Şamil Vəliyev – 50


səhifə34/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   30   31   32   33   34   35   36   37   ...   97

118
rastlaşmaq olar. Həmin illərin poeziasında ölməz Sabirin nərəsini duymaq, Möcüzün
səsini eşitmək çətin deyildir».  (S.Əmirov. Cənubi Azərbaycanda demokratik ideyalar.
(1941-1990) s.10. Bakı-2000. «Elm»)
90-cı illər Güney şairlərinin yaradıcılıqlarında demokratik ideyaların poetik izini
araşdırdıqda daha çox gənclərin şeirlərinə müraciət etmək məcburiyyətində qaldıq.
Çünki, gənc cənub şairləri daha mübariz, ictimai alovu ilə coşan, müasir psixoloci
dünyagörüşünə mənsub yaradıcı şairlərdir. Burada yaş fərqinin müsbət və ya mənfi
dövr xüsusiyyətlərinin qabartmaq bəlkə də yerinə düşmür. Lakin qocaman sənəktkarlar
artıq sözünü deyib. İndi gələcək nəsilləri, millətimizi təzyiqlərdən qorumaq naminə
yaşın ahıl dövrünün müdrikliyinə xas olaraq şovinist «qardaşlarımızla»  «atəşkəs və
koalisyon» bir mövqe duyulur.
«Cənub gənc şairlərinin gəlişi ilə ədəbiyyata yeni baxış tərzi, forma və üslub
cəhətləri gəldi və bu gənc nəslin yaradıcılıq nailiyyətləri, tapıntı və itgiləri, uğur və
qüsurları haqqında söz demək şübhəsiz, o qədər də asan deyildir. Əvvəla, ona görə ki,
yaradıcılıqları haqqında söz açacağımız yeni nəsil özlüyündə yaş amilindən daha çox
poetik hiss və düşüncə amilini, həyatın, cəmiyyətin, baxışlar sisteminin yeniləşmə
sistemini təzahür etdirir. Bu baxımdan 90-cı illərdə Cənub poetik mühitinə Səhər
Ərdəbilli, Nuşin Musəvi, Rəsul Rəhimi Duzəçi, Rəşid Kərbasi, İbrahim Zahid,
Məhəmmədrza Məlikpur və başqalarının yaradıcılığı bu günkü şeirimizin gəncliyini
ifadə baxımından təhlil üçün daha səciyyəvi görünür». (Vüqar Əhməd, Söz, musiqi bir
də mən… Bakı, 2003 s.17 ISBN, «Min bir mahnı»)
Son illər şeirə gələn bu şairlərin yaşı hələ otuza çatmayıb. Bəzisinin bir kitabı çap
olunsa da bir çoxları heç dövri mətbuatda da çap olunmayıblar. Şeir kitablarını
buraxdırmağa isə Quzeydə olduğu kimi maddi imkanları yoxdur. Bəzilərində isə Vətən
tərənnümü üstünlük təşkil etdiyindən çapdan kənarda qalırlar. Bəzi türk şairləri isə
şeirlərini və yaxud şeir toplularını bizə fars dilində təqdim etdiklərindən bu yazıda
məziyyətlər barədə söz desəydik burada söhbət gərək tərcümə ədəbiyyatından gedəydi.
Yəqin gələn yazılarda həmin şairlərdən müəyyən nümunələri dilimizə çevirib təhlil


119
süzgəcindən keçirəcəyik. Lakin dahi şair
Nizami külliyatının
yadelli olması
faciəmizdirsə, bu gün də həmin fəci yola sürüklənənlər var. Əlbəttə bir neçə dildə
yazmaq olar, bu ədəbi şəxsin xoşbəxtliyidir. Ədəbiyyat tariximizə nəzər salsaq,
Nəsimi, Fizuli kimi üçdilli şairlərin hər dildə yüksək sənət nümunələri yaratmağı
fərəhləndiricidir. Eləcə də, XX əsr şeirimizin klassiklərindən biri Şəhriyarın ikidilliliyi.
Şəhriyar türk şeirində olduğu kimi fars poeziyasında da məktəb yaratmışdır. Tarixən
Firdovsisi, Hafizi, Xəyyamı, Sədisi ilə qürrələnən farslar son əsrdə Şəhriyarla təskinlik
tapırlar. XX əsr İran poeziyasının ən nəhəng siması Şəhriyardır. Deyəsən bir qədər
mətləbdən uzaqlaşdıq…
Ədəbi tənqid və ədəbiyyatşünaslığın diqqətini çəkən odur ki, yuxarıda adlarını
çəkdiyimiz şairlər fərdi ədəbi nəsil olaraq maraqlı orijinal qələm əhli kimi yetişmək
üzrədir. Yaradıcılıqları barədə danışdığımız bu nəsil yeni dünyanın müasir məzmunu ilə
səsləşən şeirlər yazırlar. Onların şeirlərində başlıca cəhət dünyaya həssas münasibətdir.
Daha bir cəhət görünür: narahat dünyanın, yaşadığımız ziddiyyətli
dövrün,
çarpışmalarla dolu günümüzün həyacanına, dərdlərinə, ağrılarına, şübhə və ümidlərinə
canlı bədii münasibət, poetik maraq, vicdan narahatlığı. Bu ədəbi nəslin yaradıcılığında
xalq şeirinə, əruzə meyillilik varsa, eləcə də yaradıcılıqlarının sərbəst şeirə meyli
təzəhürü də göz qabağındadır və Tehranın çağdaş gənc türk, eləcə də fars şairlərində
Nazim Hikmət təsiri duyulmaqdadır. İstər fars, istər türk şairləri Türkiyə şeirinə,
xüsusilə Nazim Hikmətə xüsusi maraq göstərir, bu ədəbi təsiri etiraf edirlər, bəzən isə
bu təsir yamsılamaya da gətirir çıxarır.
Şeir – ilhamdır, əzabdır, zəhmətdir, yuxusuz gecələrdir. Yaradıcı qadın üçün bu
daha əzabkeş və çoxqatlıdır. Belə qadın şairlərdən biri də bütün İran sənətsevərlərinə
tanış olan şairə Səhər Ərdəbilidir. Yaşının az olmasına baxmayaraq, şeirləri qonşu
ölkənin
oxucuları arasında
məşhur olan
Həmidə Rəiszadə-Səhər Ərdəbil
təxəllüsündən məlum olduğu kimi Ərdəbildə dünyaya göz açıb. Poeziyanın bir çox
əzəli, əbədi mövzularında, eləcə də irtica əleyhinə dərin məzmunlu, bədii-poetik


120
səciyyəli şeirləri mətbuatda çap olunur. Səhərin şeirlərindən biri görkəmli kaman
ustası Habil Əliyevə həsr olunmuşdur:
Kədərli könlümə odlu nəvalardan səda bəslə,
Məni çənli, uca dağlar dalından söz ilən səslə,
Dolubdur söz ilə sazın,
Nədir saz ilə pərvazın?
Nəvalardan gümandır ki, qadınmı bəsləyir sazın?
Ətəş nacə (dəvə-V.Ə.) gedən səmtə,
Tərəbdən (sevinc-V.Ə.) yol kəsir sazın,
Əbəd yurdundan canlanmış nəvalardan,
Əzəl izlə əsir sazın.
(«Habil qardaşıma» şeirindən)
Gənc Cənub şairlərindən biri də Nuşin Musəvidir. Şairənin ədəbi təxəllüsü Ayşin
Aydadır. Nuşin 1963-cü ildə Tehranda anadan olub. Əslən təbrizlidir. Nuşin
Universitetin kitabxanaçılıq fakültəsini bitirib. Uşaq ədəbiyyatı üzrə mütəxəssis olan
Nuşin məktəbdə müəllim işləyir, eləcə də qələmini nəsrdə sınayır. Həmçinin
ədəbiyyatşünaslığa dair bir neçə əsər və monoqrafiyanın tərtibçi müəllifidir.
Vətən dərdlərinə Nuşin də Ay ağlayır, Torpaq itgisi, bölünmüş Vətən, əsir düşən
oğullar, qızların dərdi şairəni kövrəldir, şəhidlərə matəm tutur. Bu göz yaşları
poetikləşir, misralaşır, həzin pıçıltıya çevrilir:
Günüm başlandı ötən günlərlə, keçən xatirələrlə
Buludlar göydə daşınır könlümlə,
Könlümün buludlarıyla
Hardadır, yayışın anları
(«Buludlar»)
* * *
Sevməyi xırdaca kəpənəkdən öyrənmək gərək,
Yaşayışın anlamını, yanmağı, birləşməyi.


Yüklə

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə