Şamil Vəliyev – 50


səhifə43/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   39   40   41   42   43   44   45   46   ...   97

153
Dar günlərdə sinə gərib vuruşan
Gen günlərdə boş pətəkdi, quru şan,
Öz kimliyin özgələrdən soruşan
Belə yazıq, məzlum eldən yazımmı?
Heç deməyim, əlim xəmir, qarnım ac,
Ömrümüzü yarı böldü ehtiyac
Ay Ədalət, şələ ağır, yol yamac,
Susdurulmuş şirin dildən yazımmı?
Ədalət Duman eyi zamanda lirik peyzaj yaratmaq, canlı, həyati lövhə çəkmək
ustası kimi də diqqəti cəlb edir. Şairin «Sevinc işıqları» şeiri Quzey Azərbaycandan,
Güney Azərbaycana saçılan romantik və əsrarlı geə işıqları, hər gecə ən əziz, ən
doğma bir müsafirə çevrilir. Vətəni iki yerə parçalayan Araz bu məhəbbətin, bu
doğmalığın, bu səmimiyyətin ucalığı qarşısında görünməz olur. Bu şeirdə romantik
və rasional bir ruh, bədii-fəlsəfi ümumiləşdirmə meyli çox qüvvətlidir. Əslində bu
işıqlar romantik vüsal işıqlarıdır. Bu şeirin lirik qəhrəmanı uun zaman ondan ayrı
düşmüş qardaşının o biri sahildə işıq yandırdığını görüb bütün varlığı ilə sevinir.
Fəqət bir gecə işıq yoxdursa, özünü dünyanın ən bədbəxt adamı hesab edir. Bunula da
Ədalət Duman həmin işığın əbədi olaraq nurlanacağına poetik və fəlsəfi bir məna
ilə ön plana çəkir.
Uzaq olsaydı da o işıltılar,
Görəndə ürəkdə işıq doğardı.
Onların sozalmış şüalarından
Bizim kəndimizə sevinc yağardı.
Zülmət gecələrdə ulduz sayağı
Sayrışa-sayrışa görünərdilər.


154
Həyalı - istəkli bir qız sayağı
Duman yaylıqlarda bürünərdilər.
Araz aramızda yoxlamırdı gah,
Körpüsüz adlayıb gəlirdi işıq,
Qaranlıq təməldən laxlaşırdı gah
Bütün zülmətləri dəlirdi işıq.
Bir gecə arı görməyəndə biz
Sabahı boranlı qarlı duyardıq,
Nə vaxt ki onlardan görünərdi iz.
Özümüzü dövlətli - varlı duyardıq.
İndi çıraqları sönük görəndə
Elə bil, ömrümün çırağı sönür.
Bir xalqın bəxtini dönük görəndə
Kədər parça-parça qəlbimi yonur.
İlahi, nə oldu, söndü çırağlar
İndiki dünyanın işıq vaxtıdı.
İzləri zülmətə döndü çıraqlar
Çün dünya şeytanın qızıl taxtıdı.
Qəlbi qaranlıqlar zülmət törətdi,
Zülmətdən törənən fəlakət olar.
Harda Ədaləti şər büdürətdi
Orda çiçəklər də açmamış solar.


155
Göründüyü kimi, 90-cı illər Cənubi Azərbaycanın demokratik poeziyası ictimai
motivlərlə zəngindir. Quzeyli-güneyli Vətənin torpaq bəlaları, milli qayğılar ağuşunda
sosial leytmotivə dönərək poeziymızın əbədi mövzusuna çevrilmişdir.
3.CƏNUBİ AZƏRBAYCANIN DEMOKRATİK POEZİYASININ
BƏDİİ DİL XÜSUSİYYƏTLƏRİ
Cənubi Azərbaycanda əsrlər boyu ictimai mühitə, şah üsul idarəsinə,
fars
şovinizminə
qarşı mübarizə aparan güneyli soydaşlarımız, artıq 1941-ci ildən
başlayaraq Cənubi Azərbaycan ədəbiyyatında realist – bədii təfəkkürün fəal və intensiv
inkişafının fasiləsizliyini təmin etmişlər. Poeziyanın mövqeyi, müasirliyi, taleyi
fəlsəfəsi və estetik fikri daim onları düşündürmüşdür. Bu illər ərzində məşhur
«Heydər babaya salam» poeması ilə bütün dünyaya səs salan ustad M. H. Şəhriyar,
Səhənd, Sönməz, Həddad, Sahir, Haşım Tərlan, Abbas Bariz, Kərimi, Nabdil kimi
qüdrətli söz ustaları fərdi ədəbi nəsil kimi möhkəmləndilər. Bu ədiblərin əsərlərində
Azərbaycan xalqının tarixi, mədəniyyəti, milli – mənəvi dəyərlərini lirik – psixoloci –
təhlildən keçirərək, dramatik psixoloci səpgidə böyük bir bədii mərhələ keçdilər.
İnqilabi hərəkat, milli-mənəvi dirçəliş hər şeydən öncə ədəbi dilin bədii
üslubuna təsir etdi; Bədii üslub çox əsrlik ənənələr üzrə mübariz əhval-ruhiyyəni ifadə
etməyə daha çox yatırdı – bir neçə il ərzində ədəbi-bədii təfəkkür o qədər böyük
məhsul verdi ki, bədii üslubun imkanları görünməmiş şəkildə genişləndi.
İran İslam inqilabından sonra isə, yeni yaranmış, bəşəriyyətin inkişaf proqramı,
hidayət qaynağı, bütün kainata işıq saçan müqəddəs Qurani Kərimin ayələrinə və
Allahın sonuncu peyğəmbəri, fövqəlbəşər Həzrəti Mühəmmədin şəriətinə əsaslanmış
İslam konstitusiyasına realist bədii təfəkkürün inkişafı tarixində yeni tipli mərhələ
oldu, yalnız bir təmayülün, bir ənənənin yox, bütünlükdə haqq yoluna doğru


156
istiqamətdə hərəkət edən vahid ədəbi prosesin müştərək qələbəsi kimi doğuldu. Bu
illərdə Sönməz, Həbib Sahir, Haşım Tərlan, Həmid Nitqi, Şəhrək, Sapnaq, Savalan,
İmran Səlihi, Ülyan, Adsız, Yəhya Şeyda, Barışmaz, Heydər Xətibi, Sabiri, Hallacoğlu
öz əsərlərində mövcud hadisələri ideya-fikir və ənənə üslub zənginliyi baxımından
daha fəal səfərbər edərək ədəbi hərəkatın poetik səlnaməsinin qızıl səhifələrini
yaratdılar.
İnqilabdan sonra ədəbi - bədii üslubla yazılan elə nümunələr meydana gəlir ki,
onlara bir çox hallarda folklor dilindən seçmək mümkün olmur.
Şübhəsiz ki, olduqca sadə, rəvan, axıcı bir forma – üslub olan folklor
ulularımızın, əcdadlarımızın şifahi yaradacılığı ilə meydana gəlmiş və nəsildən-nəsilə
keçərək xalqın istedadlı insanları tərəfindən zənginləşmişdir. Artıq 80-ci illərdən
başlayaraq xalq dilindən və şeirindən əxz olunan vəzn, ahəng, bəhr, ritm sərbəstliyi
şeirdə poetik yekrəngliydən, ifadə və üslub monotonluğundan qaçmağa kömək
göstərdi. Zamanın yeni problemləri ilə birgə yeni ritmi, sürəti enerci və tempi də şeirə
gəlir və klassik irsin, milli folklorun ənənə və imkanlarını yeni bədii vəzifələrin həlli
xeyrinə ehtiyac yaradırdı. Bədii dili sünilikdən təmizləmək, saf ana dilinin havasını,
istisini, ritm və ahəngini daha sərbəst şəkildə şeirə gətirmək qarşıya qoyulan
vəzifələrdən biri idi.
Şifahi xalq ədəbiyyatından gələn demokratik obrazla daim M. Etimad, Sahir,
Səhənd, Məhzun, Savalan kimi şairlər bu məsuliyyəti üzərlərinə götürərək həm
mövcud ifadə tərzini
yaşadır, digər tərəfdən zənginləşdirmə, müasirləşdirmə
istiqamətində çalışırdılar. Odur ki, məhz 80-ci illərdə yaranan bədii üslub və canr
tendensiyalarına daha ardıcıl şəkildə izləməyə bizə imkan verir:
Məsələn Məhzunun –
Nə nişanım, namım var,
Nə əldə bir camım var,
Yaxından görəmmirəm,
Uzaqdan salamım var.


Yüklə

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə