Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə225/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   221   222   223   224   225   226   227   228   ...   314

 

456 


İspaniyalılar tərəfindən məscid kilsə halına gətirilincə əlavələrlə məscidin 

əsas tənasübü pozulmuşdu.

673

 

II  Həkəm  hicrətin  366-cı  ilndə  (miladi  976)  altmış  bir  yaşında  vəfat  et-



mişdir. 

 

II Hişam hicri 366-399/miladi 976-1009 

II Həkəmin ölümündən sonra yerinə oğlu II Hişam keçdi. On iki yaşlı xəli-

fə özünə “əl-Müəyyəd” ləqəbini götürdü. Xəlifənin yaşı az olduğu üçün dövləti 

ana


sı Sübh və vəzir Məhəmməd ibn Abdullah ibn Məhəmməd ibn Əbu Amir 

idarə edirdi. 

II Hişamın kiçik olduğunu nəzərə alan Əbu Amir Məhəmməd 978-ci ildə 

“Mədinətuz-Zahirə” adlı şəhər inşa etdirərək xəlifəni orada həbs etdi. Səqali-

bəni ordudan ayıran Əbu Amir Məhəmməd onları Şimali Afrikadan  gətirilən 

bərbərilər, Kastil, Navar və Liondan olan xristian əsgərlərlə əvəz etdi. Muzdla 

döyüşən bu əsgərlər tamamilə Əbu Amirə bağlı idilər. 

Təşkil etdiyi ordu ilə Əbu Amir Məhəmməd şimalda yaşayan xristianların 

üzərinə səfərlər etməyə başladı. 981-ci ildə Lion kralığına edilən səfərdə Əbu 

Amir Za


moranı  ələ  keçirməklə  bərabər  dörd  min  əsir  götürdü.  Buna  cavab 

olaraq  Lion  kralı  III  Ramiro  Əbu  Amirə  qarşı  Kastilya  qrafı  Fernandes  və 

Navarra kralı ilə birləşdi. Yenidən Lion üzərinə hərəkət edən Əbu Amir kral III 

Rami


ronu məğlub edərək Kordovaya qayıtdı. Bu qələbədən sonra Əbu Amirə 

“əl-Mənsur billah” ləqəbi verildi. 

Kordovanın  tək  hakimi  olan  Əbu  Amir  xristian  krallarını  məğlub  edərək 

sərhədlərini  xeyli  genişləndirdi.  Hicrətin  374-ci  ilində  (miladi  985)  Kataloni-

yaya səfər edən Əbu Amir qraf Borralı məğlub edərək Barselonanı talan etdi. 

Bu arada Lion kralı II Bermuda İslam ordusunu Liondan çıxardı. Bununla 

ba

rışmayan Əbu Amir Liona səfər edərək buranı xarabaya çevirdi. 



 

Hicrətin 387-ci ilində (miladi 997)  yarımadanın şimal-qərbinə  edilən sə-

fərdə Santiyaqoda ən məşhur məbəd ələ keçirildi. 

Hicrətin  392-ci  ilndə  (miladi  1002)  Kastilya  səfərindən  qayıdan  Əbu 

Amir  xəstələnərək  öldü.  Ölümündən  əvvəl  yerinə  vəzir  olaraq  Əbdülməliki 

təyin etmişdi. Əbu Amirin vəfatından sonra onun yerini “əl-Müzəffər” ləqəbli 

Əbu Mərvan Əbdülməlik tutdu. O da atası kimi  II Hişamı dövlət işlərindən 

kənar tutaraq  dövləti  özü  idarə  etdi.  Hakimiyyətdə  olduğu  yeddi  il  (1002-

1009) ərzində Əndəlüsün rifahı davam etdi. Ticarət, sənaye, kənd təsərrüfatı 

xey


li inkişaf etdi, Şimali Afrikadan gətirilən bərbərilərlə ordunu gücləndirdi, 

Şimaldakı xristianlara qarşı səfərlər edən Əbdülməlik 1003-cü ildə Kataloni-

yaya, 1005-

ci ildə Pamplonaya, 1007-ci ildə ildə isə Kastiliyaya səfər edərək 

onla

rı məğlub etdi. 



673

İbn Xəldun, əl-İber, IV cild, səh-316, 317. 

                                                           



  

457 


Hicrətin 399-cu ilində (miladi 1008) Əbdülməlik qardaşı Əbdürrəhman tə-

rəfindən zəhərləndirilərək öldürüldü. Onun ölümündən sonra Amirilərin haki-

miy

yəti zəifləməyə başladı.



674

 

Əbdülməlikin ölümündən sonra qardaşı Əbdürrəhman vəzirliyi ələ keçirdi. 



Atası və qardaşından fərqli olaraq içki düşkünü olmaqla bərabər İslamın əksinə 

hərəkətlər  edirdi. 1008-ci ildə Əbdürrəhman xəlifə  II  Hişamı məcbur etdi ki, 

onu özündən sonra vəliəhd elan etsin. 

Əbdürrəhman Lion krallığına qarşı səfərdə olarkən Kordovalılar II Hişamı ha-

kimiyyətdən kənarlaşdırıb yerinə II Məhəmməd ibn Hişam ibn Əbdülcabbar ibn 

III Əbdürrəhmanı (1009-1010) “əl-Mehdi” ləqəbi ilə Əndəlüs əmiri təyin etdilər. 



 

Dənizçilik 

Dənizçiliyə  xüsusi  diqqət  yetirən  Əndəlüs  Əməvi  dövləti  əl-Cəzirə,  əl-

Min

kar,  əl-Məriyyə,  Tartus  və  Taraqon  limanlarında  çoxlu  gəmi  saxlayırdı. 



Hər il Kartaca,  İşbiliyə  dəzgahlarında inşa olunan gəmilər dənizə buraxılırdı. 

Ta

cirlərdən bir çoxu ticarət gəmiləri ilə şərqin mallarını İspaniyaya gətirirdilər. 



Bəzi dəniz piratları da düşmən məmləkətlərinə basqın edirdilər. 

820-


ci ildə Ağdənizdə Balear adalarını ələ keçirən ərəblər ardınca Korsika-

nı  zəbt  edərək  buranı  hicrətin  225-ci  ilindən  235-ci  ilinə  qədər  (miladi  840-

850) öz əllərində saxladılar. 

Norman və Skandinav qovmlərinin basqınlarının qarşısını almaq üçün sa-

hi

llərin mühüm yerlərinə gəmilər yerləşdirilmişdir.



675

 

  



Əndəlüs Əməvilərinin zəifləməsi 

Hakimiyyəti  ələ  keçirən  II  Məhəmməd  Amirilərin  paytaxtı  olan  Mədi-

nətuz-Zahirəni tamamilə məhv edərək hicrətin 399-cu ilində (miladi 1009) Əb-

dür


rəhmanı da edam etdirdi. Onun ölümü ilə Amiri diktatorluğuna son qoyul-

du. 


Kordovada  sözü  keçən  üç  əsas  qüvvə  var  idi.  Bunlar  Kordova  xalqı, 

Bərbərilər və Səqalibələr idi. Bu tarixdən etibarən Əndəlüs Əməvi dövlətinin 

yıxılmasına qədər Kordova daxili qalmaqallarla parçalanmağa başladı. 

Bu  dövrdə  Amirilər  tərəfindən  Əndəlüsə  gətirilən  İfriqiyyə  bərbəriləri  II 

Məhəmmədə qarşı mübarizə aparmağa başladılar. Bunu öyrənən II Məhəmməd 

onları ordudan ayırdı. Buna cavab olaraq Bərbərilər hakimiyyətdən narazı olan 

Kordova əhalisini də özlərinə qoşaraq xəlifəyə qarşı üsyan edib Süleyman ibn 

Həkəm ibn Süleyman ibn III Əbdürrəhmanı (1010-1019) “əl-Müstəin” ləqəbi 

ilə hakimiyyətə gətirərək ona beyət etdilər. Sonra Kastilya kralının yardımı ilə 

Kor


dova  üzərinə  hərəkət  edərək  II  Məhəmməd  əl-Mehdini  məğlub  etdilər. 

Məğlub olduğunu görən II Məhəmməd Tuleytulaya çəkildi. Məğlubiyyətlə ba-

674

 Ziya Paşa, Tarixi-Əndəlüs, I cild, səh-109, 110. 



675

İbn Xəldun, əl-İber, IV cild, səh-323, 324. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə