Şamil Vəliyev – 50


səhifə51/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   47   48   49   50   51   52   53   54   ...   97

181
Necə qurtaracaq nağılın sonu.
Oxuyacaq onu bir çox insanlar,
Ancaq əsəbləri möhkəm olanlar.
Aqillər oxuyub kədərlənəcək,
Nadanlar adicə nağıl biləcək.
Onlara üz tutub deyirəm mən də,
Gülən də sağ olsun, kədərlənən də.
Poemanı başlayarkən yaza biləcəyindən ehtiyat edən şairin bu etirafı onun
poetik təvazökarlığıdır. Şair mövzunun öhdəsindən məharətlə gəlib, ədəbiyyatımız
üçün layiqli bir əsər yaradıb. Əslində əsər müəllifin poetik memuarlarıdır. Əsər
müəllifin gördüyü, şahidi olduğu şəxsən iştirak etdiyi hadisələr haqqında mənzum
xatirələrdir.
Memuar əsasən nəsrlə yazılır. Abbasqulu İsmayılın bu poeması mənzum
memuardır.
Mərhum şairin əsərlərini tərtib edərək, redaktə və «Ön söz» lə Siz oxucuların
ixtiyarına verirəm. Sağlağında qismət olmasa da dünyasını dəyişəndən sonra oğul
balalarının sponsorluğu, dostların naşirliyi ilə bu kitab çapa təqdim olunur.
Mən inanıram istedadlı şair, pak insan olan Abbasqulu İsmayılın «Bir taleyin
nağılı» adlı şeirlər kitabı poeziya sevərlərin masaüstü kitabına çevriləcək, buradakı
poetik nümunələr aşıqlarımızın repertuarına daxil olacaq. Bəstəkarlırımız da bu
şeirlərə nəğmələr qoşacaq.
Sözdən güclü heç nə yoxdur dünyada,
Əgər daş da atsan dindirər səni
Söz var qanad verib göyə qaldırar,
Söz var zirvələrdən endirər səni.


182
Abbasqulu kişi, sən sağlığında da kişi kimi yaşamısan, zirvələrdə olmusan.
Əməlinlə, sözünlə. Bu kitabın, bu sözün sənin ruhunu zirvələrə qaldıracaq. Allah sənə
rəhmət eləsin.
Cümhuriyyət dövrü (1918-1920) Azərbaycanda ədəbi mənzərə
Azərbaycan tarixinin mürəkkəb və zidiyyətli dövrü 1918-1920-ci illəri əhatə edir.
Lakin bu iki illik dövr öz marağı, tarixi əhəmiyyəti, doğmalığı və pəngarəngliyi ilə
diqqəti cəlb edir.  71 il bu dövr, onun tarixi, eləcə də istiqlalizmi tərənnüm edən o
dövrün ədəbiyyatı, mətbuatı repressiyaya məruz qalmış, bu illərin üstundən sükutlda
keçilmişdir. Çox vaxt isə bu 23 ay əsassız tənqidlərə məruz qalmışdır. Hər bir
azərbaycanlı ADP-nin yaradıcılarına ömrü boyu şüeran və rəhmət duaları oxumaqla öz
milli təəssübkeşliyini, bu dövrü tədqiq edən alimlər öz qələm borclarından birini, onları
xatırlayanlar isə öz vətəndaşlıq borclarını yerinə yetirirlər.
Rusiyada baş verən inqilablar imperiyanı dağıtmışdı. Rusiya xalqlarına
müqəddəratlarını təyin etmək üçün azadlıq verilmişdi. Ya müstəqilliyini elan edib
dövlət yaratmalı idin, ya da müstəmləkəyə çevrilməli idin. ADP qurulmasaydı,
Azərbaycan torpaqları Rusiya, Ermənistan və Gürcüstan arasında bölünərək
özəlləşdiriləcəkdi. Ən başlıcası ADP-nin yaranması XIX əsrdə itirdiyimiz
dövlətçiliyimizin bərpası kimi qiymətlidir. Və Şərqdə, islam və türk dünyasında ilk
demokratik cümhuriyyətdir. Nəhayət, ADP yaranmaqla Azərbaycan beynəlxalq
münasibətlərin iştirakçısı və subyektinə çevrildi.
1990-cı il may ayının 21-də Azərbaycan rəhbərliyi 28 mayı «Dirçəliş günü» elan
etmiş, bir il sonra isə həmin gün istiqlal bayramı statusu bərpa edildi.
Müstəqilliyimizin memarı, ADP yaradıcılarına, onların xatirəsinə həmişə
ehtiramla yanaşan milli liderimizHeydər Əliyev bü bayramın məqsədi, məramı və adını


183
dürüstləşdirərək «Cümhuriyyət bayramı» kimi respublika səviyyəsində təntənəli şəkildə
qeyd etdirməyə qərar verdi. Hzeydjər Əliyevin ADP qurucularının xatirəsini
əbədiləşdirmək üçün verdiyi fərman ötən il bugünkü prezidentimiz möhtərəm İlham
Əliyev tərəfindən dəstəklənərək gerçəkləşməyə zəmin yarandı.
1918-1920-ci illər cümhuriyyət dövrü ədəbiyyatımızın ümumi mənzərəsinə nəzər
saldıqda öncə onu qeyd etməliyik ki, XX əsrin əvvəlləri, istiqlaliyyət qazandığımız
həmin ərəfə mürəkkəb, ziddiyyətli idi. Bolşevik mətbuatı ilə demokratik-millətçi mətbu
orqanlar arasında barışmaz ideya döyüşü gedirdi. Əslində hər iki mətbuat cəbhəsi
xalqımıza xidmət edirdi. Lakin dünyagörüşləri fərqli idi. Əsasən savadsız fəhlə-kəndli
sinfindən olan, Rusiyaya meylli bolşeviklər də, Avropada təhsil alıb Qərb
mədəniyyətinə yiyələnmiş, türkçülük ideyaları ilə nəfəs alan, qismən hakim təbəqəni
dəstəkləyən o dövrdə «burjua mətbuatı»nın nümayəndələri, hər ikisi xalqın arzusuna,
istəklərinə, ---- xidmət edirdi.
İkinci təbəqənin ziyalılarından qəzet naşiri və redaktoru Əlimərdan bəy
Topçubaşovu, Əli bəy Hüseynzadə və Əhədğ bəy Ağayevi göstərə bilərik.
Ə.Hüseynzadə və Ə.Ağaoğlu təcrübəli qələm sahibi idilər. Onlar türk, islam birliyini
təbliğ edir, bolşeviklərə qarşı mübarizə aparırdılar. Onlar xalqın dilini, ədəbiyyatını,
maarif və mədəniyyətini başlıca məqsəd sayırdılar.
1928-ci ildə ADP qurulduqdan sonra istiqlal şairi Əhməd Cavad milli
musiqimizin atası Üzeyir bəylə birlikdə Azərbaycan himnini yaratdılar.  1991-ci ildə
Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra bu möhtəşəm və əzəmətli himn
Azərbaycanın başı üstə üçrəngli bayraqla birlikdə günəş kimi parlayaraq öz ecazkar
sözü və möcüzəli sədası ilə bütün Vətənə nur səpələdi.
Milli qurtuluş hərəkatının Azərbaycan ruhunun həssas tellərinə təsir dərəcəsini
əks etdirən Əhməd Cavadın 28May İstiqlal günü münasibətilə yazdığı «Nədən
yarandın» şeiri istiqlalın vətənə gətirdiyi işığın nə qədər parlaq olmasına gözəl bir
sübutdur.
Sən qüdrətin aşıb-coşan vaxtında


184
Mələklərin gülüşündən yarandın!
Sehr dilli bir fırçanın əliylə
Ahuların duruşundan yarandın!
Ay işığı gözəlliyin, qızlığın,
Çiçəklərlə öpüşündən yarandın!
37-ci il repressiyasının qurbanlarından biri, qüdrətli qələm sahibi Əlabbas
Müznib istiqlal dövründə vətənpərvərlik ruhunda bir çox bədii-poetik nümunələr
yaratmışdı. Onun «Azərbaycan» şeiri vətənpərvərlik, tanrıçılıq motivləri əsasında
yazılmışdır. Şair doğma torpağı, üç boyalı bayrağı əziz tutaraq gənc nəslin tərbiyəsində,
vətənpərvərlik ruhunun yüksəlməsində
toprağın, vətənin göz bəbəyi kimi
qorunmasında, torpağın bir daşının uğrunda hər an cihada, savaşa hazır olmasında
olduqca mühüm bir rol oynaya biləcək iöhtəşəm bir əsərdir:
Azərbaycan ---- güllər bağçası,
Bakıxanlar gülzarıdır bu ölkə.
Məhəmməd xan, Əhməd xanlar məskəni,
Cavad xanlar məzarıdır bu ölkə.
Turan irqi bü ölkədə boy atmış,
İgidliyin sancağını ucaltmış,
Dünyaları qeyrət ilə dolaşmış,
Qəhrəmanlar peykanıdır bu ölkə.
------- gözlərini yumdular,
turanlıya «bar-bar» deyə cumdular.
Pozuldular axır geri döndülər,
Xırsızların qəhharıdır bu ölkə.
Məbudumuz üç boyalı bayrağı,
Kəbəmizdir hər bir ovuc torpağı,
Sevməz bu yer hər yer xalı, alçağı,
Doğruların açarıdır bu ölkə.


Yüklə

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə