Şamil Vəliyev – 50


səhifə47/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   43   44   45   46   47   48   49   50   ...   97

167
ikinci yarısından başlayaraq dövrümüzə qədər cənublu şairlərimiz özünü yenidən
tapan xalq ədəbi-bədii dil mövcudluğunun bütün formalarından maksimum istifadə
etməyə çalışır, köhnə formanın, yeni ifadə imkanlarını yeni ifadə imkanlarını üzə
çıxarırlar.
Əgər söhbət qrammatik normalardan gedirsə Cənubi Azərbaycanda ədəbi dilin
qrammatik norması da fonetik, leksik normaları kimi şimaldakından bir o qədər də
fərqlənmir, bununla belə müəyyən fərqlər özünü göstərməkdədir.
Cənubda ədəbi dilin qrammatik norması üçün olduqca səciyyəvi faktlardan biri
ondan ibarətdir ki, mənsubiyyət bildirən söz təsirlik halda adətən qeyri müəyyən
formada işlənir; məsələn: Döndərib şahlıq recimin, qəsrinə od vurmuşuq (A. Bariz),
Kökündən uçurtduq zülmün binasın (F. Hasarlı), Bəslə səhər çiçəklərin (M. Şami), O
gördüyün yazar ancaq (Şəbüstərli), Gəlmişəm öpməyə torpağın yenə, Ey əziz vətənim
cananım Təbriz (Məhzun) və s.
Cənubda ədəbi dilin qrammatik norması üçün səciyyəvi hadisələrin çoxu fel
kateqoriyasına aiddir, lakin bu səciyyəvilik bir qayda olaraq funksional planla
əlaqədardır; Yəni fakt Şimalda da, Cənubda da özünü göstərir, amma kəmiyyət
baxımından əsaslı fərq müşahidə edilir.
Son illərdə cənubda poeziyaya maraq və tələbin artması, həm təcrübəli, həm də
nisbətən gənc şairlərin bu işə həvəslə girişmələri xoş ümidlər doğurur. Zəngin ədəbi
təcrübəyə malik olan, xalqın psixoloci və mənəvi aləmini yaxşı bilən, Azərbaycan
dilinin zərif və zəngin incəliklərinə bələd olan cənublu soydaşlarımız yuxarıda qeyd
olunduğu kimi bədii dilin bütün imkanlarından istifadə edərək gözəl poeziya
nümunələri yaradırlar və yaradmaqdadırlar.
Cənubda ədəbi üslubun, eyni zamanda bədii dilin ən böyük müvəffəqiyyəti, onun
demokratikləşməsi ictimai-kütləvi maraq dairəsinə daxil olmasıdır.
Azərbaycan ədəbi dili Cənubda taleyin ümidinə buraxılmışdır.


168
Lakin tarixi faktlar göstərir ki, əsrlər boyu Azərbaycan ədəbi dili dövlət
tərəfindən mühafizə edilməsinə baxmayaraq, nəinki yaşamış, özünün şedevrlərini
yaratmışdır.
İranda tarix boyu dəfələrlə Azərbaycan ədəbi dilinin qadağan olunmasına
baxmayaraq bu yasaqlar onun inkişafını dayandıra bilməmişdir. Çünki həyatda
yaradandan başqa elə bir qüvvə yoxdur ki, millətin iradəsi əleyhinə onun ədəbi dilini
məhv etsin.
Şimalda gedən milli-mədəni tərəqqi Cənuba güclü
təsir edir. Cənub da öz
növbəsində etnik-mədəni potensialı ilə Şimala təsirsiz qalmır və diqqəti çəkən cəhət
ondan ibarətdir ki, bu proseslərin hər ikisi universal bir tarixi prosesdə, onun tərkib
hissələri kimi ehtiva oluur: Həmin universal proses ümumtürk miqyasına malik olub
türk xalqlarının getdikcə güclənən milli-mədəni intihabından irəli gəlir.
Cənubi Azərbaycanda ədəbi prosesin istiqamət və mahiyyətindən bəhs edərkən
cənublu şairlərimizin poetik tapıntılar yolu ilə getdiklərinin, bütün canr və vəznlərdə
yazıb-yaratmağa meyl göstərdiklərinin, eyni zamanda min bir kökləri ilə həyatdan
qidalanan realist demokratik ədəbiyyat yaratdıqlarının şahidi oluruq…
ƏDƏBİYYAT
1. Ağayeva Gözəl. Təbriz ədəbi mühiti. Bakı, «Nurlan», 2004.
2. Behruz Həqqi. Milli hökümətin fədaisi Səfərxan Bakı, «Nurlan», 2001.
3. «Bakı-Təbriz». Dünya azərbaycanlılarının dərgisi. №1, Yanvar 2006.
4. «Bakı-Təbriz». Dünya azərbaycanlılarının dərgisi. №2, Fevral 2006.
5. Ədəbi proses 81-82 «Cənubi Azərbaycan ədəbi proses» səh 274 – 303 (Sabir
Əmirov).
6. Nazim Rizvan. Cənubi Azərbaycan ədəbiyyatının yeni inkişaf mərhələsi. (1850-
1920- ci illər) «monoqrafiya», Bakı – 2005.


169
7. Sabir Əmirov. Cənubi Azərbaycan milli-demokratik ədəbiyyatı (1941 –1990)
Bakı, Elm, 2000.
8. Cəfərov Nizami Cənubi Azərbaycanda ədəbi «dil» normalar, üslublar… Bakı,
Elm, 1990.
9. Q.Çayoğlu. «Bayatı bayat olmaz». Tehran, 1992
10.Vüqar Əhməd. M.C.Pişəvərinin həyat mühiti və yaradıcılığı. Bakı, Göytürk,
1998.
Mübrizələrdə keçən ömür
Seyid Cəfər Pişəvəri
Son  iyirmi  ilə  yaxın  dövrdə  dünyda  baş  verən  əsaslı  siyasi  dəyişikliklər
tariximizin, eləcə də mədəni dəyərlərin bir sıra problemlərinə məlum ideoloji yasaqlar
aradan qalxdığı üçün onlara yenidən baxmağa şərait yaranmışdır. Sovet-rus imperiyası
dağıldıqdan  sonra  dünya  xəritəsində  siyasi  mənzərə  dəyişmiş,  xalqlar,  xüsusilə  türk
xalqları  milli-mənəvi  dəyərlərini  yenidən  öyrənib  tədqiq  etməyə,  obyektiv  meyarları,
vətənpərvərliklə təkmilləşdirib zənginləşdirməyə başlamış, bu gün də davam etdirirlər.
Hər bir xalqın maddi-mənəvi dəyərləri sırasında onun tarixi, ədəbiyyatı xüsusi yer
tutur.  Millətin  iqtisadi,  siyasi,  sosioloji,  estetik  xarakteristikasını  verən  başlıca
amillərdən biri onun tarixi və ədəbiyyatıdır.
Xalqın  həyat  salnaməsi,  mübarizə  yolu,  inkişaf  prosesi,  milli  ləyaqəti,
qəhrəmanlığı,  istiqlaliyyəti,  faciələri,  savaşları  haqqında  zəngin  məlumat  verən  onun
tarixidir. Xalqın tarixində görkəmli şəxsiyyətlərin oynadığı rol araşdırılmış və yenə də
tədqiqi  ekspedisiyalar  davam  edir.  Bu  baxımdan  tariximizin, ədəbiyyatımızın  Qüzey
Azərbaycan  qolu    geniş  miqyasda  araşdırılsa  da,  Güney  Azərbaycan  qolu    təəssüflə
qeyd edək ki, ideoloji qadağalar və uzun illər əlaqələrin zəif inkişafı səbəbindən kifayət
qədər öyrənilib nəşr  edilməmişdir.  Tədqiqatlara  da  dövrün  tələnbindən  doğan
sosializmin,  bolşevizmin  “ruhu”  süni  surətdə  hopdurulmuşdur.  Bu  gün  həmin  tarixi


170
hadisələrə,şəxsiyyətlərə  istiqlal  ziyalı  ilə  qiymət  verməyin şükürlər  ki,  vaxtı  çatıb  və
tədqiqatçı alimləri- miz də buna əməl edirlər.
Bu  günlərdə  tarixi  həqiqətlərin,obyektiv  elmi  mülahizə və araşdırma-ların
ziyasından doğan bir əsər işıq üzü görüb.
“Seyid  Cəfər  Pişəvəri”  adlanan  monaqrafiyanın  müəllifi  Azərbaycan  MEA-sı
Şərqşünaslıq İnstitutunun “Cənubi Azərbaycan” şöbəsinin aparıcı elmi işçisi, görkəmli
cənubşünas  alim Əkrəm  Rəhimlidir  (Bije).  “Nurlar”  nəşriyyatında  yüksək  bədii
tərtibatla,  beynəlxalq  poliqrafik  yaraşıqla  çap  olunan  “Mübarizə  burulğanında  keçən
ömür: Seyid Cəfər Pişəvəri” kitabının elmi redoktorları professorlar Şövkət Tağıyeva və
Cəlil  Həsənli,  rəyçiləri  akademik  Teymur  Bünyadov,professor  Musa  Qasımlı və bu
sətirlərin müəllifidir.
Kitabda  İranın  və  Güney  Azərbaycanın,  eləcə  də  Qüzeyin  mütəfəkkir-ziyalısı,
inqilabçı  demokratı,  görkəmli  ictimai-siyasi  dövlət  xadimi  S.C.Pişəvərinin  həyatından
və  mübarizəsindən  geniş  şəkildə  bəhs  edilir.  Çoxsaylı  mənbələr  və  sənədlər  əsasında
S.C.Pişəvərinin  55  illik  həyatın-dan səhifələr,  Güneydəki  milli-demokratik  hərəkatda
onun  xidmətləri  və  rolu,  Milli  Hökumətin  süqutundan  sonrakı həyatının son  günləri
tədqiq və təhlil olunur.
Pişəvərinin  ədəbi-bədii  yaradıcılığı  geniş  tədqiq  olunsa  da,  ictimai-siyasi
fəaliyyəti  ilk  dəfədir  ki,  fundamental  şəkildə  görkəmli  cənubşünas  alim Əkrəm
Rəhimlinin  monoqrafiyasında  araşdırılır.  “Mübaizə  burulğanında
keçən  ömür:
S.C.Pişəvəri”  adlanan  kitabında  siyasi  xadimin  gənclik  illərindən  tutmuş  ictimai
fəaliyyətinin bütün dönəmləri, Milli Hökumətin yaranmasından süqutuna qədərki dövr,
bir  daha  müəmmalı  ölümü,  onun  haqqında  xatirələr,  eləsə  də  Pişəvərinin  səhvləri
ehtiramla nəzərdən keçirilmişdir.
Əkrəm  Bije  tədqiqatda  çoxsaylı  mənbələrdən  istifadə  etmişdir.  Fars  dilini
mükəmməl bilməsi şərqşünqas alimin bu gərgin, ağır işdə köməyinə gəlmişdir.
Cənubşünas  alim Ə.Rəhimli  özündən  əvvəlki  pişəvərişünasların əməyinə
ehtiramla yanaşmış, onların heç birini nəzərdən qaçırmamışdır.


Yüklə

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə