Şahlar Əsgərov Təhsilimiz: Dünən, bu gün, sabah


standartı şəklində (qanunla) müəyyən olunmalıdır



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/90
tarix26.09.2017
ölçüsü2,8 Kb.
#1819
1   ...   37   38   39   40   41   42   43   44   ...   90

 
139 
standartı şəklində (qanunla) müəyyən olunmalıdır.  
Qiymətləndirmədən  danışarkən  çağdaş  dövrümüzdə  ali 
məktəb sistemində geniş tətbiq olunan “kredit “  sistemindən yan 
keçmək  mümkün  deyildir.  Bu  sistem  sadədir,  mütərəqqidir  və 
tələbənin potensialının açılmasına və reallaşmasına kömək edir. 
 
Dünyanın  bir  çox  qabaqcıl  ölkələrində,  xüsusilə  ABŞ  və 
Qərbin  universitetlərində  təhsil  prosesində  keyfiyyətə  nəzarət 
“kredit  sistemi“  vasitəsi  ilə  həyata  keçirilir.  Bu  sistem  bizim 
ölkəmizdə «Xəzər» və «Qafqaz» universitetlərində tətbiq edilir. 
 
Kredit  sisteminin  mahiyyəti  bundan  ibarətdir  ki,  hər  bir 
fənn  xüsusi  çəkisinə  və  həcminə  uyğun  “kreditlə“  
qiymətləndirilir.  Universitetlərdə  tədris  olunan  əksər  fənlər 
təqribən  3  kreditlə  dəyərləndirilir.  Ancaq  bəzi  fənlər  1,5  -4 
kreditlik də ola bilər. 
 
Kredit  sisteminin  üstünlüyü  ondadır  ki,  tələbələr  hər 
semestrdə müxtəlif saylı fənləri seçib öyrənə bilərlər. Əgər tələbə 
semestrin  sonunda  hər  hansı  bir  fəndən  müvafiq  qiymət  ala 
bilmirsə,  o,  həmin  fəndən  kredit  almır  və  növbəti  semestrdə 
yenidən həmin fənni öyrənməlidir. 
 
Misal üçün, Xəzər Universitetində bakalavr  dərəcəsi     (4 
il)  almaq  üçün  seçilən  ixtisasdan  asılı  olaraq,  təxminən  32-46 
fənn üzrə tədris planını ödəməklə 128-140 kredit toplamaq tələb 
olunur. (Məsələn, mühəndislik üçün 128, hüquqşunaslıq üçün 138 
kredit və s.) Bu 
universitetdə  100  ballı  qiymətləndirmə 
şkalası tətbiq olunur və bakalavr pilləsində 60 bal keçid bal hesab 
olunur. 60 baldan aşağı ballar üçün kredit verilmir, minimum orta 
qiymət  isə  70  baldir.  Diqqət  yetirməyə  dəyər  ki,  60  bal  həddi 
zəruridir,  ancaq  kafi  deyildir.  Bəzi  fənlərdən  80  və  yuxarı  bal 
toplamaq lazımdır ki, orta qiymət 70 baldan çox olsun. 
 
Magistratura  pilləsində    isə  keçid  balı  65,  minimum  orta 
qiymət  75  müəyyənləşdirilmişdir.  Doktoranturada  bu  rəqəmlər 
bir  az  da  sağ  tərəfə  sürüşür.  Bu  xüsusiyyətlər  bu  sistemin 
mütərəqqiliyindən xəbər verir.  


 
140 
 
Kredit sistemi xeyli mütərəqqi sistem olmaqla, subyektiv 
qüsurları da  aradan çıxartmağa  imkan verir.   
 
Beləliklə,  təhsil  prosesinin  keyfiyyətinə  qiymət  şkalaları 
ilə  nəzarət  sağlam  düşüncə  əsasında  qurulmalıdır.  Bu  sahədə 
problemlər  var.  Klassik  qiymətləndirmə  prosesində  müəllim 
prosesin tam subyekti, təhsi alan isə tam obyektidir. Bu inzibatçı 
metodun demokratikləşməsinə ehtiyac duyulur. Təhsilalanları bu 
prosesin tərəfdaşına çevirmək lazımdır. 
Təhsil  on  min  il  tarix  ərzində  təkamül  yolu  ilə      inkişaf 
edərək bugünkü səviyyəyə gəlib çatmışdır. Bu səbəbdən də təhsil 
sistemində  köklü  dəyişiklik  etmək  mümkün  olmayan  bir  işdir. 
İstənilən  koordinal  dəyişilik,  gərəksiz  sistem  və  nəzəriyyələrin 
tətbiqi  sistemin  dağılması  ilə  nəticələnə  bilər.  Odur  ki,  təhsil 
sisteminin, hər-hansı bir hissəsində təkmilləşdirmə  aparmaq olar. 
Əsas odur ki, bu zaman irəliyə baxmaqla bərabər, tarixi dəyərlər 
qorunyb saxlanılsın.  
Təhsil sistemində yenilik etmək çox çətin, səhv etmək çox 
asandır.  Səhv  etməmək  üçün  N.Çaadayevin  bu  kəlamını  daim 
yadda saxlamağa dəyər: «Allaha şükürlər olsun ki, öz ölkəmin 
rifahı  naminə  gərəksiz  sistem  və  nəzəriyyələri  qəbul 
etmədim». 
 
İmtahanlar.  Təhsilin  keyfiyyətinə  təsir  edən  vacib 
amillərdən  biri  də  təhsilə  nəzarətdir.  Təhsilə  nəzarət  prosesində 
imtahan  vacib  yer  tutur.  Bizim  təhsil  sistemimizdə  bir-birindən 
fərqlənən  4  növ  imtahandan  istifadə  edilir:  keçid,  buraxılış,  test 
və dövlət imtahanları.  
İmtahanlar  arasında  bəziləri  xüsusi  əhəmiyyət  kəsb  edir. 
Bu  imtahanlar  orta  məktəbi  bitirəndə,  ali  məktəbə  qəbul  zamanı 
və  ali  məktəbi  bitirəndə  götürülür.  Bu  səbəbdən  də  buraxılış 
imtahanlarının  məsuliyyəti  digər  imtahanlardan  daha  çox 
olmalıdır.  Çünki  bu  imtahanların  hər  birinin  nətciəsində 
təhsilalanlara  dövlət  tərəfindən  müvafiq  dövlət  sənədi:  attestat, 
tələbə  bileti  və  diplom  verilir.  Bu  sənədlər  dövlət  tərəfindən 
verildiyindən  dövlət  orqanları  və  təşkilatları  tərəfindən 


 
141 
qorunmalıdır.  Saxta  sənəd  verən  təhsil  işçiləri  qanunla 
müəyyənləşən məsuliyyət daşımalıdır. 
Gənclərin
 
həyatında həlledici hadisə kimi dərin iz buraxan 
orta məktəbin buraxılış imtahanlarıdır. Bu imtahanlarla gəncin 11 
illik  bilik  səviyyəsi    qiymətləndirilir.  Bu  imtahanların  məxsusi 
cəhəti  ondan  ibarətdir  ki,  bu  imtahanı  keçən  şagirdlərə  dövlət 
sənədi  sayılan  «Attestat»  verilir.  Orta  məktəbi  əla  qiymətlə 
bitirənlər  əvəllər  “qızıl“”  və  ya  “gümüş“”  medallar  alardılar. 
Təhsilin  liberallaşması  bu  praktikanı  yenidən  gündəmə  çıxarır. 
Gənclərin  11  illik  bilik  marafonunda  çempionları  müəyyən 
etməmək  və  mükafatlandırmamaq,  qiymətləndirməmək  düzgün 
deyil. 
 
Keçid  imtahanları.
 
Təhsil  prosesində  keyfiyyəti 
yüksəltməyin  ən  asan  və  ədalətli  yolu,  kafi  biliyi  olmayan 
təhsilalanı  təhsilin  yuxarı  pilləsinə  buraxmamaqdır.  Təhsil 
sistemində  keçid  imtahanları  ədalətlə  və  ciddi  aparılmalıdır. 
Dördüncü  sinif  səviyyəsində  biliyi  olmayanı  beşinci  sinifə, 
səkkizinci sinif  səviyyəsində biliyi olmayanı doqquzuncu sinifə, 
11-ci sinif səviyyəsində biliyi olmayanı ali məktəbə, birinci kurs 
səviyyəsində  biliyi  olmayanı  ikinci  kursa  və  bunun  kimi 
buraxılmamalıdır.  Belə  olan  halda  təhsil  sistemi  bir  çox 
xəstəlikdən azad olar. İmtahanlar da məhz bu məqsədlə aparılır.  
 
Sovetlər dönəminin son on illiklərində təhsilə nəzarət get-
gedə  zəifləyirdi.  Daha  doğrusu,  getdikcə  təhsilə  münasibət  də 
dəyişdi.  Təhsil  müəssisələri  gəncləri  təhsilləndirən  yox,  bir  çox 
işbazların  şəxsi  mənafelərini  təmin  edən  müəssisəyə  çevrilirdi. 
Orta  məktəblərdə  imtahanlar  normal  yox,  formal  keçirilirdi. 
Qiymətləndirmə  obyektiv  aparılmırdı.  Sinifdəqalma  praktikası 
tətbiq edilmirdi. Birinci sinfə qəbul olunanların (ölüm-itim halları 
istisna  olmaqla)  hamısı  orta  məktəbi  qurtarıb  kamal  attestatı 
alırdı. Attestat qiymətləri şişirdilirdi. Məzunlar dövlət sənədi olan 
«attestatdakı» qiymətlərə uyğun bilik nümayiş etdirə bilmirdilər. 
Bəzən  attestatların  satılması  halları  da  müşahidə  olunurdu. 
Siyasət naminə belə cinayət hallarının üstü tez ört-basdır edilirdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə