Şamil Vəliyev – 50


səhifə60/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   56   57   58   59   60   61   62   63   ...   97

212
rejissorluğunun bir qələbəsi idi, heç bir tamaşada milli Azərbaycan rejissorluğu
bu qədər istedadlı şəkildə özünü göstərə bilməmişdi. Hələ tamaşa göstərilməzdən
xeyli qabaq bu barədə qızğın söhbətlər gedir, müzakirələr keçirilir, rəylər
söylənilirdi. İlk dəfə quruluş verən gənc İsmayıl Hidayətzadəyə inananlar da var
idi, inanmayanlar da. Tamaşa sübut etdi ki, müqtədir bir aktyor olan Hidayətzadə
eyni zamanda yaxşı rejissordur».
Professor Mehdi Məmmdov da Hüseyn Cavidin ölməz səhnə əsərlərinə öz
münasibətini bildirmişdir. O, Azərnəşrin 1968-ci ildə çapdan buraxdığı «Azəri
dramaturgiyasının estetik problemləri» əsərində faciə problemlərindən
danışarkən «Səyavuş»u 30-cu illərdə yaranmış ən gözəl faciə adlandırır. Mehdi
Məmmədov «teatrlar, aktyorlar, tamaşalar» kitabında H.Cavidin «İblis» və
«Şeyx Sənan» əsərlərinin 20-ci illərdə, «Knyaz» və «Səyavuş» əsərlərinin isə 30-
cu illərdə Azərbaycan Dövlət (Türk) Bədaye teatrının repertuarında özünə
möhkəm yer tutduğunu qeyd etdikdən sonra yazır:  «Uçurum»,  «Topal Teymur»
«Peyğəmbər» kimi ideyaca məhdud və zədəli pyeslərdən fərqli olaraq bu dörd
əsərdə («İblis»,  «Şeyx Sənan»,  «Knyaz»,  «Səyavuş» - V.Ə., Ə.N.) Cavid
yaradıcılığının ən mütərəqqi, ən qiymətli cəhətləri diqqəti cəlb etmişdir. Bu
əsərlərin müəllifi əsl faciənəvisidir». Cavid yaradıcılığı bu gün belə
tənqidçilərimizin diqqət mərkəzindədir. Bu qiymətli ədəbi irsə onlarca dəyərli
tədqiqat əsəri həsr edilmişdir.
Bug ün müstəqil Azərbaycanın orta ümumtəhsil məktəblərində «Səyavuş»
faciəsi tədris olunur. Bundan əlavə «Səyavuş» ali məktəblərin filologiya
fakültələrinin tədris planına daxil edilib. Bizə belə gəlir ki, H.Cavidin ətraflı
şəkildə tədqiq olunmamış «Səyavuş»u haqqında tədqiqat olduqca aktual və
vacibdir.
a) «Səyavuş» faciəsinin ideya-məfkurə problematikası və


213
əsərdə tarixilik prinsipi
Hüseyn Cavid dram yaradıcılığında 1910-cu ildə yazdığıbirpərdəli mənzum
«Ana» pyesi ilə başlamışdır. Əsərin mövzusu Dağıstan həyatından alınmışdır.
Gənc şair bu əsərində gərgin dramatik konfliktlər, səciyyəvi xarakterlər
yaratmaq yolu ilə feodal adət-ənənələrinə, qadın hüquqsuzluğuna qarşı
çıxmışdır.
Cavid 1912-ciildə özünün ikinci səhnə əsərini – «Maral» faciəsini yazır.
Bu əsərində bizi azərbaycanlı qızı Maralın faciəsi ilə tanış edən dramaturq
ruhaniliyin qadın azadlığının birinci düşməni olduğunu göstərmişdir. Cavid
«Maral» ilə «Ana»ya nisbətən bir dramaturq kimi irəli getmiş, onun həyatı
müşahidələri zənginləşmişdi.
Əsərdən-əsərə inkişaf edən ədib 1914-cü ildə özünün məşhur «Şeyx
Sənan» faciəsini yazır. Müəllif «Şeyx sənan»da dini təəssübkeşliyə qarşı çıxırdı.
Cavid bu faciədə heç bir sərhəd tanımayan ülvi məhəbbəti bütün dinlərdən üstün
tutaraq, fırıldaqçı din xadimlərinin iç üzünü açıb gömtərirdi:
İştə gördünmü din nələr doğurur,
Nə bəlalar, nə fitnələr doğurur?
Din bir olsaydı yer üzündə əgər,
Daha məsud olurdu cinsi-bəşər.
Dərvişin dilindən verilmiş bu sözlər əsərin əsas ideyasını təşkil edir. cavid
«Şeyx Sənan»da qəhrəmanı Sənanın dililə fitnə-fəsadlar törədən dinə, din
xadimlərinə qarşı öz etiraz səsini ucaltmışdır.
«Şeyda» faciəsinin süjetini dramaturq yoxsul mətbəə işçilərinin həyatından
almışdır. Əsərin baş qəhrəmanı yoxsul mürəttib Şeydadır. Şeyda üsyankar ruhlu
bir qəhrəmandır. O, öz yoldaşlarını Məcid əfəndilərə qarşı barışmaz olmağa
çağırır:
Arkadaş, göz aç aman,


214
Qalxölüm uyqusundan!
Zülmə çox əydin boyun,
Çox əzildin, qalx, oyan!
«Şeyda» əsəri sübut edirdi ki, dramaturq bəşəriyyətin azadlığını, səadətini
qabarlı əllərdə görür.
1918-ci ildə Cavid, imperialist müharibəsi əleyhinə özünün məşhur «İblis»
faciəsini yazdı. Əsərdə İblis həyati obraz olmayıb, fantastik bir surət kimi
verilmişdir. Dramaturq bu simvolik obrazı müharibə törədənləri ifşa etmək
məqsədilə yaratmışdı.  «Nədir iblis?! Cümlə xəyanətlərə bais!» Bəs iblisləri
harada axtarmaq lazımdır? Əlbəttə, müəllifin fikrincə, göylərdə yox, ruhani donu
geymiş «müqəddəslər» arasında:
…Mən Şərqidə abid oluram, Qərbidə rahib.
Bir Qazı olub gah edirəm fitnələr icad,
Bir Mürşid olub gah edirəm aləmi bərbad.
Bəzən olurım bir papa, cənnət satıram mən,
İsa dirilib gəlsə də qorxar qəzəbimdən.
1920-26-cı illər, dramaturqun yaradıcılığında məfkurəvi tərəddüd illəri
kimi iz buraxmışdır. Bu illər arasında ədib özünün «Peyğəmbər»,  «Topal
Teymur» əsərlərini yazmışdır. Cavid 20-ci illərdə Azərbaycanda sovet
hakimiyyətinin qələbəsini alqışlamaq əvəzinə Allahın elçisi Məhəmməd
Əlehissəlama əsər həsr edirdi. Bunlar o demək deyildir ki, Cavid bir fanatik idi.
O, sadəcə olaraq bir şair, sənətkar kimi bu inqilabın məna və mahiyyətini yaxşı
qavraya bildiyindən onu yaradıcılıq laboratoriyasına yaxın buraxmırdı.
Mehdi Hüseyn gənc bir tənqidçi olaraq dramaturqun yaradıcılığındakı bu
ziddiyyəti onun inqilabı dərk etməməsi ilə izah edir, yazırdı:  «Biz onun –
Cavidin müasir varlığımızdan uzaqlaşmasını inqilaba zidd bir cəbhə tutması ilə
deyil, bəlkə bu inqilabın mürəkkəbliyi və Cavid tərəfindən çox çətinliklə
qavranılması ilə, çətin anlaşılması ilə izah edirik». Buradan da belə alınır ki,


215
guya dramaturq həmin illərdə (1920-26) yeni həyatı, bu həyatın işıqlı mənasını
aydın təsəvvür edə bilməmişdi.
Biz «Səyavuş»dan danışdığımız halda «Peyğəmbər» və «Topal Teymur»
əsərlərinin təhlilini vermək fikrində deyilik. Lakin dramaturqun «Səyavuş»a
qədərki yaradıcılıq yoluna diqqət yetirmək üçün ötəri də olsa bu iki əsəri
(«Peyğəmbər»

«Topal
Teymur»)
nəzərdən
keçirməliyik.
Cavid
«Peyğəmbər»dəki Məhəmməd surətini yaradarkən bir dramaturq kimi sərbəst
hərəkət etmiş, həqiqi tarixi hadisələri öz yaradıcı təxəyyülünün süzgəcindən
keçirərək canlandırmağa çalışmışdır. Əsərdə Allahın elçisi MəhəmmədCavid
tarixi faktlara əsaslanaraq yaratmışdısa, elm, mədəniyyət tərəfdarı, əsarət və
köləlik əleyhinə çıxan, şair təbiətli xeyirxah Məhəmmədi öz arzusuna, ideya-
estetik amalına rəğmən qələmə almışdı. Lakin yeni həyatla «səsləşmədiyi» üçün
əsərin uzun müddət səhnədə yaşamasına imkan verilmədi. «Peyğəmbər» əsərinin
«müvəffəqiyyətsizliyinə» baxmayaraq H.Cavid bu əsərin arxasınca «Topal
Teymur»u yazdı. Bu əsər də əvvəlki kimi ideyaca «qüsurlu» idi. Dramaturq
tarixi şəxsiyyət kimi Teymurun həm müsbət, həm də mənfi cəhətlərini
göstərməklə tamaşaçılarda qan tökən cahangirlərə nifrət hissi oyatmaq istəmişdi.
Çünki müəllif tarixi faktları saf-çürük edərkən onlara «müasir gözlə» baxa
bilməmişdi.
İdeya-məfkurəvi cəhətdən o dövrün ədəbi tənqidinin nəzərində «zədəli»
olan bu iki pyesi ilə Cavid müasir ictimai gerçəkliyə «laqeyd» olduğunu
göstərirdi.  «Beləliklə, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir
neçə il,  1920-26-cı illərdə Cavid yeni həyatdan heç nə yaza bilmədi. Bu illər
şairin ölkədə və beynəlxalq həyatda baş verən böyük tarixi-ictimai hadisələrə
qarşı çox laqeyd olduğu bir dövr idi» (M.Cəfər. Hüseyn Cavid. Azərnəşr,  1960,
səh.179). «Peyğəmbər» və «Topal Teymur»dan fərqli olaraqCavid 1926-cı ildən
çap etdirməyə başladığı «Azər» mənzum dastanı iləöz dünyagörüşündə yaranan


Yüklə

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə