Şamil Vəliyev – 50


səhifə45/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   41   42   43   44   45   46   47   48   ...   97

160
Hər iki şair azadlıq carçısıdır. Lakin çox gözəl bədii nümunələr olan bu şeirlərin
bədii üslubuna nəzər yetirsən, hər iki şeirdə bütöv bir üslub, vahid poetik mübtəda
vardır. Çağırış, ehtiras, səfərbərlik ruhu, misraları ictimai amalın fəal ifadəsinə
çevirmək, haray salmaq, car çəkmək, fəryad qoparmaq, bütün bunlar şeirdə emosional
sürətə, bədii təsir və nüfuz məqsədinə xidmət edir. Duyğusuz, hissiz söz, ürəkdə, odda
yanmayan, atəşdə bişməyən misralar bu böyük şairlərin üslubuna yaddır. Əlvan vəzn,
müxtəlif ritmik vahidlər və formalar, söz materialının məharətlə seçilməsi, orijinal
qafiyə, bənzətmə və ifadə sistemi – bütün bunlar bu şairlərin üslubu idi. Sözün
enercisini onun bədii zərbə qüvvəsini, təsir və sirayət gücünü artırır, zənginləşdirir.
Gənc şairlər də bu klassiklərin açdığı cığırı yaratdıqları poetik-istiqlal məhəbbətinin izi
ilə layiqincə addımlayaraq və məktəbin fəal şagirdlərinə çevrilirlər.  1990-cı illər
Cənubi Azərbaycan poeziyasında ədəbi ənənə və novatorluq, poetik üslub çalarlığının
zənginliyi gənc şairlərin milli ədəbi köklərə qayıdışlarındakı müxtəliflik, onun fərqli
psixoloci qatlarının ifadəsində məqsədli, yönümlü mütaliə məntiqi öz əksini
tapmışdır.
Şeirimizin müasir üslub əlvanlığına, intelektual zənginliyinə doğru qət etdikləri
yolda 1990-cı il Cənubi Azərbaycan şairlərinin izi və addımları görünür. İbrahim
Zahid Xəzayiri, Rəşid Kərdani, Rəsul Rəhimi, Ayşin Ayda, Səhər Ərdəbilli, İsmayıl
Mehdizadə, Mirəli Qurbanzadə, Beytulla Əfsər, Heydər Təhmasibi, Ədalət Duman,
Azərelli, Vəli Şahmuhəmməd və b. kimi şairlər « fərdi intelektual üslub» deyilən bir
istiqamətin nümayəndələridir. Məhz obrazla emosional, poetik bir intellekti onların
əsərlərinin onlara məxsus fərdi bədii ədasına şərtləndirir. Bunlarda realist, eyni
zamanda romantik bir ruh, bədii-fəlsəfi ümumilləşdirmə
meyli qüvvətlidir.
Ümumiyyətlə hər şeyi canlandırmaq, əyaniləşdirmək, bədii detala, rəmzə çevirib təsvir
etmək bu poeziyanın əsas üslubi xüsusiyyətini təəşkil edir.
Fəlsəfi dialoq səpgisində, daha doğrusu öz acısını, kədərini, ağrısını, Dədə
Bəhmənə söyləyən Mirəli Qurbanzadənin şeirində, Dədə Bəhmənə dialoq forması


161
mövzusunun ideya-bədii şərhi üçün birbaşa, müstəqil tərənnüm üsulundan daha geniş,
epik imkan yaradır, şairin özü ilə, Dədə Bəhmən əyani şəkildə sücetin inkişaf və
hərəkətində iştirak edir. Şairi başa düşən, onun arzu istəklərinin sevincini – kədərini,
ümidinin, ümidsizliyini dərindən anlayan Dədə Bəhməndir. Şair öz suallarına Dədə
Bəhməndə cavab axtarır. Şeirdə Dədə Bəhmən zamanın gərgin, dramatik tərcümeyi -
halının qəhrəmanı kimi sevinmişdir.
Talan oldu Kəlbəcərim, yaralandım dərin-dərin,
Uca boylu gözəllərin, qaçqın oldu hara Bəhmən?
Bu şeirin iki misrası kifayət edir ki, Azərbaycanın başına gələn bəlalara bir kino
lenti kimi gözünün önündə canlandırılan şair bir ömürdə bir anı əbədiləşdirmək üçün
Kəlbəcərdə itkin düşmüş qızların həyatından ən tale yüklü epizodu seçir. Nəyi nəyə
qurban verməliyik? – Ömrü – həqqətə, yoxsa vicdanı – tövbəyə? Bu şeirdə bizim bir
xalq kimi biganəliymizin etirafı vardır. Xalqın sabahı, taleyi üçün faciəvi həyəcan
siqnalı öz əksini tapır. Biz milli-mənəvi dəyərlərimizi itirə-itirə, yerüstü-yeraltı
sərvətlərimizi bağışlaya-bağışlaya, düşmən zorakılığına, qəddarlığına göz yuma-yuma,
torpaqlarımızı verə-verə hara gedirik belə? Mirəli Qurbanzadənin bu biçimli şeirləri
öz ağır silahını mənəvi dünyamızın zəhərlənəsi əleyhinə çevirir və bizim milli şeirin də
həmin mövzuya böyük marağına təbii edir.
Təsvir vasitələrindən biri də təkrirdir. Pərviz Bəsavət Hüseyn oğlu «Keyvan» ın
«Düz demir» şeirinə nəzər salaq:
İstərəm həyatdan bir ləzzət alım,
Saat da düz demir, an da düz demir
Atıram özümü yanar odlara,
Şöhrət də düz demir, şan da düz demir.
Dövrün ictimai, siyasi həyatının bir şair qəlbində oyatdığı tufan, təlatüm bu
şeirin əsas məzmununu təşkil edir. Şəxsi kədərlə ictimai kədər bir-birinə qarışır:


162
Tablaşmır dəhşətdən, alışır torpaq
Zaman da düz demir, can da düz demir
Bunun şairin qəlbinin, ruhunun şikayəti bütöv bir ömrün nəticəsi yekunu,
müşahidələrinin cavabı kimi səslənir.
Şübhə yoxdur ki, Cənubi Azərbaycan ədəbiyyatı hər zaman zəngin folklor bazası
üzərində ucalmışdır, eyni zamanda klassik ənənələrə və anlayışlara bu nümunələrdə
baxış miqyasla, əhatəli, düşündürücüdür. Fəlsəfi nüfuzun vüsəti predmetin bütün
mahiyyətini qavrayır, onu tam ehtiva edir, ümumi ilə, xüsusi, ictimai və fərdi meyllər
arzu və istəklər bir vəhdət təşkil edərək tamı, bütövü əmələ gətirir, bu nümunələrin bir
çoxunda qələmə alınan, həssaslıqla təsvir edilən həyat eşqi, azadlıq alovu bizim də
ürəyimizi tərpədir, bizə də kövrək hisslər aşılayır. Bu lirika həyati və nikbin lirika kimi
istər tematik, üslubi, istərsə də problematika baxımından zəngin və çoxcəhətlidir.
Torpağa, vətənə bağlılıq, milli dəyərlərə böyük və tükənməz məhəbbət bu lirikanın
canıdır. Sadə, səmimi, rəvan və axıcı, bir sözlə, xəlqi hisslərlə yanaşı, siqlətli bir
mənanın, ictimai bir məzmunun ifadəsi öz əksini tapmışdır. Cənubi Azərbaycan
şairlərinin bir çoxunda olduğu kimi gənc şairlərdən Azər Elli öz şeirlərinin
əksəriyyətinin aşıq şeiri formasında yazır. Xalq şeiri tərzində, xalqın zövqünə,
səliqəsinə uyğun olaraq yazılan bu şeirləri məhəbbət nəğmələri də adlandırmaq olar.
Dağ çeşməsinin suyu kimi billur, dumduru olan bu şeirlər, sərin bulaq kimi ürəyi
sərinlədir:
Könlümə yol tapan gözəl,
Ürəyimi yaralama!
Ora sevgi yatağıdır,
Deşmə, didmə, paralama!
Bostanıma girən gözəl,


Yüklə

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə