Şamil Vəliyev – 50


CƏNUBİ AZƏRBAYCAN POEZİYASINDA


səhifə33/97
tarix08.07.2018
ölçüsü
#54161
1   ...   29   30   31   32   33   34   35   36   ...   97

114
CƏNUBİ AZƏRBAYCAN POEZİYASINDA
DEMOKRATİK İDEYALAR
1. 90-cı illərdə Cənubi Azərbaycanda ictimai-siyasi şərait və ədəbi mühit
2. Cənubi Azərbaycan lirikasında ictimai motivlər
3.Cənubi Azərbaycanın demokratik poeziyasının bədii dil xüsusiyyətləri


115
I. 90-cı illərdə Cənubi Azərbaycanda ictimai-siyasi şərait və
ədəbi mühit
Son onilliklərdə beynəlxalq aləmdə ictimai-siyasi dəyişiliklər baş vermiş,
ədəbiyyat tariximizin bir sıra məsələlərinə məlum ideoloci qadağalar aradan qalxdığı
üçün onlara yenidən baxmağa şərait yaranmışdır. Sovet-rus imperiyasının süqutundan
sonra dünya xəritəsində siyasi mənzərə dəyişmiş, xalqlar doğma ana dillərini, milli
adət-ənənələrini, mənəvi-mədəni dəyərlərini daha ətraflı, geniş miqyaslı yeni baxışla
öyrənib tədqiq etməyə, təkmilləşdirib, zənginləşdirməyə başlamışlar.
Təssüf ki, ideoloji qadağalar və uzun illər boyu mədəni əlaqələrin zəif inkişafı
səbəbindən Güney Azərbaycan ədəbiyyatı kifayət qədər araşdırılıb nəşr edilməmişdir.
Bu sahədə ədəbiyyatşünaslarımızdan boşluğu doldurmaq üçün AMEA-nın Nizami adına
Ədəbiyyat institutunun «Cənubi Azərbaycan ədəbiyyatı» şöbəsi yaradılmış, burada
çalışan elmi ədəbiyyatşünas heyətinin qüvvəsi ilə güneyli yazıçı, şairlərin həyat və
yaradıcılığı ilə bağlı müxtəlif
tipli yazılar dərc olunmuş, dissertasiyalar müdafiə
olunmuş, monoqrafiyalar və cənublu ədiblərin əsərlərindən ibarət müntəxabatlar çap
olunmuşdur.
Son illər dünya siyasi xəritəsində meydana gələn dəyişiliklər 72 ildən sonra
Şimali Azərbaycanın müstəqilliyə qədəm qoyması, milli kökə daha əsaslı qayıdışın
başlanması Azərbaycan ədəbiyyatının cənub qolunun geniş miqyasda araşdırılmasını
zəruriləşdirmişdir. Bu zərurətin ifadəsi kimi orta və ali məktəblərin ədəbiyyat dərsləri
proqramında tarixilik prinsipi zəmnində bütövlükdə Azərbaycan ədəbiyyatının təmsil
olunması tələbinə bu və ya digər dərəcədə əməl edilmişdir.
Tarixi ədalətsizlik nəticəsində ikiyə bölünən vahid dilli, vahid soyköklü, eyni
tarixə malik eyni xalqın salnaməsinin son iki əsrdəki fərqli cəhətlər onun dilinin
inkişafına, bədii-mədəni sərvətinin qorunmasına mane ola bilməmişdir.


116
Ümumilikdə, bədii təfəkkürün nümunələri olan əsərlər yaranma məkanından,
sənətkarın yaşadığı ictimai-iqtisadi mühitdən asılı olmayaraq xalqın mədəni-mənəvi
irsinin ayrılmaz tərkib hissəsi olmaq ləyaqətini qoruyub saxlamışdır. Həmin irsin
tədqiqi, təbii ki, ədəbi-bədii dəyərlərimiz haqqında dolğun, zəngin və sistemli təsəvvür
bütövlüyü yaranmasına imkan verir. Bu baxımdan Güney Azərbaycan ədəbiyyatının
öyrənilməsinin əsas forması olan görkəmli nümayəndələrinin həyatı və irsi, sonrakı
mərhələlərdə qaynaq onların bioqrafiyası, mühiti, ictimai fəaliyyəti, ədəbi-bədii,
publisistik yaradıcılıqlarının müasir dövrün tələbləri yönümündən öyrənilməsi ən doğru
yoldur.
Güney Azərbaycan
ədəbiyyatının ictimai-siyasi, bədii-ədəbi, milli şüurun
kuliminasiyaya gedən mərhələsi, azadlıq ideyalarının şüalanması, milli mənliyin bəzən
qapalı, bəzən isə açıq poetik etirafı, Vətən tərənnümü baxımından XX əsrin 90-cı
illərində yaranan peziyası diqqəti cəlb edir. Həmin bu illərdə yaranan poeziyada
demokratik ideyaların tərənnümünün tədqiqi, həmin onillikdə yaşayıb yaradan
şairlərin yaradıcılığına ümumi bir baxış, vahid demokratik ideyalar leytmotivinin
tədqiqata cəlb olunmasında çoxlu, ətraflı bədii material bolluğunun şahidi oluruq.
Cənubi Azərbaycanda 90-cı illər bədii-poetik prosesin mahiyyəti, istiqaməti,
ideya xüsusiyyətləri haqqında fikir söyləməkdən öncə məmləkətin ictimai-siyasi
mənzərəsi haqqında fikir yaratmaq lazımdır.
1979-cu il İslam İnqilabı orijinal xüsusiyyətləri ilə xarakterizə olunur: mübarizə
üsulu, qüvvələrin əlvanlığı, iqtidarının zümrə tərkibi, İslamın və onun şəraitinin
qanun, Ana Yasayanın əsasını təşkil etməsi, sürətli hərəkəti ilə bu inqilab dünyada
əks-səda yaratdı və müsbət və mənfi məziyyətləri özünü göstərdi və xarakterizə olundu.
Bu inqilabda kəndli də, fəhlə də, sahibkar da, ruhani də, ziyalı da, tələbə də, qadınlar
da birgə mübarizə aparırdılar. Ona görə də bu mübarizə tarixə «xalq inqilabı» adı ilə
düşdü.
Amerika imperialistlərinin ölkədə hökmranlığına son qoyuldu və əsas o idi ki,
orta əsrlərə məxsus şahlıq üsul-idarəsinin hökm sürdüyü bir quruluşa, eləcə də Pəhləvi


117
sülaləsinin sonbeşiyi Məhəmməd Rza hakimiyyətinə son qoyuldu. Xalq inqilabı İranda
yaşayan çoxsaylı xalqların despotizmdən xilas etdi.
Məhz İslam İnqilabından sonra ədəbi renesans səviyyəsini yüksəltdi. Fars
şovinizminin inqilab xaosundan irəli gələn «unudulduğu» bir dövrdə doğma dilimizdə
bir çox qəzet və jurnallar meydana gəldi.  «Ulduz»,  «Koroğlu»,  «İşıq»,  «Yoldaş»,
«Çənlibel»,  «Qapdaşlıq»,  «Molla Nəsrəddin»,    «Azadlıq»,    «Odlar yurdu»,  «Birlik»,
«Azərbaycan»,  «Muştuluq»,  «Yozmaca»,    «Azərbaycanın səsi»,    «Xalq sözü»,
«Varlıq», «Dədə Qorqud»,  «İnqilab yolunda» və s. Bu mətbu orqanların bir çoxunun
ömrü Pişəvərinin yaratdığı Cənubi Azərbaycan Respupublikası kimi çox qısa oldu.
Ancaq əsas bu anadilli dövri mətbuatımızı yaradan tarixi, siyasi-ictimai və ədəbi-
bədii şəraitin yeniliyi idi.
Sosial həyata yaxından bağlılıq, xalqın, müasir insanın dünya görüşü, məişətini
əks etdirmək, vətənpərvərlik və inqilabi, demokratik ideyalar yaranan, xüsusilə də o
çap olunursa ən yaxşı əsərlərə məxsus xüsusiyyətlərdir.
M.Şəhriyar, H.Sabir, M.Məhzun, H.Tərlan, M.Dərəfşi kimi qocaman sənətkarlar,
öz əsərləri ilə 80-cı illər ədəbi prosesinin əsasını qoymuş, Ə.Habdil, S.Behrəng,
Səhənd kimi ədiblərin irsini davam etdirən H.Xətibi, Ə.Həddad, H.Nitqi, Urmuoğlu,
İldırımı, Savalan, Alov, Sönməz-milli, demokratik ideyaların, inqilabi poeziyanın
müəllifləri sırasına aiddirlər.
* * *
90-cı illər Cənub poeziyasındakı
demokratik ideyalardan söhbət açdıqca
filologiya elmləri doktoru S.Nəbioğlunun 40-cı illər Cənub demokratik ədəbi hərəkatı
haqqındakı fikirlərin buraya şamil etmək deməkdir:  «Əsrimizin (XX əsr-V.Ə.)  40-cı
illərində Cənubi Azərbaycanda yaranan demokratik ədəbi hərakat bütün əriş-aparıcı ilə
özünə qədər mövcud olmuş bədii təfəkür aləmi ilə bağlıdır. Onun dalğaları qoynunda
S.Təbrizidən, Nizamidən, M.Füzulidən, M.F. Axundovdan, Ə.B. Haqverdiyevdən,
C.Məmmədquluzadədən, M.Ə. Talıbovun, Z.Marağlıdan gələn çoxlu şəffaf axınlarla


Yüklə

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə