189
Təhsil həm mədəniyyətin, həm iqtisadiyyatın, həm də
həyat
şəraitinin
yüksəlməsinə,
yaradıcılıq
potensialının
açılmasına kömək göstərir. Ancaq zəruri təhsil almaq üçün yol
uzundur. Bu yol ən azı insan 25 yaşına çatana qədər davam edir.
Bundan sonra qəbirə qədər təhsil başlayır. Xaricdə buna LLL
(Lifelonq learninq) təhsil deyirlər. Bəzi dövlətlər təhsil prosesini
illərlə yox, hətta saatlarla ölçürlər. Hər ilin öz təhsil yükü var.
Hansı ilin təhsil yükü mənimsənilməsə, yuxarı səviyyələrin
biliklərinin mənimsənilməsi işi çox çətinləşir. Gəncin ömründən
təhsilə ayrılmış vaxtın asudə vaxta çevrilməsinə yol vermək
olmaz. Bizə oxuyan, oynayan yox, öyrənən cəmiyyət, millət
lazımdır.
190
16. Təhsil və milli təhlükəsizlik
“Təhsil - geosiyasətdir”.
V.Filippov,
RF-nin təhsil naziri
V.Yanın “Çingiz xan “” əsərində yazılır ki, Çingiz xan
çinli alim Çan Çun ilə söhbət edərkən deyir:
“Bizim qoca monqolların bir misalı var. “Düz danışan
adam öz əcəli ilə ölmür”- doğru danışanı əcəli çatmamış vurub
öldürürlər... Buna görə də adamlar yalan dalınca yalan
danışırlar... Sən isə, müdrik qoca, məni görmək üçün on min li
yol gəlmisən və həqiqəti, ölməzlik üçün əlac olmadığını mənə
deməkdən təkcə sən qorxmadın. Sən saf qəlbli və düz adamsan “
Təhsildə həqiqəti axtarıb tapmaq və onun haqqında düz
danışmaq lazımdır. Dünya Bankının ekspertləri təhsildə «gizli
böhrandan» TV ekranlarında isə təhsildəki uğurlardan danışılır.
Hansı həqiqətdir?
Kafkanın bir fikirinə görə «həqiqətsiz həyat mümkün
deyil. Bəlkə də, həqiqətin özü həyatdır». Biz həqiqəti
görməməklə, kölgələməklə həyatı görmürük, kölgələyirik.
Son 5 ildə biliyin qiymətləndirilməsinin 9 ballı şkalası ilə
bağlı aparılan iclas və müzakirələrdə edilən çıxışlar göstərir ki,
istənilən zərərli nəzəriyyəni təhsil sistemində tətbiq etmək
mümkündür. Respublikanın təhsil görəvliləri, təhsil problemləri
institutunun rəhbərləri, bir sıra rayon, şəhər təhsil şöbələrinin
müdirləri çıxışlarında problemi təhlil etmədən, dərindən
öyrənmədən 9 ballı qiymətləndirmə sistemini mütərəqqi yenilik
kimi vəsv ediblər. (bax:«Azərbaycan müəllimi» 5.07. 2002).
Paraqraf 12-də qədim Çin tarixindən bir misal çəkilmişdir.
Misalın məğzi bundan ibarətdir ki, bir nazir öz köməkçisini işdən
azad edir və deyir: «Üç ildə bir dəfə də olsun çatışmayan
cəhətimi göstərməmisiniz. Deməli, siz mənim yaxşı işləməyim
üçün deyil, xoşuma gəlmək üçün çalışırsınız. Məhz
191
bu səbəbdən də mənim sizin xidmətinizə daha ehtiyacım
yoxdur». Bu misal, sağlam düşüncə tərzinə layiqli bir misaldır.
Bizdə də işin yaxşı getməsi üçün yox, xoşa gəlmək üçün
canfəşanlıq edənlər az deyildir.
Deməli, 9 ballı sistemi tərifləyənlər işin düz getməsini
yox, kiməsə xoş gəlmək üçün təriflər söyləyirlərmiş. Bu, sovet
düşüncə tərzinin praktiki həyatda tətbiqinə misaldır. Bu düşüncə
tərzi, müstəqil dövlət üçün qəbulolunmazdır. Belə düşüncə
tərzindən azad olmağı bizə beynəlxalq təşkilatlar da məsləhət
görürlər.
Mənim inancıma görə milli təhlükəsizliyi dövlət
sərhədlərində və xarici düşmənlərdən qorumağa Milli
Təhlükəsizlik Nazirliyi, daxildə isə bu işə həm də Təhsil Nazirliyi
cavabdehdir. Təhsil milli təhlükəsizliyi təmin edən intellektual
sütundur. Təhsil ilə milli təhlükəsizlik arasında əlaqə haqda ilk
dəfə prof. S.Xəlilov “Təhsildə problemlər və vəzifələr“ kitabında
(Bakı, 2002, səh.70) maraqlı fikirlər söyləmişdir. KİV-in bu
fikirlərə diqqət yetirməsi və bu ətrafda debat açmaması təəssüf
doğurur.
Qabaqcıl dövlətlərin sənaye bazalı cəmiyyətlərdən elmi
və informasiya bazalı cəmiyyətlərə keçmələri barədə yuxarıda
söhbət getdi. Yeni dövrün qayəsi bundan ibarətdir ki, hər bir
dövlət əhalisinin təhsil səviyyəsinin yüksək olmasına maraqlıdır.
Bu səbəbdən də dövlətlərin təhsil səviyyəsini qiymətləndirmək
böyük əhəmiyyət kəsb edir. Belə dəyərlərin biri təhsil səviyyəsi
indeksidir. Təhsil səviyyəsi indeksini izləmək vacibdir, çünki
insan potensialının inkişaf indeksini (İPİİ) təyin etmək üçün
lazım olan üç indeksdən (gözlənilən ömür uzunluğu və ləyaqətli
həyat səviyyəsi indekslərindən) biridir. Bu indeksi hesablamaq
üçün yaşlı əhalinin savad səviyyəsi və təhsilalanların
kontinqentinin ümumi sayı əsas götürülür. BMT-nin İnkişaf
Proqramının sifarişi ilə çap edilmiş “Doklad o razvitii çeloveka
za 2002 qoda” kitabında bu indeks (səh. 150) bütün dünya
192
ölkələri üçün verilmişdir. Bu cədvəldə 173 dövlətinin İPİİ-yə
görə reytinq sırası da verilmişdir.
Azərbaycan və dünya dövlətlərinin bəzilərinin təhsil
indeksi və İPİİ-yə görə reytinq sıraları cədvəl 16.1-də
göstərilmişdir.
İPİİ-yə görə dövlətlərin reytinqi
və təhsil indeksi
Cədvəl 16.1
Dövlətlərin
reytinqi
Dövlətlər
Təhsil səviyyəsi
indeksi
1
Norveç
0,98
9
Yaponiya
0,93
14
Danimarka
0,98
76
Ermənistan
0,92
81
Gürcüstan
0,89
85
Türkiyə
0,77
88
Azərbaycan
0,88
98
İran
0,75
173
Serra-Leon
0,33
Aydındır ki, Norveç bizim, biz isə Serra-Leonun torpağını
işğal etmək fikirimiz yoxdur. Ancaq qonşu dövlətlərlə
münasibətdə
təhlükəsizliyimizi
qorumalıyıq.
Cədvəldən
göründüyü kimi Azərbaycanla müqayisədə Ermənistan üçün
təhsil indeksi kifayət qədər yüksəkdir. Təbii resurslarla zəngin
olmayan Yaponiya bu cədvəldə 9-cu, Danimarka 14-cü yerləri
tuturlar. Çünki həm Yaponiyada, həm də Danimarkada insan
resursu, insan potensialı, deməli təhsil hər şeydən qiymətli hesab
edilir.
Biz bu bəşəri dəyəri dərk etməli və mənimsəməliyik.
Yaponların İkinci Dünya müharibəsindən sonra gəldiyi
“papağımızın altındakından başqa heç nəyimiz yoxdur””“ dəyərli
nəticəni biz də qəbul etməliyik. Neftə çox bel bağlamamalıyıq.
Dostları ilə paylaş: |