Şamil Vəliyev – 50


səhifə55/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   51   52   53   54   55   56   57   58   ...   97

194
geyin. Mən kirayə ayaqqabı və pencəklə çəkildim. İlahi, şükür sənə, - əlini göyə qaldırıb
Allaha şükürlərini bildirdi. Mən də kövrəldim.
Sənətə gəldiyi ilk gündən şöhrət qazandı, sevildi. Ta dünyasını dəyişənəcən
doğma xalqı onu dincəlməyə qoymadı – toy-düyünə dəvət etdi. Gah musiqi yazdı,gah
söz, nəğmələr qoşdu, xarici qastrollar, ailə qayğısı, dövlət tədbirləri, çəkilişlər, uşaqların
anasının itkisi, amansız xəstəlik. Bu da sonu. Dincəlmədi, o, canına qulluq eləmədi. Bu
böyük sənətkar özünü snətə qurban verdi.
Yenidən onu solist kimi işə bərpa elətdirdim. Ərizəsini də sədrin adına özüm
yazdım. Sədrdən xahiş elədim ki, ona haqsızlıq olunub, işdən azad eləyiblər. Sədr
böyük məmnuniyyətlə razılıq verdi.
Mahnını oxudu – «Qardaş» mahnısını. Nəğmə sevildi. Neçə müştərək
mahnılarımız oxunmamış qaldı. Böyük qəzəlxanımız Vahidin poeziyasından
nümunələrlə bəstəldiyi təsnifləri ilk dəfə mənim üçün səsləndirdi. İlk qiyməti, xeyir-
duanı məndən alırdı. Təvazökarlıqdan uzaq olsa da, zövqümü, musiqi savadımı yüksək
qiymətləndirirdi. Tez-tez məni imtahana da çəkərdi:  «Bu şöbə, guşə hansı
muğamdandır?» Mən də bədahətən cavab verərdim. Ləzzət edərdi ona. Gülümsəyib
deyərdi: - Bilirsən, nəsən sən?
2005-ci ilin yayı idi. Ailəmlə İrana səyahətə, həm də ziyarətə gedirdim. Mənə
zəng vurdu. Dedim yol üstəyəm. Dedi gərək 1-2 gün gözləyəsən. Mənim 55 illiyimə bir
veriliş çək, sonra gedərsən, kəndçimsən, qardaşımsan, səndən başqa məni kim sayıb ki?
40, 50 illiyimi də sən çəkmisən, 55-i də gərək sən çəkəsən.
«Niel» restoranında verilişi çəkdim. Sağollaşandadedim, ay Mamed, yoldan
elədin məni. Dedi yox, lazım idi, ölüm-itim dünyasıdır, ürəyimə nəsə damıb. İlk dəfə idi
ki, ona ərklə, kobudcavab verdim ki,  «nə boş-boş danışırsan». Dedi,  «yox, bilirəm».
Ürəyinə dammışdı…
Həmişə mənə «kəndçim» - deyə müraciət edərdi. Yoldaşlarım soruşurdular ki,
bəyəm sən nardaranlısan? Deyirdim yox, doğmalıq bildirmək üçün deyir. Bir gün ANS-
də çıxış eləyirdi. İş otağıma prezidentin köməkçisi zəngvurdu ki, Məmmədbağırın


195
atasının adı nədir? Dedim: - Məmmədəli. Tez yığdım onun Mobil telefonunu. Sevinə-
sevinə dedim, ay Mamed, sənə «Xalq artisti» verəcəklər. Dedi ola bilməz! Dedim
köməkçi soruşurdusa, deməli, hörmətli prezidentimiz Heydər Əliyev sənin çıxışına
baxıb. Elə də oldu. Həmişə mənə təşəkkür edərdi ki, ilk olaraq məlumatı verdiyim
xəbərin sevinci, fəhmim düz çıxdığına görə.
Bir də onu toyda gördüm. Yaxın dostum, texnika elmləri doktoru, Ramiz
Mirzəyevin qızının toyunda. Halı yox idi. Dedim get həkimə, dedi yox. Çox mehriban
olmuşdu. Olduğundan da on qat mehriban, qayğıkeş idi. Toyda ailəvi idik. Habil
Əliyev, Alim Qasımov, Arif Babayev ailəvi bir masa arxasında əyləşmişdik. Toyun
oxuyanı o idi. Amma toyda oxuyan həddən ziyadə idi. İmkan tapan kimi gəlib dayandı
yanımda. Həyətəcən bizi yola saldı. Nə qədər elədim qayıt, qulaq asmadı.
Mərkəzi Klinik Xəstəxananın həyətindəydik. Bizi yaxına buraxmırdılar. Tez-tez
oğlu Rahimlə zəngləşib halını soruşurduq. Dostum Niyaz Moskvada yəhudi həkim də
tapdı. Rahim onunla danışdı. Amma gec idi.
Təzə Pirdə meyit yuyuldu. Bütün müğənniləri oraya topladıq. Azər TAC,
Mədəniyət Nazirliyi xətti ilə Ramiz Mirzəyevin təşəbbüsü ilə nekroloqu göz yaşlarımla
mən yazdım. 4 gün yasında da oldum. Hər dəfə onun lent yazılarına tamaşa edəndə və
qulaq asanda kövrəlirəm. Tez getdin, qardaş, niyə tələsirdin? Hara tələsirdin? Yerin
görünür.
Ədəbi qaynaqlar yeni baxımdan tədqiq edilməlidir
Xalqların mənəvi dünyasının zənginləşməsində ədəbiyyat və incəsənət çox
mühüm yer tutur. Vaxtilə bir çox estetik amillərlə, çağdaş günümüzdə isə bəzi
ədəbi-bədii nümunələr və sənət növləri ilə əlaqədar xalqımızın məişətinin
ayrılmaz bir hissəsi kimi özünü büruzə verirdi. Buna görə də dövlətimiz insanın
mənəvi yüksəlişində, vətəndaşların müstəqillik ideallarına sədaqət, milli-mənəvi


196
dəyərlərə hörmət, məhəbbət ruhunda formalaşması, tərbiyə olunmasında
ədəbiyyatın roluna yüksək qiymət verməli, onun qayğımsına qalmalıdır.
Bədii yaradıcılıq prosesinə qayğı həmişə diqqət mərkəzində olmalıdır.
Eyni zamanda tələbkarlıq və nəzarət də diqqətdən kənarda qalmamalıdır. Bu isə
müasir baxışlı, demokratik, sağlam təfəkkürlü tənqid və ədəbiyyatşünaslığın
üzərinə mühüm vəzifələr qoyur.
Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra meydana çıxan reallıqlar
əsasında sovet dövründə tədqiq olunan ədəbi irsimizin müasir dəyərlər sistemi
prizmasından təkrar təhlili labüddür.  1991-ci ildən, daha doğrusu, xalq
hərəkatının dirçəliş dövrü, bir neçə il əvvəldən başlayaraq yazılan
dissertasiyalar, ədəbi araşdırmalar, bir sözlə, ədəbiyyatımızın tədqiqi ilə bağlı
əsərlər milli mənəviyyatımıza yeni dəyərlər prizmasından baxılaraq təhlil
olunmuş və elmi həllini tapmışdır.
Müstəqilliyimizi əldə etdiyimiz bu on beş ildə Azərbaycan ədəbi-nəzəri
fikri ideoloji qadağalar olmadan sərbəst inkişaf etməkdir. Hər sahədə olduğu
kimi, ədəbiyyatşünaslıq elmimiz üçün dəgeniş imkanlar açılmışdır. Sovet
dövründəolduğu kimi, yenə də Azərbaycan MEA-nın Nizami adına Ədəbiyyat
İnstitutu, o cümlədən ali məktəblərimizin ədəbiyyat kafedralarının əməkdaşları
ədəbi-mədəni irsin tədqiqi ilə məşğul olmaqdadırlar. Yenidən Azərbaycan
ədəbiyyatı fundamental şəkildə yeni baxışlarla araşdırılmalı, onun ayrı-ayrı
görkəmli nümayəndələrinin elmi və bədii yaradıcılığı öyrənilməli, nəzəri
məsələlər, ədəbi əlaqlər, eləcə də ədəbi abidələr və klassiklərin vacxtilə
sosializm realizmi ruhunda olan əsərləri, həmçinin qəti qadağan olunmuş bədii
nümunələr nəşr olunmalıdır. Sovet dönəmində ədəbiyyatşünaslıqda əsas məsələ
həmin dövrün bədii irsinin təbliğ və tədqiqinə istiqamətlənmişdirsə, indi isə
klassik ədəbiyyatımızın, yasaq olunmuş ədəbi-bədii nümunələrin, o cümlədən
digər xalqların bədii dəyərlərinin öyrənilməsi, araşdırılması önə çəkilməlidir.


Yüklə

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə