Şamil Vəliyev – 50


səhifə62/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   58   59   60   61   62   63   64   65   ...   97

219
tərəfdən, Cavid kimi bütün yaradıcılığı boyu bşəri ideyalarla yaşamış bir snətkarı
bu tarixi mövzunu qələmə alarkən yalnız bir qəhrəmanın taleyi düşündürə
bilməzdi.  «Səyavuş» faciəsini yazarkən dramaturq öz yüksək amalına sadiq
qalmış, əsərin ideya istiqamətini şahların, xaqanların yoxsul kütlələr üzərindəki
amansız, zülmünü, əzilənlərin xaqanlara qarşı ucalan etiraz səsini, ictimai
azadlıq mübarizəsini açıbgöstərməyə yönəltmişdir. Cəfər əfərovdan fərqli olaraq
M.C.Cəfərov «Səyavuş»un ideya xəttini düzgün aydınlaşdırır:  «Feodal dünyası
«Səyavuş» müəllifinin nəzərində ağalar vaəə kölələr dünyası idi. Bütün bunlar
isə öz növbəsində Cavidin tarixə olan yeni baxışını əks elətdirirdi» (M.C.Cəfərov.
Hüseyn Cavid. Azərnəşr, 1960, səh.218).
Faciənin qısa məzmununa nəzər salsaq, bunu aydın görə bilərik: Qanlı
saray mühitindən uzaqda, sadə, təmiz qəlbli kəndlilər arasında azad böyüyüb,
məşhur sərkərdə Zal oğlu Rüstəmdən təlim-tərbiyə almış təmiz qəlbli gənc,
şöhrətli qəhrəman Səyavuş atası Keykavusun təkidilə saraya qayıtmış olur.
əməkçi insanlar arasında gördüklərinin tam əksinə olaraq Səyavuş sarayda ona
qarşı düzəldilən sui-qəsdlərlə, qanlı cinaytlərlə və güclülərin apardıqları
intriqalarla qarşılaşır. Səyavuşa qarşı düzəldilmiş bu intiriqaya Keykavusun baş
hərəmi, Səyavuşun ögey anası, ehtirası nəinki varlığına, hətta sütunlu saraylara
sığışmayan, Suriya kralının qızı Südabə başçılıq edir. ögey oğluna yaxınlıq
etmək istəyən «ehtirasın qara yelkəni» Südabəni Səyavuş «Sən mənim anamsan»
- deyə rədd edir. Bu cavab Südabani qəzəbləndirir, onsuz da alovlu olan
ehtirasını daha da alovlandırır və qəlbində dərin intiqam hissləri oyadır. Bu
hiyləgər qadın çılğın ehtirasları rədd edilib deyə alçaq niyyətlərə əl ataraq
Keykavusun yanında Səyavuşu təqsirləndirir. Səyavuş sarayı tərk etməli olur.
rüstəm ona Turana, dayısı Əfrasiyabın yanına getməyi məsləhət gördükdə, o:
«Saray aləminə məndə yox həvəs, həpsi qanlı məhbəs, parlaq bir qəfəs» deyirsə
də, ölümün pəncəsindəq qurtulmaq məqsədilə Turana gəlir. Burada gənc
qəhrəman dayısı qızı Firəngizə aşiq olur və onunla evlənir. Lakin Səyavuş


220
Turandada saray intriqaları ilə qarşıldaşır. Onu Çin sərhəddinə, baş vermiş
kəndli qiyamını yatırmaq üçün gjöndərirlər. Səyavuş qiyamçılara divan tutmaq
əvəzinə, mahalın azğın valisini həbs etdirir. O, üsyançılara mülayimlik göstərib,
onlara silahla deyil, siyasətlə təsir etməyə çalışır:
Xayır, saqın!.. Onu asmış olsalar,
Zəhərlənir leşə qonan qarğalar.
Məncə, layiq ona bir dəmir qəfəs,
İbrət alsın görüb keçdikcə hər kəs.
Səyavuşun sərkərdəlik məharətinə paxıllıq edən və gözəl Firəngizlə
evlənib onun sayəsində vəliəhd olmağa çalışan Gərşivəz Səyavuşun bir siyasətini
Əfrasiyaba xəyanət kimi qələmə verir. nəticədə Səyavuş xaincəsinə öldürülür.
Faciədəki üsyan səhnələri xüsusilə diqqəti cəlb edir. bu üsyan səhnələri
«Knyaz» əsərindəki üsyan səhnələrindən fərqlənir.  «Knyaz»da bir neçə işçi öz
haqqını tələb edirsə,  «Səyavuş» faciəsində geniş xalq kütlələri - «qaniçən
şahlara və xaqanlara ölüm!» şüarı altındabirləşərək azadlıq tləb edirlər.
«Knyaz»da:
BİRİNCİ İŞÇİ
Yara, başdan-başa hər yer yaradır,
İştə, bunlar sizi, bunlar yaşadır.
Hərb edib, qarpışırsız sizlər için!
Çalaşab-çarpışırız sizlər için!..
(təkrar gumbultu ilə əlini masaya vuraraq)
Ah, fəqət siz bizi təhqir ediniz! –
- deyirsə, «Səyavuş»da üsyançılar:
Hanı xırsızlar bəyi!
Yetər tüğyan etdiyi.
Nerdə, göstərin onu
Gəlmiş ömrünün sonu – deyir.


221
Cavidin sevə-sevə qələmə aldığı Altay surəti baş verən bu üsyanlara
rəhbərlik edir. yoxsul xalq kütlələri içərisindən çıxmış bu qəhrəmanı dramaturq
əsərin ideya-xətti ilə sıx bağlaya bilmişdir. Altayın qurudğan valiyə dediyi:
Yetər, çıldırdınız, «hökumət» deyə,
Evləri yıxdınız «ədalət» deyə.
Məzlumlar qanından badə sondunuz,
Qarğa-quzğun kimi leşə qondunuz.
Qanun deyə doğru yoldan çaydınız.
Xalqın namusunu heçə saydınız.
Aldıqları nəfəs – zəhərli ahlar,
Qidasız cocuqlar ot yeyib yaşar.
Söylə, öyündüyün ədalət bumu?
Hökumət dediyin rəzalət bumu?! –
- kimi sözlər Cavidin despotizmə qarşı sonsuz nifrəti idi. Dramaturqun bu faciəsi
tarixi-romantik bir faciə olmaqla yanaşı ideya aydınlığı və məfkurə saflığına
görə əvvəlki əsərlərindən («Peyğəmbər»,  «Topal Teymur») kəskin surətdə
fərqlənir. Bu fərqin böyüklüyü ondadır ki,  «Səyavuş»da Cavid tarixi
şəxsiyyətləri bilavasitə müasir məsələlər baxısmından canlandırmışdır. Məsələn,
dramaturqun Firdovsi dastanından fərqli olaraq, əsərə el anası surəti daxil etməsi
faciənin ideya xəttini qabarıqlaşdırmışdır. Müəllif insanları bu müdrik el
anasının dililə haqqa, ədalətə səsləyir, zalimə və zülmə qarşı amnsız olmağa
çağırır. Səyavuş atasının təkidi ilə Zabilistandan saraya gələrkən el anası ona
xeyir-dua verir,  «zalimlə məzlumu bir tutmamağı, yediyi çörəyi-duzu
unutmamağı» tövsiyə edir:
Quzum! Er-gec parlar adın cahanda,
Diz çökərlər sənə qarşı hər yanda.
Zalimlə məzlumu, saqın, bir tutma,
Yediyin ətməyi, duzu unutma!


222
Hər ölkəyə varsan, bizi anarsın,
Nasırlı əllərə acır, yanarsan.
(dərindən ah çəkərək)
Şən saraylar məğrur etməsin səni,
Düşün daim yoxsulların dərdini.
Uyma evlər yıxan kinli şahlara,
Acı köksləri yaxan ahlara,
(səsini yüksəldərək)
Biz səni bəslədik, çalış, adil ol –
Haydı, yavrum, şanlı yol, uğurlu yol.
Səyavuş bu hikmətamiz nəsihətləri unutmur, əsərin axırına qədər qoynunda
boy atdığı köyü qəlbində yaşadır və el anasının qiymətli sözlərinə sadiq qalır.
Cavid, əsərin ikinci pərdəsində saray məmurlarının Bəlx qalasını tikən
kəndlilərlə amansız rəftarını təsvir edərkən ikinci məmurun dililə qanunsuz
əmrlər verən Keykavusun və onun şəxsində bütün qəddar xaqanların çirkin
simasını açıb göstərir:
İKİNCİ MƏMUR
(ixtiyar köylünü vurur)
Haydı, şaşqın ixtiyar,
Tənbəllərə qırmanc var.
İXTİYAR
Vurma, sönmüş qüvvətim,
Yoxdur daha taqətim.
İKİNCİ MƏMUR
Başqa laf istəməm, sus,
Əmr eyləmiş Keykavus:
Bu qələ hər nə olsa
Bitməlidir bir aya.


Yüklə

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə