Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə227/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   223   224   225   226   227   228   229   230   ...   314

 

460 


1106-

cı ildə Yusifin ölümündən sonra yerinə oğlu Əli (1106-1145) keçdi. 

O VI Alfonsun oğlu Sançonun başçılığı altında olan ordunu məğlub etmiş, Sa-

ra

qosa və Əndəlüs əmirlərinə qarşı mübarizə apararaq İspaniyanı öz əlində sax-



la

mışdır. Əli ilə oğlu Tafşin əhali ilə yaxşı münasibətdə olmadığı üçün onlara 

qarşı tez-tez üsyan baş verirdi. 

Bu arada Balansiyanı ələ keçirən Alfons Mureysəyə hücum etdi. Buna ca-

vab ol

araq Murabitlər də xristianlar yaşayan yerlərə hücum etdilər. Bundan na-



rahat olan Alfons 1133-

cü ildə İşbiliyə və ətraf məntəqələri ələ keçirərək talan 

etdi. 1145-

ci ildə Murabit hökmdarı Əlinin ölümündən sonra yerinə oğlu Taf-

şin (1145-1146) keçdi. Şimali Afrikada sürətlə inkişaf edən Müvəhhidlər Mu-

ra

bitlərə aid yerləri ələ keçirdikləri üçün Afrikada onların əlində Oran və Te-



lam

sandan başqa yer qalmamışdı. 1146-cı ildə Murabitlərin varlığına Müvəh-

hidlər tərəfindən son qoyulmuşdur.

681


 

 

Müvəhhidlər hicri 540-646/miladi 1146-1248 

Bu dövlətin də əsası Şimali Afrikadan olan bir bərbər tərəfindən qoyulmuş-

dur. Məsmudə qəbiləsinə mənsub olan Məhəmməd ibn Tumərt (1078-1130) öz 

si

yasi və dini hərəkətini Atlas dağları ilə Şimali Afrikada yaymağa başlamış və 



ar

dıcıllarına “Müvəhhidi” (Allahın birliyinə sarılanlar) deyilmişdir.

682

 

1130-



cu ildə Məhəmməd ibn Tumərtin ölümündən sonra yerinə Zenata qə-

bi

ləsinə mənsub Əbdul-Mumin ibn Əli (1130-1163) keçdi. Hakimiyyəti ələ ke-



çi

rən  Əbdul-Mumin  tövhid  inancını  yaymaq  üçün  cihada  başladı.  Əvvəlcə 

1144-1146-

cı  illərdə  Telamsan  yaxınlığında  Murabitlərin  ordusunu  məğlub 

edərək Fasın Səbtə, Tanca, 1147-ci ildə Mərakeş şəhərini fəth etməklə Mura-

bit


lər xanədanına son qoydu. 

1146-


cı  ildə  əl-Qaro  valisinin  istəyi  ilə  Əbdul-Mumin  İspaniyaya  ordu 

gön


dərdi. Bu ordu beş il ərzində müsəlmanların idarəsində olan İspaniya tor-

paq


larını ələ keçirdi.

683


 

Əbdul-Mumin 1152-ci  ildə  Cəzayiri,  1158-ci  ildə  Tunisi,  1160-cı  ildə 

Trab

lusqərbi zəbt etdi. Beləliklə tarixdə ilk dəfə və son dəfə Şimali Afrika və 



İspaniya müsəlman bir dövlət idarəsində birləşmiş oldu. 

Ancaq İspaniyada Murabitlərin zəifləməsilə vəziyyət müsəlmanların əley-

hinə dəyişdi. Lion və Kastil kralı Qovadiyana və Siyera-Morana ətrafını talan 

edərkən, Portuqaliya kralıda İngilis və Finlandiya gəmilərinin köməyi ilə 1147-

ci ildə Lizbon şəhərini ələ keçirdi. 1152-ci ildə isə Kordovanı tutmaq istəsədə 

ba

carmadı. 



Müvəhhidlər 1163-cü ildə Kastilya və Araqondan yardım alaraq İspaniya-

da baş verən üsyanları yatırdılar. Eyni ildə Əbdul-Mumin vəfat etdi. 

681

İbrahim Həsən, Tarixi İslam, Misir, 1967, IV cild, səh-118, 125. 



682

Ziya Paşa, Tarixi-Əndəlüs, II cild, səh-186, 193. 

683

 Ziya Paşa, Tarixi-Əndəlüs, II cild, səh-193, 199. 



                                                           


  

461 


Xristianlarla müharibələr 

Daxili asayişi təmin edən Müvəhhidlər xristian krallıqlarına qarşı mübarizə-

yə  başladılar.  Bunlar  Araqon,  Kataloniya,  Lion,  Kastilya  və  Portuqaliya  kral-

lıqları  idi.  Bunların  ən  təhlükəlisi  Portuqliya  krallığı  idi.  Əbu  Yəqub  Yusif  və 

oğlu  Yəqub  bunlara  qarşı  bir  çox  səfərlər  etdi.  Əbu  Yusif  Yəqub  əl-Mənsur 

1184-1199-

cu illər arasında (580-595) cihad elan edərək əl-Arak müharibəsində 

Alfonsun ordusunu məğlub etmişdir. Bunun ardınca Kalatarava, Madrid və Sa-

lamanka alınmışdır. Bu uğurları əldə edən Yəqub əl-Mənsur elm, sənət və ədə-

biyyatı himayə etməklə bərabər, İslami hökmlərə tam riayət etmiş, bir çox məd-

rəsələr  və  məktəblər  təsis  edərək  dəyərli  hədiyyələrlə  alimləri  təltif  etmişdir. 

Onun dövründə Əndəlüs parlaq dövrünü  yaşamışdır. Bundan  əlavə Müvəhhid-

lərdən Yusif İşbiliyədə bir çox binalar və məscidlər, körpülər, su kəmərləri inşa 

etdirmişdir.  Yəqub  əl-Mənsur  Alfons  üzərində  qazandığı  qələbə  naminə  Mə-

rakeşdə böyük bir məscid inşa etdirmişdir. Bunlardan əlavə Yəqub bir çox xəs-

təxanalar, yetimxanalar, əlillər üçün sığınacaq və karvansaraylar inşa etmişdir.

684

 

Yəqub əl-Mənsurdan sonra Müvəhhidlər taxtına Məhəmməd ən-Nasir keç-



di. 1211-

ci ildə Məhəmməd ən-Nasir Afrikada hazırladığı ordu ilə sərhəd böl-

gələrində yerləşən bir çox şəhərləri ələ keçirən xristianlara qarşı səfər etsə də 

heç bir nəticə əldə etmədi. Papa İnosan Qüdsdən qovulmanın intiqamını almaq 

üçün İspaniya müsəlmanlarına qarşı xaçlı səfərləri elan etmişdir. İki ordu 1212-

ci ildə Siyerra-Morena dağlarının ətəyində Xısn əl-Uqban da qarşılaşdı. Xaçlı 

or

dusu Kastilya,  Lion, Navarra, Araqon, Portuqaliya və Avropa xristianların-



dan ibarət idi. Baş verən bu döyüşdə xristianlar müsəlmanlar üzərində parlaq 

qələbə qazanmışdır. Bu  məğlubiyyətdən sonra 1212-ci ildə Əndəlüsdəki Mü-

vəhhid hakimiyyəti faktiki olaraq sona çatdı. Xaçlı ordusu ələ keçirdiyi məntə-

qələrdə müsəlmanları qılıncdan keçirdi. Marrakuşa qayıdan Məhəmməd ən-Na-

sir 1213-

cü ildə vəfat etdi. 

Müvəhhidlər  taxtına  çıxan  İdris  əl-Məmun  hicri  624-629/miladi 1227-

1232-


ci illər arasında Afrikada baş verən üsyanları yatırsada Əndəlüs daxilində 

heç 


nə edə bilmədi. İşbiliyədə Bəni-Hud, Valensiyada Bəni-Zəyyan, Qranada-

da isə Bəni-Əhmər səltənəti quruldu.

685

 

Bu qarışıqlıqdan istifadə edən katoliklər müsəlman xanlıqlarını bir-bir ara-



dan götürürdülər. İbn Əhmər Kastil kralı III Ferdinando ilə İbn Huda qarşı mü-

ba

rizə apardığı kimi, İbn Hudda xristianlarla əlbir olub otuzdan çox qalanı on-



lara  buraxdı.  Hicrətin  635-ci  ilində  (miladi  1238)  ərəb  rəislərindən  olan  İbn 

Hu

dun ölümündən sonra Əndəlüsdə tək islam dövləti olaraq Bəni Əhmər qaldı 



(1232-

1492).  Kastil  kralı  III  Fernando  1236-cı  ildə  Kordovanı,  1241-ci  ildə 

Ma

laqanı, 1246-cı ildə Mursiyanı, 1248-ci ildə İşbiliyəni (Sevilya) ələ keçirdi. 



1238-

ci ildə Araqon kralı yəhudilərin yardımı ilə Valensiyanı ələ keçirmişdi. 

684

 Ziya Paşa, Tarixi-Əndəlüs, III cild, səh-302, 314. 



685

 Ziya Paşa, Tarixi-Əndəlüs, III cild, səh-314-321. 

  

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə