Şamil Vəliyev – 50


səhifə53/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   49   50   51   52   53   54   55   56   ...   97

188
Monoqrafiyada sənətkarların həyat və yaradıcılığı ümumiləşdirilməklə
yanaşı, bəzi şairlərin yaradıcılığı üçün daha tipik olan müəyyən şeirlər
bütövlükdə təhlilə cəlb edilir. Biz bunu uğurlu bir təşəbbüs kimi
qiymətləndiririk. Çünki beləbir prinsip sənətkarın yaradıcılığı və həmin
nümunənin ərsəyə gəldiyi dövrün ədəbi gerçəkliyi, bədii düşüncə tərzi və s.
barədə təsəvvürü dolğunlaşdırır.
Monoqrafiyanın sənətkarlıq məsələlərinə həsr edilmiş III fəsil xüsusi
maraq doğurur. Bu onunla əlaqədardır ki, həmin fəsildə bəhs olunan məsələlər
çox az öyrənilmişdir. Burada yalnız lirik şeirin yox, ümumiyyətlə, XIII-XIV
əsrlər ana dili poeziyamızın poetikası, dil və üslub, bədii forma, janr, qafiyə və
vəzn xüsusiyyətləri, məcazlar sistemi və s. nəzərdən keçirilir. Alimin söhbət
açılan dövrün ana dili epik bədii örnəklərini də bu məqamda təhlilə cəlb etməsi
problemi dolğunlaşdırır. Ümumiyyətlə, XIII-XIV əsrlərin milli dildə meydana
gələn poetik nümunələri, onların sənətkarlıq məziyyətləri, bəlağət və bədiiyyat
vasitələrinin rolu və mövqeyi bardə tam, əhatəli təsəvvür yaradır. Həcmcə az
olmayan bu fəsildə müəllifin verdiyi və şərh etdiyi çoxlu sayda nümunələr onun
həm yüksək nəzəri biliyini, həm də bəhs olunan dövrün ana dili abidələri
üzərindəzərrə-zərrə iş gördüyünü, onları hədsiz diqqət və təmkinlə izlədiyini
sübut edir. doğrudur, dövrün daha məhsuldar sənətkarları olan Q.Bürhanəddin və
İ.Nəsimi diqqət mərkəzində saxlanılır. Ancaq başqa abidələr də unudulmur.
Hətta H.Xoyinin ikidilli mənzum lüğətində də sənətkarlıq məsələlərinin
izlənilməsi monoqrafiyanın dəyərini daha da artırır.
Monoqrafiyadan yalnız elmi ictimaiyyət deyil, tləbələr, magistrlər,
aspirantlar, ədəbiyyat müəllimləri və s. də faydalana bilərlər.
Hara tələsdin, qardaş?


189
Dünyaya göz açandan musiqi eşidib: beşiyi başında lay-lay deyib. Sonralar bu
musiqi ilə pərvəriş tapıb: atası Məmmədəli kişi fəhlə olsa da, muğam həvəskarlı bir
insan idi. Bütün nardaranlılar kimi əruza, muğama yaxşı bələddir. Musiqiyə məhəbbəti,
poeziyaya marağı uşaqlarına da aşılayıb. Şeirə, sənətə bağlı bir ailədə boya-başa çatıb.
Məmmədbağır o illəri belə xatırlayır:
- Elə ki, radioda musiqi səslənərdi, yığışardıq başına, ailəliklə dinlərdik.
Muğamlarımız, onların şöbə və guşələri haqda biliyimizi artırardıq.
Abşeronun bütün kəndlərində, xüsusən, şair Məmməd Aslanın sözlərilə desək,
«əruz, muğam beşiyi Nardaran»da muğamata böyük həvəs göstərirlər. Mübaliğəsiz
demək olar ki, əbədiyaşar sənətimizi – muğamlarımızı həmişəyaşar edən Bakı
kəndlərinin mədəni zövqü olub.
Məmmədbağırın bir ifaçı kimi yetişməsində, doğulub boya-başa çatdığı Nardaran
kəndinin böyük təsiri olub desək, səhv olmaz. Uşaqlıqdan kəndin el şənliklərində Seyid
Şuşinski, Hacıbaba Hüseynov, Yaqub Məmmədov kimi ustad sənətkarların səsini
eşidib, hərəkətlərini izləmiş Məmmədbağır kəndlərindəki muğam bilicisi Hidayət
Nəbiyevdən məsləhətlər alıb. Sonra elə Hidayət kişinin təşəbbüsü ilə «Dilkəş»
özfəaliyyət ansamblını yaradıb. Bədii rəhbəri elə özü olub. Onun sənət aləminə ilk
addımı dərnəkdə atılıb və bir sual məni maraqlandırdı: «Dilkəş»lə ünsiyyətin «tarixi»
qədimdir, ansambılının adı «Dilkəş»dir, ən gözəl, ürəkdən gələn, şirin məlahətlə
«Dilkəş» oxuyursan. Bunun sirri nədir?
İlıq təbəssümlə cavab verdi ki, «Dilkəş»i çox istəyirəm, elə ona görə.
Məmmədbağır gənclik illərində Əzizbəyov rayonu mədəniyyət evi nəzdində
«Bahar» xalq çalğı alətləri özfəaliyyət ansamblında daməşğul olub.
Sonralar Məmmədbağır Yusif Heydərovun idarəsilə «Təranə» gənclik ansamblı
ilə mahnılar üzərində çalışıb. Yaşıdları kimi Məmmədbağır da hərbi xidmətə gedib,
əsgəri borcunu ləyaqətlə başa vurub, kəndlərinə qayıdıb.


190
O, müğənnilik fəaliyyətini Respublikanın Xalq Artisti Əlmbaba Məmmədovun
rəhbərlik etdiyi «Humayun» ansamlında davam etdirib, Azərböaycan Dövlət
Filarmoniyasının solisti olub.
O, musiqiyə uşaqlıq yaşlarından maraq göstərsə də, musiqi təhsilini 25 yaşından
sonra alıb. Atası Məmmədəli kişinin təkidi ilə 1975-ci ildə Asəf Zeynallı adına Bakı
orta ixtisas musiqi məktəbinin muğam şöbəsinə daxil olub, burada oxuduğu müddətdə
o, muğam snətimizin bilicisi, xanəndə Əlibaba Məmmədovdan zəngin xalq musiqimizi
öyrənib, ifaçılıq sənətinin sirlərin yiyələnib.
Musiqi məktəbini bitirdikdən sonra 1980-ci ildə Azərbaycan Dövlət Konsert
Birliyinə dövət olunub. Burada özünün rəhbərlik etdiyi, bu günə kimi fəaliyyət göstərən
«Dilkəş» ansamblını yaradıb.
«Azkonsert» birliyində işlədiyi illərdə Məmmədbağır Bağırzadə saysız-hesabsız
qastrol səfərlərindəolmuş, zəhmətekşlərlə mədəni xidmətdə, həmçinin musiqimizin
təbliği sahəsində xeyli zəhmət çəkib. Onun repertuarı genişdir, rəngarəngdir. İstedadlı
müğənni xalq havalarını, xarici ölkə xalqlarının melodiyalarını aydın və səlis oxuyurdu.
Mahnı onun canıdır, həyatıdır. O, Məhəmməd Füzulini, Əliağa Vahidi hdsiz
dərəcədə sevirdi… Azərbaycan qəzəlinin poetik imkanlarını, bədii-estetik dəyərlərini
yaşatmış bu sənətkarların irsini dərindən mənimsəyir.  «Ey dil, bu qara gözlünü
dindirmə, xətadır» mətləli qəzəlin, «Dilkəş» üstə elə məharətlə oxuyur ki, onun həmin
məqamdakı qeyri-adi anını sözlə ifadə etmək çətindir.
O, danışanda da nəğməsiz keçinə bilmirdi. Söhbət əsnasında ən çox sevdiyi
mahnıları özü də hiss etmədən bəmdən, şirin bir məlahətlə oxumağa başlayanda buna
zərrə qədər şübhə qalmır. Varlığı nəğmə ilə yoğrulub. Onun sənətə bağlılığını, musiqi
ilə nəfəs aldığını müasirləri olan müğənnilər də təsdiq edirlər.
Axıcılıq və şirinlik milli musiqi köklərinə bağlılıq, mahnı mətni ilə musiqinin bir-
birini tamamlaması Məmmədbağır mahnılarına nəinki Azərbaycanda, eləcə də
ümumtürk kontekstində maraq oyatmışdır. Bir faktı da oxuculara çatdırmaq yerinə
düşərdi: onun mahnıları azərbaycanlı müğənnilərlə yanaşı, türk müğənnilərindən Nəclə


Yüklə

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə