159
15.2. İntellekt əmsalı: İQ
«Azərbaycan xalqı öz köklərinə görə
zehni inkşaf etmiş xalqdır. Biliyə,
inkşafa həmişə diqqət vermiş və bu
yol ilə getmiş xalqdır».
Heydər Əliyev
İnkişaf etmiş ölkələrdə uşaqların, gənclərin həm fiziki,
həm də zehni inkişafı diqqətdə saxlanılır. Fiziki inkişafı izləmək
üçün metr və tərəzi kifayət edir. İntellektual inkişafı «Ay-kü»
(İQ) əmsalı vasitəsi ilə izləmək mümkündür.
Adətən İQ əmsalını təyin etmək üçün “ağıl yaşı” deyilən
anlayışdan istifadə edilir. “Ağıl yaşı“” intellektual qabiliyyətdən
asılı olaraq xronoloji yaşa bərabər, ondan çox və az da ola bilir.
Bu yaşların nisbətinin 100-ə hasili İQ əmsalını verir. Əgər ağıl
yaşı xronoloji yaşa bərabərdirsə, İQ =100 olar. Əgər ağıl yaşı
xronoloji yaşdan çoxdursa, onda İQ > 100, əgər azdırsa, İQ < 100
olar.
Məlumat üçün bildirim ki, yəhudi və çinli gəncləri üçün
İQ əmsalı 100-dən xeyli çoxdur. 2002-ci il abituriyentlərin
(azərbaycan bölməsi) test imtahanlarının nəticələrinə görə orta
balı Me =158 olmuşdur. Bu göstərici aşağıdakı fikirləri
söyləməyə əsas verir:
a) ya bizim təhsil maşınımız yaxşıdır, uşaqlarımızın
intellekt əmsalı - İQ çox aşağıdır;
b) ya da bizim intellekt əmsalımız - İQ yüksəkdir, təhsil
maşınımız düz işləmir, faydalı iş əmsalı çox aşağıdır.. Üçüncü
fikir söyləmək çətindir.
Əgər xalqımızı cənab prezidentin yuxarıda dediyi kimi
«zehni inkişaf etmiş» xalq hesab etsək (Ü.Hacıbəyovu,
M.Ə.Sabiri, C.Cabbarlısı, S.Vurğunu, H.Cavidi və digər dahiləri
olan xalq, şübhəsiz belələrindəndir), onda günah təhsil maşınında,
160
təhsil sistemindədir. Bu nəticəni Anadolu Türk Liseyinin 2002-ci
il göstəricisi (Me =480) də təsdiq edir.
Prezident Heydər Əliyevin digər bir kəlamında deyilir:
“Xalqımız, millətimiz genetik xüsusiyyətlərinə görə
fiziki cəhətdən sağlam insanlardan ibarət olan xalqdır,
millətdir. Fiziki sağlamlıq və fiziki güc, mənəvi sağlamlıqla
bərabər Azərbaycan xalqına, millətinə xas olan xüsusiyyətdir.
Xalqımızda istedadlar potensialı böyükdür””” “.
Çünki yuxarıda göstərildiyi kimi bütün normal xalqların
gənclərinin 15%-i talantlı insanlardır. Böyük məsuliyyətlə qeyd
etmək olar ki, bizim xalq da belələrindəndir. Hər 100 min
məzunun 15 000-ni talantlı, 3 000-ni isə çox talantlıdır. Çox
təəssüf ki, orta məktəblər nəinki 15 000 talantlı gəncləri, heç
3000 nəfər çox talantlı gənclərin potensialının açılmasına imkan
yaratmır. Yaxşı ki, hər il bu gənclərin bir qisminə (ildə təqribən
600 nəfər) yüksək təhsil vermək məsuliyyətini «ÇAĞ» Öyrətim
Şirkəti öz üzərinə götürübdür. 2400 nəfər talantlı gənc yüksək
təhsildən kənarda qalır, potensialı açılmaz qalır. Konstitusion
normanı - dövlətin talantlı şəxslərlə bağlı üzərinə götürdüyü
öhtəliyi təmin edə bilmir. Bu haqda ciddi düşünmək lazımdır. Bu
sosioloji nəticə və test imtahanlarının nəticələri və millətimizin
intellektual səviyyəsi haqqında yüksək fikirlər bir-birini tam inkar
edir.
Heydər Əliyevin digər bir kəlamında deyilir: «Xalqımızın
fitri istedadı və XX əsrdə təhsil sahəsində toplanılmış təcrübə,
yaranmış məktəblərin potensialı, yüksək təhsil vermək
səviyyəsi Azərbaycanın indi orta məktəbdə təhsil alan gənc
nəslinin gələcəyi hərtərəfli hazırlanmasına təminat verir. Ona
görə də məktəb, müəllimlər Azərbaycanın gələcəyi üçün
məsuliyyət daşıyır”.
Biz bu fikirdən düzgün nəticə çıxarmalı, xalq qarşısında
məsuliyyət daşıdığımızı dərk etməliyik. Əfqanstan, İraq ətrafında
hadisələr göstərir ki, XXI əsr XX əsrdən amansız gəlir. Yaddan
161
çıxarmayaq ki, XX əsrdə itirdiyimiz torpağın sahəsi 28 000 kv.
km –dan çoxdur.
162
15.3. Orta məktəb
“İnsanlara
orta
təhsil
verin.
İstibdad və ruha-bədənə edilən
zülm, sübh işığında cin kimi yox
olacaqdır”.
Tomas Cefferson
Ümumi təhsilin strateji vəzifəsi hər bir təhsialanın həvəs,
meyl, qabiliyyət və istedadının reallaşdırılmasını təmin etməkdən
ibarətdir. Ona görə ki, hər bir kəs Allah tərəfindən ona həvalə
edilmiş missiyanı – gələcək nəsillərin xoşbəxt yaşaması üçün
insani borcu ləyaqətlə yerinə yetirməli və öz töhvəsini
verməlidur. Hər bir fərd öz fiziki varlığı ilə gələcək nəsillərə
problem yaratmamalıdır. Bunun üçün o keyfiyyətli təhsil
sistemindən keçməlidir.
Orta məktəb pilləsi iki səviyyəlidir (İSCED -də 2 və 3-cü
səviyyələr): baza (ümumi orta) və təmayüllü (tam orta)
məktəblər-liseylər.
Azərbaycanda təqribən 4560 ümumi-təhsil məktəbi var.
Onlardan 470-i ibtidai, 920-si baza, 3169-u isə orta məktəbdir.
Prezidentin İcra Aparatının şöbə müdiri Şahin Əliyevin
“Azərbaycan Respublikasının Konstitusiyasına elmi-praktik
şərh“” kitabında (Bakı, 2000, səh. 163) qeyd olunur:
“Vətəndaşların konstitusiya borcu nöqteyi-nəzərindən hər kəs
mütləq ümumi orta təhsil almalıdır və hal-hazırda bu, ümumtəhsil
məktəbinin və ya ona bərabər başqa təhsil müəssisəsinin 9-cu
sinifidir”. Azərbaycanın indiki reallığı üçün bu şərhin əksinə
getmək düzgün deyildir. Tam orta məktəbin icbari olması
ətrafında manipulyasiya keyfiyyəti xeyli aşağı salır.
Baza təhsili natamam orta təhsil olaraq İSCED -in ikinci
pilləsinin alt səviyyəsidir və minimum 4 illik təhsili nəzərdə tutur.
Orta təhsilin son pilləsi (İSCED -də səviyyə 3) tam orta və ya
ixtisaslaşmış orta təhsili əhatə edir.
Dostları ilə paylaş: |