Şamil Vəliyev – 50


səhifə57/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   53   54   55   56   57   58   59   60   ...   97

200
Sonralar mən doktorluq müdafiə edərkən Vaqif müəllim elmi əsərimə gözəl bir
rəy verdi. Daha sonra yaradıcılıq gecəmdə iştirak etdi. Vaqif Arzumanlı ədəbi əlaqələr
sahəsində tədqiqatları ilə necə həmin xalqlarla dostluğu möhkəmləndirirsə, tanış olduğu
insanlar da ürəyinə yatarsa, həmin əlaqəni dostluğa çevirərək əbədiləşdirir.
V.Arzumanlı çox xeyirxah, saf adamdır.  «Gözlər qəlbin aynasıdır» deyirlər.
Vaqif müəllimin saflığını, təmizliyini də gözlərindən oxumaq olur. İnsanların yaxşı
gününə sevinən, kədərinə qəmlənən bir şəxsiyətdir O.
Vaqif müəllimin 60 yaşı tamam oldu. Geniş erudisiyaya, zəngin yaradıcılığa
malik bir alim, ziyalıdır V.Arzumanlı. geniş mündəricəli ədəbi əlaqələr sahəsindəki
tədqiqatlarının coğrafiyası, deyərdim ki, küreyi-ərzi əhatə edir. Qarabağ problemi, azğın
ermənilərə qarşı ədəbi-əbədi fəaliyəti göz önündədir. Bu 60 illik ömrünü alim şərəflə
yaşayıb. Yorulmadan, dincəlmədən qələmilə, fəaliyyəti ilə xalqına xidmət edib, onun
haqq səsini bəyan edib. Böyük bir instituta rəhbərlik edib. Aspirant və dissertantlar
yetişdirib. Müşfiq demişkən: «Hələ bunlar nədir ki…». Hələ professor Vaqif Arzumanlı
ədəbiyyatşünaslıq elmimizin, ədəbiyatımızın tərəqqisi yolunda çoxişlər görəcək,
İnşallah!!!
Mən Vaqif müəllimlə ilk tanışlıqda o, mənə kiçik bir şeir həsr eləmişdi. Şeir
nahar masası arxasında bədahətən yaranmışdı. Professor onu kağız dəsmala yazaraq
mənə hədiyyə etmişdi. Mən isə bildirdim ki, mən Sizə şeir yazmaqdan, Siz mənə şeir
həsr elədiniz. Vaqif müəllim bildirdi ki, eybi yox, vaxt gələr, əvəzini çıxarsan.
Vaqif müəllimin həmin şeiri «Vüqar Əhmədin söz dünyası» adlı kitabında da çap
olunub. Mənə belə gəlir ki, bu yubiley nəşrində çap olunacaq yazımda şeirin əvəzini
çıxmaq vaxtı gəlib. Vaqif Arzumanlıya can sağlığı, xoşbəxtlik, səadət qayğıları
arzulayıram, onu bağrıma basıb deyirəm: «Arzum – arzuların, Arzumanlı, çin olsun…»
Yağı düşmən alov tutub kül olsun,
İstəyirəm, istədiyin gün olsun!
Ürəində çiçək olsun, gül olsun,


201
Arzum – arzuların, Arzumanlı, çin olsun!
Dost eylədin ədəbiyyatı, elləri,
Əxz elədin neçə-neçə dilləri,
Qəbul eylə şeir adlı gülləri
Arzum – arzuların, Arzumanlı, çin olsun!
Azərbaycan həm Vətənin, həm elin,
Tədqiq etdi bu Vətəni qələmin,
Ey yad ellər! Siz Vaqifə güvənin,
Arzum – arzuların, Arzumanlı, çin olsun!
Rus, Belarus, Ukrayna, həm Lehistan,
Səni sevir həm Litva, həm Türküstan,
Göz dağıdır Türkmənçay, həm Gülüstan,
Arzum – arzuların, Arzumanlı, çin olsun!
Yaş altmış, çox çəkmisən zəhməti,
Elin verib sənə qədir-qiyməti,
Bir qardaş say şair Vüqar Əhmədi,
Arzum – arzuların, Arzumanlı, çin olsun!
60 yaşın mübarək!


202
İllər nə tez ötüb-keçir. Elə bil dünən idi Hacı Madərin 50 illiyi. İki yubiley
keçirdik doğma Hacımıza; biri «Ailəvi», biri də keçmiş «Nübar» restoranında. Hər iki
tədbirdə bədii rəhbərliyi, sözlü-nəğməli, qonaqların dəvətini mənə həvalə eləmişdi.
Mən Hacı Madərlə qohumam. Biz bir babanın nəticələriyik. Həmişə bu
qohumluqla fəxr etmişəm, edirəm də.
Uşaq idim, kənddə (Binəqədidə – V.Ə.) ana nənəmin yanında qalırdım. Yay
tətillərini də nənəmgildə keçirərdim. Nənəm Pirxanıma qohum-əqraba «Doqqu»
deyirdi… Kimsə «dostu»nu səhv tələffüz eləmişdi, beləcə nənəmin ləqəbi yaranmışdı.
Bütün bayramlarda, əziz günlərdə Madərin anası rəhmətlik Züleyxa xala əlində bayram
xonçası, pay-püşü, ərsiz-oğulsuz nənəmə baş çəkməyə gələrdi. Yanında da baldızı,
övladları və b. Madərin adından da xüsusi hədiyyə olardı. Yadımdadır, nənəm çayı daş
(kəllə) qəndlə içərdi. Sovet vaxtı çətin tapılardı. Bir də görürdün, bir uşaq əlində 2-3
kilo qənd gəlirdi və qəndi nənəmə verib deyirdi:
- Madər göndərib, nənə.
Uşaqlıqdan bu xeyirxah, qayğıkeş insanın adı yaddaşıma yaxşı adam kimi həkk
olunurdu…
Hacı Madərin haqqında, onun xeyirxah əməllərindən çox danışmaq, çox yazmaq
olar. Yazılıb da… Yazıçı Əliağa Yasinzadə ona «Allah adamı» adlı sənədli povest həsr
edib. Mən bunları təkrarlamaq istəmirəm. Hacı Madərin 50 illiyində ona bir şeir həsr
eləmişdim. Qəzetdə və şeirlər kitabımda çap olunub:
Görməyəsən ziyan-zərər,
Uzaq olsun səndən kədər,
Səxavətin ümman qədər,
Hacı Madər, Hacı Madər!
Bu dünyada gördün nələr?
İmkansızlar dua edər,
Əvəzini Allah verər,


203
Hacı Madər, Hacı Madər!
Əllini də vurdun başa,
Eniş-yoxuş aşa-aşa,
Səni görüm yüz il yaşa,
Hacı Madər, Hacı Madər!
Vəkilisən millətimin,
«Milli məclis» güvənc yerin,
Ər oğlusan sən bu elin,
Hacı Madər, Hacı Madər!
Məkkə sənin qibləgahın,
Uca Allah səcdəgahın,
Vətənimdi son pənahın,
Hacı Madər, Hacı Madər!
Yubileydə də bu şeiri xanəndə, xalq artisti Ağaxan Abdullayev muğam üstə
oxudu. İllər keçdi. Onun xalqı üçün, eli üçün, doğma kəndi, Qarabağ və İrəvan
qaçqınları üçün gördüyü işlər, qapısına gələn bütün köməksizlərə yardımı məni bir daha
ilhama gətirdi və «İlhamım gələndə» adlı şeirlər kitabıma onun haqqında daha bir şeir
daxil etdim. Həmin şeirdən iki bəndi, hörmətli oxucular, Sizə təqdim edirəm:
Röyaları xeyirliyə yozuram,
Pis günləri taleyimdən pozuram,
Yaxşılığa gecə-gündüz hazıram,
Cavan ikən oldum sanki qocaman.
Allah verən ruzilərlə dolandım,


204
Şirin-şəkər arzularla oyandım,
Düşmənlərlə cəngavər tək dayandım,
Cavan ikən oldum sanki qocaman.
Bəli, Madər elə gənc yaşlarından davranışı, zəkası, əməlləri ilə özünü ağsaqqal
kimi, qocaman kimi göstərib və qəbul olunub. Xeyirxahlığı, ibrətamiz nəsihətləri,
mehribanlığı, nurlu siması milli-mənəvi dəyərlərə sayqısı, ehtiramı, məhəbbəti ilə hamı
tərəfindən sevilib. İnsan əsasən qocalanda müdrikliyə doğru irəliləyir, müdrikləşir.
Mübaliğəsiz deyərdim ki, Hacı Madər gənc yaşlarından müdrikdir. Bu da Allah
vergisidir, bu da bir istedaddır. Dosta həlim, düşmənə qənim bir insandır o. İnanılmaz
dərəcədə təvazökardır Madər.
Sovet dövrü keçmiş SSRİ-də yeganə mağaza müdiri – ticarətçi idi ki, xalq
deputatı seçilmişdi. Moskva mətbuatı da bu barədə yazmışdı. Mən deyərdim ki, nadir
şəxslərdəndir ki, dörd çağırış millət vəkili seçilib. 1990-cı ildən üzü bəri Hacı Madər
Musayev deputatdır. Bu da xalqın inamının, etibarının bir nümunəsi, təzahürüdür.
Vaxtilə tar təhsili alan Hacı Madər mənəvi möhtəşəm mədəniyyət abidəmiz olan
muğamlara nə qədər bağlıdır… Muğam xiridarıdır.
Mənə də müəyyən çətin məqamlarda göydə Allah, yerdə Hacı Madər həyan olub.
Çox yaxşılıqlar edib mənə. Üzr istəyirəm oxuculardan, evlənməyim də onun adı ilə
bağlıdır. Elmi işlərə başım qarışdığından yaşım otuzu arxada qoymuşdu. Rəhmətlik
anam da hər gün deyirdi evlən! Bir gün maşınla Novxanıdan gəlirdik. Birdən Hacı
qayıtdı: - Haçan evlənirsən? Dedim: - Allah qoysa. Dedi, yox, sənə üç ay vaxt verirəm.
Utana-utana dedim: - Oldu! Dedi: - Yox, de sən öl. Özümü itirib dedim: - Sən öl.
Qayıtdı ki, çaşmayasan,  «sən öl»ü vurdun, gərək dalında durasan – köhnə kişilərə
məxsus əda ilə söylədi.
Allah atası Ələsgər kişiyə rəhmət eləsin. İndi oğluma, qızıma baxıb özümü
dünyanın ən xoşbəxti sayanda Hacı Madərə dua edirəm.
Çox nigaran adamdır. Zəng vursam, özü olmasa, ona deyən kimi – «Vüqar zəng
vurub» – tez mənə telefon açır. Deyir birdən bir problem olar, nigaran qalır. Çox


Yüklə

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə