Şamil Vəliyev – 50


səhifə44/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   40   41   42   43   44   45   46   47   ...   97

157
- bayatısında bədii üslubun mövqeyini, estetik fəallığını, eyni zamanda ictimai
məzmunun ifadəsini görürük.
90-cı illərdən etibarən isə ədəbi nəslin içərisində elələri yetişmişdir ki, özlərindən
əvvəlki nəsillərlə ənənə bağlılığı bədii estafetin fasiləsizliyini vəd edir. Həbib Sahirin,
B.Q.Səhəndin, Əli Təbrizinin, Coşqunun, Yədulla Məftunun və başqalarının yolunu
müvəffəqyyətlə davam etdirən 90-cı illərin şairləri öz şeirləriylə ictimai lirikanın sadə,
səmimi, xəlqi üslub ənənəsini ən yaxşı əks etdirən nümunələr yaratmışlar. Ruhu,
musiqisi, ritmi ifadə tərkibləri ilə həm folklor ənənəsini, həm müasirliyi ilə ideya, dil
və üslub arasında çox gözəl vəhdət yaradan şairlər, şübhəsiz ki, folklor – insan – təbiət
yaxınlığının ən yaxşı ifadəsini tapdığı bir sahədir. Təbiət ilə xalqın mənəvi keçmişini
və qəhrəmanlıq tarixinin daşlaşdığı, əbədiləşdiyi canlı abidə kimi müqəddəsdir.
Folklor və müasirliyin, eyni zamanda klassik ifadə tərzini yeni vəhdətdə və
məzmunda tərkibi 90-cı illərin şairlərinin yaradıcılığında özünü göstərməkdir. Xalq
həmişə ideala hörmət edir, öz arzusunu, xəyalını gördüyü bir həqiqiəti qaldırmağı,
üfüqlərə ucaltmağı sevir. Xalqın qəhrəmanı həmişə romantikdir.
Ən romantik müəllif folklorun müəllifidir. Romantik ənənənə həmçinin, xalq
ruhu ilə yaxından bağlı olan bizim lirikanın, ümumiyyətlə mütərəqqi Şərq şeirinin ən
davamlı ənənələrindəndir. Məhz böyük romantik keçmişə malik Şərq ədəbi-bədii
fikrini təmin edən
şairlərin
romantikasının
böyük təəssübkeşi kimi
çıxış
etməkdədirlər. Onların estetikasında «romantika» anlayışına biz neçə mənada rast
gəlirik. Onlar romantika istilahını
hər şeydən əvvəl, həyata ideya - estetik və
emmosional münasibətin müəyyən tipi mənasında işlədirlər. Harada ki təsvirə,
predmet və fakta ağıl və ürək müdaxiləsi daha güclüdür, orada romantika məskundur.
Ağlın ehtiraslı, pafoslu hisslər, tüğyan və emosiya ədəbi üslubun spesivik bədii təsvir
qidası bunlardır. Romantizmin əsrarlı mənbəyi insanın ruhundadır və həyatın öz
keyfiyyəti kimi romantikanın inikası bədii idrakın ədəbi vəzifələri sırasına daxildir.
90-cı illərin cənublu şairləri romantikadan bizim dövrdə yeni keyfiyyət kəsb edən
realizmin spesifik bədii üslubu və forması kimi danışırlar, obrazlı böyütmə və


158
kəskinləşdirmədən, ən ciddi fəlsəfi və dramatik konfliktlərdən, ideal qəhrəmandan,
epoxal obrazdan, müdrik və qanadlı dildən, açıq, hərarətli tendensiyadan məhz
«romantik realizmin» estetik komponentləri kimi bəhs edirlər. Bu şairlərin romantik
konsepsiyasında bu gün bizim üçün daha mapraqlı və prinsipial görünən, konstruktiv
əhəmiyyətli məqam isə odur ki, bu şairlər romantikanı bütünlükdə müasir realizmin
tərkib komponenti elan etməklə kifayətlənirlər, öz fikirlərini məntiqi ardıcıllıqla sona
çatdıraraq, müasir estetikada yeni söz deyirlər: Romantikanın ayrıca, xüsusi bədii
forma, müstəqil bədii üslub vahidi səviyyəsində estetik əhəmiyyəti yaşamaq, var
olmaq hüququnu son illərin nəzəri fikrində ilk dəfə olaraq, belə geniş prespektivli və
konseptual elmi şəkildə irəli sürürlər. Romantik təmayülü müasir, yetkin realizm
ədəbi prosesinə məxsus bədii üslublar əlvanlığının və zənginliyinin təzahürü kimi
təsdiq və təsbid edirlər.
1990-cı ildən başlayaraq isə cənubi Azərbaycan şairləri artıq cənubda baş verən
ictimai-siyasi hadisələri qələmə almaqla yanaşı Şimali Azərbaycanda da gedən
prosesləri izələyərək əsərlərinin ümumi poetik ruhunu, məfnurə istiqamətini bütöv
Azərbaycanın həyatını olduqca orijinal şəkildə ifadə etməyə başladılar.
Artıq zamanın ictimai-siyasi vəziyyəti ədəbiyyatın da qarşısına mühüm
tələblər qoyurdu. Gənc şairlər öz sələflərindən aldıqları tövsiyyələri bayraq tutaraq,
ədəbiyyatın böyük, ictimai, tərbiyəvi rolunu olduqca gözəl dərk edərək, xalqın
dünyagörüşünü, iradəsini, əxlaqını tərbiyə edə bilən, ictimai nöqsanların səbəblərini
göstərməyə qadir olan ədəbyyat yolunda çalışmağa başladılar.
Poetik ümumiləşdirmə bacarığı
gənc
şairlərin şeirlərini əsas
məziyyətlərindəndir. Bu şeirlərin əksəriyyətində xəlqilik, el üslubu oynaq və axıcı
ifadə tərzi var. Dilinin axıcılığına, üslubunun sadəliyinə, əlvan və obrazlılığına görə bu
poeziya xalq şeirinə, oynaq və mənalı aşıq poeziyasına çox yaxındır. Bəzi şeirlərdə
orijinal təşbehlər, bənzətmələr, ritmik istiarələr çox çalarlı bədii sual və nidalar özünü
çox gözəl şəkildə göstərməkdədir.


159
Vaxtilə ədəbiyyatı həyatın güzgüsü adlandıran dahi Azərbaycan şairi M. Ə.
Sabir qətiyyən yanılmırdı. Həyatı əks etdirməyi sənətin əsas vəzifəsi sayan böyük
Sabirin
həyat həqiqəti kimi səslənən hikmətamiz sözlərini bütün Azərbaycan
sənətkarları kimi Güney Azərbaycanın gənc şairləri də heç nədən çəkinmədən ictimai
nöqsanların səbəblərini göstərməyə qadir olan, xalqın azadlıq hərəkatına kömək
edən, günün tələblərinə cavab verə bilən bir ədəbiyyat yolunda çalışırırlar.  20-ci əsrin
sonlarında, o cümlədən XXI əsrin əvvəllərində istər İranda, istər Azərbaycanda və
bütün dünyada baş verən ictimai siyasi hadisələr onların qarşısında yeni və geniş
yaradıcılıq prespektivləri açmışdır, bir növ bədii yaradıcılığın gələcək inkişaf
istiqamətini
də – məzmununu, üslubunu, forma xüsusiyyətlərini də
müəyyənləşdirmişdi. Son dövrlərdə yaranan bütün bədii əsərlərin, o cümlədən lirik
şeirin də əsil, pafoslu, baş problemin milli-mənəvi dəyərlərdən, narahat dünyamız –
şəxsiyyətin mövqeyi məsələsidir.
Bu şeirlərdə azadlıq, müstəqillik və digər məsələlər yüksək bədii təcəssüm də
verilir. Vaxtilə Azərbaycanının istiqlal şairi Xəlil Rza Ulutürk yazırdı.
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram,
Qolumdakı zəncirləri gərək qıram!
Azadlığı istəmirəm bir həb kimi, dərman kimi,
İstəyirəm səma kimi, günəş kimi, cahan kimi.
Ustad Şəhriyar isə qəlbindəki azadlıq alovunu belə ifadə edirdi:
Övladların nə vaxtadək tərki vətən olacaqdır?
Əl-ələ ver, üsyan elə, oyan-oyan, Azərbaycan!
Şəhriyarın ürəyi də səninkitək yaralıdır,
Azadlığın mənə məlhəm, sənə dərman Azərbaycan!
Bəsdir fəraq odlarında kül ələndi başımıza,
Dur ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan!


Yüklə

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə