Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə230/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   226   227   228   229   230   231   232   233   ...   314

 

466 


Bəni  Əhmər  dövlətini  idarə  edən  hökmdarlar  və  onların  hakimiyyət 

müd

dətləri: 

1) 


I Məhəmməd (1231-1273) 

2) 


II Məhəmməd (1273-1302) 

3) 


III Məhəmməd (1302-1309) 

4) 


ən-Nəsr (1309-1314) 

5) 


I İsmail (1314-1325) 

6) 


IV Məhəmməd (1325-1333) 

7) I Yusif (1333-1354) 

8) 

V Məhəmməd (1354-1359) 



9) 

II İsmail (1359-1360) 

10) 

VI Məhəmməd (1360-1362) 



11) II Yusif (1391-1392) 

12) 


VII Məhəmməd (1392-1408) 

13) III Yusif (1408-1417) 

14) 

VIII Məhəmməd (1417-1427; 1429-1431; 1432-1445) 



15) 

IX Məhəmməd (1427-1429) 

16) IV Yusif (1431-1432) 

17) 


X Məhəmməd (1445-1455) 

18) 


Səd (1455-1465) 

19) 


Əbul Həsən Əli (1465-1482) 

20) 


XI Məhəmməd (1482-1483; 1487-1492) 

21) 


XII Məhəmməd (1483-1487).

692


 

  

Əndəlüsdə mədəniyyət 

İspaniyanın  fəthindən  sonra  müsəlmanlar  orada  Avropanı  heyrətə  gətirən 

bir  çox  əsərlər  ərsəyə  gətirdilər.  Qrammatika  və  ədəbiyyat  sahəsində  dəyərli 

ya

zıçılar yetişdi. Bunlardan Kordovalı İbn Əbdi Rəbbih (860-940) və İbn Həz-



mi (944-

1064) kimi alimləri qeyd edə bilərik. 

Şeir sənəti də Əndəlüsdə güclü inkişaf etmişdi. Əndəlüs Əməvi hökmdarla-

rından  başqa  əl-Mutəmid  ibn  Abbadda  dövrünün  böyük  şairlərindən  sayılır. 

Bun

dan başqa Əhməd ibn Zeydin (1003-1071) və Vəlladə (v. 1087) ilə Valen-



si

yalı Əbu İshaq ibn Həfəcə (v. 1139) kimi bir çox şairləri qeyd edə bilərik. 

Kordova,  Malaqa,  İşbiliyə  (Sevilya)  və  Qranada  kimi  şəhərlərdə  bir  çox 

mədrəsələr fəaliyyət göstərirdi. Bu mədrəsələrdə İslami elmlərlə yanaşı astro-

no

miya, riyaziyyat və tibbi elmlərdə öyrədilirdi. 



Tarixçi olaraq Əndəlüsdə yaşayan İbn Qutiyyənin (v. 977) adını qeyd edə 

bi

lərik. Onun ən məşhur əsəri “Tarix iftitahil-Əndəlüs”dür. Bu əsərdə ilk İslam 



fəthlərindən başlayaraq III Əbdürrəhmanın (912-961) dövründə baş verən hadi-

sələrdən bəhs olunur. Başqa bir tarixçi isə Əbu Mərvan Həyyan ibn Xələfdir 

692

Yılmaz Öztuna, İslam Devletleri, Ankara-kültür bakanlığı, I cild, səh-198. 



                                                           


  

467 


(987-

1076). Onun günümüzə qədər gəlib çatmış ən məşhur əsəri “əl-Muktəbis 

fi Tarix ricalil-

Əndəlüs”dür. O dövrün tanınmış tarixçilərindən olan Əbdürrəh-

man ibn Xəldunun (1332-1406) isə ən məşhur əsəri “Kitabul-İbər və divanul-

Mub


tədə və Xəbər fi Əyyamil Arab vəl-əcəm vəl-bərbər” adlı əsəridir. 

Tanınmış  coğrafiyaçılardan  on  birinci  əsrin  məşhur  coğrafiyaçısı  əl-Bək-

rini və on ikinci əsrin alimi əl-İdrisini qeyd etmək olar. Əbu Ubeyd Abdullah 

ibn  Əbdüləziz  əl-Bəkrinin  “əl-Məsalik  vəl-Məmalik”  əsəri  dövrümüzə  qədər 

gəlib çatmışdır. 

Əndəlüslü  səyyahlardan  İbn  Cübeyr,  Əbul-Husayn  Məhəmməd  ibn  Əh-

məd, Əbu Həmid Məhəmməd əl-Mazini və Məhəmməd ibn Abdullah ibn Bətu-

tini qeyd edə bilərik. İbn Bətuti (1304-1377) bütün İslam dünyasını başdan-ba-

şa gəzmişdir.

693


  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

693


Hitti, İslam Tarixi, III cild, səh-883-889; İbn Xəldun, əl-İbər. 

  

                                                           




 

468 


 

VII FƏSİL 

 

Qaraxanlılar dövləti (840/848-1212) 

 

 

 

 

Qaraxanlı Türk xənadanı, Açina-oğulları Türk böyük-xaqanlıq xənadanın-

dan, bilavasitə Göytürklərdən gəlməkdədir. 848-ci ildə Göytürkxanı olan Kül 

Bilgə “Qadir-Xan” ləqəbi ilə Türk-böyük-xəqanlıq taxtına oturmuşdu. 744-cü 

ildə Göytürklərin əlindən çıxan bu taxta 104 il ərzində Doqquz-Oğuz-on-Uyğur 

xənadanı oturmuşdu. Lakin uyğur xənadanın Göy-Tanrı dinini buraxaraq Mani 

dinini qəbul etməsi ilə Uyğur xaqanları dünyəvi siyasətlə uyğunlaşa bilmədilər. 

Qırğız  türklərinin  Türk  imperatorluğunun  ana  yurdu  sayılan  Monqolustandan 

Uy

ğurları bugünkü Qərbi Türkistana sürgün etmələri ilə Türk böyük xaqanlığı-



nı çox pis vəziyyətə saldılar. Bu sürgündən sonra Uyğurlar məhəlli bir krallıq 

ha

lına düşdülər və böyük-xaqanlıq Qaraxanlılara keçdi. 



Qaraxanlılar, bu gün “Türkistan” dediyimiz ölkəyə yerləşdilər. Bura daha 

əvvəl Türk xaqanları üçün kənar bir yer olduğu halda indi ilk dəfə mərkəz halı-

na gəlirdi. 

Qaraxanlıların ilk hökmdarı Kül Bilgə Qadir Xan haqqında tarixi mənbə-

lərdə  geniş  məlumat  yoxdur.  Oğlanları  Bazir  Arslan  Xan  və  Oğulcaq  Qadir 

Xan


dır.

694


 

Xənadanın üçüncü xaqanı olan Satuq Buğra Xan (924-955) iyirmi dörd ya-

şında taxta çıxan kimi İslam dinini və Sünni-Hənəfi məzhəbini, Türk impera-

tor


luğunun rəsmi dini elan etdi. Amma bu, türklərin İslam dini ilə ilk tanışlığı 

de

yildi. Ən azı iki əsrdən bəri milyonlarca türk müsəlman olmuş, İslam dünya-



sında böyük rollar oynamış, xilafət ordusunu əllərində tutmuş, xəlifələri taxt-

dan salmış, Misirdə Tulunoğullar (868-905), İxşidilər (934-969) kimi Türk xə-

na

danları hakimlik etmişlər. 



Volqa Bulqar xanı Almış Xan, Satuq Buğra Xan ilə eyni illərdə İslam dini-

ni və Sünni-Hənəfi məzhəbini rəsmi din olaraq elan etmişdi. Qaraxanlı Satuq 

Buğra Xanın “Əbdülkərim” islami adı ilə Müsəlmanlığı dövlət dini elan etmə-

si, “Böyük Türk Xaqanlığı” dediyimiz Türk imperatorluğunda cərəyan edirdi. 

Başqa türk dövlətləri də var idi. Amma bütün diqqətlər, Açina-Oğullarından və 

Göy


türklərdən  gələn  Qaraxanlılarda  idi.  O  ana  qədər  “xaqan”  adını  dayıyan 

heç bir Türk hökmdarı nə İslam dinini dövlət dini elan etmiş, nə də şəxsən mü-

səlman  olmuşdu.  Bu  hadisədən  130  il  sonra  Səlcuq  hökmdarı  Toğrul  Bəyin 

694


Qaraxanlıların şəcərəsi üçün bax: İslam Ansiklopedisi, VI cild, səh-264-265. 

                                                           




Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə