Şamil Vəliyev – 50


səhifə39/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   35   36   37   38   39   40   41   42   ...   97

137
Lirik psixoloci vüsət, mənalı düşüncələr axarı, orijinal intonasiya çalarları ilə
əyaniləşir. Müasir Cənubi Azərbaycan poeziyasının ideya bədii ləyaqətini əks etdirən
şeirlərdə ictimai-sosial, vətəndaşlıq siqlətli poeziyaya doğru cəsarətini, uğurlu
addımlarının şahidi olunur. Vətənpərvərlik, həqiqət sevərlik, milli dirçəliş idealları
kimi məfhumların poetik şərhi müxtəlif ictimai məzmunlu epoxaların şərtləndirdiyi
bədii gerçəkliklərdə obrazlı fikrin fəlsəfi-psixoloci tutumunu sərrast ifadə edirlər.
Öyünməgim çox layiqdir bu ölkədə sənə dilim,
Laylasında örgədibdir öz dilini, ana dilim
Şəkərdən də şirin olub əzəl gündən, ulu qaldın,
Zaman boyu hey yüksəldi, döndü qəhrəmana dilim.
Güllərini dərə-dərə, ilham verdin sən Heydərə,
Dəyişmərəm səni zərə, and içərəm ana dilim.
Tükənməz milli sərvətimiz olan Azərbaycan dilinə sonsuz məhəbbətini bildirən
bu şair Heydər Təhmasibi İmran oğludur.
Üslubunun axıcılığı, rəvanlığı, sadəliyi ilə nəzəri cəlb edən Heydər Təhmasibi
bu şeirdə Azərbaycan dilini hər dürlü mənaları ifadə etməyə qadir bir qəhrəmana
bənzədir. Dil problemi ilə bağlı vaxtilə S. C. Pişəvəri yazırdı:  «Dili vətənpərəstliyə
müxalif görənlər vaqeən müxalif adamlar gərək olsun Çünki, bu işin təzəliyi yoxdur
və mənbələrdə vaizlərimiz xalqın anladığı Azərbaycan dilində vəz edib, dini
vəzifələrini əncam verməyə dəvət edirlər. Biz Azərbaycan dilinin müxaliflərindən
soruşuq, bu dildə nə pislik vardır? Niyə bir dildən minbərdə istifadə etmək olar,
amma mədrəsələrdə olmur?
Bir vaxtlar Cənubi Azərbaycanda milli hökümətin qurulduğu dövrdə S. C.
Pişəvəri və onun silahdaşları tərəfindən ana dilinə göstərilən
böyük məhəbbət,
sonralar zorakı şah reciminin təzyiqi ilə az qala
danışılması belə qadağan
olunmasına baxmayaraq böyük Azərbaycan şairi M. H. Şəhriyar öz məşhur «Heydər


138
babaya salam» əsərini doğma ana dilində yazdı və əsərdə Azərbaycan xalqının
milli-mənəvi keyfiyyətlərini bütün dünyaya tanıtmaqla yanaşı, Azərbaycan dilinin
bütün incəliklərindən
məharətlə istifadə edərək onun nə qədər ahəngdar, axıcı,
musiqili bir olduğunu peşəkarcasına açıb göstərdi.
Heydər Təhmasibi öz «Ana dilim» şeirində bu gözəl dillə fəxr edib
öyünməklə, Azərbaycan dilinə sonsuz məhəbbətini, hər kəsin başa düşəcəyi sadə bir
şəkildə, mübaliğəsiz, şişirtmədən bildirir. Əlbəttə, uzun illər İranda, xüsusilə də
Pəhləvilər sülaləsinin şahlıq etdiyi dövrlərdə Azərbaycan dilinə ögey münasibət bir
çox güneyli, qüzeyli şairlərimiz, yazıçılarımız kimi Heydər təhmasibini də narahat
etəməyə bilməzdi.    «Mən də dedim» şeirində cəmi səkkiz misraya, ana dilinə ögey
münasibətlə yanaşı, xalqın, millətin, torpağın qəmini, kədərini, qüssəsini, ağrı-acısını
açıb göstərən Heydər Təhmasibinin bütün yaradıcılığı üç dəfə hökümət quran, şahla
üz-üzə duran, döyüşdə üzü dönməyən, azadlıq üçün torpağa düşən, fəqət ayaqlarda
sürünməyən cənublu soydaşlarımızı vəsf edir, Azərbaycan xalqının dilini, əlindən
alan, məktəbini bağlayan totalitar recimi ifşa edir.
Ürəyimin mətləbini sən soruşdun, mən də dedim,
Tüğyan edən möhnətimi, sən soruşdun, mən də dedim.
Vətənimin dərdin çəkdin, xalq yolunda belim bükdüm,
Qürbət eldə qan-yaş tökdüm, sən soruşdun mən də dedim.
Bağ-bağatın gülü soldu, ana dilim yetim qaldı,
Qəm sarayı evim oldu, sən soruşdun mən də dedim.
Heydərəm, oda dükdülər - könlümə qəmlər əkdilər
Torpağımda qan tökdülər, sən soruşdun mən də dedim.
Poetik düşüncələri və imkanları olduqca geniş və zəngin olan və bütün
yaradıcılıqlarının
ruhunu güclü vətənpərvəlik, xəlqilik, azadlıq və demokratiya
ideyaları təşkil edən Heydər Təhmasibi İmran oğlu Cənubi Azərbaycanın Daşarası


139
kəndində anadan olmuşdur. Hal-hazırda Tehranda yaşayan Heydər Təhmasibi tez-tez
el içində, məclislərində öz gözəl şeirlərilə çıxış edir….
İstərəm həyatdan bir ləzzət alım,
Saat da düz demir, an da düz demir.
Hər yetən qapazın salır başıma,
Bir baxmayır gözdən axan yaşıma.
Hey tələ qururlar cavan yaşıma,
Nəfəs də düz demir, şan da düz demir.
Bilmirəm nə isə etmişəm günah,
Məcnun tək avara qalmışam, Allah!
Ömrümü özümə bilmişəm pənah,
Axşam da düz demir, dan da düz demir.
Elə üz çevirib yaramaz, yaltaq,
Haq sevən kişiyə söyləyir alçaq,
Tablaşmır dəhşətdən, alışır torpaq,
Zaman da düz demir, nan da düz demir.
Bu misralar, əlbəttə, adi bir hadisəni və yaxud hadisələri əks etdirmək üçün
yazılmamışdır. Əslində ictimai, milli zülmdən zara gəlmiş insanların fəryadına
bənzəyir bu şeir. Artıq heç kimə (Allahdan başqa) inamı qalmayan, hətta, yaşadığı
zamanın belə bir xülya olduğunu düşünən milyon-milyon insanın naləsidir sanki bu
misralar. Zamanın, məkanın, yaşadığı mühitin, ümumiyyətlə maddi aləmin içində
özünü tapa bilməyən, artıq haqq dünyaya, mənəvi aləmə köçməyi arzu edən,
axtardığı həqiqəti və ədaləti tapa biləcəyinə əmin olan Pərviz Bəsavətin bu şeirində
qüvvətli bir xəlqilik hakimdir. Bu xəlqilik xalqın
tarixinin
bütün mərhələlərinə,
xalqın tarix boyu qarşılaşdığı zülmü, zorakılığı, ədalətsizliyi ilə şərtlənir.


140
Orijinal təfəkkür tərzi, obrazlı sözün incəliklərinə varmaq, rəmzlərdə dərin
məna mənalar əks etdirmək bu kiçik şeirdə öz əksini tapmışdır. Bu şeiri xalqın
keşməkeşli taleyini özündə əks etdirən poetik güzgü də adlandırmaq olar.
Pərviz Bəsavət Hüseyn oğlu Keyvan Qaradağın Keyvan mahalının Tadalı
kəndində anadan olmuşdur. Sonralar Təbriz şəhərinə köçmüşdür. Altı kitabın
müəllifidir. Hal-hazırda Tehranda yaşayır. Alovlu vətənərvər, mübariz həyat və
yaradıcılıq yolu vardır. Biz də bu işdə ona uğurlar arzu edirik…
Çoxları mənimtək dili bağlıdır
Necə söz qandırsın lal lala dünya.
Sinəsi düyünlü, bağrı dağlıdır
Qarışıb ürəkdə xal-xala dünya.
İstədi açıla bu dilim sözə,
Sən məni qaladın alova, közə.
Öyrət birgə sevgi, məhəbbət bizə,
Demədim, qal üstə qal-qala dünya!
Hanı yaraşıqlı toy - yığınların?
Qıy çəkmir qartalı uca dağların,
Hardadır bağdanı solmuş bağların?
Tapdanır ayaqda kol-kola dünya
Səninlə əbədi kimdir qalalı?
Çoxu aldığını qaytarmır geri
Çoxu seçə bilmir halal-haramı,
Yaman qarışıbdır mal-mala, dünya!
Şair Vəli Şahməhəmməd öz şeirlərinin mövzusunu gördüyü, duyduğu bilavasitə
müşahidə etdiyi həyat hadisələrindən alır. Həyatın adi həqiqətlərindən danışan bu
şeirdə insanı dərin düşüncələrə qərq edir. Dərdini dünyaya söyləyən, eyni zamanda


Yüklə

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə