Şamil Vəliyev – 50


səhifə32/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   28   29   30   31   32   33   34   35   ...   97

110
icmanı sayıla bilən «Əsrin ədəbiyyatı» adlı və s. sanballı elmi məqalələr kitabda özünə
yer tapmışdır. Bu yazıların içərisində sağlığında klassik səviyyəsinə yüksələn,
qəzəlimizin və muğamımızın sütunu, bu janrı ------, milliləşdirn böyük Əliağa Vahid
haqqında yazdığı «Müqtədir qəzəlxan» məqaləsi – tədqiqatı bizi çox sevindirdi.
Məlumdur ki, Vahid haqqında çox az yazılır. Müasir xalqlar dissertasiya, tədqiqat
mövzularını zəbt eləyiblər. Mərhum Məmməd Nuruoğludan sonra Vahid irsi çox az
tədqiq olunur. Həm də baxır kim yaza? Vahid haqqında gərək qələmi vahid olan adam
yazsın! Ustad Əliağa Vahidə akademik Bəkir Nəbiyev qələmi ilə ədəbi qiymət veriləndə
bizi ədəbi status nöqteyi-nəzərindən yüksək qiymətləndiririk. Çox orijinal üslubda,
həqiqətə söykənən, səmimi şəkildə yazılmış bu tədqiqata görə şəxsən mən Bəkir
müəllimin üzündən öpüb, ona öz təşəkkürüm bildirib, can sağlığı arzulamışam. Eləcə
də Hacı Maillə bağlı xatirəsi və mərhum füzulişünas etdiyi yaxşılığa görə «Sağ ol, ay
kimsəsizlər kimsəsi Bəkir Nəbiyev. Allah, Cənab Haqq özü sizi qorusun, salamat
eyləsin, ey ədəbiyyatımızın xeyirxah ağsaqqalı!»
Kitabın adı Xızıda, Giləzi kəndində yaşayan 11 yaşlı Qönçənin «Arzu qönçələri»
adlı şeirlər kitabı haqqında yazdığı resenziyanın adından götürülüb. Ustad alim gənc
şairə Qönçəyə uğurlar diləyərk ulu Tanrıdan arzu edir ki, şeirimizin təzə-tər qönçəsini
xəzan vurmasın. Heç vaxt vurmayacaq. Çünki bu arzunu müqəddəs bir insan böyük
alim Allahdan diləyir. Qönçə çox uğurlar qazanacaq. Ona xeyir-duanı ustad bir alim
verib.
Bəkir müəllim, sizə də Allahdan arzum budur ki, qəlbinizdəki, bədii-ədəbi, elmi
təxəyyülünüzdəki mövzu qönçələri hələ də pöhrələnsin, cücərsin, onları da xəzan
vurmasın.
Mirvarid Dilbazi (1912 - 2002)


111
Azərbaycanın görkəmli şairlərindən biri olan M.Dilbazi ədəbiyyata ötən əsrin 30-
cu illərində gəlmişdir. Mirvarid xanım incə, lirik şeirləri ilə bərabər, müasir uşaq
ədəbiyyatımızın yaradıcılarından biri kimi tanınır. Sairə yaradıcılığa başladığı gənclik
illərindən yeniyetmələrin və uşaqların estetik tərbiyəsinə daha çox diqqət yetirmiş və
uşaq ədəbiyyatı nümunələri ilə məqsədinə nail olmuşdur. Müasirləri arasında daha çox
şair olar ki, Dilbazi qədər uşaq şeirləri yazsın. Yaradıcılığının bütün illərində o, uşaq
şeirlərinə müraciət etmiş, yadda qalan, lakonik, əlvan, səlist, mənalı və məzmunlu
poetik nümunələri ilə fidanları sevindirmişdir. Onun XX əsrin ortalarında nəşr etdirdiyi
kitablara nəzər yetirsək, elə bu dövr yaradıcılığının bir şair ömrü ilə bərabər olduğunu
görərik. «Mənim hədiyyəm» (1948), «Balaca nümayəndə» (1950), «Qardaşlar» (1952),
«Reyhan» (1955), «Şeirlər, nağıllar, kiçik pyeslər» (1955), «Seçilmiş şeirləri» (1957),
«Seçilmiş əsərləri» (iki cilddə 1967-1968) və başqaları dediklərimizə nümunə olmaqla
şairin ədəbi mövqeyini müəyyənləşdirir. Uşaq psixologiyasına dərindən bələd olan
onların maraq dünyasını duyan şairə «Yaz gəlir»,  «Yaz yağışı»,  «Günəş»,  «Göy
gurlayır», «Bahar bayramı», «Yaz buludu» poetik nümunələri ilə təbiətə məhəbbət hissi
oyatmaqla təbiətin füsunkar gözəlliyini, günəşin həyat üçün vacib və zəruri olduğunu,
baharın mənzərəsini, Novruz bayramının milli dəyər kəsb etməsini və s. məsələlər bu
şeirlərdə öz poetik ifadəsini tapmışdır.  «Yaz gəlir» şeirində baharın mənzərəsi
canlanırsa:
Günəş doğur, işıqlanır
Dərə, təpə, o çöl, bayır,
Şırıl-şırıl axan sular.
«Bahar!» - deyə pıçıldayır
«Yaz yağışı»nda isə sanki təbiətin sehrbaz qoynuna çıxarkən gözləri qaşısında
işıqlı, nur şəfəqli asimanla, yer arasında geniş üfüqlər canlanır:
Şimşək çaxdı uzaqlarda,
Quşlar susdu budaqlarda.


112
Yağış gəldi dağı aşdı,
Çiçək – çiçəyə dolaşdı.
Yağış ötdü yağa – yağa,
Günəş işıq saçdı dağa,
Yandı göydə qızıl qurşaq –
Al, qırmızı, əlvan, parlaq…
M.Dilbazi baharı necə zövqlə, ürəklə tərənnüm edirsə, payızı da, qışı da həmin
dərəcə də nəzmə çəkir. Şairə təbiətə necə vurğundursa, onun nemətlərinə də - canlısına
da, cansızına da eyni hərarətlə, məhəbbət və istəklə vurğundur. «Açıl bənövşə» şeirində
bənövşəyə müraciət özünə layiq, kövrək bir hisslərlə, necə varsa eləcə poetik əksini
tapmışdır. Bu şeiri oxuyanda dərk olunur ki, ancaq və ancaq təbiətin qoynunda olan,
kolların dibinə qısılan, səhər tezdən yarpağı üstə şehi görən, barmaqları ilə yarpaqlara
toxunarkən izi qalan bir gözəl bu şeiri bax beləcə poetikləşdirə bilər, rəssam tablo çəkən
kimi. janlılar aləminə münasibət istəklə yekunlaşır. «Qaranquş», «Sığırçın», «Torağay»,
«Sarı qulan»,  «Boz oğlağım» şeirləri uşaqların bu quşlara və heyvanlara istəyini
çoxaldır. Bir çox mövzular var ki, klassik poeziyada, bu gündə şairlərin yaradıcılığında
öz bədii əksini tapır. Övlada öyüd – nəsihət, anaya, vətənə, qəribliyə, torpağa, durnalara,
bülbüllərə gözəllərin eşqinə və s. həmin nümunələrdəndir. Nə isə qəriblik, həsrət,
ayrılıq, nisgil Durna adlı köçəri bir quşun timsalında əsrlərlə şairlərimiz tərənnüm vəsf
olunub. Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Qasım bəy Zakir və başqaları
klasssiklərimiz bu mövzuya müraciət etmişdir. Müasirlərimizdən biri olan istedadlı
şairə M.Dilbazi də sözü gedən mövzuya müraciət etmiş, insanın hisslərini oynadan,
mənəviyyatını doyduran, ürəyini titrədən bir poetik nümunəni yaratmaqla balaca
oxucularına (lap elə böyüklər olsun – V.Ə) ərməğan etmişdir:
Zalım payız, yaz həsrəti göndərib,
Dayanmışam, sahil qərib, mən qərib,
Yenə bizdən üzlərini döndərib,


113
Hara gedib bizim elli durnalar?
M.Dilbazi uşaqlarda əməyə məhəbbbət hissi oyatmaq üçün bir sıra maraqlı şeirlər
yazmışdır. «Sarı sünbül», «Tarla mahnısı», «Biçin nəğməsi», «Babanın nəğməsi», «Ata
və oğul»,  «Həcər xalça toxuyur» və s. dediklərimizə ən seçimli nümunələrdir. Qeyd
etdiyimiz kimi şairə, yaşadığı cəmiyyətin, həyatın, dövlətin ideologiyasının bütün
tərəflərinə aid mövzulara müraciət etmiş, yazdığı əsərlər də uğurlu alınmışdır. vətənə
məhəbbət «Ölkəm»,  «Bizim yurdun»,  «Bakının işıqları»,  «Abşerona gələn sular» da
necə tərənnüm olunursa, sülhə, qanlı hərbi toqquşmalara, silahlara qadağa qoyulmasına,
aid yazdığı poetik nümunələr də «Sülh olsun, şadlıq olsun»,  «Sülhdür andımız»,
«Məhbəslərdə doğulanlar»,  «Moskva»,  «Xatirə»,  «Zoya asılan yerdə»,  «Uşaqlar
qəmlənməsin»,  «Çağırın dünyanı mübarizəyə» və s. həmin səriştəliklə, yanğı və
vətəndaşlıq qeyrəti ilə qələmə alınmışdır. Məktəb, təlim – tərbiyə mövzusu şairənin
diqqətindən kənarda qala bilməzdi.  «Məktəb nəğməsi»,  «Birinci beş»,  «Qələm
müəlliməyə məktub» və b. şeirlərini bütün uşaqları elmə – təhsilə, məktəbə səsləyir.
Xalq şairi M.Dilbazi yaradıcılığında özünə məxsus yerlərdən birini də poemalar,
məzmun nağıllar tutur.  «Xeyir və şər»,  «Qardaşlar»,  «Balaca dostlarım»,  «Reyhan»,
«Babaların su həsrəti»,  «Sevincin dünyası» və s. əsərləri dediklərimizə nümunədir.
Bütün surlu həyatını, yaradıcılığını xalqına, onun övladlarına, onların təlim-tərbiyəsinə,
elminə, təhsilinə, xoşbəxt, bəxtəvər böyümələri üçün estetik tərbiyələrinin
formalaşmasına hər etmiş görkəmli şairə qarşısına qoyduğu qlobal vəzifələrin həyata
keçməsi üçün – Əsrin ən xoşbəxt, bilikli, zəkalı insanını yetişdirmək üçün ədəbiyyatını
digər canrlarına da müraciət etmiş hekayə və pyeslər də yazmışdır.    «Gözəl ana»,
«Nənənin dərsi», «Cavan qız və qoca qarının hekayəsi» hekayələri, həmçinin,
«Muğamda bahar», «Göyçək Fatma» və s. əsərləri məhz tərbiyənin bütün
komponentlərinin həllinə xidmət edir.


Yüklə

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə