149
Milli təhsil sisteminin qarşısında duran məqsədlərə nail
olmaq üçün ya münasib quruluş seçilməli, ya da təhsilin köhnə
strukturunu saxlamaqla onu yeni məzmunla zənginləşdirmək
lazımdır. Burada nə strateji, nə də taktiki səhv yolverilməzdir.
Müxtəlif strukturlu təhsil sistemlərinin bəşəri nailiyyətləri
müxtəlifdir. Bu sahədə Şərq təhsil sisteminin geriliyi göz
qabağındadır. Belə ki, yuxarıda dəfələrlə qeyd edildiyi kimi
fiziki və əqli gücümüzü qat-qat artıran motor və kompüter
Qərbdə icad edilibdir. XX əsrdə Fizika sahəsində 160 nəfərdən
çox alim Nobel mükafatı alıbdır. Bunlardan ancaq biri - Adil
Salam müsəlmandır. Nəzərə alsaq ki, dünya əhalisinin üçdən biri
müsəlmandır, onda bu say 50 nəfərdən çox olmalı idi. Kəsir göz
qabağındadır. Bu qüsur müsəlman əhlinin düşüncə tərzindən və
müsəlman dövlətlərinin təhsilə münasibətindən törəyən
qüsurudur. Allah tərəfindən 50 nəfərdən çox Şərqli müsəlman
əhlinə verilmiş intellektual potensialın açılmasına vaxtında,
zamanında şərait yaradılmayıb, tədbir görülməyibdir. Dövrün,
zamanın çağırışına vaxtında reaksiyamız olmayıbdır. Müasir
tələblərə cavab verən universitetləri və təhsil sistemi olmayan
ölkə elm sahəsində bəşəri uğur qazana bilməzdi.
Günəş Şərqdən çıxmasına baxmayaraq, uğurların
gözqamaşdırıcı mənbələri niyə Qərbdədir? – sualına düzgün
cavab tapmalıyıq ki, geriliyimizə son qoya bilək.
“Şərq-Qərb“” məsələsinə toxunduğuma görə “Sony”“
firmasının sahibinin “Dialoq Avrasiə”“ dərgisinin 2001-ci il
tarixli 5-ci sayında çap edilmiş bir fikrini də dəyərli oxucuların
nəzərinə çatdırmaq istəyirəm: “Qərb insanları kərpic kimidir, biri
digərini əvəz edə bilir. Şərqdə isə hər kəs çox fərqlidir. Şərq
adamı ilə işləmək divar çəkmək kimidir. Daşları bir-birinə uyğun
seçməlisən”. Buradan çıxaracağımız nəticə bundan ibarətdir ki,
orta məktəblərimiz şagirdlərimizi “sənaye üsulu” ilə
hazırlamalıdır. Sənayedə hər məhsul standarta uyğun istehsal
edilir. Standart pozulanda məhsul zay hesab edilir. Məşhur rus
150
alimi Kapitsanın “təhsil gələcəyə yönəlmiş sənaye şəhəridir”“
fikri indi çox böyük əhəmiyyət kəsb edir. İmkan verməməliyik ki,
məktəblərimiz kustar emalatxanalara çevrilsin.
Orta məktəblərimiz şagirdlərimizə fənn proqramlarını 80-
100%, yəni 4 ilə 5 qiymət arasında (və ya 560 ilə 700 bal
intervalında) bilik verməyi bacarmalıdır. Şagirdlər proqram
materiallarını
təqribən eyni dərəcədə mənimsəməlidirlər.
Mənimsəyə bilməyənlər (standarta uyğun gəlməyənlər) yuxarı
sinfə buraxılmamalı, sinifdə qalmalıdırlar. Belə olan halda orta
məktəb şagirdləri bilik səviyyəsinə görə eyniləşdirər və təqribən
kərpiclər kimi bir-birinə bənzər edər.
Orta təhsil sahəsində “ÇAĞ“ Öyrətim İşlətmələri
şirkətinin ölkəmizdə olan məktəbləri bizim üçün örnək ola bilər.
İndoneziyada 2002-ci ilin 22-30 iyul tarixində keçirilən 33-cü
Beynəlxalq Fizika Olimpiadasında şagirdlərimiz əfsanəvi uğur
qazanmışlar. Belə ki, Azərbaycan Respublikasının komandasını
təşkil edən 4 şagirddən 3-ü qızıl, biri isə gümüş medal qazanaraq,
69 ölkə arasında (İran və Çindən sonra) dünyada üçüncü yerə
çıxmışlar. Cəmiyyətimizin bu şagirdlərimizi tanımasına,
alqışlamasına ehtiyac vardır.
“ÇAĞ” Öyrətim İşlətmələri şirkətinin Quba Özəl Türk
Liseyinin şagirdləri - Tural Bədirxanov (XI sinif), Aqşin
Heybətov (X sinif) və Dədə-Qorqud Özəl Türk Liseyinin şagirdi
Zöhrab Niftəliyev I yerləri tutaraq qızıl medallar qazanmışlar.
Quba Özəl Türk Liseyinin IX sinif şagirdi Emil Nurməmmədov
isə II yeri tutaraq gümüş medala layiq görülmüşdür. Mən bu
şagirdləri təbrik edirəm. Onları xalqımızın layiqli övladları və
gələcəyimizin təminatçıları sayıram.
Quba Özəl Türk Liseyinin müəllimi Mülkmir İsmayılovu,
İbrahim Şeralı, Dədə-Qorqud Özəl Türk Liseyinin müəllimi
Ayxan Yamanı və Erdal Körkməzi təbrik edir, onlara bu dəyərli
işlərində yeni-yeni uğurlar diləyirəm.
Bu faktın özü sübut edir ki, yeni tip ümumi orta təhsil
müəssisələrinə ehtiyac böyükdür. «ÇAĞ”» Öyrətim İşlətmələri
151
şirkətinin məktəbləri gənclərimizin intellektual potensialını və
vaxt potensialını biliyə uğurla çevirə bilirlər. Bu təcrübəni
öyrənmək və tətbiq etməklə təhsildə keyfiyyəti xeyli yüksəltmək
olardı.
Azərbaycan Prezidenti cənab Heydər Əliyev bu liseylərin
fəaliyyətini yüksək qiymətləndirmişdi: “Bu uğurlar çox
sevindiricidir. Mən bilirəm ki, bu liseylər “ÇAĞ” Öyrətim
İşlətmələri şirkətinə aiddir. Mən onların işindən çox
məmnunam, o liseylərdə şagirdlərə çox gözəl təhsil verirlər,
ona görə də oranın tələbələri dünyanın bir çox yerlərində
böyük müsabiqələrdə qalib olurlar, medallar qazanırlar. Bu
liseylərin fəaliyyəti Azərbaycanda təhsilin səviyyəsinin
yüksəlməsinə xeyli kömək edir. Biz bu liseylərin işini nümunə
kimi göstəririk. O biri məktəblər bu liseylərin fəaliyyətindən
öyrənirlər. Mən bütün bunlara görə lisey rəhbərliyinə öz
təşəkkürümü bildirirəm”. (Zaman” qəzeti, 15.10.02)
Cənab prezident orta təhsillə bağlı öz istəyini bu fikirdə
söyləmişdir. Mütərəqqi təcrübəni öyrənmək lazımdır. Belə
təcrübəni öyrənmək üçün uzağa getmək lazım deyildir. Belə
məktədlər Azərbaycanda fəaliyyət göstərir. Yeri
gəlmişkən,
qeyd edək ki, bu məktəblər dövlətdən maliyyələşmirlər. Bu
məktəblərin məxsusi cəhəti bundan ibarətdir ki, onları Türkiyə və
Azərbaycan cəmiyyətləri maliyyələşdirir. Bu baxımdan bu
məktəblər Azərbaycan və Türkiyə cəmiyyətləri arasında bir
körpüdür.
Dostları ilə paylaş: |