Şamil Vəliyev – 50


səhifə59/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   55   56   57   58   59   60   61   62   ...   97

209
tənqidin tələblərinöqteyi-nəzərindən yanaşaraq «Səyavuş»u Cavidin tarixi
mövzuda yazdığı digər əsərlər ilə («Peyğəmbər»,  «Topal Teymur») müqayisə
edir və onun üstünlüklərini göstərirdi.
Mehdi Hüseyn də başqa tənqidçilərin yolu ilə gedərək Cavidin
«Səyavuş»unu marksist-leninçi aspektdən alqışlamaqla subyektivizmə varırda.
Qeyd etdiyimiz kimi, Cavid yaradıcılıqda dönməz idi və «səyavuş»u yazmaqla
hansısa quruluşa, yad metodologiyaya qulluq eləmirdi.
Başda Altay olmaqla Çin və Turan yoxsullarının qudurğan şahlara və
xaqanlara qarşı üsyanları Cavidin «Səyavuş» faciəsi ilə birdən-birə nə qədər irəli
getdiyini çox aydın göstərirdi. Mehdi Hüseyn dramaturqun yaradıcılığındakı bu
inamlı addımı belə xarakterizə edirdi: «Bu gün Cavid, Firdovsi dastanlarının bir
parçasını öz bədii laboratoriyasından keçirərək, xaqanlar hakimiyyəti əleyhinə
üsyan bayrağı qaldıran Çin məzlumlarına şərəfli nəğmələr oxuyur». Cavid bu
əsərində «Şahnamə» motivlərindən istifadə etsə də, ona müasir baxımdan
yanaşmış, tam və orijinal bir əsər yaratmışdır.
Görkəmli əruzşünas alim, mərhum professor Əkrəm Cəfər dramaturqun
anadan olmasının 100 illiyi münasibətilə «Yazıçı» nəşriyyatının çap etdiyi dörd
cildliyə (1981-ci il) yazdığı müqəddimədə bu əsəri orijinalbir əsər kimi
səciyyələndirir.  «Səyavuş»  «Şahnamə»nin müəyyən motivlərini xatırlatsa da,
tamamilə müstəqil süjet və orijinal xarakterə malik bir əsərdir. Dramaturq tarixi
mövzuda yazdığı bu faciədə zəhmətkeş kəndlilərin feodal özbaşınalığına qarşı
mübarizəsini ön planda göstərməyə çalışırdı. Zahirdə əsərin qəhrəmanı
Səyavuşdursa da, əslində dramaturq daha çox üsyançı kəndli və köllərin başçısı
Altaya və onu əhatə edən üsyançı kəndlilərə rəğbət bəsləyir». Tarixi faktlara
əsaslanaraq yazdığı «Topal Teymur»dan fərqli olaraq, dramaturq «Səyavuş»da
şah və xaqanların yoxsul xalq kütlələrinə qarşı amansızlığını, bu rəzalətlərə qarşı
xalq kütlələrinin azadlıq mübarizəsini göstərməyə müvəffəq olmuşdur.


210
Hüseyn Cavid yaradıcılığını uzun illər, yorulmadan və sevə-sevə tədqiq
edən alimlərdən biri də professor M.C.Cəfərov olmuşdur.M.Cəfər demək olar ki,
dramaturqun bütün yaradıcılığını tədqiq etmişdir. Özünə qədər Cavid yaradıcılığı
ilə məşğul olan Hənəfi Zeynallı, Mustafa Quliyev, Mehdi Hüseyn kimi
tənqidçilərin məqalələrini o, tənqidi şəkildə nəzərdən keçirmiş, məqalələrdə
qiymətli cəhətlərlə yanaşı düzgün olmayan cəhətləri də aşkara çıxarmışdır.
Mərhum alim özünün «Hüseyn Cavid» monoqrafiyasının «Cavid yaradıcılığının
yeni dövrü» adlandırdığı dördüncü fəslində «Səyavuş» faciəsindən bəhs edərək
yazır:  «Feodal dünyası «Səyavuş» müəllifinin nəzərində ağalar və kölələr
dünyası idi. Bütün bunlar isə öz növbəsində Cavidin tarixə olan yeni baxışını əks
etdirirdi. Sənətkarlıq, dil, üslub cəhətdən bu əsərdə bir çox yeniliklər var idi…»
M.C.Cəfərov Mehdi Hüseynin «Səyavuş» haqqındakı mülahizələri ilə
tamamilə razılaşır və yeri gəlmişkən onun (M.Hüseynin – V.Ə., Ə.N.)  «Ədəbi
qeydlər»,  «Səyavuş»a müqəddimə» məqalələrindən sitatlar gətirir. Tənqidçi
Cavidin «Səyavuş» faciəsini «Şahnamə»nin «Səyavuş» dastanı ilə müqayisə
edərək dramaturqun tarixə müasir baxışını alqışlayır:  «Firdovsinin «Səyavuş»
dastanında xalq üsyanlarını göstərən kiçik bir epizod olmadığıhalda, Cavid xalq
üsyanlarını göstərməyə xüsusi fikir vermiş və Altay kimi bir üsyançı qəhrəman
surətini yaratmışdır; Yalçın və olnunla əlaqədar hadisələrlə hakimlərin xalqa
olmazın əzab-əziyyətini verdiklərini göstərmişdir». Yeri gəlmişkən onu da qeyd
etmək lazımdır ki, Cavid yaradıcılığını ilk dəfə tam şəkildə M.C.Cəfərov tədqiq
etmişdir.
Azərbaycan dramaturgiyasının ilk sistemli, elmi tarixini əhatə edən
qiymətli bir əsər yaratmış professor Əli Sultanlı da Cavidin ədəbi irsinə biganə
qalmamışdır. Onun 1971-ci ildə Azərnəşr tərəfindən çapdan buraxılmış
«məqalələr» kitabının böyük bir hissəsi Cavid yaradıcılığına həsr edilmişdir.
Professor dramaturqun yaradıcılığındakı ziddiyyətləri tənqidi şəkildə açıb
göstərməklə yanaşı, sovet dövründə Cavid yaradıcılığındakı bədii-məfkurəvi


211
yüksəlişə böyük qiymət verir. lakin təəssüflə qeyd etməliyik ki, mərhum tənqidçi
dramaturqun yaradıcılığına həsr etdiyi 60 səhifəlik yazıda «Səyavuş» faciəsi
haqqında müxtəsər də olsa danışmamışdır. Halbuki, Cavidin yaradıcılığında
ciddi dönüş yaradan bu əsər onun ən qiymətli əsərlərindən biridir. Bundan başqa,
Əli Sultanlı «Səyavuş» faciəsinin yazılma tarixi kimi 1934-cü ili qəbul edir.
məlum faktdır ki, faciə 1933-cü ildə yazılmış və nəsrlə işlənmiş ilk variantı
«Südabə» adlandırılmışdır.
Filologiya elmləri doktoru Yaşar Qarayev də «Faciə və qəhrəman»
əsərində görkəmli Azərbaycan romantikinin yaradıcxılığına geniş yer vermişdir.
O, bədii ədəbiyyatda Şərqin uzaq tarixi keçmişinə «sinfi döyüşlər və mübarizələr
keçmişi» kimi yanaşmaq ənənələrinə toxunaraq yazır:  «Səyavuş»da Cavid ilk
dəfə olaraq Şərqin qəhrəmanlıq keçmişinə sinfi döyüşlər və mübarizələr keçmişi
kimi nəzər salırdı».
Filologiya elmləri doktoru Məsud Əlioğlu uzun illər Cavid əsərlərinin
tədqiqi ilə məşğul olmuşdur. Onun görkəmli Azərbaycan dramaturqunun
yaradıcılığına həsr etdiyi məqalələrdə tənqidçi müşahidələrinin obyektivliyi
diqqəti cəlb edir. M.Əlioğlu «Səyavuş» xüsusunda yazır:  «Hüseyn Cavid
hökmdarların, cahangirləroin və hərb əjdahalarının icad etdikləri, uydurduqları
qanunların fəlakət, ölüm və zülmətdən başqa heç nəyə qadir olmadığını, bütün
bunların sayəsindəbəşər həyatında az-çox mövcud olan səadətin bütünlükdə
qeybə çəkildiyini söyləyirdi».
Cəfər
Cəfərov,
Mehdi
Məmmədov,
Ədilə
Əliyeva

başqa
sənətşünaslarımız, Mərziyə Davudova, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb,
smayıl Hidayətzadə, Sidqi Ruhulla kimi görkəmli səhnə fədailərinin
yaradıcılığından danışarkən «Səyavuş»un əhəmiyyətini xüsusilə qeyd etmişlər.
Cəfər Cəfərov «Səyavuş» faciəsinin Azərbaycan teatrının inkişafında oynadığı
mühüm roldan bəhs edərək yazır: «Bu tamaşa yalnız Cavidin deyil, ümumiyyətlə
teatrın inkişafında çox qiymətli hadisə idi.  «Səyavuş»gənc Azərbaycan


Yüklə

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə