167
ikinci yarısından başlayaraq dövrümüzə qədər cənublu şairlərimiz özünü yenidən
tapan xalq ədəbi-bədii dil mövcudluğunun bütün formalarından maksimum istifadə
etməyə çalışır, köhnə formanın, yeni ifadə imkanlarını yeni ifadə imkanlarını üzə
çıxarırlar.
Əgər söhbət qrammatik normalardan gedirsə Cənubi Azərbaycanda ədəbi dilin
qrammatik norması da fonetik, leksik normaları kimi şimaldakından bir o qədər də
fərqlənmir, bununla belə müəyyən fərqlər özünü göstərməkdədir.
Cənubda ədəbi dilin qrammatik norması üçün olduqca səciyyəvi faktlardan biri
ondan ibarətdir ki, mənsubiyyət bildirən söz təsirlik halda adətən qeyri müəyyən
formada işlənir; məsələn: Döndərib şahlıq recimin, qəsrinə od vurmuşuq (A. Bariz),
Kökündən uçurtduq zülmün binasın (F. Hasarlı), Bəslə səhər çiçəklərin (M. Şami), O
gördüyün yazar ancaq (Şəbüstərli), Gəlmişəm öpməyə torpağın yenə, Ey əziz vətənim
cananım Təbriz (Məhzun) və s.
Cənubda ədəbi dilin qrammatik norması üçün səciyyəvi hadisələrin çoxu fel
kateqoriyasına aiddir, lakin bu səciyyəvilik bir qayda olaraq funksional planla
əlaqədardır; Yəni fakt Şimalda da, Cənubda da özünü göstərir, amma kəmiyyət
baxımından əsaslı fərq müşahidə edilir.
Son illərdə cənubda poeziyaya maraq və tələbin artması, həm təcrübəli, həm də
nisbətən gənc şairlərin bu işə həvəslə girişmələri xoş ümidlər doğurur. Zəngin ədəbi
təcrübəyə malik olan, xalqın psixoloci və mənəvi aləmini yaxşı bilən, Azərbaycan
dilinin zərif və zəngin incəliklərinə bələd olan cənublu soydaşlarımız yuxarıda qeyd
olunduğu kimi bədii dilin bütün imkanlarından istifadə edərək gözəl poeziya
nümunələri yaradırlar və yaradmaqdadırlar.
Cənubda ədəbi üslubun, eyni zamanda bədii dilin ən böyük müvəffəqiyyəti, onun
demokratikləşməsi ictimai-kütləvi maraq dairəsinə daxil olmasıdır.
Azərbaycan ədəbi dili Cənubda taleyin ümidinə buraxılmışdır.
168
Lakin tarixi faktlar göstərir ki, əsrlər boyu Azərbaycan ədəbi dili dövlət
tərəfindən mühafizə edilməsinə baxmayaraq, nəinki yaşamış, özünün şedevrlərini
yaratmışdır.
İranda tarix boyu dəfələrlə Azərbaycan ədəbi dilinin qadağan olunmasına
baxmayaraq bu yasaqlar onun inkişafını dayandıra bilməmişdir. Çünki həyatda
yaradandan başqa elə bir qüvvə yoxdur ki, millətin iradəsi əleyhinə onun ədəbi dilini
məhv etsin.
Şimalda gedən milli-mədəni tərəqqi Cənuba güclü
təsir edir. Cənub da öz
növbəsində etnik-mədəni potensialı ilə Şimala təsirsiz qalmır və diqqəti çəkən cəhət
ondan ibarətdir ki, bu proseslərin hər ikisi universal bir tarixi prosesdə, onun tərkib
hissələri kimi ehtiva oluur: Həmin universal proses ümumtürk miqyasına malik olub
türk xalqlarının getdikcə güclənən milli-mədəni intihabından irəli gəlir.
Cənubi Azərbaycanda ədəbi prosesin istiqamət və mahiyyətindən bəhs edərkən
cənublu şairlərimizin poetik tapıntılar yolu ilə getdiklərinin, bütün canr və vəznlərdə
yazıb-yaratmağa meyl göstərdiklərinin, eyni zamanda min bir kökləri ilə həyatdan
qidalanan realist demokratik ədəbiyyat yaratdıqlarının şahidi oluruq…
ƏDƏBİYYAT
1. Ağayeva Gözəl. Təbriz ədəbi mühiti. Bakı, «Nurlan», 2004.
2. Behruz Həqqi. Milli hökümətin fədaisi Səfərxan Bakı, «Nurlan», 2001.
3. «Bakı-Təbriz». Dünya azərbaycanlılarının dərgisi. №1, Yanvar 2006.
4. «Bakı-Təbriz». Dünya azərbaycanlılarının dərgisi. №2, Fevral 2006.
5. Ədəbi proses 81-82 «Cənubi Azərbaycan ədəbi proses» səh 274 – 303 (Sabir
Əmirov).
6. Nazim Rizvan. Cənubi Azərbaycan ədəbiyyatının yeni inkişaf mərhələsi. (1850-
1920- ci illər) «monoqrafiya», Bakı – 2005.
169
7. Sabir Əmirov. Cənubi Azərbaycan milli-demokratik ədəbiyyatı (1941 –1990)
Bakı, Elm, 2000.
8. Cəfərov Nizami Cənubi Azərbaycanda ədəbi «dil» normalar, üslublar… Bakı,
Elm, 1990.
9. Q.Çayoğlu. «Bayatı bayat olmaz». Tehran, 1992
10.Vüqar Əhməd. M.C.Pişəvərinin həyat mühiti və yaradıcılığı. Bakı, Göytürk,
1998.
Mübrizələrdə keçən ömür
Seyid Cəfər Pişəvəri
Son iyirmi ilə yaxın dövrdə dünyda baş verən əsaslı siyasi dəyişikliklər
tariximizin, eləcə də mədəni dəyərlərin bir sıra problemlərinə məlum ideoloji yasaqlar
aradan qalxdığı üçün onlara yenidən baxmağa şərait yaranmışdır. Sovet-rus imperiyası
dağıldıqdan sonra dünya xəritəsində siyasi mənzərə dəyişmiş, xalqlar, xüsusilə türk
xalqları milli-mənəvi dəyərlərini yenidən öyrənib tədqiq etməyə, obyektiv meyarları,
vətənpərvərliklə təkmilləşdirib zənginləşdirməyə başlamış, bu gün də davam etdirirlər.
Hər bir xalqın maddi-mənəvi dəyərləri sırasında onun tarixi, ədəbiyyatı xüsusi yer
tutur. Millətin iqtisadi, siyasi, sosioloji, estetik xarakteristikasını verən başlıca
amillərdən biri onun tarixi və ədəbiyyatıdır.
Xalqın həyat salnaməsi, mübarizə yolu, inkişaf prosesi, milli ləyaqəti,
qəhrəmanlığı, istiqlaliyyəti, faciələri, savaşları haqqında zəngin məlumat verən onun
tarixidir. Xalqın tarixində görkəmli şəxsiyyətlərin oynadığı rol araşdırılmış və yenə də
tədqiqi ekspedisiyalar davam edir. Bu baxımdan tariximizin, ədəbiyyatımızın Qüzey
Azərbaycan qolu geniş miqyasda araşdırılsa da, Güney Azərbaycan qolu təəssüflə
qeyd edək ki, ideoloji qadağalar və uzun illər əlaqələrin zəif inkişafı səbəbindən kifayət
qədər öyrənilib nəşr edilməmişdir. Tədqiqatlara da dövrün tələnbindən doğan
sosializmin, bolşevizmin “ruhu” süni surətdə hopdurulmuşdur. Bu gün həmin tarixi
170
hadisələrə,şəxsiyyətlərə istiqlal ziyalı ilə qiymət verməyin şükürlər ki, vaxtı çatıb və
tədqiqatçı alimləri- miz də buna əməl edirlər.
Bu günlərdə tarixi həqiqətlərin,obyektiv elmi mülahizə və araşdırma-ların
ziyasından doğan bir əsər işıq üzü görüb.
“Seyid Cəfər Pişəvəri” adlanan monaqrafiyanın müəllifi Azərbaycan MEA-sı
Şərqşünaslıq İnstitutunun “Cənubi Azərbaycan” şöbəsinin aparıcı elmi işçisi, görkəmli
cənubşünas alim Əkrəm Rəhimlidir (Bije). “Nurlar” nəşriyyatında yüksək bədii
tərtibatla, beynəlxalq poliqrafik yaraşıqla çap olunan “Mübarizə burulğanında keçən
ömür: Seyid Cəfər Pişəvəri” kitabının elmi redoktorları professorlar Şövkət Tağıyeva və
Cəlil Həsənli, rəyçiləri akademik Teymur Bünyadov,professor Musa Qasımlı və bu
sətirlərin müəllifidir.
Kitabda İranın və Güney Azərbaycanın, eləcə də Qüzeyin mütəfəkkir-ziyalısı,
inqilabçı demokratı, görkəmli ictimai-siyasi dövlət xadimi S.C.Pişəvərinin həyatından
və mübarizəsindən geniş şəkildə bəhs edilir. Çoxsaylı mənbələr və sənədlər əsasında
S.C.Pişəvərinin 55 illik həyatın-dan səhifələr, Güneydəki milli-demokratik hərəkatda
onun xidmətləri və rolu, Milli Hökumətin süqutundan sonrakı həyatının son günləri
tədqiq və təhlil olunur.
Pişəvərinin ədəbi-bədii yaradıcılığı geniş tədqiq olunsa da, ictimai-siyasi
fəaliyyəti ilk dəfədir ki, fundamental şəkildə görkəmli cənubşünas alim Əkrəm
Rəhimlinin monoqrafiyasında araşdırılır. “Mübaizə burulğanında
keçən ömür:
S.C.Pişəvəri” adlanan kitabında siyasi xadimin gənclik illərindən tutmuş ictimai
fəaliyyətinin bütün dönəmləri, Milli Hökumətin yaranmasından süqutuna qədərki dövr,
bir daha müəmmalı ölümü, onun haqqında xatirələr, eləsə də Pişəvərinin səhvləri
ehtiramla nəzərdən keçirilmişdir.
Əkrəm Bije tədqiqatda çoxsaylı mənbələrdən istifadə etmişdir. Fars dilini
mükəmməl bilməsi şərqşünqas alimin bu gərgin, ağır işdə köməyinə gəlmişdir.
Cənubşünas alim Ə.Rəhimli özündən əvvəlki pişəvərişünasların əməyinə
ehtiramla yanaşmış, onların heç birini nəzərdən qaçırmamışdır.
Yüklə Dostları ilə paylaş: |