456
İspaniyalılar tərəfindən məscid kilsə halına gətirilincə əlavələrlə məscidin
əsas tənasübü pozulmuşdu.
673
II Həkəm hicrətin 366-cı ilndə (miladi 976) altmış bir yaşında vəfat et-
mişdir.
II Hişam hicri 366-399/miladi 976-1009
II Həkəmin ölümündən sonra yerinə oğlu II Hişam keçdi. On iki yaşlı xəli-
fə özünə “əl-Müəyyəd” ləqəbini götürdü. Xəlifənin yaşı az olduğu üçün dövləti
ana
sı Sübh və vəzir Məhəmməd ibn Abdullah ibn Məhəmməd ibn Əbu Amir
idarə edirdi.
II Hişamın kiçik olduğunu nəzərə alan Əbu Amir Məhəmməd 978-ci ildə
“Mədinətuz-Zahirə” adlı şəhər inşa etdirərək xəlifəni orada həbs etdi. Səqali-
bəni ordudan ayıran Əbu Amir Məhəmməd onları Şimali Afrikadan gətirilən
bərbərilər, Kastil, Navar və Liondan olan xristian əsgərlərlə əvəz etdi. Muzdla
döyüşən bu əsgərlər tamamilə Əbu Amirə bağlı idilər.
Təşkil etdiyi ordu ilə Əbu Amir Məhəmməd şimalda yaşayan xristianların
üzərinə səfərlər etməyə başladı. 981-ci ildə Lion kralığına edilən səfərdə Əbu
Amir Za
moranı ələ keçirməklə bərabər dörd min əsir götürdü. Buna cavab
olaraq Lion kralı III Ramiro Əbu Amirə qarşı Kastilya qrafı Fernandes və
Navarra kralı ilə birləşdi. Yenidən Lion üzərinə hərəkət edən Əbu Amir kral III
Rami
ronu məğlub edərək Kordovaya qayıtdı. Bu qələbədən sonra Əbu Amirə
“əl-Mənsur billah” ləqəbi verildi.
Kordovanın tək hakimi olan Əbu Amir xristian krallarını məğlub edərək
sərhədlərini xeyli genişləndirdi. Hicrətin 374-ci ilində (miladi 985) Kataloni-
yaya səfər edən Əbu Amir qraf Borralı məğlub edərək Barselonanı talan etdi.
Bu arada Lion kralı II Bermuda İslam ordusunu Liondan çıxardı. Bununla
ba
rışmayan Əbu Amir Liona səfər edərək buranı xarabaya çevirdi.
Hicrətin 387-ci ilində (miladi 997) yarımadanın şimal-qərbinə edilən sə-
fərdə Santiyaqoda ən məşhur məbəd ələ keçirildi.
Hicrətin 392-ci ilndə (miladi 1002) Kastilya səfərindən qayıdan Əbu
Amir xəstələnərək öldü. Ölümündən əvvəl yerinə vəzir olaraq Əbdülməliki
təyin etmişdi. Əbu Amirin vəfatından sonra onun yerini “əl-Müzəffər” ləqəbli
Əbu Mərvan Əbdülməlik tutdu. O da atası kimi II Hişamı dövlət işlərindən
kənar tutaraq dövləti özü idarə etdi. Hakimiyyətdə olduğu yeddi il (1002-
1009) ərzində Əndəlüsün rifahı davam etdi. Ticarət, sənaye, kənd təsərrüfatı
xey
li inkişaf etdi, Şimali Afrikadan gətirilən bərbərilərlə ordunu gücləndirdi,
Şimaldakı xristianlara qarşı səfərlər edən Əbdülməlik 1003-cü ildə Kataloni-
yaya, 1005-
ci ildə Pamplonaya, 1007-ci ildə ildə isə Kastiliyaya səfər edərək
onla
rı məğlub etdi.
673
İbn Xəldun, əl-İber, IV cild, səh-316, 317.
457
Hicrətin 399-cu ilində (miladi 1008) Əbdülməlik qardaşı Əbdürrəhman tə-
rəfindən zəhərləndirilərək öldürüldü. Onun ölümündən sonra Amirilərin haki-
miy
yəti zəifləməyə başladı.
674
Əbdülməlikin ölümündən sonra qardaşı Əbdürrəhman vəzirliyi ələ keçirdi.
Atası və qardaşından fərqli olaraq içki düşkünü olmaqla bərabər İslamın əksinə
hərəkətlər edirdi. 1008-ci ildə Əbdürrəhman xəlifə II Hişamı məcbur etdi ki,
onu özündən sonra vəliəhd elan etsin.
Əbdürrəhman Lion krallığına qarşı səfərdə olarkən Kordovalılar II Hişamı ha-
kimiyyətdən kənarlaşdırıb yerinə II Məhəmməd ibn Hişam ibn Əbdülcabbar ibn
III Əbdürrəhmanı (1009-1010) “əl-Mehdi” ləqəbi ilə Əndəlüs əmiri təyin etdilər.
Dənizçilik
Dənizçiliyə xüsusi diqqət yetirən Əndəlüs Əməvi dövləti əl-Cəzirə, əl-
Min
kar, əl-Məriyyə, Tartus və Taraqon limanlarında çoxlu gəmi saxlayırdı.
Hər il Kartaca, İşbiliyə dəzgahlarında inşa olunan gəmilər dənizə buraxılırdı.
Ta
cirlərdən bir çoxu ticarət gəmiləri ilə şərqin mallarını İspaniyaya gətirirdilər.
Bəzi dəniz piratları da düşmən məmləkətlərinə basqın edirdilər.
820-
ci ildə Ağdənizdə Balear adalarını ələ keçirən ərəblər ardınca Korsika-
nı zəbt edərək buranı hicrətin 225-ci ilindən 235-ci ilinə qədər (miladi 840-
850) öz əllərində saxladılar.
Norman və Skandinav qovmlərinin basqınlarının qarşısını almaq üçün sa-
hi
llərin mühüm yerlərinə gəmilər yerləşdirilmişdir.
675
Əndəlüs Əməvilərinin zəifləməsi
Hakimiyyəti ələ keçirən II Məhəmməd Amirilərin paytaxtı olan Mədi-
nətuz-Zahirəni tamamilə məhv edərək hicrətin 399-cu ilində (miladi 1009) Əb-
dür
rəhmanı da edam etdirdi. Onun ölümü ilə Amiri diktatorluğuna son qoyul-
du.
Kordovada sözü keçən üç əsas qüvvə var idi. Bunlar Kordova xalqı,
Bərbərilər və Səqalibələr idi. Bu tarixdən etibarən Əndəlüs Əməvi dövlətinin
yıxılmasına qədər Kordova daxili qalmaqallarla parçalanmağa başladı.
Bu dövrdə Amirilər tərəfindən Əndəlüsə gətirilən İfriqiyyə bərbəriləri II
Məhəmmədə qarşı mübarizə aparmağa başladılar. Bunu öyrənən II Məhəmməd
onları ordudan ayırdı. Buna cavab olaraq Bərbərilər hakimiyyətdən narazı olan
Kordova əhalisini də özlərinə qoşaraq xəlifəyə qarşı üsyan edib Süleyman ibn
Həkəm ibn Süleyman ibn III Əbdürrəhmanı (1010-1019) “əl-Müstəin” ləqəbi
ilə hakimiyyətə gətirərək ona beyət etdilər. Sonra Kastilya kralının yardımı ilə
Kor
dova üzərinə hərəkət edərək II Məhəmməd əl-Mehdini məğlub etdilər.
Məğlub olduğunu görən II Məhəmməd Tuleytulaya çəkildi. Məğlubiyyətlə ba-
674
Ziya Paşa, Tarixi-Əndəlüs, I cild, səh-109, 110.
675
İbn Xəldun, əl-İber, IV cild, səh-323, 324.