21
haqqda böyük islam alimi Əllamə Məclisi deyir: “Əbu Talib Peyğəmbərin (s)
yanına gəlib dedi: “Ey Muhəmməd (s) səni evləndirmək istəyirəm, amma
bunun üç
ün mənim heç bir malım yoxdur. Xədicə bizim yaxınlarımızdandır. O,
hər il Qureyşə öz malından verib onlarla ticarət edir. Onlar ondan yük dəvələri
götürüb səfərə çıxırlar. Sən də ticarət etmək istəyirsənmi? Həzrət buyurdu:
Bəli. Əbu Talib Xədicənin yanına gəlib əhvalatı ona danışdı. Xədicə bundan
sevinib xidmətçisi Meysərəyə dedi: Sən və bu malların hamısı Muhəmmədin
(s) ixtiyarındasınız.... Muhəmməd (s) həmin səfərə çıxdı və çoxlu gəlirlə geri
döndü. Meysərə Peyğəmbərə (s) dedi: Ey Muhəmməd əgər icazə versən
miniyimi səndən tez Məkkəyə yetişdirər və Xədicəyə çoxlu gəlirimiz haqqında
xoş xəbər verərəm. Muhəmməd (s) onu qabağa saldı. Onlar Məkkəyə yetişəndə
Xədicə öz otağında qadınlarla oturmuşdu. O, Muhəmmədi (s) minikdə, başı
üstündə bir parça bulud, sağ tərəfində bir, sol tərəfində də digər bir mələk
gördü və heyrətlə dedi: bu minik əhli böyük əzəmət sahibidir.... Sonradan o,
Peyğəmbərə (s) evlənmək təklifini verdi. Əbu Talib bu təklifi qəbul etdi və
nigah əqdini oxudu. Muhəmməd (s) əmisi ilə evə dönmək istədikdə Xədicə
dedi: Evinizə gedirsinizmi? Mənim evim sənin evindir və mən sənin
xidmətçinəm”.
15
Mənbələrin verdikləri məlumatlara görə Xədicə Muhəmmədlə (s) evlənən
zaman artıq iki dəfə ərdən boşanmış və 40 yaşlı dul bir qadın idi. Bu müqəddəs
evlilikdən onların altı övladı olmuşdu. Onlardan dördü qız (Zeynəb, Ümmü
Gülsüm, Ruqiyyə və Fatimə), ikisi isə oğlan (Qasim və Təyyib ya Tahir ləqəbli
Abdullah) olmuşdur.
16
Peyğəmbərin (s) Fatimədən (s.ə) başqa bütün uşaqları onun sağlığında
vəfat etmişdilər. Sonralar onun Mariya Qibtidən İbrahim adli bir oğlu da
olmuşdur ki, o da peyğəmbərin sağlığında on səkkiz aylığında vəfat etmişdi.
17
Hz. Peyğəmbər (s) ömrünün 40 yaşınadək olan hissəsini Hira mağarasında
Allaha ibadətlə keçirmiş və miladi 610-cu ildə Allah tərəfindən ona vəhy nazil
olmuşdur. Əhli-beytdən gələn xəbərlərə görə o, qırx yaşında ikən rəcəb ayının
27-
ci günündə peyğəmbərliyə vəzifələndirilmişdir.
Mənbələrin verdikləri məlumatlara görə ona nazil olan ilk ayələr “Ələq”
surəsinin aşağıdakı ayələridir:
“Yoxdan
yaradan Rəbbinin adı ilə oxu! O insanı laxtalanmış qandan
yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki,
qələmlə öyrətdi. O Rəbbin ki, insana bilmədiklərini öyrətdi”.
18
Bu ayələr Hira mağarasında ona nazil olarkən Həzrət qorxu içərisində evə
-
Xədicənin yanına gəlmiş və yatağına girərək üstünün örtülməsini istəmişdi.
19
15
Biharul-ənvar, XV cild, səh-274-275
16
Əyanuş-şiə, I cild, səh-223
17
Həmin mənbə
18
1-5-ci ayələr
22
Beləliklə Allah tərəfindən peyğəmbər seçilən Muhəmmədə (s) ilk iman gətirən
Xədicə oldu. Hz. Muhəmmədin (s) peyğəmbər seçilməsi ilə Allah
peyğəmbərliyə son qoymuş, əvvəlki peyğəmbərlərin gətirdikləri şəriətlərin
hökmünü aradan qaldırmış (nəsx etmiş) və bununla da irqindən, millətindən,
sosial vəziyyətindən asılı olmayaraq bütün insanları vahid bir dinə -İslama
girmələrini vacib buyurmuşdur. Həmçinin Allah onun vasitəsi ilə bütün yer
üzündə olan xurafatın, əqidəsizliyin, pozğunluğun kökünü kəsmişdir. O
zamankı dünyanın bütün bölgələrinə car çəkib xəbərlər göndərən Peyğəmbər
(s) insanları imana, sonuncu kamil din olan islama dəvət etdi. O, tez bir
zamanda ətrafında olan insanların böyük əksəriyyətini təkallahlıq formulası
olan “Allahdan başqa Allah yoxdur və Muhəmməd Onun rəsuludur” kəlməsi
altında birləşdirərək Qiyamətədək əbədiyaşar İslam dinini qurmuşdu. O, bütün
möminlərin qardaş olduğunu, onların bir-birlərindən yalnız təqvaya görə üstün
olduğunu bəyan edərək qanuni, ədalətli və azad bir cəmiyyət yaratdı. On iki ilə
yaxın bir müddət ərzində islam dinini Məkkədə yayan Peyğəmbər (s) sonda
Yəsribə (Mədinəyə) hicrət etdi. 622-ci ilin ortalarında Yəsribə gələn
peyğəmbər orada tarixdə heç vaxt misli görünməmiş federativ bir dövlət qurdu.
Tarixdə peyğəmbərlik missiyasından başqa böyük bir dövlət xadimi kimi də
yad edilən Muhəmmədin (s) etdiyi bütün əməlləri, atdığı bütün addımları ilahi
vəhyə dayanmışdı.
Məşhur islam alimlərindən olan Muhəmməd Həmdullah Peyğəmbərin (s)
qurduğu dövlətin 47 maddədən ibarət konstitutsiyasının olduğunu deyir.
20
Mədinə şəhərində on il islamı təbliğ edən Muhəmməd (s) çox qüvvətli bir
dövlət yaratmış, pərakəndə olan ərəb qəbilələrini bir araya gətirmiş, bir sözlə
Ərəbistan yarımadasında güclü vahid cəmiyyət yaratmışdı. Bundan əlavə o,
qonşu dövlət başçılarına məktublar göndərmiş və onları islama dəvət etmişdir.
Həmçinin Peyğəmbər (s) müxtəlif döyüşlərdə iştirak etmiş və əsgəri bir həyat
yaşayaraq bacarıqlı bir sərkərdə kimi Allah yolunda cihad etmişdir.
Mənbələrin verdikləri məlumatlara görə peyğəmbərin şəxsən iştirak etdiyi
döyüşlərin sayı 27 və 28 olmuşdur. Daha doğru məlumat isə 28-dir.
21
Lakin
onun şəxsən göstərişi ilə yaradılan, amma müəyyən səbəblər üzündən orada
iştirak etmədiyi döyüşlərin (səriyyə) sayı 45 (47) olmuşdur.
22
Həqiqətən islam Peyğəmbərinin (s) bütün qəzvə və səriyyələrinə,
ümumiyyətlə bütün həyatına nəzər salınsa, məlum olacaqdır ki, həzrətin islama
dəvəti heç də müharibələr və qətl üzərində qurulmayıbdır. Onun islama olan
dəvəti ilahi hikmətə və gözəl moizəyə əsasən yayılmışdı. Bəlkə də elə bu
səbəbdəndir ki, o həzrətin səsini (dəvətini) eşidən toplumun böyük əksəriyyəti
19
Əyanuş-Şiə, I cild
20
İslam peyğəmbəri, I cild
21
Əyanuş-şiə, I cild, səh-245
22
Həmin mənbə