Şamil Vəliyev – 50


səhifə56/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   52   53   54   55   56   57   58   59   ...   97

197
Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatının ən qabaqcıl təcrübələrini əxz
etməklə daha da zənginləşir. Eləcə də əksinə… Milli ədəbiyyatımızın təcrübələri,
mövzu və ideyaları digər xalqlarla ədəbi əlaqələr çərçivəsində öz təsir gücünü
göstərir. Ölkəmizin qardaş türk xalqları, o cümlədən qonşu ölkələrlə mədəni
əlaqəsi ədəbiyyatımızın inkişafı üçün zəmin yaradır. Ədəbiyyatımızın özünün
estetik gözəlliyindən başqa dərin idraki əhəmiyyətə malikdir. Bir xalqı başqa
xalqa qovuşduran yalnız ictimai-siyasi amillər deyil, eyni zamanda mənəvi
amillərdir. Qardaşlıq və doğmalıq mənəvi yaxınlığın nəticəsidir. Xalqlar da,
millətlər də, dövlətlər də adi fərd, insanlar kimi tanıdıqca doğmalaşır. Ədəbiyyat
da, eləcə də milli ədəbiyyatımız bu mənada xalqımızı tanıdan, onu sevdirən
mənəvi idrak vasitəsidir. Bu ədəbi qardaşlığın, əlaqələrin təyininə də yenidən
obyektiv baxılmalıdır. Zor gücünə ədəbiyyatımızda rus ədəbi təsirini axtarmaq
yox, dünya xalqları ilə qarşılıqlı əlaqələrimiz yenidən araşdırılmalıdır.
Həmçinin folklorumuzun geniş coğrafi ərazilər çərçivəsində ümumtürk
ədəbi dəyərlər kontekstində toplanması və tədqiqinə ciddi fikir verilməli və
araşdırmalar davam etdirilməlidir.
Klassiklərimiz və müasir görkəmli ədəbi simalar tədqiqata cəlb olunduqda
onların yaradıcılıqları yaşayıb yaratdıqları dövrün ədəbi metod, cərəyan və
istiqamətlər kontekstində ədəbi-bədii fikrin inkişaf tarixini, eləcə də ədəbi-bədii
təfəkkürün, bədii üslubların formalaşması və tərəqqisi bir daha öyrənilməli və
vacib əhəmiyyətli məsələlər kimi diqqət mərkəzində olmalıdır.
Tədqiqata cəlb olunan əsərlərdə poetika məsələlərinə də xüsusi diqqət
yetirmək lazımdır. Ədəbi şəxsiyyətlərin yaradıcılıqlarının mövzu, forma, üslub,
janr xüsusiyyətləri ədəbi-bədii təfəkkürün ədəbi dildə təzahürü kimi təhlil
olunmalıdır. Bu baxımdan tədqiqata cəlb olunan əsərlərdə sənətçinin poetik
qaynaqları, mövzu dairəsi, dil-üslubxüsusiyyətləri, ədəbi-estetik görüşləri müasir
metodologiya əsasında ədəbi qaynaqlara söykənilərək linqvistik əsərlərə
istinadən və ifrata varmadan aşkarlanmalıdır.


198
Azərbaycanda ədəbi-tarixi prosesin, onun dövrlərinin, klassiklərin,
abidələrin elmi araşdırılması bu gün də elmi-tədqiqat problemlərinin əsasını
təşkil edir, ədəbiyatımızın ta qədim dövründən bu günümüzə qədər keçdiyi
inkişaf yolu həmişə ədəbiyyatşünaslığımızın diqqət mərkəzində dayanmış və
dayanmaqdadır. Vaxtilə çap olunan monoqrafiyalar, ədəbiyyat tarixləri,
almanaxlar, toplular, dərs vəsaitləri bu tədqiqatların nəticələrinin təzahürüdür.
Ötən dövrlərdə zamanın ədəbi-nəzəri tələb və ölçüləri ilə qələmə alınan bu
tədqiqatların bir çoxu bu gün də öz elmi əhəmiyyətini itirməmişdir. Bunlara
baxmayaraq, hər yeni dövrdə tarixə, sənət nümunələrinə yeni baxış, əski zamanı
çağdaş
meyarlarla
dəyərləndirmək
bütün
elmlərin,
o
cümlədən
ədəbiyyatşünaslığın əsas vəzifələrindəndir. Xüsusilə müstəqillik dövründə buna
ehtiyac olduqca böyükdür.
Ədəbiyyatşünaslığımızın qarşısında duran mühüm vəzifələrdən biri də
Cənubi Azərbaycandakı ədəbi prosesi öyrənməkdir. Cənub mövzusunda aparılan
tədqiqatlar Şimali Azərbaycandakı ədəbi proseslərlə qarşılıqlı təsir və əlaqə
şəklində aparılmaqla Güneydə yaşayan soydaşlarımızın istər nəsr, istərsə də
poeziyada demokratik ideyaları ictimai motivlər müqayisə edilməklə
araşdırmaların leytmotivini təşkil etməlidir. Sovet dövründə kommunist
ideologiyası
ilə
layihələnən
Cənubmövzusunda
dissertasiyalar,
ədəbi
araşdırmalar, ümumiyyətlə bu mövzudakı araşdırmalar yenidən nəzərdən
keçirilməlidir.
Məmləkətimizdəki iqtisadi, sosial-mədəni inkişaf sahəsində müəyyən
edilən vəzifələr və tədbirlərdən ədəbiyyat kənarda qalmamalıdır. Xalqımızın
taleyi, ömür yolu, ideyaları ilə sıx bağlılıq, ölkə həyatında yaxından iştirak
etmək ədəbiyyatın əsas vəzifələrindən biridir. Ədəbiyyatın tərkib hissəsi olan
uşaq ədəbiyyatı vətənimizdə körpələrdən tutmuş gənclərə qədər, onların
tərbiyəsi, formalaşması, bir sözlə, həyatında xüsusi bir sahəni əhatə edir. Bədii
nümunələr vasitəsilə uşaq böyük aləmə daxil olur, onun hissləri və dünya


199
duyumu formalaşır. Vətən məhəbbəti ilə vətəndaşlıq amalı, ictimai xarakteri
yaranır. Kamil, yüksək bədii səviyyəli əsərlər öz gənc oxucusunun qəlbində
dərin iz buraxır. İstiqlalımızı, müstəqilliyimizi, həm tarixi, həm müasir
həyatımızı tərənnüm edən geniş mündəricəli əsərlər yaranmalıdır. Eləcə də uşaq
ədəbiyyatının yenidən tədqiqinə ehtiyac var. Bu sahədə müəyyən araşdırmalar
işıq üzü görüb. Sovet dövrü tədqiqatlarda süni şəkildə Lenin, partiya tərənnümü
uşaq toplularının və araşdırmaların leytmotivini təşkiledib. Hazırda milli ruh,
demokratik prinsiplər, obyektiv təhlil uşaq ədəbiyyatının tədqiqinin əsasını təşkil
etməlidir.
Arzum – arzuların, Arzumanlı, çin olsun!
Mən professor Vaqif Arzumanlını televiziyadan «Vətəndaş» adlı gərəkli,
əhəmityyətli, azərbaycanşünaslığa xidiət edən populyar verilişin aparıcısı və müəllifi
kimi tanıyırdım, şəxsən tanımırdım. Tale elə gətirdi ki, gözəl, milli, təəssübkeş, saf,
səmimi vətəndaşla bir məclisdə tanış olduq.
Alma-Atadakı Abay adına Universitetin professoru Knyaz Mirzəyev bizi tanış
etdi. Knyaz müəllimlə qardaşlıq münasibətində olan V.Arzumanlı ilk tanışlıqdan
sadəliyi, mehribanlığı, natiqlik məharəti, elmi-bədii savadı ilə bizi valeh etdi. Masa
arxasında söylədiyi şeirlər, duzlu-məzəli söhbətlər, istiqanlılığı ilə tanışlığımız
ürəyimizcə oldu. İlk görüşdə mənə irihəcimli 800 səhifəlik «Azərbaycan diasporu»
kitabını hədiyyə etdi. Mən uzun illər professor V.Arzumanlını ədəbi əlaqələr
tədqiqatçısı kimi tanıyırdımsa, bu kitabla tanışlıqdan sonra onun yüksək səviyyəli, geniş
coğrafiyaya malik bir azərbaycanşünas olduğunu gördüm. Sonralar Vaqif müəllim
nizamişünaslıq – Nizaminin ədəbi təsir və əlaqələri ilə bağlı bir tədqiqatı da mənə
avtoqrafla ərməğan etdi.


Yüklə

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə