Şamil Vəliyev – 50


səhifə42/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   38   39   40   41   42   43   44   45   ...   97

149
qardaş» hələ çox gəncdir, onun şeirləri o qədər də peşəkarcasına yazılmamışdır. Lakin
onun şeirlərindəki vətəndaş hissiyatı vətəndaş qüruru, bu milli gənc şairin nəbzi, könül
ritmləri ilə o qədər gözəl harmoniya təşkil etməkdədir ki, bütün bu müsbət
keyfiyyətlə qeyri-peşəkarlığı öz əzəməti ilə əridir və görülməz edir.
Əfrasiyabın poeziyası şəffaf sulu çaylara bənzəyir. Bu şəffaflıq təfəkkürün
təmizliyi, his və duyğuların səmimiliyi, sadəliyidir.
Gəlsə ölüm can vermərəm,
Yabançılar torpağında,
Min arzum var ürəyimdə,
Gəzəm yarın otağında.
Gözlərdə min dağ olmaya,
Nankor mənə ağ olmaya,
Çağ insafsız, çağ olmaya,
At oynadam qabağında,
Babək sayaq qoçaq olam,
El-obaya dayaq olam,
«Üç qardaş» a qonaq olam,
Vətən, sənin qucağında.
Bu nümunələr də başqa şeirlərində olduğu kimi şairin kənardan gəlmə
düşünülmüş, uydurulmuş bir naxış təsiri yoxdur. Gənc şairin bütün yaradıcılığında, o
cümlədən bütün şeirlərində, vətən sevgisi, vətən həsrəti ilə yanaşı bir qəlb narahatlığı,
təmiz insan mənəviyyatının gizli hıçqırıqları duyulmaqdadır. Gənc şairin şeirləri bir
xəttli olsa da həyati, inadırıcıdır. Gənc şair Əfrasiyabın çiçək açan dövrü başlanır.
Biz ona bu yolda sənətkarlıq cəhətdən yüksəlmək, uğurlar və müvəfəqiyyətlər arzu
edirik.


150
Bir ürəyi iki yerə paralayıb bölən kimdir?
Güney-guzey Azərbaycan, bizi ayrı salan kimdir?
Qərib yerdə saldıq binə, biz də düşdüy yaman günə,
Alışmışıq sinə-sinə, qayğımıza qalan kimdir?
Yaltaq olub aramızda, çarasızdır, çaramızda,
Hey qan axır yaramızdan, köç təbili çalan kimdir?
Hələ qaçqın əsirlərin, şelləmişik qəm-kədərin,
Şuşa-Laçın-Kəlbəcərin, torpağını alan kimdir?
Baxan yox-savab günaha, el-obamız batıb aha,
Nurəli tək, bir də daha, xalq halına qalan kimdir?
Bu şeirdə vətənin dərdi, taleyi, Azərbaycanın birləşmə həsrəti, nisgil və ayrılığı
bir oğul qeyrəti ilə canlandırılır. Söhbət Şuşadan, Laçından, Kəlbəcərdən və milyon-
milyon qaçqından düşəndə hər bir misrada müqəddəs dərdin, kədərin şahidi oluruq.
Vaxtilə Azərbaycanın böyük şairi Süleyman Rüstəm, Azərbaycanın başqa bir böyük
şairi Məhəmməd Şəhriyara gözəl bir əsər həsr etmişdi. Bu şeirin bütün söz və
misraları Cənub şeirlərinin poetik zirvəsi, şahşahrah beytlərlə dolu olan ustad
Şəhriyara olan məhəbbətdən və səmimiyyətdən yoğrulmuşdu.
Gəl söyləyim ürəyimin sözünü,
Bir kərə də görməmişəm üzünü,
Nigaranam yetir mənə özünü,
Məhəbbətin bağrımdadır Şəhriyar,
Mənim ürək ağrımdadır Şəhryar.
Kim deyir ki, məkanımız ayrıdır,
Nə adımız, nə sanımız ayrıdır,
Nə canımız, nə qanımız ayrıdır
Ürək birdir, bədən birdir Şəhryar,


151
Vətən birdir, vətən birdir Şəhriyar!
Dilimiz, canımız, ürəyimiz əgər birdirsə, bəs bu hicran nədir? Nə üçün sənin
avazın Araz üstdən mənə çatmır? Qaşla gözün arasından yaxın olan bu yolu niyə
keçib gələ bilmirsən?
Vaxtilə şairlərimiz, ədiblərimiz yazıçılarımız bu nisgildən, bu həsrətdən, bu
ayrılıqdan çox yazdılar və bəziləri ömürlərinin axırına qədər yaralı Arazın sahillərinə
həsrətlə baxdılar. Bu insanlar öz əsərləri heç zaman sönməyən, getdikcə alovlanan,
şölələnən müqəddəs məşəlləri, şəhidlər qəbri üzərində dilimlənən və göylərə
yüksələn qədim Odlar yurdunun əbdi alovlarına çevrilir. Bəzi şairlər isə Nurəli
Qurbanzadə Bayram oğlu kimi həsrəti, nisgili, kədər və həyəcanı, eyni zamanda qarı
düşmənə biabırçı şəkildə məğlub olmağımıdan doğma Şuşanı, Laçını, Ağdamı və.i
itirməyimizdən, yüzminlərlə
soydaşlarımızın
çadırlarda
acınacaqlı şəkildə
yaşamasından xəcalət çəkir.
Artıq torpaqların geri alınmasına da ümid etmədiyini açıq-aşkar bildirir.
Nurəlinin torpaq acısı, vətən yağısı, ürək ağrısı başqa bir şeirində də özünü obrazlı
şəkildə elə büruzə verir ki, bütün bunların onun poeziyasının mayasını, cövhərini
təşkil etdiyini daha aydın bir şəkildə his etdiririk.
Arzum idi səni nə tez getdin gora, Bəhmən,
Yaman oldu sinəm dağlı, çəkdi məni dara, Bəhmən!
Qaradağım qala – qala, köçüb getdi yad mahala,
Hicran düşdü dalbadala, heç vermədi ara, Bəhmən!
Həftələri aya satdım, gecə-gündü qəmə batdım
Allah şahid, çox can atdım, gələmmədim ora, Bəhmən!
Talan oldu Kəlbəcərim, yaralandım dərin-dərin,
Uca öoylu gözəllərin, qaçqın oldu hara, Bəhmən!
Bu könlümün simi bəlli, yaşamışam dərdi-qəmli,


152
Sənin sarı gözü nəmli, canım düşüb zara, Bəhmən!
Nurəliyəm güləmmədim, yar qəlbini biləmmədim,
Varlığında gələmmədim, oldu üzüm qara, Bəhmən!
Çağdaş Cənubi Azərbaycan poeziyasında vətənpərvərlik, millətsevərlik, torpağa
bağlılıq motivlərilə yanaşı sevgi motivləri də yer tutur. Bir sıra gənc şairlərin
məhəbbət mövzulu şeirlərində insan qəlbinin gözəl, bakir hissləri əks olunur. Lakin
bu şeirlərdə klassik şeir ənənəsi üzərində formalaşan lirik üslubda sədaqətlə bərabər,
itimai-fəlsəfi məzmunda öz ifadəsini tapmaqdadır. Ədalət Dumanın yaradıcılığında
biz bunun şahidi oluruq. Şairin lirik qəhrəmanı gözəllikdən, incə beldən, uca boydan
açmaqla yanaşı, öz övrünün mənsub olduğu adamlardan, şərdən-böhtandan, öz
kimliyini özgələrdən soruşan «zavallı» insanlardan danışmağı özünə borc bilir. Ədalət
Dumanın «Yazışma» şeirində ictimai-fəlsəfi motivlərin məharətlə verildiyinin şahidi
oluruq:
Qara teldən yazma dedin, yazmaram;
Heç olmasa bəyaz teldən yazımmı?
Uca boydan, incə beldən yazmaram,
Qış qatlamış əyri teldən yazımmı?
Dəftərimdə bir yar adı yazmayım,
Haram sağdı, ya yaradı, yazmayım,
Göz aladı, qaş qaradı yazmayım,
Gözdən axan qanlı seldən yazımmı?
Yaz qarı tək öz-özünə əriyən,
Ölkələri, ürəkləri bürüyən,
Günü-gündən ayaq tutub yeriyən
Şər-böhtandan, fitnə-feldən yazımmı?


Yüklə

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə