163
Keçmiş təhsil sistemimizin orta məktəb səviyyəsində
uğurları çoxdur və bizə yaxşı məlumdur. Ona görə ki, özümüz bu
sistemin içərisindən keçmişik. Bu təhsil sisteminin əsas vəzifəsi
bütün gəncləri, kütləni icbari orta təhsilli etmək olmuşdur.
Bununla bərabər, Sovet dövləti hər təhsil səviyyəsinə uyğun
keyfiyyəti inzibati və partiya nəzarəti yolu ilə kifayət qədər
qoruya bilirdi. İndi bu funksiyanı yerinə yetirən digər bir nəzarət
orqanı olmadığından təhsildə keyfiyyət allah ümüdünə qalıbdır və
səviyyə ilbəil aşağı düşür. İctimai nəzarət isə hələ
formalaşmayıbdır.
Sovetlər zamanında siyasətə uyğun olaraq təhsilin üfqi
istiqamətdə genişləndirilməsi, şaquli istiqamətdə təhsilin
inkişafını qurban vermək hesabına baş verirdi. Çünki hər iki
istiqamətdə təhsili lazımı səviyyədə saxlamağa dövlətin iqtisadi
gücü çatmırdı.
Orta məktəblərin sayı artdıqca, məktəblərə mərkəzi
nəzarət zəifləyirdi. Bunun nəticəsində keyfiyyət göstəriciləri
aşağı düşürdü. Keyfiyyət aşağı düşdükcə repetitorluq institutu
işə düşməyə başladı. 1960-cı illərin əvvəllərində universitet
tələbəsi olarkən mənim bəzi tələbə dostlarım da zaman-zaman
belə fəaliyyətlə məşğul olurdular. Repetitorluq institutunun işə
düşməsi orta məktəbin verdiyi bilik səviyyəsinin, ali məktəbə
qəbul olmaq üçün tələb olunan bilik səviyyəsindən xeyli aşağı
olmasının nəticəsi idi. Bu fərqin olması ali məktəbə qəbul zamanı
neqativ halların yaranmasına səbəb olurdu. Bu neqativ hallarla
«mübarizə» qəbul imtahanları ətrafında ajiotaj yaranmasına
səğəğ olurdu. Ali məktəbə qəbul prosesinə ictimai diqqət artırdı.
Dövlət bu sosial fenomenə vaxtında reaksiya vermədi.
Nəticədə orta məktəblər zəiflədi, repetitorluq fəaliyyəti gücləndi.
Leqal orta məktəb ”qeyri-leqal” məktəblə, dövlət təhsili “gizli
təhsillə””“ paralel işləməyə başladı. Bu problem ölçülü-biçili həll
tələb edir. İndi repetitorluq institutunu saxlamaq nə qədər
qorxuludursa, bağlamaq da o qədər qorxuludur. Sonralar dövlət
orta məktəbin verdiyi biliyin kafi olmadığı səbəbindən ali
164
məktəblərin nəzdində hazırlıq fakültələri açmağa məcbur oldu.
Bu fakültələrin açılması dolayısı ilə məktəblərin verdiyi orta
təhsildə keyfiyyətin olmamasının dövlət tərəfindən etirafı idi.
Dövlət əhalisinin savadlı olmasında maraqlıdır. Bu
səbəbdən də Təhsil Nazirliyinin əsas funksiyası öz struktur və
sisteminin köməkliyi ilə dövlətin təhsilə ayırdığı vəsaiti
təhsilalanların biliyinə, bacarığına və vərdişinə, sonra isə onların
vasitəsi ilə dövlətin maraqlarını qoruyaraq iqtisadiyyatı
yüksəltmək qabiliyyətinə çevirməkdir. Dövlət təhsil nazirliyi
kimi bir quruma, təhsili idarə edən orqanlara və 200 mindən çox
müəllim ordusuna maaşı bu vəzifəni yerinə yetirmək üçün verir.
Ancaq təəssüflə qeyd edək ki, pul biliyə pis çevrilir. Qurumun
faydalı iş əmsalı çox aşağıdır.
Yuxarıda qeyd edildiyi kimi sovet təhsilinin qüsuru
bundan ibarət idi ki, keyfiyyət göstəriciləri kəmiyyət
göstəricilərinə qurban verilirdi. Keyfiyyətə nəzarət inzibati
idarəçilik metodu ilə həyata keçirilirdi. Ancaq bu üsul da az
kömək edirdi. Təhsil sisteminin baza prinsiplərindən olan
keyfiyyətlilik, ədalətlilik, obyektivlik öz yerlərini yavaş-yavaş
keyfiyyətsizliyə, ədalətsizliyə, qeyri-obyektivliyə, saxtakarlığa və
məsuliyyətsizliyə vermişdir.
16.10.02.
tarixdə
BDU-da
professor
Qəmbər
Namazovun 70 illik yubileyi qeyd edilirdi. Rektor prof. Abel
Məhərrəmov keçmişi yada salaraq onların sinifindən 11 nəfərin
orta məktəbi medalla bitirməsindən danışdı. Bir sinifdə, adətən
20-25 şagird olur. Hər 2-3 nəfərdən birinin medala layiq bilik (
700 ballı qiymətləndirmə şkalasına görə 680-700 bal) nümayiş
etdirmələri sevindirici haldır və belə yüksək səviyyəni təmin edən
məktəblərimiz və müəllimlərimiz olubdur (Bu fakt təhsildə
“sənaye üsulunun“ tətbiqinə bariz nümunədir). Bu səviyyəni
keçmişdə biz fəth etmişik, onu bir də fəth etmək mümkündür..
Əslində, belə təhsil müəssisələri o zamanlar ölkəmizdə çox idi.
Mənim təhsil aldığım orta məktəbdə də təhsilin səviyyəsi çox
yüksək idi. 1956/57-ci tədris ilində Kəlbəcər qəsəbə orta
165
məktəbini, təqribən 20 məzunun 14-ü məktəbi medalla (2 qızıl,
12 gümüş) bitirmişdir. Onların biri də hamının yaxşı tanıdığı şair
Məmməd Aslandır. O Məmməd Aslan ki, möhtərəm
Prezidentimiz Heydər Əliyev onun əməyini, cəsarətini yüksək
qiymətləndirərək, onu Şöhrət Ordeni ilə mükafatlandırmışdır. Bu
gün mən direktorumuz Cəfər müəllimi, riyaziyyat müəllimimiz
Qara Bəhməni və digər müəllimlərimizi minnətdarlıq hissi ilə
xatırlayıram. Dünyasını dəyişənlərə Allahdan rəhmət, qalanlara
isə can sağlığı diləyirəm.
Çağdaş dövürdə təhsildə vəziyyət ürəkaçan deyil. Milli
Məclisin deputatı professor Şamil Qurbanovun mətbuatda getmiş
və geniş ictimai rezonans doğurmuş bir fikiri diqqəti cəlb edir:
“1995-ci ildə təhsil nazirliyində keçirilən kollegiyada
dedim ki, burada bir yaxşı adamın yeri əksikdir. Şeyxülislamın.
Təhsili öldürmüsünüz, indi fatihəsini vermək lazımdır. Gəlin onun
fatihəsini də verək, çıxaq gedək evimizə”. (“Şərq” qəzeti,
11.09.02)
Bu əhvalat 1995-ci ildə olub. Bəs təhsildə vəziyyət indi
necədir?
Son illərin təhsillə bağlı statistik məlumatlarını diqqətlə
izləyərək yuxarıdakı suala cavab axtaraq.
“Abituriyent””“ jurnalının 2000, 2001 və 2002-ci illərin
12-ci saylarından götürülmüş test imtahanlarının nəticələrinin bir
qismi cədvəl 15.1-də müqayisəli şəkildə göstərilmişdir. Biliyin
səviyyəsi 700 ballı şkala ilə qiymətləndirilmişdir.
Cədvəl 15.1-in ikinci sütununda müxtəlif bal intervalları,
3-5-ci sütunlarda müxtəlif illər üçün verilmiş bal intervalına
uyğun bilik nümayiş etdirmiş abituriyentlərin mütləq sayı, 6-8-ci
sütunlarda bu abituriyentlərin nisbi sayı və 9-11-ci sütunlarda isə
verilmiş bilik səviyyəsinə uyğun bal toplamış abituriyentlərin
nisbi saylarının cəmi göstərilmişdir.
Cədvəlin 6-cı sətrində göstərilir ki, 2000-ci ildə 80-100
intervalda bal toplamış abituriyentlərin sayı
N=5158 nəfər
olubdur. Bu, abituriyentlərin ümumi sayının (qeyd edək ki,
Dostları ilə paylaş: |