Şamil Vəliyev – 50


səhifə41/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   37   38   39   40   41   42   43   44   ...   97

145
Odalı, çadırlı, mehmanlı dağlar.
Sürülər məskəni, ellər yatağı:
Bülbüllər oylağı, güllər yatağı.
Dərələri olmuş sellər yatağı,
Özü ney-nəğməli çobanlı dağlar.
Coşqun bulaqları çəkənin üzə,
Gəl xəstə könlümün ilhamın bəzə.
Qaratikan batsın bəd nəzər gözə,
Həkimli, şairli, loğmanlı dağlar.
Şeirndə də lakonik, yığcam ifadə olunan fikir çox mənalı və obrazlıdır. Xalqın,
vətənin, torpağın bütün keşməkeşli tarixi dağların yaddaşına həkk olumuşdur. Daha
doğrusu xalqın bütün tarixini dağların ağ papağlarında, çadırlı sinələrində, bülbüllər
oylağı, güllər yatağı meşələrində, sellər yatağı dərələrində, coşqun bulaqlarında,
çobanların qəmli ney avazlarında axtarmaq lazımdır.
Dostəli Bəsavət Hüseyn oğlu Coşğunun şeirlərinin mövzuca müxtəlifliyi, onun
ictimai dəyərliyi belə bir nəticə üçün əsas verir ki, bu şeirlərdə gerçəkliyin aktual
ictimai cəhətdən əhəmiyyətli və tipik tərəfi olduqca yetkin cəhətdən öz əksini
tapmışdır. Biz bu şeirdə şairin qüssəsini, vətəndaşlıq düşüncələrini hiss edir, yaşayır
və bunlardan təsirlənirik. Şair özünün ən kövrək dərdini, fikrini oxucuya etibar edir.
Şübhəsiz ki, lirik poeziyanın təsir gücü onun insani hisslərinin səmimliyindədir.
Səmimi və dərin bəşəri hiss olmadan lirik poeziya yoxdur. İctimai pafosun vətəndaşlıq
qayələrinin ifadəsi lirikanın inkişafında nəzərə çarpan müsbət meyllərəndir.
Dostəlinin vətəndaş təfəkkürünü onun şeirlərinin məzmun tərəfini təşkil edir, xalq
qarşısında mənəvi borc və məsuliyyət duyğusu olduqca diqqətəlayiqdir…
Çağdaş Cənubi Azərbaycan poeziyası olduqca zəngin, poetik yaradıcılığa,
yüksək bədii irsə malik olan Qüzeyli, Güneyli ümumi Azərbaycan poeziyasının
keçdiyi inkişaf mərhələlərini, onun ümumi sinfonik cəhətlərini, uğurlarını əks etdirmək


146
baxımından çox səciyyəvidir. Bu poeziya daxili narahatlığı, həssaslığı ilə, xalqın
yüksəlişi ilə bağlı çevik şəkildə dəyişilsə, yenilik bu poeziyanın xarakterini, ruhunu
müəyyən edən şərtlərdəndir.
Xalq, millət, vətən, torpaq haqqında vətəndaşlıq qayğısı ilə düşünən, xalqın
rifahının yüksəlişini, sərbəstliyini, xoşbəxtliyini milli-mənəvi
dəyərlərinə
sahib
olmasını hər şeydən əziz tutan bu yaradıcı insanlar, bütün bu problemlərin həllini
tapmaqdan ötrü öz sələflərinin keçdiyi əzablı odlu-alovlu, keçməkeşli yolları davam
etdirməyə hər an hazırdırlar, çox gərgin, fasiləsiz, yorulmadan idallarının yolunda
poetik qələmərini uğurla
işlətmələri onların ritorika, sözçülük, zahiri pafos
duyulmayan, canlı ehtiraslı hisslərlə, obrazlı düşüncələrlə səciyyələnən poeziyalarında
çox aydın şəkildə özünü büruzə verir. Azərbaycanı sevməyən, Azərbaycan xalqının
azadlığını, firavanlığını istəməyən düşmən qüvvələrlə ümumi şəkildə mübarizə
aparan və ifşa edən bu şairlərimiz, öz şeirlərində Azərbaycan xalqının mənəvi
qüdrətini, onun qəhrəmanlıq rəşadət və vətənpərvərlik əzminin daha dolğun şəkildə
əks etdirirlər.
Eyni zamanda xalqa, millətə, torpağa ləkə ola biləcək laqeyd, biganə, cahil
bəzi hallarda millətinə, xalqına qənim kəsilmiş qansız xəyanətkar insanları bədii
şəkildə ifşa edərək, onların xəyanətinin və biganəliklərinin xalqın başına hansı hansı
faciələr və fəlakətlər gətirdiyini və gətirə biləcəyini aləmə car çəkərək, onlardan uzaq
qaçmağı, eyni zamanda onlarla kəskin şəkildə mübarizə aparmağı, onların təsirinə
düşməməyi xalqa, o cümlədən gənclərə, yeniyetmələrə olduqca ibrətamiz şəkildə
öyüd-nəsihət edirlər.
Bu şeirlərdə rast gəldiyimiz ifşaçı boya və rənglərin hamısı Cənubi
Azərbaycan şeirinin sələfləri Şəhriyardan, Həbib Sahirdən, Səməd Behrəngidən və
sairələrdən mayalanmışdır.
Dedim könül minmə şərin atına,
Bir gün silkələnib yıxacaq səni.


147
Uyma bu dünyanın sən büsatına,
Aqibə əlindən atacaq səni
Şərridən, şeytandan olginən kənar.
Hər yolu getməgi bilməginən ar
Qardaşı, bacını itirdin axtar
Dar gündə bağrına basacaq səni.
Dil verib öyünmə cah-cəlalınla,
Bir bax mənəm deyən fironlarına.
Axır torpaqlara qatacaq səni.
Unutmaz haqq sevən həqiqət yolun,
Halaldan qazanar dövlətin – malın,
Mehdizadə deyir hər bir amalın,
Aqibət axtarıb tapacaq səni.
Mehdizadə İsmayıl Cəbrayıl oğlunun bu şeiri olduqca ibrətamizdir. Şair burada
öz timsalında, yəni öz-özünə öyüd-nəsihət verməklə, ictimai məzmunla, vətəndaşlıq
hissinin ifadəçisi kimi çıxış edir.
Əlbəttə, belə şeirlərdə qeyri-adi yeni fikir axtarmaq əbəsdir. Belə şeirlərin
məziyyəti tamam başqa əlamətlərdə – aşılanan fikrin həyatiliyində, ümumbəşəri
zənginliyindədir. Əsrlərin dərinliyindən, xalq hikmətindən süzülüb gələn müdrik,
həkimanə ümumiləşdirmələr Mehdizadəni sadə, aydın, səlis misralarında yeni hisslər
işığında mənalanır. Burada təlqin olunan hiss mücərrəd deyildir, həmişə konkret və
gerçəkdir. Şərdən-şeytandan, uzaq olmaq, dünya mülkü-malına tamah etməmək,
təkəbbürlü, lovğa gəzməmək, nəfsin ardınca getməmək, halal ruzi qazanmaq, təmiz
adla alnı açıq, üzü ağ yaşamaq bizə ulularımızdan qalan qiymətsiz tövsiyələrdir.
Mehdizadənin şeirlərində müdrik həyat və həqiqətləri xatırlanır, qısa və yığcam
misralarda ibrətamiz fikir, qənaət təşkil olunur.
Demirəm nələr var bizim diyarda,


148
Qonaq qal hər nə var, gör özün danış.
Oxşasın çiçəklər ürək-ürəyin,
Qaynar bulaqlara sər özün danış,
Gör necə saxlayır özündə qonaq,
Necə ətir saçır ətrafa otlar,
Çiçəklər ecazkar qırmızı yanaq,
Yaşıl dağlarında minlərlə bulaq,
Gəl bu möcüzələri, gör özün danış
Min dastan söyləyir burda hər bucaq
Üç qardaş dastanın, bil, özün danış!
Göründüyü kimi, bu şeirdə ana yurdun, təbiətin onun füsunkar gözəlliyinin
tərənnümü Əfrasiyab Ümüdi Dadaş oğlunun təqdimində tamamilə yeni, orijinal
səpgidə özünü büruzə verir. Nədən, kimdən, hardan yazırsa yazsın şairin şeirlərinin
möhür bəndi doğma Azərbaycandır.
Gül-çiçəkli vətən, sənin qeyrətinə qurban olum,
Ana sayaq zəhmət çəkən zəhmətinə qurban olum.
Bənövşəli dağların var, tanınmayan sirdaşın var,
Əyiləmyən bir başın var, sürətinə qurban olum.
Dolanmışam dağlarında, qalanmışam çağlarında,
Saxlanmışam tağlarında, şövkətinə qurban olum.
Ayrı düşdüm doğma eldən, kam almadım şirin dildən,
«Üç qardaş» am yapış əldən, hikmətinə qurban olum!
Vətənin insanı vəcdə gətirən gözəlliyi, eyni zamanda vətən sevgisi bu şeirdə o
qədər təbii boyalarla verilmişdir ki, bu şeiri oxuyarkən insan vətəni sevməyin, eyni
zamanda vətənə səcdə eləməyin nə qədər şərəfli olduğunu anlayır. Əlbəttə, «Üç


Yüklə

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə