Şamil Vəliyev – 50


səhifə25/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   21   22   23   24   25   26   27   28   ...   97

87
hərəkətdə  olması  və  tərkibinin  dəyişməsi  və  s.  Azərbaycanın    orta  yüzilliklərdən
“yadigar”  həyat-tərzini  dəyişdi.Feodal  qapalılığından  qurtarıb  ümumrusiya  bazarına
qoşuldu.
Iqtisadi  həyat  birliyinin  formalaşması  soykök,  dil,  mədəniyyət  və  tarixi  ərazi
birliyi  olan  Azərbaycan  əhalisinin  millət  kimi  yaxınlaşmasına  səbəb  oldu.  Türk
millətinin-azəri  türklərinin  millət  kimi  formalaşmasının  kuliminasiya  nöqtəsinə
yetişməsi milli şüurun tərəqqisinə zəmin yaratdı.
Sosial  arenaya  din  birliyi,  “müsəlman”adı  altında    yox,  millət  birliyi,  “türk”
məfhumu ilə qəlbi döyünən, beyni düşünən, bu iki anlayışı bir-birindən ayıran və fərq
qoyan şəxslər gəldi. Nəhayət, milli şüurun oyanması ilə milli həyat və milli hərəkatların
oyanması dövrü başladı.
Azərbaycanda  milli  burjuaziya  formalaşdı.  Azərbaycan  burjuaziyası  kapitalist
dünyasında varlığını təsdiqləmək üçün, cəmiyyətdə inqilabi funksiya yerinə yetirməklə
orta əsrlərdın  qalma  zərərli  üsullara,  ənənələrə,  təsisatlara  qarşı  mübarizə  aparmaqla
ölkənin iqtisadi və inzibati  işlərini  ələ keçirməyə başladılar. Az müddətdən sonra milli
burjuaziya  rus  və  Avropa  kapitalistlərindən  zəifliklərini  hiss  etdilər.  Çünki    milli
burjuaziya ictimai şüuru zəif olmaqla məktəb, mətbuat, müasir mündəricəli ədəbiyyat,
ixtisaslı kadrlar, pedaqoq, mühəndis, hüquqşünas, idarəedici məmurlardan məhrum idi.
Buna  görə  də  gənc  burjuaziyamız  inqilabi  bir  funksiyanı  yerinə  yetirməyə  başladı.
Bütün səylərini, fəaliyyətini milli mənlikdən təzahür edən və ictimai yüksəlişə, dirçəlişə
yardım edən mədəni vasitələrin formalaşıb hazırlanmasına və tətbiqinə istiqamətləndirdi
.
Çağdaş şəraitdə həyati əhəmiyyət qazanan xalq işinə M.Axundov və H.B.Zərdabi
başda 
olmaqla 
müəyyən 
mərhələlərdə 
A.Ə.Hüseynzadə,
C.Ünsüzadə,
A.O.Çernyayevski,  H.X.Qaradaği,  S.Vəlibəyov,  F.B.Köçərli,  R.B.Əfəndiyev,
S.M.Qənizadə,  N.Nərimanov,  M.T.Sidqi  və  b.  ibarət  ayrı-ayrı  zümrələrdən  çıxmış
ziyalılar, H.Z.Tağıyev, M.Nağıyev və Ş.Əsədullayev kimi milyonçular qoşuldular.


88
XIX əsrin  80-cı  illərində  Qafqaz türkləri  mühitində  ibtidai  məktəb  yaratmaq
uğrunda təşəbbüslər meydana gəldi. Azərbaycanın bir sıra kənd və nahiyələrində ibtidai
məktəblər  açıldı. 1887-ci  ildə  S.M.Qənizadə  və  H.  Mahmudbəyov  Bakıda  “Rus-
müsəlman”, M.T.Sidqi 1892-ci  ildə    Ordubadda  “Əxtər” və  1894-cü ildə  Naxçıvanda
“Tərbiyə” məktəblərini açdılar. Şəkidə və Şirvanda O.F.Nemanzadə və M.H.Şeyxzadə
məktəblər  təşkil  etdilər.  Bununla  da  üsuli-cədid  ideoloji  tədris  metodikası  bütün
məktəbləri əhatə etdi.
XIX  yüzilliyin  sonunda  ayrı-ayrı  fənlər  üzrə  dərslik,  dərs  vəsaiti  yaratmaq
ideyasına  müvafiq  olaraq  təşəbbüslər  başladı.  80-90-cı  illərdə  A.O.Çernyayevski  və
S.Vəlibəyovun  “Vətən  dili” (II  h,1888), Ə.Rəsulzadənin  “Ümmətül-ehkam” (1889),
”Qəvaidi-müxtəsər  farsi” (1891),  C.Ünsizadsənin  və  H.K.Romartsevin  “Müəllimi-
islani-rusi” (1890),  “Lüğəti  rusi  və  türki” (1890),  “Kilidi-ədəbiyyat” (1990),
R.Əfəndizadənin  “Uşaq  bağçası” (1898), N.Nərimanovun  “Türk  Azərbaycan  dilinin
müxtəsər sərf-nəhvi” (1899) və s. dərsliklər yazılıb nəşr olundu.
O  dövr  üçün  çox əhəmiyyətli  və  bu  gün  də  tarixi-ədəbi,  pedaqoji  dəyərini
itirməyən bu dərsliklərin tərtibçiləri ilə yanaşı oradakı materialları hazırlayan, tərcümə,
iqtibas,  təbdil  edən  orijinal əsərləri  ilə  və  bu  vəsaitləri  bəzəyən  müəlliflər  olmuşdur.
Belə ədəbi simalardan biri maarifçi və şair Həsənəli ağa Xan Qaradağidır (1850-1929).
H.X.Qaradaği  (əslində  Qaradağski-V.Ə)  1850-ci  il  sentyabrın  21-də Şuşada
anadan  olmuşdur.  Onun  atası  Həsənəli  ağa  hərbi  xidmətçi  ailəsində  doğulub,  rus
ordusunun zabiti Məhəmmədqulu ağanın oğludur. Məhəmmədqulu ağa isə 1804-cü ildə
Cənubi  Azərbaycanın  Qarabağ  mahalından  köçərək  Qarabağda,  Şuşada
məskunlaşmışdır.
Həsənəli ağa vaxtsız vəfat etdiyindən üzünü görmədiyi oğluna adını qoymuşlar.
Həsənəli  ağa  uşaqlığından əmisi  Məhəmmədhüseyn Xan  Qaradağskinin  himayəsi
altında böyümüşdür.
Həsənəli  ağa  8-9  yaşlarında  Şuşadakı  qəza  məktəbində  oxuyub.  Dərslər  bu
məktəbdə  rus  dilində  olduğu  üçün  Həsənəli  tez  bir  zamanda  rus  dili  və  ədəbiyyatını


89
mükəmməl  öyrənir.  Əmisinin  Tiflisdə  qulluğa  girib  ora  köçməsi  ,özünün  dayısının
himayəsinə keçməsinə baxmayaraq Həsənəli təhsilini yarımçıq qoymur.
1866-cı ildə qəza məktəbini bitirən Həsənəli ağa Şuşada “Təzə məhəllədə kirayə
bir otaq tutub orada müstəqil yaşamağa başlayır. Bu zaman fars, ərəb dillərini öyrənib
bir müddət M.Ə.Yusifzadədən dərs alır. Quranı-Kərimi, dini kitabları, Azərbaycan və
Şərq klassiklərini (fars dilli) orijinalda oxuyub öyrənir.
70-ci  illərdə    müstəqil  müəllim  kimi  qohum-qonşu  uşaqlarına  dərs  deyən
Həsənəli ağa bir pedaqoq kimi Şuşada tanınmağa başlayıb. O, Şuşada ilk dəfə olaraq
parta və yazı taxtasından istifadə edib dərs keçən ilk Azərbaycan müəllimi olmuşdur.
H.X.Qaradaği Tiflisə gedir, 1873-1878-ci illərdə əmisinin yanında qalır. Tiflisdə
Həsənəli ağa böyük ədib, mütəfəkkir, filosof  M.F.Axundzadə ilə tanış olur və əlaqələri
o qədər möhkəmlənir ki, sonradan M.F.Axundzadə Həsənəli ağaya yazdığı məktublarda
ona  “qadraşoğlu”- deyə  müraciət  edirdi. Oxucuların nəzərinə çatdıraq ki,  hər iki  ədib
əslən Güney Azərbaycandandır. Bəlkə də kökə etibarın təzahürü kimi bu “qardaşoğlu”
müraciəti meydana gəlibmiş.
Məlum  olduğu  kimi  Qafqaz  təhsil  dairəsi  1879-cu  ildə  A.O.Çernyayevskiyə
azərbaycanlı-türk  uşaqları  üçün dərslik  tərtib  etməyi  tapşırır. Milli  ziyalılarımızdan
Çernyayevskiyə kömək etmiş pedaqoqlar S.V.Vəlibəyov, F.B.Köçərli və H.X.Qaradaği
olmuşdur.
Ibtidai məktəblərdə Azərbaycan dilinin təlimində əsas vasitə olacaq yeni dərsliyin
bədii materiallarını hazırlamaq məhz H.Qaradağiyə tapşırılır. Çox keçmədən o, Şuşaya
yola  düşür, özünə müvafiq şərait  yaratmaq  üçün iki otaqlı bir  ev satın  alır. O burada
dərs  keçir, uşaqları  Qori  seminariyasına  hazırlayır.  Bu  şagirdlər  içərisində  Zülfüqar
Hacıbəyov, Cəmil Bağdadbəyov və b. görkəmli şəxsiyyətlər olmuşdur.
Çox  keçmədən  H.X.Qaradaği  dərslik materialları  üzərində işini  tamamlayır.  Bu
materiallar İ.A.Krılovdan tərcümə və iqtibas edilmiş mənzum və nəsrlə altımışa  qədər
təmsildən,  K.D.Uşinskinin  “Rodnoye  slovo”sından,  “Priqlaşenie  v  şkolu” (“Məktəbə
təğrib”) şeirinin  tərcümə-sinən  və  özünün  maarif  və  məktəbə  dair  əsərləri    idi.


Yüklə

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə