Şamil Vəliyev – 50


səhifə35/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   31   32   33   34   35   36   37   38   ...   97

121
(«Kəpənək»)
Çağdaş Cənub şeirinin yeni nəslinə mənsub olan istedadlı şairlərindən biri də
Rəsul Rəhimi Dizəcidir. Rəsul bir qədər şimal oxucusuna tanışdır. Şeirləri bu sətirlərin
müəllifi tərəfindən 1993-1994-cü illər «İki sahil» və «Axtarış» qəzetlərinə təqdim
olunaraq çap olunmuş, habelə radiomuzda səslənmişdir.
Rəsulun 47 yaşı var. Şair 15 ildən çoxdur ki, qələmini şeir və hekayə canrında
sınayır.
Yaşıl yarpaqların solmaqdadır varlıq budağında,
Məni bu qorxulu biyaz yaman sıxışdırdı bağında.
Rəsul Rəhimi iki dildə yazır və iki dildə də çap olunur. Şeir və hekayələri
«İttilaat»,  «Cavanşir»,  «Şeir həftəliyi»,  «Surə»,  «Mehdi Azadi» və s. qəzet və
curnallarında çap olunub.
Şeirlərində Nazim Hikmət təsiri duyulan Rəsul neçə illərdir ki, Türkiyə və
Azərbaycan poeziyasından nümunələri fars dilinə çevirməklə məşğuldur. Mehmet
Emin Yurdakulu, Haşim Kanarı, Cahid Sidqini, Faruq Nafisi, Arif Nihatı, Qorxmazgili,
Bəxtiyar Vahabzadəni, Nəbi Xəzrini, Məmməd Arazı, İsa İsmayılzadəni, Fikrət Qocanı
və başqalarını fars dilinə tərcümə edib. O, ədəbi poetik əlaqələrin inkişafına xidmət
göstərdiyi kimi bu şairləri tərcümə etməklə İran ədəbiyyatına üslub, ideya və mövzu
rəngarəngliyinin gəlməsinə şərait yaradır.
Rəsulun eləcə də digər şeirlərin poeziyasının əbədi, əzəli mövzularından olan
məhəbbət mövzusunda şeirlərinə rast gəlirik. Rəsulun yaradıcılığında məhəbbət şeirləri
bədii söz axtarışlarının səviyyəsindən, saf mövzuya bədii münasibətin yüksəkliyindən
xəbər verir. Rəsulun «Gözüm vardır»,  «O axşam»,  «Səslədilər onu» şeirləri
könülaçandır.
Soyuq keçmə kənarından
Soruş bir halı-zarumdan,
Payız xoşdur baharımdan,


122
Tanışlıq ver, sözüm vardır.
Rəşid Kərbasinin artıq 50 yaşı var. O da Rəsul rəhimi ilə həmyerlidir. Şəbüstər
mahalının Dizəc kəndində əkinçi ailəsində anadan olub. Üç il teatr-kino rejissorluğu
üzrə texnikumda təhsil alıb:
Gəl al məni çənli yaşaış zirvələrindən,
Bu tutqun evin şaşqın olan ləhzələrindən,
Qurşunlu hava, dərdli bulud, bir acı tüstü,
Ay da boğulub qara gecə hörmələrindən.
Rəşidin şeirləri ilə tanış olduqda yaxşı haldır ki, elə ilk andan özünəməxsus
poetik nəfəsini, dəsti xəttini deyim və duyumunu hiss edirəm.  «Dərdli bulud»,
«Qurşunlu hava», «Div zərbələrindən», «İlbizlərin nəğmələri» və s. frazeloci birləşmə
və ifadələr şeirin poetik sintaksisini zənginləşdirir və bunlar nisbətən şeirdə yeni
deyimlərdir. Bütün bunlar Rəşidin işıqlı gələcəyindən xəbər verir.
Şeirlərdə irad kimi sayılan bir məsələni qeyd etmək istəyirəm. Bu irad da 90-cı
illər şairlərin ədəbi təhsilinin olmaması ilə bağlıdır. Məsələn: Hər hansı bir gənc şairin
«qəzəl» kimi təqdim etdiyi şeir görürsən ki,qəzəlin canr tələblərinə cavab vermir, bu
əslində hecanın 13,14 və ya 15-lik növüdür. Bir çox cənub şairləri misraları hər sətirdən
bir qafiyyələndirməklə bunu «qəzəl» hesab edirlər.
Başqa bir irad: şimallı şairlərdə də özünü biruzə verən sərbəst şeirdə tam
sərbəstlik. Bir çox şeirlərdə sərbəstlik tam həddini aşır, poetik əndazə, ölçü-biçi
gözlənilmir, misralar sözlər,
ifadələr yerinə düşmür. Gənc qələmli yazarı ruhdan
salmazlar. Özgə millətin hakim olduğu bir məmləkətdə, şair doğma ədəbi mühitdən bir
qədər uzaq düşdüyü bir şəraitdə bunlar mümkündür, bu monoqrfaiyada nöqsanlardan
geniş söhbət açmaq istəmirəm.. Sərbəst şeirin yaxşı nümunələrindən-Rəsul Rəhimidən
bir poetik parçanı misal göstərmək istəyirəm:
Gül dəstəsi əldə baxıram yola,
Gözləyirəm gələsən bu durnalarla
Gözləyirəm uşaqlıq qayıda sənlə,


123
Qalmışam heyrətdə bilmirəm daha,
Özünü gözləyirəm, ya da səni burada.
Məhəmmədrza Məlikpurun «Ulduzlu dünya» adlı Azərbaycan dilində şeirlər
kitabı vardır. Kitaba üç cildilk «Ədəbiyyat» ocağının müəllifi, Azərbaycan Yazıçılar
Birliyinin üzvü, ədəbiyyatşünas, Təbrizdə yaşayıb-yaradan Yahya Şeyda «Ön söz»
yazmışdır: «Düşünürəm ki, iqtidarlı ədib, duyğulu şairə türk, fars və ərəb ədəbiyyatında
müsəllət bir əsər yazmaq olar? Mənim yazmağa əsrarım varsa qələm öz ecazkarlığını
göstərir və dünya». Əcəb. Mən belə röyalı adı indiyədək az görmüşəm. Kitabın ünvanı
belə duyğulu olduğu üçün gələn sözlər və məzmunlar tərəddüdsüz ki, dolğun
olacaqdır…»
Yəhya Şeydanın fikirləri həqiqətdir. Həqiqətən də kitabla tanış olduqda vətəndaş
bir şairlə, qüdrətli bir türk şairlə tanış olaraq. Şair türkcə yazan qələmdaşlarına
müraciət-alqış edir:
Həm əlin, həm qələmin türkcə yazan var olsun,
Sənə mövla əli hər yerdə negahdar
1
olsun.
Türk qeyrətli, şəhamətli igidlər dilidir,
Qoymayın, can sizə qurban böylə dil xar olsun.
Doğma türk dilinə, Azərbaycan elinə sadiq olan şair dilinin zənginliyini və bədii
imkanlarının böyüklüyünü duyur və bu dilin hüquqsuzlaşdığına etiraz səsini ucaldaraq
onu «xar olmamaq üçün» həmvətənlərinə müraciət edir.
El-obanın «O tay-bu tay» regional bölümü qismən də olsa itməkdədir. «Güney
və Qüzey ədəbiyyatları» anlayışı ədəbi-bədii qovuşma çərçivəsində əriməkdədir.
Çağdaş, cənub türk şeirinin müasir poetik aləmində qeyd etdiyimiz kimi bir çox
şairlər öz istedadlarını, deyimi, duyumu, həyatı həssas və ədəbi münasibətləri ilə
fərqlənir. Onlardan biri də Tehranda yaşayan şair, daha doğrusu şair-musiqiçi İbrahim
1
Неэащдар-сахлайын , мянасыны верян бу сюз бурада дястяк, арха анламындадыр–(В.Я.)


124
Zahid Xəzayeridir.İbrahimin 26 yaşı var. Cənubi Azərbaycanın Muğan-Germi şəhərinin
ətrafındakı Tülün
kəndində anadan olub. Gözəl qarmon çalır. Musiqili-poetik
məclislərə həm şair, həm də musiqiçi kimi dəvət olunur. «Qarabağ» ansamdlının bədii
rəhbəridir. Şeirlərində əməllərində və çalğısında milli təəssüb, milli ayrıseçkiliyə
etiraz, bölünmüş Vətən hissələrinin təzahürü daha qabarıqdır.
O yanda qardaşım qanına batır,
Bu yandakı başın basdırır yatır.
Nədir ki, «dost məni» düşmənə satır,
O dostların gərək varlığın danım,
Kimə arxalansın Azərbaycanım?
İbrahim heca vəznində şeirlər yazsa da, əsasən gözəl qəzəllə müəllifidir.
Qəzəllərində Əliağa Vahid təsiri açıq-aşkar duyulur. Burada bir məsələni də qeyd
etmək istərdim ki, İranda Vahid şeirinə xüsusi məhəbbət var. Vahid misraları bütün
məclislərin bəzəyidir. Fəhlədən tutmuş dövlət işçisinə qədər bütün türklər Füzulini,
Seyid Əzimi, Vahidi əzbərdən bilir.
Sözüm ondadır ki, adlarını çıkdiyimiz klassiklərin mütaliəsi ilə şeir dünyasına
artıq iki kitab müəllifi olan İbrahimin də poetik istedadı bu kökdən pərvəriş tapmışdır:
Mənim anamdı Vətən, mən ona bir övladam.
Bakı, Muğan, Xoy, Təbriz ya harası, ölkəmizin.
Vətən sənindir, sən ona can fəda qıl, ey Zahid
Sən ölməyinlə gözəlsə, sorası ölkəmizin.
Məqsədimiz müxtəlif vəznli, müxtəlif şəkilli şeirlərin hansısa təqdir etmək və ya
pisləmək deyil, son illərdə Güney şeirinə gəlmiş gənclərin bir qisminin yaradıcılıq
potensialı barədə bəzi fikirləri qeyd elədik. Narahatlıq ondadır ki, bu tərəfdə olduğu
kimi, o tərəfdə də gənc şairlərdən bəziləri ötən onilliklərdə yaranan poeziyanı şablon
sayır, bir-birin qəlib və stereotiplərdən uzaqlaşmağa çağırırlar. Yenilik xətrinə yenilik
etmək istəyirlər. Unutmaq olmaz ki, Azərbaycan poeziyası daha dərin köklər üzərində
qurulub.


Yüklə

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə