Şamil Vəliyev – 50


səhifə54/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   50   51   52   53   54   55   56   57   ...   97

191
Akpen, Coşqun Sabah, Nəşə Qaraböcək, Müşərrəf Akay, Özbəkistan müğənnisi Nəsibə
Abdullayevanın repertuarında özünə geniş yer tutub.
Məmmədbağır mahnı bəstələmək üçün şairlərdən Əliağa Vahid, Süleyman
Rüstəm, Məmməd Rahim irsinə, Tofiq Mütəllibov, Sabir Rüstəmxanlı, Hafiz Baxış,
Həmid Abbasın poeziyasına müraciət etmişdir. Onun sözlərinə mahnı bəstələdiyi,
yaradıcılığına müraciət etdiyi sənətkarlardan biri də şairə Zivər Ağayevadır. Zivər
xanım Türkiyədəolarkən Müşərrif Akayın ansamblının konsertmeysteri Əsəd Təkdal
onun vasitəsilə Məmmədbağır üçün fonoqramlar göndərib. Müğənni yüksək məharət,
böyük ehtirasla, türk ahəngində bu mahnıları hazırlayıb.
Müğənni yüksək məharət, böyük ehtirasla, türk ahəngində bu mahnıları
hazırlayıb.
Müasir musiqiçilərin zövqü yüksəkdir, tələbləri hədsizdir. Onları konsert
salonlarına cəlb etmək üçün çox çalışmaq, ən yaxşı mahnıları ustalıqla, məlahətlə
oxumaq lazımdır. Dinləyicilərin başını bayağı, ara mahnıları ilə qatmaqla öz vəzifəsini
bitmiş hesab etmək olmaz - Məmmədbağır bunları yaxşı bilirdi.
Müğənni savadlı olmalı, tələffüz qaydalarını mükəmməl bilməlidir. Get-gedə bu
tələbkarlıq unudulub. Səsi, savadıolmayanlar əlinə mikrofon alıb səhnəyə çıxır, ara
mahnıları, bayağı sözlər oxuyurlar. Qədim sənət abidələrimizi – muğamlarımızı şikəst
edənlərin sayı artıb. Bütün bunlar müğənnini ciddi narahat edirdi. Öz sənət dünyasında
bu və ya digər tələblərə əməl edən M.Bağırzadə konsert proqramını tərtib edərkən
xalqın milli musiqi psixologiyasına əsaslanar, zamanın nəbzini tutan, xalqın zövqünə
uyğun mahnı və təsniflər seçərdi.
Hər sənətkarın, hər bir peşə sahibinin özünəməxsus həyat idealı, sənət prinsipləri
var. Seçdiyi ixtisasın və ya peşənin ağırlığını dərk edib duymaq mühüm cəhətdir:
«Xanəndəlik, müğənnilik çox çətin sənətdir. Dinləyicilər üçün estetik zövq mənbəyi
olan musiqi mənim üçün gərgin, maraqlı və həyəcanla dolu olan bir aləmdir».
Məmmədbağır söhbətinə ani olaraq ara verib: «Əsl sənət fədaisi olan müğənni həyatının
mənasını səhnədə görür - dedi. Müğənninin sənətinə münasibətindən çox şey asılıdır.


192
İstedadlı müğənni zəif mahnını da dirildə bilər. Düzdür, onu dadeyim ki, zəif mahnının
sənətə yol tapmasının əleyhinədir. İstedadsız müğənni kimi təqlid edirsə etsin, dinləyici
ürəyinə yol tapa bilməz.
Repertuarımda 200-dən çox mahnı var. Ürəyimə yatmayan mahnını repertuarıma
daxil etmirəm. Ürəyimcə olan mahnının üzərində, ifa tərzimə uyğunlaşdırana kimi
işləyirəm. Mahnılarla yanaşı muğam da oxumuşam. Uzun illər mahnı janrıyla çıxış
etsəm də, uşaqlıqdan mehrimi saldığım muğamlardır. Bakı muğam məktəbinin özəyində
doğulub boya-başa çatasan, nardaranlı olasan, muğamı bilməyəsən, sevməyəsən!? Bu,
ola bilməz. Bu yaxınlarda «Zabul-segah» muğamını dəsgah şəklində radionun fondu
üçün yazdırmışam.
Bu yanlırda mənə «Respublikanın əməkdar artisti» fəxri adı verilib. Əməyimə
verilən bu mükafat üçün hökumətimizə minnətdarlığımı bildirirəm».
Radionun fondunda onlarca mahnısı saxlanılan müğənninin ifa etdiyi bəstələr
«Melodiya» firması trəfindən vala yazılaraq daha geniş yayılıb.  1979-cuildə Ələkbər
Tağıyevin mahnıları, 1981-ci ildə isə öz bəstələri kütləvi tirajla buraxılıb.
Hər konsertdən, hər səfərdən insan yaddaşında izlər, nişanlar qalır. Bu xatirələr
iki baxımdan maraqlı olur: onların bir qismində müğənninin sənətkarlığına verilən
qiymət əksini tapır, ikinci bir cəhətdən bu xatirələr insanlar, münasibətlər silsiləsindən
dəyərli faktlar sayıla bilər.
Müğənnidən xarici səfərlərilə bağlı bəzi epizodlar söyləməsini xahiş etdim.
Çətinlik çəkdiyini bildirdi. Bir qədər sonra aramla sözə başlayıb bildirdi ki, əhvalat bir
qədər kədərli, bir qədər də məzəlidir:  «İsveçin Sunbusval şəhərində konsert verirdik.
Mən mahnının arasında muğam oxudum, bir az kövrək. Salonda vətəndən didərgin
düşmüş azərbaycanlılar çox idi, oxuduğum qəzəl də yerinə düşdü. Gördüm hamısı
ağlayır, mahnını qurtaranda çoxlu əl çaldılar. Bizimlə gedən məşhur bir səntkar dedi ki,
nə ixtiyarla sən muğam oxudun, qaydanı pozdun. Sonra elə oldu ki, onun ifası yaxşı
qarşılanmadı. Sürəkli alqışlarla… Budəm görkəmli sənətkarımız Habil Əliyev həmişə


193
olduğu kimi zarafatladedi: «Bu əl çalanlar, deyəsən, Nardarandan, Maştağadan gəliblər.
Sənə əl çalmaq üçün».
Musiqi aləmi barədə daha çox bilmək, savadını artırmaq, ali təhsil almaq həvəsi
onu M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetinin Mədəni-maarif
fakültəsinə aparıb çıxarıb. 1987-ci ildə ali təhsilini başa vurub.
1985-ci ildən müğənni Azərbaycan Dövlət Televiziya və Radio verilişləri
şirkətinin solisti, «Dilkəş» instrumental ansamblının rəhbəri idi. Vaxtaşırı gözəl konsert
proqramları ilə çıxış edirdi.
İl üstünə il gəlir, dünən bu gün üçün tarixə çevrilir. Çox şey unudulur; çox təzə
şey sabah köhnəlir. Əbədi olaraq qalan sənət əsərləridir, bədii əsər, musiqi əsərləri,
heykəllər, rəsmlər əsərin dizini qatlayıb bütün zamanlar üçün dəyərli olur.
M.Bağırzadə səntinə məhəbbət azalmır. Onu dinləyicilərə sevdirən budur ki, heç
kəsi təqlid etmir, öz səsi,öz nəfəsi,yüksək səhnə mədəniyyəti, repertuar zənginliyi ilə əsl
Azərbaycan oğlu kimi dinləyicilər tərəfindən doğma bir vətən oğlu tək seviləcək.
40 illiyi münasibətilə radioda «Azərbaycan oğluyam» adlı oçerk hazırlamışdım.
Məmmədbağırla tanışlığımız və dostluğumuz da elə buradan başladı.
Radonun montaj otağında veriliş üzərində səs operatoru ilə iş aparırdıq.
Rəhmətlik özü də prosesi seyr edirdi. Operator otaqdan çıxarkən gördüm o ağlayır.
Dedim:
- Nə olub, Mamed? (Həmişə ona «Mamed» deyə müraciət edirdim – V.Ə.)
Dedi:
- Məni o qədər tərifləmisən, sənətimə böyük qiymət vermisən. Həqiqətən belədir?
- Əlbəttə, - dedim. – Sən bundan da artıq qiymətə layiqsən.
Bir an fasilə verib sonra yenə sözə başladı:
- Yadıma düşdü, ilk dəfə televiziyaya gəlmişdim. İndi səninlə işləyən Nəriman
Rzayev o vaxt televiziyada «Xalq musiqisi» şöbəsinin müdiri idi. Səsimi bəyəndi. Dedi,
gəl çəkim, amma, bala, qaloşla efirə çıxmaq olmaz, bir də pencəyin köhnədir. Təzə


Yüklə

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə