrilsin.  İmtahan  prosesi  havayı  başa  gəlmir,  ona  dövlət  pul 
xərcləyir. Xərclənən pul məqsədinə xidmət etməlidir. 
Bir  dəyərli  şərq  misalında  deyilir:  «Əgər  qaş  düzdürsə, 
deməli o əyridir». Deməli, qaşın düzlüyü onun əyriliyindədir. Və 
ya  başqa  cür  demək  olar:  Qaş  düz  (düm-düz  mənada)  olarsa, 
deməli o əyridir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə