Şamil Vəliyev – 50


səhifə31/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   27   28   29   30   31   32   33   34   ...   97

106
Ormandı, uca dağdı.
Babalardan tükənməz
Qiymətli yadigardı.
Bayatı gül sözüdür,
Zəmanənin gözüdür
Hər nə demiş babalar
Həqiqətin özüdür.
Bayatı bayat omlaz,
Deməginən qurtulmaz.
Ana məhəbbətidir
Heç zaman unudulmaz.
Bayatılarda olduğu kimi, Çayoğlunun da bu poetik növdə yaratdığı nümunələrdə
də çağdaş həyatın nəzəri, sevinci, enişi-yoxuşu, sosial-siyasi, mədəni-əxlaqi hadisələrini
özündə təcəssüm etdirir.
Çayoğlunun bayatıları ilə yanaşı bir çox lirik şerləri də vardır və bu nümunələr
bədii-poetik cəhətdən diqqəti cəlb edir. Eləcə də 52 bənddən ibarət olan «Xatirələr
dünyası» poeması şairin yaradılığında xüsusi yer tutur. Onun bu poeması ustad
şəhriyyarın «Hüdd nabaya salam» ruhunda yazılmışdır. Ümumiyyətlə, Şəhriyar
poeziyası nümunələri xalqımızın, eləcə də söz adamlarının ruhuna elə hopub ki, hər kim
uşaqlıq xatirələrini, epistlyar yönümlü bədii nümunələr yer verirsə istər-istəməz
«Heydərbaba» təsiri atlına düşür. Yaranan əsərlərdə hecanın II-lik ölçüsü ilə qələmə
alınır, deyim, mövzu, ifadələrdə Şəhriyar ədəbi təsiri hiss olunur. Deyərdin ki, Çayoğlu
da Şəhriyar ədəbi məktəbinin nümuyəndəsidir.
Əzəl gündən qəmi dərdə çatmışam,
Həsrət ilən, qucaqlaşıb yatmışam,


107
Yuxu içrə hər nə desən tapmışam,
Səhər durub axtarmışam yerimi,
Görmüşəm ki, yel aparıb berimi.
Mən dəm qarpızı tək susuz boy atdım,
Sıldırım daşların qoynunda yatdım,
Böyüdükcə ağır dərdlərə batdım,
Dağlar bir ana tək məni bəslədi
Duyğum itkin diləkləri səslədi.
«Bu misralar şairin uşaqlıq günlərinin çox da şənliklər və qayğısızlıqlar içində
keçməzdiyini göstərir, eyni halda xoş günlərin şirin xatirənsini canlandırmağı, doğma
yurdunun təbii mənzərələrini göz önünə gətirdiyi də unutmur» (prof H.Məmmədzadə).
Çayoğlunun doğma Vətəni, onun təbiəti, ilə qırılmaz, möhkəm bir ünsiyyət var.
«Quru göl» şerində orijinal, ürəkaçan, gözəl peyzaclar yaratmağa nail olmuşdur.
Səba mizrab olub düşüb canıma,
Nə qəşəng nəğmələr dağıdır sinən.
Bağrında öpüşür buludla günəş
Səsindən qanıram dağlıdır sinən.
Çayoğlunun poeziyasında xalqımıza qarşı olan haqsızlığa, zülmə qarşı dərin nifrət,
etiraz hiss olunur.
Yeniyetmələrin, məktəbyaşlı uşaqların əziyyət qəddarcasına istifadə edən
sahibkarların cəmiyyətlərini ifşa etmək üçün müasir xalçanı dilləndirir, onun dili ilə bir
çox kədərli, ürəkağrıdan məktəbləri oxuculara söyləyir.
Niyə səf bağlayıb baxırsız mənə?
Qanların rəngidir boyuyub səni
İncə barmaqlarla məzlum balalar,
Gecələr yatmayıb toxuyub səni.


108
Bəkir Nəbiyev. «Xəzan vurmasın». Bakı-2006
Hamıya məlumdur ki, akademik Bəkir Nəbiyev ədəbiyyatşünaslıq elmimizin
flaqmanı, ədəbiyyatşünasların ağsaqqalıdır. Ədəbiyyat İnstitutunun direktoru kimi
nüfuzu, şəxsiyyəti, nurlu baxışı, müdrik, mədəni rəftarı, qayğısı, münasibəti ilə
ədəbiyyatşünasların rəhbəridir. Ötən əsrdən ədəbi prosesə qoşulan alim orijinal, fərdi
üslubu ilə cavan vaxtlarından ədəbi ictimaiyyət içində böyük nüfuz və geniş şöhrət
qazanmışdır. Yaşadığı ömrün xeyli hissəsini ədəbiyyatımızın tədqiqinə yorulmadan həsr
edən ədəbiyyatşünas həddən ziyadə mülayim rəftarı ilə hamının məhəbbətini və
hörmətini qazanmışdır.
Hörmətli alimimiz akademik Bəşir Nəbiyevin bu gunlərdə çap olunan «Xəzan
vurmasın»  («Elm»,  2006, redaktoru Nikbur Cabbarlı) adlı kitabında milli
ədəbiyyatşünaslığımızın aktual problemlərinə, müxtəlif ədəbi sima, şəxsiyyətlərin
yaradıcılığına dair son illər qələmə aldığı məqalələri, məruzələri, bir çox əsərlər
haqqında resenziyaları, qələmdaşları haqqında memuarları, eləcə də epistolyar
ədəbiyyat nümunələri olan yol qeydləri toplanmışdır.
Kitabın ön üzündə tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru,
professor Nizaməddin Şəmsizadə yazır: «Burada («Xəzan vurmasın» kitabında – V.Ə.)
B.Nəbiyev ədəbiyyat elmimizin uğurları, problemləri və perspektivləri üzərində
düşünür, Azərbaycan poeziyasının islami dəyərlərlə əlaqələrini istiqlal məfkurəsinə
dayaqlanan metodologiya ilə açıb şərh edir. Məlumdur ki, islamiyyətin qəbulundan
sonra bütün möhtəşəm türk yürüşləri islam bayrayı altında keçmiş, bütün türk
ədəbiyyatı və ədəbi-nəzəri fikri islami dəyərlər məcrasında təkamül etmişdir. Türklər
İslamın nüfuzunu yüksəldən ən qüdrətli millətdir. Bütün bu cəhətlər B.Nəbiyevin diqqət
verdiyi önəmli problemlərdir.»


109
Bəli, Bəkir müəllim bütün bunlara diqqət yetirib. Çünkü gözünü dindar ailədə
açıb. Halallığı da buradan gəlib – İslama bağlılığından. Uzun illər Qafqaz ruhani
idarəsində, elmi-dini şurada da dilimizə həm qəlbən, həm əməllə xidməti göz
qabağındadır. Müqəddəs dilimizə bağlılıq onun yaradıcılığında da təzahür edib.
Kitabda Cənnət Hacıyevin «Füzuliyə təxmislər», xalq yazıçısı İlyas Əfəndiyevin
«Seçilmiş əsərləri»ninüçcildliyi, Hüseyn Kürdoğlunun «Min bir bayatı», Gülağa
Tənhanın «Tale sınağı», Hüseynbala Mirələmovun «Dağlarda atılan güllə» kitablarına,
mənzur və mənsur nümunələr topluları haqqında rəyləri özünə yer tapmışdır. B.Nəbiyev
yenə də peşəkar tənqidçi kimi rezenziyalar yazmaqla həm bu peşəyə sadiqliyini, eyni
zamanda tənqid yaradıcılığının yeni, müasir mündəricəsini nümayiş etdirir.
Ədəbiyyatımızın təbliğ və təmsil etməsindən qürür duyduğumuz qocaman alim
Ankaraya 1998-ci ildə «Türk dil konqresi»ndə «Terminoloji lüğətin tərtib prinsipləri»
məruzəsi ilə çıxış edir.
Faciəli ölümü hələ də bizi yandıran akademik Ziya Bünyadov, xalq yazıçısı
Mirzə İbrahimov, professor Qulu Xəlilli, şair-alim Rəfiq Zəka, füzulişünas nasir Hacı
Mail haqqında xatirələri çox oxunaqlı, şirin təhkiyə, elmi faktlar ağuşunda bədii dillə
qələmə alınmışdır. Dostlarının süsbət keyfiyyətlərini təsvir etməklə onları oxucu
gözündə daha da yüksəldən müəllif hisslərini, duyğu, fikirləri qələmə almaqla öz
ucalığını bir az da «ərşi-əliya» qaldırmışdır.
«On gün İranda» adlı «Yol qeydləri» də çox maraqlı, oxunaqlı, yaddaqalandır.
Dəfələrlə olduğumuz, gəzdiyimiz, ziyarət etdiyimiz İran şəhərləri Bəkir Nəbiyev baxışı
ilə, qələmi ilə daha doğmalaşır, daha da müqəddəsləşir, Güney-Qüzey vəhdətinin
tarixiləşəcəyinə ümidi artırır.
Akademik İsa Həbibbəylinin, professor Teymur Əhmədovun kitablarına da
reseziya yazan alim kitabdakı elmi məqalələrin mündəricə zənginliyi, aktuallığı,
vacibliyi, savabı, peşəkar qələm müdrikliyi ilə bizi sevindirir. «N.Tusinin şeir dünyası»,
C.Məmmədquluzadə, M.Ə.Rəsulzadə, Səməd Vurğun, Cavad Heyət, Xəlil Rza, Vasili
Məmmədəliyev, N.Şəmsizadə haqqındakı yazıları, eləcə də ötən yüzilliyin ümui ədəbi


Yüklə

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə