Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   32   33   34   35   36   37   38   39   ...   90

 
124 
istəyiriksə,  onda  qiymətləndirmənin  tarixini,  fəlsəfəsini, 
məntiqini, nəzəri əsasını öyrənməliyik. 
Qiymətləndirmə  şkalası  haqqında  elmi  ədəbiyyatda 
kifayət  qədər  elmi  məlumatlar  vardır.  M.V.Arapovun  «5  ballı 
qiymətləndirmə şkalası! dəyişmə ehtiyac varmı?» (bax. Gnerqiə: 
gkonomika,  texnika,  gkoloqiə»,  №4,  str.  69-72,  2003) 
məqaləsində  problemin  tarixi,  məğzi  və  müasir  dövr  üçün  kəsb 
etdiyi əhəmiyyət təhlil edilmişdir.  
Məqalədə göstərilir ki, 5 ballı sistem 1837-ci ildə Rusiya 
Xalq Təhsili Nazirliyi tərəfindən rəsmi tətbiq edilmiş, sonralar isə 
ləğv edilmişdir. 1935-ci ildə ÜKP (b) MK qərarı ilə biliyin 5 ballı 
diferensial  qiymətləndirmə  sistemi  təzədən  bərpa  edilmişdir. 
Ancaq  biliyin  qiymətləndirilməsi  rəqəmlərlə  yox,  sözlərlə  ifadə 
edilmişdir: «əla», «yaxşı», «kafi», «pis» və «çox pis». 
Hal-hazırda  istifadə  etdiyimiz  beş  ballı  qiymətləndirmə 
şkalası 1944-cü ildən bəri bizə məlum şəkildə tətbiq edilir. Ancaq 
«1» və «2» qiymətlərinin fərqi aydın təsəvvür edilmədiyinə görə 
bu şkala əslində 4 ballı şkala kimi qəbul edilmişdir. Sonradan bu 
şkala  transformasiya  edilərək  12  ballı  və  10  ballı  şkalalara 
çevrilmişdir.  Belə  ki,  «5»,  «4»,  «3»  və  «2»  qiymətlərinin  hər 
birini müsbət (+) və mənfi (-) çalarlarla fərqləndirərək (5+, 5, 5-) 
bu  şkala  avtomatik  12  ballı  şkalaya  çevrilmişdir.  Əgər  2 
qiymətini ancaq bir səviyyəli qəbul etsək, onda bu şkala 10 ballı 
şkalaya çevrilir: 5+, 5, 5-, 4+, 4, 4-, 3+, 3, 3- və 2.  
Qeyd edək ki, 2001/02 tədris ilində Belorusiyada 10 ballı, 
Ukraynada (2000/01) isə 12 ballı qiymətləndirmə şkalaları rəsmi 
olaraq tətbiq edilir.  
 
Praktiki fəaliyyətimizdən və qiymətdirmənin məntiqindən 
bilirik  ki,  biliyin  qiymətləndirilməsinin  beş  ballı  şkalasında 
mövzunu (fənn proqramını və s.) əla bilənə 5 (beş), yaxşı bilənə 
4  (dörd),  kafi  bilənə  3  (üç)  qiymət  verilir.  Mənimsəmənin 
dərəcəsi  ilə  qiymət  rəqəmləri  arasındakı  bu  əlaqədən  bəzi 
nəticələr  əldə  etmək  mümkündür.  Çox  təəssüf  hissi  ilə  qeyd 
edirəm  ki,  Y.Kərimovun  redaktorluğu  altında  nəşr  olunmuş 


 
125 
kitablar  mənimsəmənin  qiymətləndirilməsinə  həsr  edilsə  də,  nə 
mənimsəmə, nə də qiymət anlayışlarına aydınlıq gətirilməmiş və 
ya tərif verilməmişdir. Bu səbəbdən də əvvəlcə,  bəzi  anlayışlara 
aydınlıq gətirmək lazımdır. Mənim subyektiv fikirimə görə: 
 
qiymət – proqram materialının mənimsənilmə dərəcəsinin  
rəqəmlərlə  ifadəsidir.  Başqa  sözlə,  qiymət  biliyin,  fənnin, 
proqramın  mənimsənilməsinin  %-lə  göstəricisinin  rəqəmlərlə 
ifadəsidir; 
             mənimsəmə  –  dövlət  tərəfindən    qəbul  edilmiş  tədris 
proqramını  (və  ya proqramlarını) minimum  normadan (standarta 
uyğun  hissədən)    çox    bilməkdir.  Başqa  sözlə,  qiymət 
mənimsəmə  –  proqram  materialını  60%-dən  çox  bilmək 
deməkdir.  Bəşəri  təcrübədə  proqramı  materialını  60%-dən  az 
bilmək qeyri-məqbul (qeyri-kafi) hesab edilir. 
Beləliklə,  5  ballı  şkalanı  qrafik  olaraq  aşağıdakı  kimi 
təsvir etmək olar. 
                L 
m
                                L
l
                
             
 
Şəkil 14.1 Mənimsəmə şkalası 
 
Harada  ki,  L
L
-bilir  parçasının,  L
m
-bilmir  parçasının 
uzunluğudur.  
Məlum həqiqətlərdən naməlum səbəbə tərəf gedərək bəzi 
nəticələr əldə etmək mümkündür: 
 


 
126 
 
1)  5  ballı  şkala  “bilir“  və  “bilmir“  kimi  iki    parçaya 
bölünür. Keyfiyyətli təhsil üçün  bilmir parçasının uzunluğu, bilir 
parçasının  uzunluğundan  çox  olmalıdır.  Sovet  təhsil  sistemində    
bilmir  parçasının  uzunluğu,  bilir  parçasının  uzunluğundan  20% 
çox idi. 
 
2)  Bölünmə  şkalanın  3  nöqtəsinə    uyğun  gəlir.  Bu  nöqtə 
biləni  bilməyənlərdən  ayırır.  Kafi  səviyyədən  aşağı  bilik 
səviyyələrinin  qiyməti  qeyri  kafi,  qeyri  məqbul  hesab  edilir  ki, 
bunun da rəqəmlə ifadəsi «2»-dir. Üç (3) qiyməti məqbul həddin 
rəqəmlə ifadəsidir. Bu hədd dövlət standartı hesab edilməlidir və 
pozulmazdır.  Təhsil  sahəsində  mənimsəmənin  aşağı  (minimum) 
və  yuxarı  (maksimum)  həddini  dövlət  tərəfindən  qanunla 
müəyyənləşdirilməlidir. Minimum səviyyədən aşağı biliyi dövlət 
və  cəmiyyət  qəbul  etməməlidir.  Bu  səbəbdən  də  müxtəlif 
dövlətlər üçün (və ya təhsil müəssisələri üçün) bu hədd müxtəlif 
ola  bilər.  Dövlət  qüdrətləndikcə  bu  hədd  sağa,  təhsil  sistemi 
korlandıqca bu hədd sol tərəfə sürüşür.   
 
Bu nöqtəyə uyğun bilik ona görə kafi, məqbul hesab edilir 
ki,  bu  nöqtədə  tədris  proqramı  60%  mənimsənilir,  dövlətin 
xərclədiyi  vəsaitin  60%-i  biliyə  çevrilir.  Bundan  aşağı 
mənimsəməni  heç bir normal dövlət qəbul etməməlidir. 
 
3) Bu parçaların hər birinin öz məxsusi cəhətləri var. 
a) “Bilir “ parçasının məxsusi cəhəti  bundan ibarətdir ki, 
mənimsəmənin  dərəcəsini  göstərmək  məqsədi  ilə  şkala 
səviyyələrə  bölünür.  5  ballı  şkalada  bu  səviyyələr  3,  4,  5 
rəqəmləri ilə göstərilir.  
 
b) «Bilmir» parçası (biliksizlik) dərəcələrə bölünmür. Pis 
pisdir,  pisin  yaxşısı,  babatı  olmur.  Bu  səbəbdən  də  “bilmir“ 
parçası belə səviyyələrə bölünmür. “Bilmir“ parçasını səviyyələrə 
bölmək əbəsdir. Çünki qaradan o yana rəng yoxdur.   Şkalanın (0-
3) parçasına uyğun gələn istənilən bilik səviyyəsinin qiyməti şərti 
olaraq “2”“ rəqəmi ilə göstərilir. 
 
Məşhur  fizik  Viqnerin  bir  kəlamında  deyilir:  “Bilik 
uğrunda  döyüş  lazımdır“.  Təhsil  məsələsi  də    elə  döyüş 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə