Şamil Vəliyev – 50


səhifə40/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   36   37   38   39   40   41   42   43   ...   97

141
dünyadan onun özündən özünə şikayət edən Vəli Şahmuhəmməd bu şeirdə dünyanı
simvolik obraz kimi göstərir. Əslində isə dünyanın başına bəla açan, günah - günah
üstündən, cinayət cinayət üstündən törədən insan özüdür. Başqasının torpağına
təcavüz, qanlı müharibələr, haqqların tapdalanması, siyasət altından iyrənc əməllər,
yalanlar, böhtanlar, Allahsızlıq baş alıb gedən dünyanı çirkablara bulayan bəşər
övladıdır. Vəli Şahmuhəmmədin bu şeirində ictimai pafos çox qüvvətlidir. O
zamanın aktual məsələlərinə toxunduqca konkret faktlara daha çox meyl edir, bu
şeirdə fəlsəfi məzmun, həyat və cəmiyyət hadisələrinə aydın şair münasibəti hakimdir.
Təzadlı, zidiyyətli, keşməkeşli dünya daima şairləri və yazıçılar üçün həyatın
tərcümanı kimi rol oynamışdır. Çox şairlər öz dərdlərini dünyaya söyləmiş, öz arzu
istəklərini dünyadan istəmiş, bir çox hallarda
bütün kainatı dünya mənasında
işlədərək dünyanın zamanla vəhdətini fəlsəfi şərhini verməyə çalışmış, çox zaman da
buna nail olmuşlar. Lakin Vəli Şahmuhəmmədin bu şeirini özünəməxsusluğu və
orijinallığı ondan ibarətdir ki, bu misraların dərinliklərində tək bütün bəşər övladının
üzləşdiyi problemlər yox, azadlıq, demokratiya, müstəqillik yanğısı var:
Birini elindən uzaq atırsan,
Birini qultək bağlı satırsan,
Birinin namına zəhər qatırsan,
Birinin namına bal-baha dünya.
Bir kəs tanımır ki, səni dannıya,
Rəhmin gəlmir sənin heç bir canlıya
İstərsən, yurdunda bayquş banlaya,
Hər nə bacarsan çap-tala dünya,
Haqq sözü tapdanır, qadın ya ağa
Çünki ləçək fərman verir ……
O çəkir arana, bu çəkir dağa,
Odur ki, düz gəlmir hal-hala dünya.


142
Əlindən yaxıldı oyaq sinələr,
Oldu sözlə dolu ocaq sinələr.
Nallanmış atlara yalaq sinələr,
Dəyir sinələrdə nal-nala dünya.
Nurdurlu Vəliyə demə lal olar,
Səni düşündükcə göz yaşı dolar.
Gec-tez etdiklərin bərməla olar,
Hələ eyiblərin dal-dala dünya.
Şübhəsiz ki, Vəlinin bu şeirinin orijinallığı bir də ondan ibarətdir ki, o
beynəlxalq imperializmin dəhşət püskürən alovlu qılıncının bütün islam dünyasına
qarşı çevrildiyini açıq və aydın şəkildə şərh edir:
İstərsən yurdunda bayquş banlaya,
Hər nə bacarırsan çap-tala, dünya!
Bu misralarda zorakı və işğalçı dövlətlərin müsəlmanların qanına susaması,
hər an bütün İslam dünyasını yandırıb yaxmağı hazır olması olduqca obrazlı şəkildə
büruzə verilir. Ürəkdən, qəlbdən bütün varlığıyla vətənin, torpağın, xalqın və nəhayət
bütün dünyanın təəssübünü çəkən istedadlı qələm dostumuz Kuldurlu Vəliyə həyat
və yaradıcılığında böyük-böyük nailiyyətlər və uğurlar arzulayırıq.
Nə əyri sənlə düz, nə düz düz oldu,
Bir düzgün tanılsa, cığal yüz oldu.
Siyasətbazlara gülüncü oldun,
Qarı anaların, körpə güllərin,
Arzular bişirən qız-gəlinlərin,
Həqiqətə uyğun düşünənlərin,
Çox gözəl istəyi, sevinci oldun.


143
Fırtına qarşına ləçək gətirdin,
Qar-külək bağrına çiçək gətirdin,
Özün qorumağa çörək götürdün,
Açdın əllərini, dilənçi oldun.
Yarmadın yanqıya bağlanan suyu,
Salmadın gərdəyə başlanan toyu,
…. Qoşulmuş minlər il boyu,
Barışıq adında birinci oldun.
Bir çox güneyli şairlərimizin əsərlərində olduğu kimi Beytulla Əfsər Taravlının
bu şeirində də vətənpərvərlik, xəlqilik ideyaları öz bədii həllini tapmışdır. Bu şeirin
mövzusu vətən və xalq anlayışı ilə vəhdətdə götürlülmüşdür. Yürüdülən hər bir fikir
arxasında əzabkeş, eyni zamanda sülhsevər, beynəlmilənçi bir xalqın, təfəkkür tərzi
əsrlərlə siyasətbazlar tərəfindən
hərraca qoyulan vətən torpağı dayanır. Bir çox
Cənubi Azərbaycan şairləri kimi Beytulla Əfsərin də öz şeirlərində vətənə, xalqa
bağlı, onun azadlığı, istiqlalı, mədəni tərəqqisi uğrunda mübarizə aparan vətəndaş bir
sənətkarın hissləri, arzuları tərənnüm olunur. Məlum məsələdir ki, əsrlər boyu şah
istibadının
faciəli həyatının,
fars şovinizminin
qurbanına çevrilmiş qabaqcıl
ziyalılarımızın, eyni zamanda vətənpərvər oğullarımızın dəhşətli, acı fəryadları,
Azərbaycan dilinin həqarətlə qarşılanması və qadağan olunması, milli mədəniyyətə,
musiqiyə və ədəbiyyata təhqiramiz münasibət əksər güneyli sənətkarlarımız kimi
Beytulla Əfsər də dərin qəzəb və nifrət hissi oyatmışdır. Odur ki, o qələmə sarıldığı
andan milli istiqlaliyyət, azadlıq və səadət tələbi ilə yazıb yaratmağa başlamışdır.
Şeirlərində təmkinli kinayədən olduqca məharətlə istifadə edən Beytulla Əfsər, şeirin
sonunda öz obyektini peşəkarcasına ifşa edir. Sadəlik, aydınlaq, konkretlik onun
şeirlərinin əsas məziyyətidir. İstər sücetli, istər sücetsiz yazılmış bu şeirlərin
hamısında qiymətli ictimai fikir, ümumiləşdirilmiş bir nəticə verilir. Bu şeirlər yalnız


144
mövzu və məzmunu ilə yox, həm də forması, təsvir tərzi, ahəngi ilə də yeni və
orijinaldır.
Sazın götür, bir ağı çal, dağda bitmir lala aşıq,
Qəm tökülür qəm üstünə, gətir məni hala aşıq!
Dözəmmirəm bu əhvala, gözüm baxır, yoldan-yola,
Kimsəm yoxdur sirdaş ola, bir sarıtel çala aşıq!
Qız-gəlinlər vəsmə yaxmır, qızıl gülə kimsə baxmır,
«Coşqun» çaylar durub, axmır, könlüm edir nalə aşıq!
Folklora və klassik ədəbiyyata münasibətdə doğru mövqe tutan Dostəli Bəsavət
Hüseyn oğlu Coşğun bir çox Azərbaycan şairləri kimi, şifahi xalq şeirinin, istərsə də
klassik poeziyanın
poetik formalarına
həmişə həssaslıqla yanaşmış, bunlardan
çoxunu: qaşma, gəraylı, bayatı,
oxşama, məsnəvi,
dördlük (mürəbbe), beşlik
(müxəmməs),
altılıq (müsəddəs),
yeddilik (müsəbbə), səkkizlik (müsəmmək),
tərcibənd, tərkibənd. Müstəzad və. s. poeziyasında işlətmişdir.
Yuxarıdakı misraların müəllifinin bu şeirdə ənənəvi forma və üslub, ibrətamiz
həyatı qənaətlərin ifadə vasitəsidir. Bu şeirdə eyni zamanda folklor predmeti zahiri,
bayağı vəsfdən xilas bir formadır. Şairin həyatı təcrübəsindən keçərkən ümumiləşmiş
fikir bu şeirin poetikasına təyin edən başlıca amildir. Dərdini, qüssəsini aşığa, saza
söyləyən şairin əslində
predmeti özünün xəyal və duyğusunun daha doğrusu
predmetə münasibətinin fəlsəfi və poetik şərhidir. Və yaxud şairin:
Dərəsi boz qurdlu, çölü aslanlı,
Al yaşıl sinəli dumanlı dağlar!
Qışda ağ papaqlı görünər başuz,
Ancaq bəlli olmaz neçədir yaşuz.
Yay fəslində olar çoxlu sirdaşız,


Yüklə

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə