Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   50   51   52   53   54   55   56   57   ...   90

 
186 
düzgündür.  Bu  ideyanın  əlehdarları  var  və  onlar  məktəbə 
«obyekt» kimi baxanlardırlar. Onların əsas arqumenti transportla 
bağlıdır.  Ancaq  məsləhətdir  ki,  onlara  əvvəlcə  bəşəri  təcrübəni 
öyrənsinlər.  Misal  üçün,  Dünya  Bankının  məlumatına  görə 
Peruda məktəbə getmək üçün şagirdlərin 56%-i  1 saatlıq, 42%-i 
isə  1-2  saatlıq  yol  qət  etməli  olurlar.  İkincisi,  indiki  zamanda 
məktəb  üçün  transport  problemi  həlli  çətin  məsələ  deyil. 
Üçüncüsü, özümüzün  son on illərin təcrübəsi (elə indinin özündə 
də)  göstərir  ki,  keyfiyyətli    təhsil  almaq  üçün  heç  bir  çətinliyə 
baxmayaraq  kəndən rayon mərkəzinə, rayondan Bakıya, Bakıdan  
Moskvaya  (və  ya  başqa  şəhərlərə)  gedərək,    iki  qonşu  kən 
arasındakı  məsafədən  10  qat,  100  qat,  1000  qat  çox  məsafə  qət 
edirik.  Kenyfiyyətli  və  dərin  təhsil  istəyinin  qarşısında    kəndlər 
arası məsafə  tab gətirə bilməməlidir. Ulularımız  dəqiq deyiblər:  
«Təhsil  üçün    Çinə  də  getmək  lazımdır».    Qeyd  edəy  ki,  bu 
kəlam deyiləndə nə avtobus, nə də ki  təyyarə olubdur. 
 
Sovet  dönəminin  sonlarında  təhsil  müəssisəsi  açarkən 
şəxsi maraqlar milli  maraqları  üstələyibdir. Əsası, maddi-texniki 
bazası  və  kadr  potensialı  olmadan  çoxlu  məktəblər  açılıbdır. 
Təhsil sistemi keyfiyyət yox, kəmiyyət baxımından genişlənibdir. 
Azərbaycan qədər əhalisi olan heç bir ölkədə inanmıram ki, 4561 
ümumtəhsil məktəbi  olsun. Olsa belə,  mollanın tikdirdiyi  balaca 
papaqlar kimi gərəksiz və xeyirsiz olar. Orta məktəblərin sayının 
əsassız artırılması keyfiyyəti endirən faktorlardandır. Məktəb tam 
komplektləşəndə məktəb olur. Məktəblərin sayının şişirdilməsinə 
maraqlı qüvvələr var. 
 
Təhsildə  ciddi  struktur  islahatları  aparılmalı,  kadr 
potensialı  saf-çürük  edilməli,  attestasiya  aparılmalıdır.  Müəllim-
şagird    nisbəti  Mərkəzi  Avropa  ölkələri  səviyyəsinə 
qaldırılmalıdır.  Məzunları  ali  məktəblərə  daxil  ola  bilməyən 
məktəblərin statusu dəyişməli, bəzi halda bağlanmalıdır. Təhsildə 
rüşvətə qarşı amansız müharibə aparılmalıdır. 20 il bundan sonra 
başımıza  gələ  biləcək  müsibətləri  görməyi  bacarmalıyıq. 
Azərbaycanın  təhlükəsiz  gələcəyinin  açarı  saf,  qüsursuz 


 
187 
təhsildir. Amerikanın “Təhsil-2000“” proqramında qeyd edilir ki, 
“ölkənin  inkişaf  vasitəsi  iqtisadiyyat,  siyasi  quruluş,  bazar, 
hüquq, xüsusi mülkiyyət, hərb və güc və ya daha nələr deyil, 
yeni  tipli  təhsildir”.  Yeni  Azərbaycan  yeni  təhsil  sistemini 
qurmağa  məhkumdur.  Repetitorluq  institutuna  qarşı  tədbirlər 
görülməlidir. 
 
Məlumdur  ki,  insan  öz  saçından  tutub  ayaqlarını  yerdən 
üzə  bilməz.  Bunun  üçün  kənar  qüvvə  (adam)  lazımdır.  Bu 
səbəbdən də təhsilimizə kənardan baxış maraq kəsb etməlidir. 
 
Yuxarıda göstərilənləri qeyri-obyektiv, subyektiv fikirləri 
kimi də  qiymətləndirmək olar. Bəs  Azərbaycan təhsili kənardan 
necə  görünür?-sualına  cavab  vermək  üçün    İnternetin 
imkanlarından  istifadə  edək.  ABŞ-ın  ölkəmizdəki  səfirliyinin 
İnformasiya  Qaynağı  Mərkəzinin  (İRC)  internet  səhifəsinin 
(www  usembassybaky.orq)  “Public  affairs“  bölməsində  orta  və 
ali təhsillə bağlı geniş məlumatlar vardır. Məlumatda qeyd edilir 
ki,  ölkədə  təhsil  sistemi  getdikcə  xarablaşır,  məktəb  binalarının 
təmirə  ehtiyacı  var.  Dərsliklər,  laboratoriyalar,  kompüterlər 
çatışmır,  olanları  isə  mənəvi  cəhətdən  köhnəlmiş  və  sovet 
dövründən 
qalanlardır. 
Məlumatda 
təhsil 
prosesinin 
subyektlərindən  və  neqativ  halların  olmasından  da  yan 
keçilməyibdir.  
 
Xarici  bir  ölkənin  səfirliyinin  bizim  təhsil  sistemimiz 
haqqında  fikirləri  düzgün  nəticə  çıxarmaq  üçün,  məncə  diqqətlə 
təhlil  edilməlidir  və  onlara  sağ  ol  deyilməlidir.  Qərb  düşüncə 
tərzinə  görə  səni  tərifləyən  yox,  tənqid  edən  həqiqi  dostdur.
 
Dünya  Bankının  (DB)  ekspertlərinin  Avropa  və  Mərkəzi 
Asiya  regionunda  təhsilin  vəziyyəti  ilə  bağlı  təhlili  müasir  dövr 
üçün beş qlobal problem üzə çıxarmışdır. Bu problemlər DB-nin 
çap etdiyi “Obrazovanie v stranax s perexodnoy gkonomikoy: 
zadaçi  razvitiə”  (2000,  Washinqton  DC,  USA)    son  hesabatda 
geniş  şərhlə  vermişdir.  Hesabatda  qeyd  edilir  ki,  əmiranlıq 
iqtisadiyyat  və  avtoritar  siyasi  sistemlə  müqayisədə  açıq  bazar 


 
188 
iqtisadiyyatı  və  açıq  siyasi  sistem  və  uyğun  olaraq  təhsil-  başqa 
qaydalarla oynanılan, başqa xarakterli “oyundur“. 
 
Bu fikirləri son illərdə biz də dəfələrlə söyləyərək demişik 
ki,  müasir  Azərbaycan  köhnə  Azərbaycanın,  müasir  siyasət, 
ideologiya  köhnə  siyasətin,  ideologiyanın  davamı  olmadığından, 
bugünkü  təhsil  sistemi  də  sovet  təhsil  sisteminin  davamı 
olmamalıdır. 
Təhsilin 
strukturunda 
və 
məzmununda 
modernləşməyə, yeniləşməyə ehtiyac vardır. 
 
Qeyd  edilən  beş  problemi  şərh  etmədən  onları 
respublikamızın  təhsil  ictimaiyyətinin  nəzərinə  çatdırmağı 
məqsədəuyğun hesab edirəm: 
 
1.  təhsil  sisteminin  cəmiyyətin  sosial-iqtisadi  quruluşuna 
uyğunlaşdırılması; 
 
2. təhsil sahəsində ədalət prinsipinin qorunması; 
 
3. təhsilin iqtisadiyyatı; 
 
4. təhsil sisteminin effektliyi
5.
 
təhsil  sektoruna  dövlətin  rəhbərliyi  və  inzibatı 
nəzarəti,  təhsil  sferasında  məsuliyyət  (hesabat, 
nəzarət) problemi. 
Bu  problemin  hər  biri  ayrıca  strateji  məqsəd  daşıyır. 
Birinci  problemin  başlıca  məqsədi  –  təhsil  sistemini  açıq 
cəmiyyətə və bazar iqtisadiyyatına yönəltməkdir.İkinci problemin 
əsas  məqsədi  –  kasıblığa  qarşı  mübarizə  məqsədi  ilə  hamının 
təhsil  alması  üçün  bərabər  imkan  yaratmaqdır.    Üçüncü 
problemin  məqsədi  –  keyfiyyətli,  ədalətli,  stabil  təhsil  xidməti 
göstərmək  üçün  təhsilin  maliyyə  sistemini  yaxşılaşdırmaqdır. 
Dördüncü  prolblemin  məqsədi  –  resurslardan  istifadənin 
effektliyini yüksəltməkdir. 
Nəhayət,  beşinci  problemin  məqsədi  –  təhsil  sistemi 
sahəsində  dövlət  rəhbərliyi  prinsiplərinə  və  inzibati  rəhbərlik 
praktikasına  yenidən  baxmaq,  həmçinin  təhsil  sahəsində  çalışan 
qulluqçularının məsuliyyətini möhkəmləndirməkdir. 
Hesab  edirəm  ki,  təhsilimizdə  olan  çoxlu  sayda 
problemləri bu beş problemin altında qruplaşdırmaq olar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə