Şamil Vəliyev – 50


səhifə27/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   23   24   25   26   27   28   29   30   ...   97

93
Füzulinin  məhəbbəti  məhdud  çərçivədə  anlaşılmayan  ülvi,  müqəddəs
məhəbbətdir.  Füzuli  eşqi,  nəcib,  ali  duyğu  kimi  şairi  həqiqət  yolunun  yolçusu  edərək
əbədi və ədəbi həqiqət timsalında yaşadır və müəllifini də yaşadır. Dünyaya məhəbbətlə
baxan  şairə  görə  cahanın,  kainatın  məhəbbətdən  yarandıgını  zənn  edirlir. Şair  bütün
təbiət hadisələrində, gözəlliklərində, özəlliklərində məhəbbət görür.
Onun  sələfi  Ə.Vahid  məhəbbətdən,  sevgidən  uzaq  olanları  insanlıqdan  kənar
sayır:
Sevgilim, eşq olmasa varlıq bütün əfsanədir,
Eşqidən məhrum olan insanlıga biganədir.
Çagdaş poeziyamızda Füzuli,Vahid yolunu davam etdirən, dünyaya  məhəbbətlə
baxan  və  məhəbbətlə  yazan şairlərdən  biri  də  Ənvər  Nəzərlidir.  Məhz  buna  görə  də
ustad qəzəlxan “Divan”ına  “Məhəbbət təranələri” adını verib.
Ustad  şair  klassik ənənələrə  uyğun  olaraq  tərtibat,əlifba  sıralanması,  bütün
səslərdə poetik nümunələr və s.məsələlərə “Divan”da riayət edib. “Divan” poetik, tərtib
tələbləri baxımından mükəmməl bir nəşrdir, mükəmməl qəzəllər divanıdır.
Akademik  V.Məmmədəliyevin  sözləri  ilə  desək  “ustad  sənətkar  qəzəlin  mövzu
dairəsini genişləndirir, təbiətdə, cəmiyyətdə baş verən hadisələrdən yan keçmir, onlara
öz  münasibətini  poetik  dillə ifqadə  edir, oxucunu düşündürən  nəticələr  çıxarır. Ənvər
müəllim  də    qəzəl  yaradıcılığında  məhz  bu  yolu  tutmuş,  eşq  və  məhəbbət,  insanın
həyatda  yeri  və  qayəsi,  təbiətin  gözəllikləri  və  onların  qorunub  saxlanması,  Vətənə,
Xalqa məhəbbət, azadlıq və haqq-ədalət uğrunda mübarizə, bir sözlə özünü düşündürən
məsələlər barədə bir-birindən gözəl qəzəllər yaratmışdır. Maraqlı budur ki, şair nədən
yazır-yazsın,  yenə  də  hər şeyi  eşqilə  əlaqələndirir,  çox  sadə  dillə  fəlsəfi  nəticələr
çıxarır”.
Eşqi bəxş etmiş  bizə ən ülvi bir nemət kimi,
Bir sözüylə heç nədən aləmləri var eyləyən...


94
Poeziyasında  ilahi  eşq  xüsusi  yer  tutan  şair,  ustad  qəzəlxan  kimi  didaktik
fikirlərlə geniş təfəkkür sahibi olduğunu yaradıcılıq nümunələri ilə sübut edir.
Ənvər  Nəzərlinin  vəsf  etdiyi  gözəllər İslami  dəyərlərə  önəm  verən,  abır, həya,
ismət təcəssüm etdirən sevgililərdir.
Klassik irsə, türk və farsdilli poeziyaya dərindən bələd olan şair bunun nəticəsidir
ki,  el  deyimləri, folklordan  bəhrələnməklə  qəzəlin  bədii-poetik  cəhətdən  yüksək
nümunələrini yaratmışdır.
Dildən nəva tükənməz,başdan həva, ey afət,
Sən könlümün rübabın çalsan da, çalmasan da...
Professor  Q.Kazımov “Ə.Nəzərlinin  “Divan”  yaradıcılıgı”  adlı  məqaləsində
şairin  qəzəllərini  təhlil  süzgəcindən  keçirərkən  ustadın poeziyasının  ideya-bədii
xüsusiyyətlərini,  poetik  məziyyətlərini  ətraflı  şəkildə  qeyd  edir:  “Mühüm  və  çox
mühüm bir cəhət budur ki, Ənvər müəllim yalnız klassik mövzularla məhdudlaşmayıb,
o,  qəzəl janrına  aşiqin  bütün  cari  dərdlərini  gətirməklə  yanaşı,  bugünkü  insanın,
Azərbaycan vətəndaşının həqiqi dərdlərini də gətirmiş, həm də çox ustalıqla, çox sərrast
şəkildə  gətirmiş  və  Azərbaycan  xalqının  zurna-balaban  altında  zorla  aralanan
dodaqlarını  deyil, yetim  köynəyi  altında  parçalanan  qəlbini  göstərmişdir... Qəzəl  belə
bir şirin janrdır ki, adətən güldən, bülbüldən təbii və ilahi məhəbətdən danışır. Ictimai
motivlər də olub. Amma Ənvər müəllim müasir sözü, bu saat insanı düşündürən sözü bu
formada – qəzəl formasında çox sərrast şəkildə deyə bilmişdir”.
Beləliklə, Cavanşirlə daha bəsdir öyündük,
Hər söz başı çəkmək bu qədər adı nə lazım.
Ənvər  Nəzərlinin  qəzəlləri  məzmun  struktur nöqteyi-nəzərindən  qeyd  etdiyimiz
kimi  milli janrın klassik ənənəsilə səsləşir, uzlaşır və qovuşur. Amma onu qeyd etmək
lazımdır  ki,  şair  bu  poetik janrda  orijinal  üslubunu,  məkanını  mühafizə  edir.  Müasir
Azərbaycan  qəzəlində  Ənvər  Nəzərlinin    öz  ədəbi  yeri-məkanı,  öz  üslubu  var.  Onun
poetik yaradıcılığı, mövzu dairəsi əhatə imkanlarına görə genişdir. Şairin yaradıcılığının


95
özünəməxsus  xüsusiyəti  kimi  qiymətləndirməliyik  ki,  lirikasında  həyatın  ayrı-ayrı
sahələri  öz  poetik  əksini  tapıb:  Məhəbbət    lirikası,  dini  mövzulu  şeirlər, təbiət
tərənnümü və ictimai-motivli qəzəllər.
Ə.Nəzərli vətənpərvər bir şairdir.Vətən məhəbəti sənətinin leytmotivini təşkil edir
desək, səhv etmərik. Onun yaradıcılığında vətənpərvərlik, milli qürur və iftixar hissi göz
önündədir. “Ənvər Nəzərlinin şeirlə-rində Vətən məhəbbəti də ilahi məhəbbət kimi uca
tutulur, Vətəni,xalqı sevmək,onlara təmənnasız xidmət etmək, sədaqətli, etibarlı övlad
olmaq  insanın  müqəddəs  borcu  sayılır. Vətən şairin  ilham  mənbəyidir”
(V.Məmmədəliyev).
Dünya dönə döndərmərəm üz öz Vətənimdən,
Döndərsəm əgər, naxələfəm, üz Vətənimdən.
Ənvər Nəzərli poeziyasında ilahi şeirlər xüsusi yer tutuyr. Məhz bunun nəticəsidir
ki, 1994-cü ildə Türkiyədə Beynəlxalq müsabiqədə dini mövzulu şeiri mükafata layiq
görülüb. Islam tarixi, fəlsəfəsi, ümumiyyətlə, İslam dininə, Qurani-Kərimə mükəmməl
bələd  olması  bu  mövzulu  şeirlərində  heyrətamiz,  məharətli,  ruha  təsir  edən  misralar
müəllifi  kimi  əsərlərində  bədii-poetik  səviyyə  daha  da  yüksəlir  və  özü  eşitməsə  də
oxucalarından  hər  beytdən  sonra  “əhsən”,  “təşəkkür”  və  “halal  olsun”  xeyir-dua  və
mükafatlarını alır:
Bəlakeş  ümmətinçün iltimas et dərgahi-Həqdən,
Xilas olsun müsəlmanlar bəladan, ya Rəsulallah.
“Biz Ənvər Nəzərlini sevirik. Sual olunur:niyə  sevirik? Hansı səbəbdən Ənvər
Nəzərli  özünə  sonsuz  hörmət  və  ehtiram  qazanıb?  Nə  üçün  onun  daxil  olduğu,  valid
olduğu məclisdə hər kəs özünü yığışdırmalı olub? Çünki hər kəs hiss edir ki, özündən
böyük  gəlib,  çoxlarından  hörətli  glib  və  ən  başlıcası,  elmi-mənəvi  zənginliyi  ilə
şəxsiyyət ucalığı gətirən bir sima gəlib (Ə.Xələfli).
Ənvər  müəllimi  hamı  sevir,  ehtiram  göstərir:həm  yaradıcılığına,  həm  də
şəxsiyyətinə. Amma  ona ən  çox  qayğı  göstərən, onu  qəlbən  sevən, əzizləyən, təbliğ
edən  bizim  sevimli  qardaşımız    şair-publisist Əlirza  Xələflidir.  Ə.Xələfli  onun


Yüklə

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə